URAL-ULTAY
URANOQRAFİYA
OBASTAN VİKİ
Uran
Uran (planet) — Günəş sistemində 7-ci planet. Xaric planetdir. Uran (element) — D.İ.Mendeleyevin elementlərin dövri sistemində 92-ci element. Uran (mifologiya) — Qədim yunan mifologiyasında dünyanı ilk idarə edən səma tanrısı Uran (repçi) — azərbaycanlı repçi. Urançay — Oğuz rayonu ərazisində çay. Ağçayın qoludur.
Seylor Uran
Seylor Uran (セーラーウラヌス, Sērā Uranusu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Haruka Tenno (天王 はるか, Ten'ō Haruka, ingilis versiyasında Amara Tenno) olan Seylor Uran yapon tələbədir. Seylor Uran Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Uran daim partneri və sevgilisi Seylor Neptun ilə birlikdə gəzir, kişi kimi geyinir. küləyi idarə edə bilir, yaxşı qılınc oynadır, prekoqnitiv güclərə malikdir. == Profil == Haruka inadcıl, qoruyucu, amma əzmkar, bacarıqlı, heyranedici və çılğındır. Haruka ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Neptunla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür. Seylor döyüşçüləri arasında ən hündür ikinci üzvdür (175 sm), birincisi isə Seylor Plutondur. (179 sm) 16 yaşında olmasına baxmayaraq Haruka avtoidman sürücüsüdür.
Uran-9
Suriya ərazisində real döyüş vəziyyətində distans idarə olunan “Uran-9” tırtıllı robotun testləri uğurla nəticələnib.“Uralvaqonzavod” Elmi-İstehsalat Şirkətinin hazırladığı “Uran-9” robotunun ağırlığı 10 tondur. Ölçülərinə gəldikdə: lülə daxil olmaqla uzunluğu – 5.12 metr, eni – 2.5 metr, hündürlüyü isə – 2.3 metrdir. Maksimal sürəti 35 km/saatdır. İdarəetmə məsafəsi isə 3 km təşkil edir. “Uran-9” 30 mm-lik “2A72” avtomatik top qurğusu, 7.62 mm-lik “PKTM” pulemyotu, 9M120 “Ataka” tank əleyhinə idrəolunan raketi, 9K33 “İqla” zenit raket kompleksi, “Shmel” və ya “RPG” qumbaraatanları ilə təchiz olunub. “Uran-9” sutkanın istənilən vaxtı və istənilən hava şəraitində döyüş tapşırıqlarının icra edə bilər. Hədəflərini gündüz 6 km-dən, gecə isə 3 km-dən aşkar edə bilir. Düşmənin üzərinə nişanlanmış lazer şüalarını aşkar etdikdə avtomatik olaraq sis pərdəsi yaradaraq qorunur. “Uran-9”-un əsas vəzifəsi distans kəşfiyyat aparmaq və döyüş zamanı hərbi bölmələrə dəstəkdir. Robot xüsusi mobil idarəetmə məntəqəsindən idarə olunur.Qeyd etmək ki, hazırda işlər aparılan universal platforma əsasında “Armata” da daxil olmaqla, təxminən 30 müxtəlif təyinatlı maşın yaratmaq mümkün olacaq.
Uran (Reper)
Uran (tam adı: İbrahim İbrahimov; 20 dekabr 1983, Xaçmaz) — Azərbaycan repçisi.Uran müxtəlif dövrdə Cəza, Detsl, Diana Hacıyeva, Paster, ProMete, Xpert, Payam Turk, F'Rhyme və digər sənətçilər ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === Uran 1983-cü il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. === Yaradıcılığı === 1996-cı ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib. Hip-hopda ilk təxəllüsü "Mr Ib" olub. 2001-ci ilin mart ayından M. T. Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup "Mənim lomka həyatım" treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub.
Uran (element)
Uran (lat. Uranium) — simvolu U olan kimyəvi elementlərin dövri sistemindəki 92-ci element. Radioaktivdir. Elementlərin dövri sisteminin III qrupundadır, atom nömrəsi 92, atom kütləsi 238,029, aktinoidlər ailəsindəndir, gümüşü ağ rəngli metaldır. Üç allotropik modifikasiyası (alfa,beta,qamma) var. Alfa uranın sıxlığı 298 K-da 19,5 q/sm3 dur, 1405 K-da əriyir, 4093 K-də qaynayır. Təbii uranın 3 izotopona (u-238(99,282%), u-235(0,712%) və u-234(0,006%)) rast gəlmək olar. Süni izotoplarından u-233 daha əhəmiyyətlidir. Uranı alman kimyaçısı M.H.Klaprot uran dioksid şəklində kəşf etmiş və ona Uran planetinin adını vermişdir. Uranı ilk dəfə fransız kimyaçısı E.M.Peliqo almışdır.
