USTALIQ

is.
1. Hər hansı bir sahədə çalışan ustanın işi, peşəsi.
2. Hər hansı bir sahədə böyük bacarıq, məharət.
İşdə bir incəlik, ustalıq və xüsusi qabiliyyət görünürdü. Ə.Vəliyev.

// Ümumiyyətlə, məharət, bacarıq.
Əsil ustalıq burdadır. Qantəmir.
Bax, bu, böyük ustalıq tələb edən bir fəndir. Ə.Əbülhəsən.

3. Ustalıqla şəklində zərf – məharətlə, bacarıqla, ustacasına, mahircəsinə. Ustalıqla hərəkət etmək. Rolu ustalıqla ifa etmək.
– Səlim bəy çox ustalıqla … təbəssümünü təkrar etdi. H.Nəzərli.
Ümumən Müqim bəy arvadından çəkindiyini daima özü də ustalıqla malalamağa çalışırdı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • USTALIQ bacarıq — hünər — məharət — sənətkarlıq
  • USTALIQ peşə — sənət — vərdiş
USTALAŞMAQ
USTAYANA

Digər lüğətlərdə

ахи́ллов гик достава́ла многово́дность перелакиро́вывание противоположи́ть профсою́зный приголу́бить про́зелень разже́чь фармпрепара́т элексир aqui- barbel drive-screw glitter papa staffer team-up terramare watch lathe автосцепка арбалет двузначный несработанность