uydurma-əfsanə 2021

uydurma-əfsanə
uydurma
uydurmaçı
OBASTAN VİKİ
Uydurma
Fiksiya – uydurma, yalan. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Əfsanə
Əfsanə (lat. legenda - "oxu", "oxunan") — epik növün janrı. Əfsanə şifahi xalq ədəbiyyatına aiddir. Əfsanə geniş mənada ədəbi növ olaraq Avropa ədəbiyyatında VI əsrdən başlayaraq yazılı ədəbiyyatın aparıcı janrlarından biri kimi geniş yayılmışdır. Poetik söz sənəti — folklorda isə əfsanə şifahi xalq hekayəti ənənəsinə daxildir. Bu baxımdan, əfsanənin əsas məğzini o hekayətlər təşkil edir ki, onların əsasında möcüzə, söyləyici, yaxud dinləyicilər tərəfindən təsdiq olunmuş, inanılmış tərzdə anlaşılan bir obraz yəqin edilsin. Bununla da rəvayətlərdən fərqli olaraq əfsanələr həmişə öz fantastik məzmun çalarına görə seçilir. Onlar həm keçmişdə — diaxronik, həm hazırda, həm də gələcəkdə — sinxronik baş verən hadisələr kimi söylənir. Əfsanələr daha çox xalqın tarixini, dünya görüşünü, xəyal və arzularını özündə əks etdirir. Azərbaycan əfsanələri, əsasən, aşağıdakı mövzulardadır: Heyvanlar, quşlar haqqında; Təbiət mənzələri (ağac, çiçək, gül, dağ, daş, qaya, bulaq, çay, dəniz və s.) haqqında; Yer adları haqqında; Tayfa, el, xalq, nəsil haqqında; Səma cisimləri haqqında; Tarixi şəxsiyyətlər haqqında; Nizami mövzuları haqqında; Ailə məişət məsələləri haqqında.
Bəradər (uydurma)
Köməkçi, bəradər və ya saydkik (ing. sidekick) — qeyri-mütləq halda adətən uydurmada, birlikdə səyahət etdiyi şəxsin tabeliyində olan və ya elə qiymətləndirilən yaxın yoldaş və ya həmkar. Tanınmış bəradərlərə Don Kixotun Saço Pansası, Şerlok Holmsun Doktor Uatsonu, Harri Potterin Ron Uizlisi, Şrekin Eşşəyi, Marionun Luicisi, Sonikin Teylzi və Betmenin Robini daxildir. == Mənşə == Köməkçi sözünün kökü olan "Kömək" qədim türk dilindən törəmişdir. Əlavə olaraq, bəradər sözü isə fars dilindən törəmişdir (برادر) və "qardaş" deməkdir. "Saydkik" termini əsrin XIX əsrin axırları və XX əsrin əvvəllərində cibgirlik slenqindən törəmişdir. "Kik" şalvar cibinin ön hissəsinə deyilirdi və ən təhlükəsiz hissə hesab edilirdi. Beləliklə, analoqiyaya görə, "sayd-kik" şəxsin ən yaxın yoldaşı olmuşdu.Tarixdə qeydə alınmış ilk köməkçilərdən biri Gilqameşin müttəfiqi olan Enkidudur. Digər erkən nümunələrə İliada dastanındakı Patrokl və Əhdi-Ətiqdəki Harun daxildir. == Müqayisələr == Müsbət xarakterli personajlardan fərqli olaraq, hansısa bir caninin yoldaşına quyruqbulayan (hençman), nökər (lakey) və ya xidmətçi deyilir.
Krossover (uydurma)
Krossover (ing. crossover) — bir çox müstəqil uydurma kainatın elementlərini və/yaxud personajlarını birləşdirən bədii əsər. Krossover və spin-off anlayışları qarışdırmamalıdır, spin-off əsas əsərin qəhrəmanlarının iştirak edə biləcəyi əlavə əsərə deyilir. Ədəbiyyatda krossover iki və ya daha çox janrda yazılmış əsərdir (məsələn, fantastika detektivi, fantastika romanı, siyasi-məhəbbət trilleri). == Nümunələr == "Frankenşteyn canavarla görüşür" (1943) adlı "Universal"ın klassik qorxu filmi iki hekayə xəttinin kəsişməsindən açıq şəkildə istifadə edən ilk müasir elmi-fantastik filmidir. "Qarağac küçəsində qarabasma" və "Cümə, ayın 13-ü" qorxu filmləri seriyasından olan iki manyak "Freddi Ceysona qarşı" filmində baş-başa gəlirlər, "Yabancı" və "Yırtıcı" ekşn-horror fantastika filmləri seriyasının yadplanetliləri isə "Yabancı Yırtıcıya qarşı" filmində qarşılaşırlar.