Uran (mifologiya)
Uran (yun. Οὐρανός, səma, göy) — qədim yunan mifologiyasında dünyanı ilk idarə edən səma tanrısı, Geyanın əri, titanların, kiklopların və yüzqollu nəhənglərin atası. Oğlu Kron (Kronos) tərəfindən devrilmiş və kor edilmişdi. Bəzi mənbələrdə: Geya tərəfindən doğulmuş; Efirin və Hemeranın oğlu == Dünyanın hakimi == Yunan mifologiyasında bütün dünyada ən böyük tanrı Uran sayılır. O, yeri (Geyanı) qucaqlayaraq öz göy cismi ilə tamamilə örtmüşdür. O, ala buludların üzərinə qoyulmuş öz qızıl taxtında oturaraq bütün aləmi və tanrıları idarə edərmiş. Hesiod teoqoniyasına görə Geya Uranla nigaha girərək dağları, nimfaları, Pontu, altı kişi və altı qadın cinsli titanları, təpəgözləri, yüzqollu hekatonxeyrləri, nəhəngləri, eriniləri dünyaya gətirmişdir. Ondan törənmiş titanlar dəhşətli ilahi qüvvəyə malik idilər. Belə ki, titan Okean çox nəhəng olub yeri tamam bürümüşdür. Uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın - yerin bətnində - zülmət Tartarda gizlətmişdir.
Uran (planet)
Uran planeti — Günəşə yaxınlığına görə yeddinci planet. Günəş sistemində radiusuna görə üçüncü, kütləsinə görə dördüncü ən böyük planetdir. Uranın tərkibi Neptunun tərkibi ilə eynidir, hər ikisində də eyni kimyəvi elementlər mövcuddur, bu tərkib hissələri onları böyük qaz nəhəngləri olan Yupiter və Saturndan fərqləndirir. Bu səbəblə, alimlər Uran və Neptunu qaz nəhənglərindən ayırmaq üçün onları "buz nəhəngləri" kimi təsnif edirlər. Uranın atmosferinin əsasən hidrogen və helium tərkibi ilə Saturn və Yupiterin atmosferinə oxşarlığına baxmayaraq, ammonyak, metan və başqa hidrokarbonlarla birlikdə tərkibində daha çox buz mövcuddur. Uran minumum 49 K (−224 °C; −371 °F) temperatur ilə Günəş sistemində ən soyuq atmosferə sahibdir. Uran kompleks təbəqəli bulud strukturuna malikdir. Ən aşağı təbəqədəki buludlarda su, ən üst təbəqədəki buludlarda isə metan olduğu düşünülür. Uranın daxili əsasən buz və qayalıqdan ibarətdir.Digər nəhəng planetlər kimi Uranın halqa sistemi, maqnitosferi və çoxlu sayda peyki vardır. Uran sisteminin digər planetlərdən fərqləndirən özünəməxsus konfiqurasiyası var.
Uran (repçi)
Uran (tam adı: İbrahim İbrahimov; 20 dekabr 1983, Xaçmaz) — Azərbaycan repçisi.Uran müxtəlif dövrdə Cəza, Detsl, Diana Hacıyeva, Paster, ProMete, Xpert, Payam Turk, F'Rhyme və digər sənətçilər ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === Uran 1983-cü il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. === Yaradıcılığı === 1996-cı ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib. Hip-hopda ilk təxəllüsü "Mr Ib" olub. 2001-ci ilin mart ayından M. T. Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup "Mənim lomka həyatım" treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing. underground) festivalda 4-cü yeri tutub.
