uti 2021
utilər 2021
OBASTAN VİKİ
Betula utilis
Betula utilis (lat. Betula utilis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Cucumis melo var. utilissimus
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Cucumis utilissimus
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Euseius utilis
Euseius utilis (lat. Euseius utilis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Nectandra utilis
Nectandra utilis (lat. Nectandra utilis) — dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Norton Utilities
Norton Utilities – kompüteri konfiqurasiya etmək, optimallaşdırmaq və xidmət etmək üçün utilitlər toplusu. Peter Norton Computing və Symantec şirkətləri tərəfindən işlənib hazırlanıb. İlk versiyası 1982-ci ildə DOS 1.x. əməliyyat sistemi üçün buraxılıb. Bu paketə 14 utilit, o cümlədən təsadüfən silinmiş faylları bərpa etmək üçün populyar Unerase utiliti daxil idi. Üç disketdən ibarət bu paket 80 ABŞ dollarına satılırdı. 1991-ci ildə buraxılmış 6.0 versiyası DOS mühitində yerinə yetirilsə də Windows 3.x əməliyyat sistemi tərəfindən dəstəklənirdi. Sonuncu Symantec Norton Utilities 15.0 versiyası 2010-cu ilin dekabrında buraxılıb. Bu versiyaya Norton Speed Disk, Norton Disk Doctor, Norton UnErase, Registry Restore, Registry Defragmenter, Registry Cleaner, Disk Cleaner, Disk Defragmenter, Startup Manager, Service Manager, Restore Center, System Optimizer, Process Viewer və Performance Test kimi utilitlər daxildir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Syzygium utilis
Syzygium utilis (lat. Syzygium utilis) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Unix utilitlərinin siyahısı
Aşağıdakı siyahı IEEE Std 1003.1-2008 tərəfindən Unix utilit kimi müəyyən edilib. Bu utilitlərinə Unix və *nix əməliyyat sistemlərinin çoxunda rast gəlmək mümkündür.
Utilita
Utilita (ing. utility və ya tool) — dar çərçivədə spesifik vəzifələr yerinə yetirən, aparat təminatını və operasiya sistemləri imkanlarını genişləndirən kompyüter proqramı. Utilita parametr, tənzimlənməni və quraşdırmanı təmin edir və ya onları yerinə yetirilməsini avtomatıaşdırır. Utilitalar çox zaman operasiya sistemləri tərkibinə daxil edilirlər. == Funksiyaları == aparat hissələrinin göstəricilərinin monitorinqi. aparat hissələrinin parametrlərinin idarə edilməsi. daxil/çıxış əmrlərinin yerinə yetirilməsinin düzgünlüyünə nəzarət. disk imkanlarının genişləndirilməsi. sistem imkanlarının incə şəkildə tənzimlənməsi — tviker.
Utilitarizm
Utilitarizm (lat. utilitas — fayda) — davranışın və ya hərəkətin mənəvi dəyəri onun faydalılığı ilə müəyyən edilən etika istiqaməti və ya etik nəzəriyyə. Bir hərəkətin(və ya əməlin) faydalılığı, hərəkətin nəticələrinin bu hərəkət(və ya əməl) zamanı təsirə məruz qalan bütün tərəflərin aldığı ayrılmaz həzz və ya xoşbəxtlikdir. Utilitarizm etik nəzəriyyələrin ardıcıl qrupuna aiddir, çünki o, bir hərəkəti özü ilə deyil, nəticələri ilə mühakimə edir. Bu nəzəriyyəyə əsasən "ən yaxşı əməl, ən çox insana ən çox xoşbəxtlik gətirən əməldir". Utilitarizm hedonizm və ya evdemonizm — dəyər (aksioloji) təlimlərə əsaslanır, ona görə (bu nəzəriyyəyə görə) ən yüksək dəyər həzz və ya xoşbəxtlikdir. Zövq(həzz) və xoşbəxtliyin sərt tərifləri hələlik problem olaraq qalır. Bu anlayışların eyni olub-olmaması sual(və ya problem) olaraq qalır. Müasir Qərb utilitarları onları eyniləşdirməyə meyllidirlər.