Mulan (əfsanə)
Hua Mulan, Fa Mulan və ya sadəcə Mulan-yarıəfsanəvi, yarıhəqiqi Çin xalq "qəhrəmanı". Çin xalqı onun şərəfinə "Mulan haqqında mahnı" yazmışlar. lakin bayatının orijinal variantı günümüzə qədər gəlib çatmamışdır, amma daha sonra, XII əsrdə Qo Maodzan eyniadlı və eyni süjetli bi bayatı yazmışdır və Qo Maodzanın bayatısı indidə çinlilər arasında çox oxunmaqdadır. Hua Mulan haqqında bir çox cizgi filmi və kino çəkilmişdir. Misal olaraq Walt Disney Pictures tərəfindən çəkilən Mulan və Mulan 2 çizgi filmlərini, və yenədə Walt Disney Pictures tərəfindən çəkilən Mulan filmini gətirmək olar. == Həyatı == Bir dəfə, Çin imperatoruna xəbər verirlər ki, Şimallı işğalçılar (türklər) Çinə hücüm etmək istəyir. İmperator əmr edir ki, hər bir ailədən bir kişi əsgərliyə gəlib türklərlə savaşmağa kömək etsin. Əsgərlər Mulangilin qapısını döyürlər və bu xəbəri Hua Mulanın ailəsinə çatdırırlar, lakin Mulanın qardaşı olmur, odur ki, Mulanın atası Hua Co savaşa getməli olur. Ancaq, Hua Co xəstə olur və savaşa getmək əhval-ruhiyyəsində olmur. Mulan özünü kişi yerinə qoyur və savaşa gedir.
Yaşayan əfsanə
Yaşayan əfsanə — mükəmməl fəaliyyətinə görə hələ sağ ikən həddən artıq məşhur olan şəxs. Yaşayan əfsanə olmaq həmin insan üçün şərəf hesab edilə bilər. Bunun özü də qarışıq duyğulara səbəb olur. Bu ifadə müsbət konotasiyaya malikdir və ümumən möhtərəm xüsusiyyətlərlə əlaqələndirilir. Bəzi insanlar hətta özlərini yaşayan əfsanə adlandırırlar. Onların arasında peşəkar idmançılardan Useyn Bolt və Zlatan İbrahimoviç də var.
Əfsanə Hüseynova
Əfsanə Hüseynova — Azərbaycan cüdoçusu. 25 oktyabr 1995-ildə Azərbaycanın Sumqayıt şəhərində anadan olub. 2009-cu ildən Sumqayıt şəhəri 2 №-li Uşaq-Gənclər İdman Məktəbində Sahib İsmayılovun rəhbərliyi altında idmanın cüdo növü üzrə məşqlərə başlamış, 2010-cu ildə Sumqayıtda və Bakıda keçirilmiş şəhər birinciliklərinin qalibi olub. 2010-cu ildə Bakı şəhərində keçirilən yeniyetmələrin beynəlxalq turnirində iştirak etmiş və III yerə layiq görülmüşdür. 2011-2012-ci ildə keçirilmiş Cüdo üzrə açıq Azərbaycan çempionatının ikiqat qalibi olmuşdur. Qadın cüdoçu əsasən 48 və 57 kiloqramda güləşib. 2011-ci ildə Rusiyanın Anapa şəhərində keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil etmiş və bütün rəqiblərini məğlub edərək yarışın qalibi olmuşdur. 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Avropa kubokunda iştirak edərək yığma ilə birlikdə yarışın IV yerinə layiq görülmüşdür, həmçinin Monteneqronun Bar şəhərində Avropa çempionatında və Maltanın Kottonera şəhərində cüdo üzrə keçirilmiş beynəlxalq turnirlərin iştirakçısı və qalibidir. 2012-ci ildə səhhətində yaranan problemlərlə əlaqəli olaraq idmanı buraxmalı oldu. == İstinadlar == 2010-cu il UGİM yeniyetmələrinin beynəlxalq yaşılarda göstərdikləri naliyyətlər Yığmamız Avropa kubokunun 4-sü oldu Bu gün Çernoqoriyanın Bar şəhərində yeniyetmə cüdoçuların növbəti Avropa birinciliyi başlayır.