Uran planeti
Uran planeti — Günəşə yaxınlığına görə yeddinci planet. Günəş sistemində radiusuna görə üçüncü, kütləsinə görə dördüncü ən böyük planetdir. Uranın tərkibi Neptunun tərkibi ilə eynidir, hər ikisində də eyni kimyəvi elementlər mövcuddur, bu tərkib hissələri onları böyük qaz nəhəngləri olan Yupiter və Saturndan fərqləndirir. Bu səbəblə, alimlər Uran və Neptunu qaz nəhənglərindən ayırmaq üçün onları "buz nəhəngləri" kimi təsnif edirlər. Uranın atmosferinin əsasən hidrogen və helium tərkibi ilə Saturn və Yupiterin atmosferinə oxşarlığına baxmayaraq, ammonyak, metan və başqa hidrokarbonlarla birlikdə tərkibində daha çox buz mövcuddur. Uran minumum 49 K (−224 °C; −371 °F) temperatur ilə Günəş sistemində ən soyuq atmosferə sahibdir. Uran kompleks təbəqəli bulud strukturuna malikdir. Ən aşağı təbəqədəki buludlarda su, ən üst təbəqədəki buludlarda isə metan olduğu düşünülür. Uranın daxili əsasən buz və qayalıqdan ibarətdir.Digər nəhəng planetlər kimi Uranın halqa sistemi, maqnitosferi və çoxlu sayda peyki vardır. Uran sisteminin digər planetlərdən fərqləndirən özünəməxsus konfiqurasiyası var.
Uran əməliyyatı
Uran əməliyyatı (rus. Опера́ция «Ура́н») — İkinci dünya müharibəsi ərzində 1942-ci ilin 19-23 noyabr tarixləri aralığında Sovet qoşunlarının 6-cı alman ordusu və 4-cü tank ordusu, həmçinin 3-cü və 4-cü rumın ordularına qarşı hücuma keçdiyi strateji əhəmiyyətli əməliyyat. Əməliyyat beş ay davam edən Stalinqrad döyüşünün ortasından etibarən başlanmışdır və məqsədi Stalinqradın içərisində və ətrafında yerləşən alman qoşunlarını məhv etməkdən ibarət idi. Əməliyyatla əlaqədar planlar 1942-ci ilin sentyabr ayında hazırlanmağa başlanmışdır. Əsas olaraq Qafqazdakı alman qüvvələrini və Stalinqrada hücuma hazır vəziyyətdə olan B Ordular Qrupunu eyni vaxtda mühasirəyə almaq və məhv etmək planlanmışdı. Qırmızı Ordu alman qüvvələrini Stalinqrad daxilində güclü döyüşlərə cəlb etməyi bacarmışdı ki, bu da qarşı tərəfin gücünü zəiflətmiş və onu psixoloji olaraq sarsıtmışdı. Digər tərəfdən də müttəfiq qoşunların cinahlarının müdafiəsi zəif təchizatlı və çox geniş əraziyə yayılmış macar, rumın və italyan qoşunları tərəfindən qorunurdu. Sovet qoşunlarının hücumu da məhz rumın qüvvələrinin yerləşdiyi cəbhədən başlanmışdır. Həmçinin, bu birliklərin Sovet hücumunun qarşısını ala biləcək ağır silahları ya yox idi, ya da yetərsiz sayda idi. Qafqazdakı neft ehtiyatlarının və Stalinqradın işğalını qarşısına məqsəd qoyan alman qoşunları 1942-ci ilin yazına qədər ələ keçirdikləri əraziləri müdafiə etməkdə çətinlik çəkirdi.
Uran (kimyəvi element)
Uran (lat. Uranium) — simvolu U olan kimyəvi elementlərin dövri sistemindəki 92-ci element. Radioaktivdir. Elementlərin dövri sisteminin III qrupundadır, atom nömrəsi 92, atom kütləsi 238,029, aktinoidlər ailəsindəndir, gümüşü ağ rəngli metaldır. Üç allotropik modifikasiyası (alfa,beta,qamma) var. Alfa uranın sıxlığı 298 K-da 19,5 q/sm3 dur, 1405 K-da əriyir, 4093 K-də qaynayır. Təbii uranın 3 izotopona (u-238(99,282%), u-235(0,712%) və u-234(0,006%)) rast gəlmək olar. Süni izotoplarından u-233 daha əhəmiyyətlidir. Uranı alman kimyaçısı M.H.Klaprot uran dioksid şəklində kəşf etmiş və ona Uran planetinin adını vermişdir. Uranı ilk dəfə fransız kimyaçısı E.M.Peliqo almışdır.
