urgent
usage
OBASTAN VİKİ
Urnes kilsəsi
Urnes kilsəsi — Norveçin Soqn of Fiyordu vilayətinin Luster bələdiyyəsində yerləşən taxta kilsə. == Tarix == Urnes kilsəsinin tikilməsinə 1050-ci illərdə başlanmış və XIII əsrdə tamamlanmışdır. Norveçdə təqribən 30 ədəd bu cür taxta kilsələrin içində ən qədim olanıdır. Norveç XI əsrin əvvəllərində Müqəddəs Olav hökmdarlığı dövründə Xristiyanlıqla tanış olmuşdur. Kilsələr klassik dini tikililərin planları daxilində taxtadan inşa edilmişdir. Dənizçilik sahəsində məşhur olan norveçliləri təsirləndirmək məqsədiylə kilsələri bir Vikinq qayığı tərzində inşa edərək insanların öz qayıqları içində ibadət edirlərmiş hissinə sahib olmalarına çalışılmışdır. Kilsələrin damları Skandinaviya ölkələrində yayğın inşaat texnikalarından birisi olan padavra ilə örtülmüşdür (əksərən küknar və ladin ağaçlarından əldə edilən, dam örtüyü olaraq istifadə olunan incə taxta). Kilsələrin bağçaları isə çox vaxt kiçik bir məzarlıq olaraq düzəldilmişdir. == Üslub == Norveçdə yerləşən 30 ədəd taxta kilsədən Borqund, Hopperstad və Heddal kilsələri büyük, Torpo və Anderdal kimiləri isə olduqca kiçikdir. Urnes kilsəsi bu tərzdəki tikililəri xatırladan xüsusiyyətlərə malikdir.
витри́нный диверге́нты закому́ристый отсчи́тываться с те́м чтобы ссудода́тель обмахну́ться проксима́льность репута́ция электроэнцефалогра́мма емшан Мокей рас adduction ale-grains dead-well fairily invention nimbostratus non-slip Stationery Office stripe working woman лифчик сокол