Utilizasiya
Utilizasiya — məişət tullantılarının utilizasiyası — məişət tullantılarından qiymətli (əsasən metallar) və yanmayan (şüşə) komponentləri çıxarıldıqdan sonra üzvi maddələr yandırılaraq və ya qıcqırdılaraq enerji əldə etmək (bilavasitə və ya bioqaz almaqla) üçün, xammal isə tikinti materialı və kompost almaq üçün istifadə edilə bilər. Atmosferə atılan tullantıların utilizasiyası — sənaye qurğuları və binalar tərəfindən atmosferə atılan enerjidən və maddələrdən (qazşəkilli, toz halında, damcı halında) istifadə olunması. Məsələn: tərkibində kükürd olan qazlardan sulfat turşusunun alınması (əlvan metallurgiyada). Sənaye tullantılarının utilizasiyası — sənaye tullantılarından təkrar xammal, yanacaq, gübrə və s. məqsədlər üçün istifadə olunması. Çirkab sularının utilizasiyası — məişət, leysan və ya sənaye sularının tərkibindəki faydalı komponentlərdən (həll olunmuş və ya asılı halda olan) istifadə edilməsi və ya təmizləndikdən sonra bu sulardan tarlaların və ya yaşıllıqların suvarılmasında istifadəsi. Çıxan qazların istiliyinin utilizasiyası — atılan sənaye istiliyindən texnoloji proseslərdə və ya qızdırıcı kimi istifadə edilməsi.
Utilər
Utilər – Qafqaz Albaniyasında yaşamış və Alban tayfa ittifaqında daxil olan ən böyük tayfalardan biri. İ. P. Petruşevski Qəbələ rayonunun Nic kəndində yaşayan udinlər qədim albanların qalıqları olduğu fikrini irəli sürmüş, digər tədqiqatçılar – S.T.Yeremyan, Z.İ.Yampolski, Z.M.Bünyadov, Q.A.Klimov, A.Q.Şanidze, İ.H.Əliyev, V.L.Qukasyan, F.Məmmədova onunla həmfikir olmuşdurlar. Ancaq etnoqraf Q. Qeybulayev bu günkü udinlərin Dağıstandilli tayfaların birinin qalıqları olduğunu və utiləri alban etnosu, yəni Alban dövlətini yaradan və etnik adı alban olanlar ilə eyniləşdirilmənin doğru olmadığını yazmışdır. Strabon Atropatenada – Midiya dağları adlanan dağlıq ərazidə Xəzərin cənub qərbində alban və uti tayfalarının yanaşı yaşadığını qeyd edir və bu da alban və uti adlarının müstəqil tayfaların adları olduğunu deməyə əsas verir. 1958-ci ildə erməni tarixçisi S.T.Yeremyan qədim alban dilinin udin dili olduğunu yazmış, gürcü tarixçisi A.Q.Şanidze də udinlərin erməni tarixi ənənəsində albanların varisləri hesab edildiyini göstərmişdir. Alban tarixçisi Moisey Kalankatlının – Alban ölkəsinin tarixi əsərində Albaniyada 5 mahalın Uti adlandığı göstərilir: Qarabağın dağlıq hissəsində – Artsakda, Bərdə zonasında, Girdimanın Xalxal şəhəri (indiki Qazax- Ağstafa rayonunları ərazisində) zonasında və Azərbaycanın şimal – qərbində. Qiyasəddin Qeybullayev qeyd edir ki, tədqiqatçıları çaş – baş salan da budur. Əgər mahalların hamısında indiki Dağıstandilli udinlərin əcdadları yaşamışsa, onda əlbəttə deməliyik ki, onlar Albaniyanın ən böyük tayfası idi. İqrar Əliyev belə də yazmışdır: "Utilər Albaniyada aparıcı tayfa idilər". Sonra bu fikri V. L. Qukasyan təkrar etmişdir: "Uti – udinlər alban tayfa ittifaqında aparıcı rola malik idi." Qiyasəddin Qeybullayev isə bu fikrə etiraz edərək qeyd edir ki, bu belə deyil.

Digər lüğətlərdə

вампи́р обанкро́чивание подпо́льщица реда́кторство совмести́тельство стира́льный столпообра́зно ужа́лить щеко́лдочка взять на карау́л ви́нный обма́заться отви́снуть предопределе́ние присва́ивать уничижа́ться binary opposition Caddie employability lactone overorganize воздушно-космический изувечить спесь шлихта