Seyidova Ceyla Uran qızı
Seyidova Ceyla Uran qızı 20 avqust 1995, Bakı) — skripkaçı. Azərbaycan Respublikasının əməkdar artisti (2020). Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu.. == Bioqrafiya == Ceyla musiqiçi ailəsində anadan olub: atası Uran Seyidov Azərbaycanın xalq artisti, Dövlət Kamera Orkestrinin konsertmeysteridir. Anası Azərbaycanın əməkdar artisti, professor Samirə Aşumovadır. Qardaşı Anar Seyidov prezident təqaüdçüsüdür, Moskva Çaykovski Konservatoriyasının məzunudur. Müəllimi Fatimə İdiatullina olmuşdur.Həmçinin, Cayla Seyidova Eduard Davidoviç Qraçın ilk azərbaycanlı tələbəsi olub.[mənbə?] Ceyla 6 yaşından musiqi ilə məşğul olur, xaricə qastrol səfərlərində olur, ABŞ-da Azərbaycan Günləri, Almaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçikada keçirilən Azərbaycan Mədəniyyəti Günləri və s. kimi mühüm mədəni tədbirlərdə iştirak edir. 2004-cü ildə Kövkəb Səfərəliyevaya həsr olunmuş gənc ifaçıların 1-ci festivalının qalibi olub. 2017-ci ildə Çaykovski adına Moskva Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib.
Ambriel (Uranın peyki)
Ambriel — Uranın peyklərindən biri; 1851-ci il oktyabrın 24-də Villiam Lassell tərəfindən kəşf edilmişdir. Ariel ilə eyni zamanda kəşf edilmiş və Aleksandr Papanın "The Rape of the Lock" adlı əsərindəki bir obrazın adını daşıyır. Ambriel əsasən sərt suxurlara malik buzdan ibarətdir, ehtimal ki, bərk nüvəyə və buzlu mantiyaya malikdir. Ambrielin səthi digər Uran peyklərinə nisbətən daha qaranlıqdır və əsasən kənar təsirləri nəticəsində formalaşmışdır. Lakin, kanyonların mövcudluğu erkən endogen prosesləri büruzə verir və peykin köhnə səthinin məhv olmasına səbəb olan erkən endogenetik əsaslı bir səth yenilənmə hadisəsinə məruz qalmış olması ehtimal edilir. Ambriel, diametri 210 km-ə (130 ml) çatan çoxsaylı zərbə kraterləri ilə əhatə olunmuşdur, Oberondan sonra Uranın ikinci ən çox kraterli peykidir. Ən görkəmli səth xüsusiyyəti Vunda kraterinin zirvəsində parlaq bir materialdır. Bu peyk, Uranın bütün peykləri kimi, ehtimal ki, meydana gəlməsindən sonra planetin ətrafını əhatə edən akressiya diskindən meydana gəlmişdir. Uran sistemi 1986-cı ilin yanvarında Voyager 2 kosmik gəmisi tərəfindən yalnız bir dəfə tədqiq edilmişdi. Ambrielin bir neçə şəkli çəkilmişdir ki, bu da peykin səthinin təxminən 40%-i əhatə edirdi.
Ariel (Uranın peyki)
Ariel — Uranın məlum olan 27 peykinin dördüncüsüdür. Ariel öz oxu ətrafında fırlanır və Uranın ekvatorial sahəsində dolanır, belə ki onun orbiti Uranın orbitinə demək olar ki perpendikulyardır və bu səbəblə həddindən artıq mövsümi dəyişikliyə malikdir. O, 1851-ci ilin oktyabrında William Lassell tərəfindən kəşf edilmişdir və ədəbiyyatında iki ayrı ədəd ilə xarakterizə edilir. 2017-ci ilə qədər, Ariel haqqında məlumatlarının əksəriyyəti Uranın 1986-cı ildə "Voyager 2" kosmik aparatı vasitəsiləalçaqdan uçuşlarından əldə edilmişdi və peykin səthinin təxminən 35% -nə təsvir edilmişdir. Uranın orbitləri və zoldlanması kimi müxtəlif konsepsiyalar zaman-zaman təklif olunmasına baxmayaraq, bu peykin müşahidə etmək üçün hələ də aktiv plan yoxdur. Mirandadan sonra, Ariel Uranın beş əsas dairəvi peykinin ikinci ən kiçiyi və öz planetinə ən yaxın ikinci peykdir. Günəş sisteminin 19 ən məşhur dairəvi peyklərindən biri olub (diametr üzrə 14 sıradadır) təxminən bərabər hissələrdə buz və qayalı materiallardan ibarətdir. Onun kütləsi təxminən Yerin hidrosferinə bərabərdir. Bütün Uran peykləri kimi, Ariel, ehtimal ki, planetin meydana gəlməsindən qısa müddət sonra onu əhatə edən akkresiya diskindən formalaşmışdır və digər böyük peyklərə oxşardır, ancaq buzlu mantiya ilə əhatələnmiş sərt nüvəyə malik olması ilə fərqlənir. Ariel qoruqlar, kanyonlar və silsilələr sistemi ilə çarpaz kəsilmiş geniş krateri ərazilərdən ibarət olan mürəkkəb səthə malikdir.
