URA

1. Məhsul toplandıqdan sonra yerdə qalan xırda-xuruş şeylərə ura deyilir. Uralamaq –“irili-xırdalı bütün bostan məhsullarını toplamaq” deməkdir. Ura sözü, ehtimal ki, biçmək, yığmaq, toplamaq mənasını verən or kəlməsi ilə bağlıdır, biçindən sonra qalanlar deməkdir. Biçilmiş taxılın yerindən çıxan xəsilə (taxıla) xora deyirlər. Güman ki, bu, ura sözünün təhrifidir.

2. Səs anlamında işlədilmiş ur kəlməsi ilə bağlıdır. M.Kaşğarinin “Lüğət”ində “ulşıp erən börləyü, Yirtin yaqa urlayu” cümləsinin müasir anlamı belədir: “Ərlər qurd kimi ulayır, yaxalarını cırır və qışqırırdılar”. Buradakı son söz (urlayu) ura sözü ilə əlaqədardır. Mənbələrdə urla sözü qışqır mənasında açıqlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

UNUTMAQ
URALAMAQ

Значение слова в других словарях