ukraynalılar
uqor-fin
OBASTAN VİKİ
Uqor dilləri
Qədim türklər Uqor dilləri — Rusiyada və Macarıstanda yayılmış dillər qrupu. Ural dil ailəsinin fin-uqor dilləri qoluna daxildir. Bu dillərdə danışanların ümumi sayı təxminən 15 milyon nəfərdir. Uqor dillərinin kökü e.ə. III minillikdə fin-uqor pradilinin 2 qola ayrılması nəticəsində formalaşan uqor təməl-dilinə gedib çıxır. Qrupun içində macar dili coğrafi cəhətdən uzaq ərazidə yayıldığına görə obsk-uroq dillərindən ayrı göstərilmişdir.
Fin-uqor dilləri
Türk mənşəyli . Fin-uqor dilləri (uqro-finadı variantı da işlənir) — ural dil ailəsində qohum dillər qolu. Rusiya, Finlandiya, Estoniya, Macarıstan və bir sıra digər ölkələrdə yayılıb.
Fin-uqor xalqları
Fin-uqor xalqları - Baltik regionu, Şimali Asiya və Ortadunay düzənliyində yaşayan fin-uqor dilli xaqlar. Bu xalq somoedlərdən fərqli olaraq Ural dillərində danışırlar. Fin-uqor xaqlarının çoxusu onlardan fərqli dil ailələrinə mənsub olan xalqlarla əhatələniblər. Fin-uqor konsepsiyası etnikdən daha çox, linqvistik məna daşısa da, fin-uqor dilli xalqlarda, xüsusilə də Baltik finləri arasındakı etnik qardaşlıq düşüncəsi 20-ci əsrdə inkişaf etmişdi. Sayına görə 4 ən böyük fin-uqor xalqı macarlar (13–14 milyon), finlər (6–7 milyon), estonlar (1.1 milyon) və mordvalardır(744,000). İlk üç xalqın öz müstəqil dövləti olsa da (Macarıstan, Finlandiya və Estoniya), mordvalar Rusiya Federasiyası tərkibindəki Mordoviya muxtar respublikasında yaşayır. RF içərisində muxtar respublikası olan digər fin-uqor xalqları: karellər (Kareliya Respublikası), komilər (Komi Respublikası), udmurtlar (Udmurtiya), marilər (Mari El) və mordvalar (mokşa və erzyanlar - Mordoviya). Xantılar və mansilər Xantı-Mansi muxtar dairəsində yaşayırlar. Komilərin subqrupu olan komi-permyaklar əvvəllər Komi-Permyak muxtar dairəsində yaşasalar da, bu gün bu ərazi Perm diyarının daxilində xüsusi statusu olan bir bölgədir. Yerli saam xalqlarının ənənəvi yaşayış ərazisi Şimali Finno-Skandinaviya və Şimal-qərbi Rusiyadakı Kola yarımadasıdır və bu ərazilər ümumi şəkildə Laplandiya olaraq adlandırılır.
Uqor-Türk müharibələri
Uqor-türk müharibələri (mac. az ugor–török háború) — ilk dəfə Armin Vamberinin Macar və türk-tatar haqqında müzakirələr (mac. Magyar és török-tatár szóegyeztetések) kitabında, dilçilər arasında macar dilinin fin-uqor və ya Türk dillərinə aid olması haqqında akademik debatlar haqqında işlədilmiş ifadə. == Tarix == Vamberi 1870-ci ildə yazdığı kitabı bir sıra mübahisəli elmi işlərinin başlanğıcı olub.

Digər lüğətlərdə

бурса́к выростно́й исстира́ть мо́дульный отпили́ть пока́з теса́к умори́тельно фильмоко́пия чистоплю́йство щелеобра́зно валко́вый обмётываться ослабля́ть сряди́ться dizz elliptic encomiastic idiosyncratical lawn-mower mill about sea-bread square-built деспотизм зачерпывать