Desdemona (Uranın peyki)
Desdemona (ing. Desdemona) Uranın daxili peyklərindən biridir. O, Voyecer 2-nin 1986 13 yanvar tarixindəki uçuşu nəticəsində əldə edilən şəkillər vasitəsilə kəşf edilmiş və qısa müddətliyinə S/1986 U 6 adı verilmişdi. Desdemona adı isə Uilyam Şekspirin Otello tamaşasındakı Otello obrazının həyat yoldaşından götürülmüşdür. Digər bir adı X Urandır.Desdemona Bianka, Kressida, Cülyetta, Portia, Rozalind, Kupid, Belinda və Perditanın da daxil olduğu peyklərin Portia qrupuna aid olunur. Bu peyklərin bir birlərinə bənzəyən orbitləri və fotometrik xüsusiyyətləri var. Desdemona haqqında orbiti, 32 km-lik radiusu və 0.08-lik geometrik albedosu xaricində, demək olar ki, əhəmiyyətli heç nə bilinmir. Voyacer 2-dəki şəkillərdə Desdemona uzunsov və əsas oxu Urana tərəf yönələn cisim kimi görünür. Səthi bozumtul rəngdədir.Qarşıdakı 100 milyon il içərisində Desdemonanın ona yaxın yerləşən Kressida və Cülyetta peykləri ilə toqquşması gözlənilir.
Kupid (Uranın peyki)
Kupid (ing. Cupid) - Uranın daxili peykidir. O, 2003-cü ildə Habbl teleskopundan istifadə edən Mark Şovalter və Cek Lissauer tərəfindən ləşf edilib. Kupid adı Uilyam Şekspirin Afinanın Timonu tamaşasındakı bir obrazdan götürülüb.Kupid Uranın peykləriUranın daxili peykləri içərisində ən kiçiyidir. Diametrinin təxminən sadəcə 18 km olduğu təxmin edilir. Bu və onun qaranlıq səthi Voyacer 2-nin 1986-cı ildə Uranın yaxınlığından etdiyi uçuş zamanı onun görüntülərini əldə etməyi xeyli çətinləşdirmişdi. Kupidin orbiti ondan daha böyük olan Belindanın orbitindən sadəcə 863 km fərqlənir. Mab və Perditadan fərqli olaraq Uranın peykləri həmçinin 2003-cü ildə kəşf olunmuşdu, o bu cəhətdən də çox narahat görünmür.Kəşf olunduqdan sonra Kupidə müvəqqəti olaraq S/2003 U 2 adı verilmişdi. XXVII Uran olaraq da adı qeyd olunur. Asteroid olan 763 Kupido ilə qarışdırılmamalıdır.
Oberon (Uranın peyki)
Oberon — Günəş sistemində Uran planetinin peykidir.
