URUQVAYLILAR
URVA
OBASTAN VİKİ
Urus-Martan
Urus-Martan Çeçenistanda şəhər, həmçinin Urus-Martan rayonunun mərkəzi. == Coğrafiyası == Şəhər Martan çayının sahilində yerləşir. Qroznıdan 31 km aralıda yerləşir.
Urus talası
Urus talası — Yuxari Qarabağda Tərtər rayonunda orta əsrlərdə maldar ellər üçün yaylaq yerlərindən birinin adı. == Toponimikası == XIX əsrdə Tiflis quberniyasının Tioneti qəzasında Urosxevi ("Urus dərəsi"), Azərbaycanda Arus (Yardımlı rayonu), Dağıstanda Urus-Koşlar ( koş "köç" müvəqqəti yaşayış yeri"), Şimali Qafqazda Uruzgöl toponimləri ilə mənşəcə eynidir. Şimali Qafqazda karaçaylarda və bolqarlarda Uruspili (Urusbəyli) tayfası vardı. Qıpçaqların Urus tayfasının adından ibarətdir. Özbəklərdə, kazaxlarada və qaraqalpaqlarda Urus tayfası var.
Urus xan
Urus xan (XIV əsr – 1377) — Qızıl Orda xanı. Qazax xanlarının büyük atası. İki dəfə Qızıl Orda xanı olduqdan sonra müstəqilliyini elan edərək Sıqnax Orda dövlətini yaratmışdı.
Urus çayı
Urus çayı — Tatarıstan ərazisindən axan çay. İk çayının qollarından biridir. İk çayına mənsəbindən 427 km yuxarıda tökülür. Uzunluğu — 13 km, hövzəsi 51,8 km²-dir. == Su reesterinin məlumatı == Kama çayı hövzəsinə aiddir.
Urus-Martan rayonu
Urus-Martan rayonu (çeç. Хьалха-Мартанан кӏошт) — Rusiya Federasiyasının Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Urus-Martan şəhəridir. == Coğrafiya == Rayon Çeçenistan Respublikasının cənub-qərb hissəsində yerləşir. Şimalda Qroznı rayonu və Qroznı şəhər dairəsi, şərqdə - Qudermes rayonu, şərqdə Şali və Şatoy rayonu, cənubda İtum-Kali rayonu, qərbdə Açxoy-Martan rayonu ilə həmsərhəddir. Rayonun sahəsi 1138.81 km² -dir (1 yanvar 2020 -ci ilə qədər 649.15 km² olmuşdur). Ərazinin qərbdən şərqə 29 km, şimaldan cənuba 31 km-dir. == Tarix == Urus-Martan rayonu 30 noyabr 1922-ci ildə qurulur. 1 avqust 1934-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Çeçen-İnquş Muxtar Vilayətində mərkəzi Qrozmı şəhəri olan Qroznı rayonu qurulması haqqında qərtara verilir. Ütəlik bura Urus-Martan rayonunun Berdıkel, Çeçen-Aul, Novıye Aldı və Alxan-Kala kəndləri daxil edilir.
Urus-Martan cümə məscidi
Vaxi Camalxanov adına Urus-Martan cümə məscidi (çeç. Хьалха-Мартан Вахин Джамалханов цIарах дина маьждиг) — Çeçenistan Respublikasının Urus-Martan şəhərinin mərkəzində tikilmiş cümə məscidi. Məsciddə eyni vaxtda 5000 insan ibadət edə bilər. == Tarixi == 1883-cü ilə qədər Urus Martan kəndində 9 məscid, o cümlədən əsas Cümə məscidi və 8 məhəllə məscidi fəaliyyət göstərirdi.. Urus-Martan şəhərində yeni cümə məscidinin tkintisi təşəbbüsü Çeçenistan Respublikasının başçısı Ramzan Kadırova məxsusudur. Onun təklifi ilə məscidin inşasına maliyyə cəsaiti ayrılmışdır. Cümə məscidinin inşası 2009–2010-cu illərdə aparılmışdır. 2010-cu il oktyabrın 5-də Çeçenistan Respublikasının rəsmi şəxslərinin və qonaqların iştirakı ilə məscidin açılışı baş tutmuşdur. == Təsviri == Urus-Martan məscidi şəhərin əsas simvollarından biridir. Boz-mavi günbəzləri olan açıq oxra rənglərində tikilmiş bu böyük bina 5000 müsəlman ibadətçini qəbul edə bilər.
Sergey Urusevski
Sergey Pavloviç Urusevski (rus. Сергей Павлович Урусевский; 23 dekabr 1908, Sankt-Peterburq, Rusiya imperiyası - 12 noyabr 1974, Moskva, SSRİ) — Sovet kinooperatoru və kinorejissoru, iki dəfə birinci dərəcəli Stalin mükafatı laureatı (1948, 1952), RSFSR əməkdar incəsənət xadimi (1951), 1942-ci ildən Sov.İKP-nin üzvü idi. == Həyatı == Sergey Urusevski 23 dekabr 1908-ci ildə Sankt-Peterburqda anadan olmuşdur. 1935-ci ildə Leninqrad təsviri incəsənət institutunda Vladimir Favorskinin kursunu bitirərək kinoda işləməyə başlamışdır. 1937-ci ildən "Soyuzdetfilm" kinostudiyasında operator kimi çalışmışdır. Böyük Vətən müharibəsində cəbhə kinooperatoru olmuşdur. 1957-ci ildə "Durnalar uçur" filminin çəkilişi zamanı dairəvi operator relsini kəşf etmiş və ilk dəfə olaraq tətbiq etmişdir. Urusevskinin "Mən Kubayam" filmindəki operator işi kino incəsənətinin inkişafında xüsusi rol oynayır. Çoxsaylı beynəlxalq mükafatların laureatı olmuş operatorlar Şon Bobbitt və Ben Seresin onu nəhəng sənətkar hesab edirlər. Sergey Urusevski 12 noyabr 1974-cü ildə vəfat etmişdir.
