USTADNAMƏ

is. [ fars. ] Azərbaycan şifahi xalq ədəbiyyatında çox vaxt qoşma, bəzən də divani şəklində olub, məzmunca hikmətamiz, nəsihətamiz, fəlsəfi məzmunda şeir növlərindən biri (bir ənənə olaraq aşıqlar dastana ustadnamə ilə başlayırlar).
Elə ona görə mən də naşı şəhər balalarına yaxşı bir ustadnamə oxudum. S.Rəhimov.

USTADLIQ
USTALAŞMA
OBASTAN VİKİ
Ustadnamə
Ustadnamə — Hikmətli, nəsihətamiz qoşmalar ustadnamələr adlanır. Ustad sözü, ustad nəsihətidir. “Öyüdləmə” adı ilə də tanınır. ”Dədə Qorqud soylamaları” da bu anlamı daşıyır.Adətən, dastanların əvvəlində üç ustadnamə verilir. Məsələn, Qafil könül, bir məclisə varanda,Ver qadağa acı dilə, danışma.Hərcayı söyləmə, hərcayı demə,Laf eyləyib gülə-gülə danışma. Aşıq gərək hər məclisdə sayılsın,Sözünü eşidən qansın, ayılsın.Kəlmə çıxar, şirin cana yayılsın,Aşırıb sözünü zilə danışma. Sözün manı tutma azğın, axmağın,Xoşlanılmaz aralıqdan çıxmağın,Layiq deyil başa qaxınc qaxmağın,Öz eybini bilə-bilə danışma. Yazıq Hüseyn, əhdin yetər yerinə,Könül bağla aşıqların pirinə.Çək sözünü həqiqətə, dərinə,Hər qədirbilməzə belə danışma.

Digər lüğətlərdə

затве́рживать зачертыха́ться нимфе́я подбежа́ть соро́мить ультимати́стский выеда́ться гелиоаппарату́ра полуофициа́льный хаба́лка ци́фра шарахнуть allegoric blood test disco hammerman ignes fatui reb standing вестовой десятирублёвка переменять славянофильство стропило титулованный