Tandı Uranhay
Tandı Uranhay (tuvaca: Таңды Урянхай, monqolca:Tagna Urianhai, rusca: Урянхайский край, ingiliscə: Tannu Uriankhai) – Tuvanın 1914–1921-ci illər aralığında Rusiya imperiyasının himayəsinə qədər adlandırılmış bölgə adı. Tandı Uranhay 1912-ci ilə qədər Tsin sülaləsinin tabeliyində olmuşdur. == Haqqında == 1912–1913-cü illərdə Çində inqilabdan sonra Tuva bəyləri — Ambın-noyan Kombu-Dorju Şamzı-lama, Gun noyan Buyan Badırqı və digərləri — çarlıq hkumətinə Çin dövlətinə qarşı Rusiya imperiyasının himayəsinə girmə istəyində olduqlarını bildirdilər.1914-cü ilin aprel ayının 4-də II Nikolay S.D. Sazonova yazdığı cavab məktubunda Tandı Uranhayın 5 bölgəsinin Rusiyaya birləşməsinə razılıq verdiyini bildirdi. O ildən etibarın "Rusiya-Tuva birlikdə" şüari yayılmışdır və 2014-cü ildə bunun 100 illiyi qeyd olunmuşdur.Daha sonra hakimiyyətin istəyi ilə Tandı Uranhay 7 bölgəyə ayrılmışdır: Beezi, Daa, Maadı, Oyunnar, Salçaktar, Tojular və Çoodular. XX əsrin əvvəllərində Tandı Uranhay bölgəsi Çarlıq Rusiyası işğalına girmişdir. Lakin sonunda Tuva türkləri Tuva Ulus Respublikası adı ilə müstəqil dövlət qura bilmişdirlər. Lakin SSRİ dövlət başçısını öz tərəflərinə çəkməklə, 1944-cü ildə Tuvanı özlərinə birləşdirmişdirlər.Uranhaylar özlərini yerinə görə Tufa, Tofa, Tuba, Tuha olaraq adlandırmaqdadırlar. Özləri Uranqar sözünü də bilməkdədirlər və onu saxalar qalın "a" və sağır səs olan "nq" ilə tələffüs etməkdədirlər.
Urancaq (Miyanə)
Urancaq (fars. اورنجق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (15 ailə).
Uranga
Karxarin (lat. Carcharhinus) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinin karxarinkimilər dəstəsinin karxarinlər fəsiləsinə aid heyvan cinsi.
Uraninit
Uraninit — mineral, UO2. Adətən U4+ bir qismi U6+-dək oksidləşir. Daima radiogen Pb qatışığı, çox vaxt Th və TR qatışığı olur. Uraninit Pb miqdarına görə mineralın izotop yaşı təyin edilir. Kubik. Kristal­ları: kublar, oktaedrlər və ya onların kombinasiyaları. Aqreqat: möhtəvilər, böyrəkvari (qatran U-filizi). Qatranı-qara, yaşımtıl-qara. Parıltı qatranı, yarımmetallik. Sərtliyi 5-6.
Uranium
Uran (lat. Uranium) — simvolu U olan kimyəvi elementlərin dövri sistemindəki 92-ci element. Radioaktivdir. Elementlərin dövri sisteminin III qrupundadır, atom nömrəsi 92, atom kütləsi 238,029, aktinoidlər ailəsindəndir, gümüşü ağ rəngli metaldır. Üç allotropik modifikasiyası (alfa,beta,qamma) var. Alfa uranın sıxlığı 298 K-da 19,5 q/sm3 dur, 1405 K-da əriyir, 4093 K-də qaynayır. Təbii uranın 3 izotopona (u-238(99,282%), u-235(0,712%) və u-234(0,006%)) rast gəlmək olar. Süni izotoplarından u-233 daha əhəmiyyətlidir. Uranı alman kimyaçısı M.H.Klaprot uran dioksid şəklində kəşf etmiş və ona Uran planetinin adını vermişdir. Uranı ilk dəfə fransız kimyaçısı E.M.Peliqo almışdır.
Uraniya (muza)
Uraniya (yun. Οὐρανία, lat. Ūrania, Ūraniē) yunan mifologiyasında astranomiya muzasıdır. Zevs və Mnemosinanın qızı və Himeneyin anasıdır.
Uranquran
Uranquran Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Uranquran - Tiflis quberniyasının Borçalı qəzasında kənd adı.Mənbədə bu bölgədə Aq-Uran və Gög-Uran kənd adları çəkilmişdir.Qıpçaqların Uran tayfasının adından və türk dillərində kuren (1000 alaçıqlı düşərgə) sözündəndir.
Urançay
Urançay — Azərbaycanın Oğuz rayonu ərazisində çay. Ağçayın qoludur. Hidronim IX-XII əsrlərdə Cənubi Rus çöllərində yaşamış qıpçaq tayfalarının uran qolu ilə əlaqələndirilir. Türk dillərində uran "qışqırıq, bağırtı" mənasında işlənir. == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild, Bakı,2007, səh.286.

Значение слова в других словарях

за́льца нигро́л нумерацио́нный околёсина промёрзлый темноли́цая Уто́пия уты́кивать белоку́рый бой-ба́ба гемоста́з дожёвывание друг дома иконопи́сность коке́тство па́точный перессо́риться расфасо́вщица сет шмы́гать bim coking coniform romp шаткий