Urusbiyevlər
Urusbiyevlər və ya Urusbəyləri ( Qaraç-balk:Орусбийлары) - balkar əsilzadə soyu. Bu soy balkarların milli mədəniyyətlərinə görkəmli nümayəndələr bəxş edib. == Tarixi == Urusbiyevlər soyu Bezengiyev dağ bəylərindən olan Suynyuşleri (rus. Sunşevlər nəslindən törəyib. Qədim parad musiqilərində adı çəkilən Baksanuko Sunşevin nəvəsi Çepelleu Urus bəy oğlu Sunşev tək olduğu üçün və öz həyatı üçün qorxduğu üçün anası ilə birlikdə XVIII əsrin sonunda ilk olaraq anasının qohumları olan Çegem icmasına gedir. Daha sonra yetkinləşib ətraf ərazilərlə tanış olduqdan sonra o Bezengini tərk edərək öz özdənləri və təbəələri və onların ailələri ilə birlikdə Basxan dərəsinə köçür. Köçdüyü ərazi kabardin knyazları Atajukinlərin ərazisi ilə həmsərhəd idi və "Kamık" adlanırdı. Köçdükdən sonra ilk illər Çepelleu öz ana qohumları olan çegem dağ bəylərindən dəstək alırdı. Zaman keçdikcə Çepelleu və onun törəmələrindən Urusiyevlər soyu formalaşır. Soy öz adını Çepelleunun atası Urus bəy Sunşevdən alıb.
Urusovo (Mordoviya)
Urusovo (erz. Орозбие) — Rusiya Federasiyası, Mordoviya Respublikası, Ardatov rayonu ərazisində yerləşən kənd. == Coğrafiya == Kənd Muravlekke çayı sahilində, rayon mərkəzindən 26 km aralıda yerləşir. Ardatov dəmiryolu stansiyası ilə arasında məsafə isə 36 km-dir. == Adı == Ad bir antroponimdir. Xristianlığı qəbul edənə qədər mordoviyalılar arasında geniş yayılmış "Urus" ( Oroz ) adı ilə əlaqədardır. == Tarixi == 1624-ci ildə Alatır qəzası ərazisində, Novorleyski təpəsində, İvanovo kəndi olaraq qeyd edilir. 1671-ci ildə isə Urusovo kimi qeyd edilmişdir. 1863-cü ilə aid Simbirsk vilayətinin yaşayış məntəqələrinin siyahısında Urusovoda 154 həyət qeydə alınır. Bu dövrdə kənddə 1.357 nəfər yaşayırdı.
İsmayıl Urusbiyev
İsmayıl Urusbiyev (1829, Balkariya, Kabardin-Balkariya – 1888) — balkar ictimai xadimi və maarifçisi. == Həyatı == İsmayıl Mirzəqul oğlu Urusbiyev Baksan dərəsində hökm edən balkar soyu Urusbiyevlərdəndir. Onun atası Mirzəqul İsmayıl oğlu Urusbiyev 1827-ci ildə general-leytenant Q. Emmanuelə Balkariya və Diqoriyanın Rusiya imperiyasına birləşdirilməsi üçün müraciət edən balkar-diqor nümayəndə heyətinin üzvü idi. Anası Tatlıxan Sultan qızı Şakmanova isə Xolam cəmiyyətində hökm edən Şakmanovlar nəslindəndir.1851-ci ildə öz kürəkəni svan knyazı Otar Dadeşkelianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Sankt-Peterburqda I Nikolay tərəfindən qəbul edilmiş və "Xidmətlərinə görə" medalı ilə təltif olunmuşdur. Sankt Peterburqa ikinci dəfə balkar əsilzadə soylarının heyətinin tərkibində gəlib. Bu nümayəndə heyətinin tərkibində iştirak etdiyi üçün zabit rütbəsi alır və ona illik 75 rubl maaş kəsilir. 1868-ci ilin oktyabr ayında isə podporuçik rütbəsinə yüksəldilir. Urusbiyev dəfələrlə Dağ şifahi məhkəmələrinin üzvü seçilir. İsmayıl Urusbiyev öz bölgəsinin tarixi etnoqrafiyası və coğrafiyası ilə bağlı biliklərə malik olduğu üçün professor M.Kovalevski balkarların etnoqrafiyası və tarixi ilə bağlı məlumatları məhz ondan almışdır. Daha sonra o bu məlumatlardan "Elbrusun altında", "Qafqazda qanunlar və adətlər" tədqiqat işlərində istifadə etmişdir.

Digər lüğətlərdə

гоноко́кковый изложи́ть кровени́ть обры́скать переассигно́вывание перифери́йный пя́тный увеличи́тель буйволёнок взволнова́ться жмот ко́лоб отбе́льный противотеплово́й словоохо́тливость тре́бовать calorifics exceed lukewarm re-entry requeening yodeller община словцо хрусталь