Əfsanə Məmmədova
Əfsanə İbad qızı Məmmədova (17 sentyabr 1979, Bakı) — Azərbaycan şərqşünas alimi, filologiya üzrə fəlsəfə doktoru, tərcüməçi. == Həyatı == Əfsanə Məmmədova Bakı şəhərində anadan olmuşdur. Orta təhsil aldığı 20 saylı litseyi fərqlənmə ilə bitirdikdən sonra 1996-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin “Ərəb dili və ədəbiyyatı” şöbəsində təhsilini davam etdirmiş, 2000-ci ildə adı çəkilən fakültənin bakalavr, 2002-ci ildə isə magistratura pillələrini fərqlənmə ilə bitirmişdir. 2004-2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Dünya xalqları ədəbiyyatı şöbəsinin aspiranturasında təhsilini davam etdirmiş, ərəb ədəbiyyatı üzrə namizədlik dissertasiyası müdafiə edərək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 5 yanvar 2009-cu il tarixli qərarı ilə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. == Fəaliyyəti == Əfsanə Məmmədova 2003-2004-cü illərdə “Celt” Dil Mərkəzində ərəb dili müəllimi, 2004-2005-ci illər ərzində “İrşad” İslam Araşdırmalar Mərkəzində tərcüməçi və “Şəffaf Seçkilər” analitik mətbuat orqanında redaktor köməkçisi, 2006-2007-ci illərdə “İnterfax” İnformasiya Agentliyində şöbə redaktoru qismində çalışmışdır. 2009-2013-cü illərdə Sosial Maarifçilik və Milli Tərəqqi” İB-nin həmtəsisçisi və vitse-prezidenti kimi fəaliyyət göstərmişdir. Əfsanə Məmmədova 2008-2011-ci illər ərzində Azərbaycan Milli Məclisinin ştatdankənar tərçüməçisi qismində çalışmışdır. 2008-ci ildə Azərbaycan Parlamentinin 90 illik yubiley tədbiri, 2009-cu ildə Şərqşünaslıq İnstitutu rəhbərliyinin Çinə rəsmi səfəri, 2010-cu ildə Azərbaycan və Küveyt parlamentarilərinin qarşılıqlı səfərləri və 2011-ci ildə Küveyt kral ailəsinin rəsmi səfəri zamanı işçi heyətinin üzvü (tərcüməçi) olmuşdur. 2011-2012-ci illərdə "Gənclərin İntellektual İnkişaf Mərkəzi və Gənc Alim Aspirant və Magistrlər Cəmiyyəti"ndə layihə müəllifi, elmi-təşkilat komitəsinin sədri kimi fəaliyyət göstərmiş və bir neçə uğurlu layihələrə imza atmışdır. Hazırda Əfsanə Məmmədova AMEA-nın Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsində böyük elmi işçi vəzifəsində işləyir və eyni zamanda "Elm çırağı" İB-nin İdarə Heyətinin üzvüdür.
Uydurma azərbaycanlıların siyahısı
Aşağıda uydurma və ya bədii ədəbiyyatda olan azərbaycanlıların siyahısıdır. == Uydurulmuş azərbaycanlı şəxslər == Cazibə Abbasova — "Yaxşı Cazibə" televiziya serialında obraz. Dronqo — Gizli agent, yazıçı Çingiz Abdullayevin romanlarının əsas qəhrəmanı. Əli xan Şirvanşir — Yazıçı Qurban Səidin "Əli və Nino" romanında rus məktəbində təhsil alan əsilzadə müsəlman gəncidir. Əliş Kərəmli — Yazıçı Sergey Borodinin "Dmitriy Donskoy" tarixi romanında (1941) əsas personajlarından biri; XIV əsrin sonunda Moskva kremilinin ilk daş divarlarının tikilməsinə rəhbərlik edən şamaxılı memar-inşaatçı kimi təsvir edilir. Ferdinand Kərimov və ya Mr. K — Televiziya ustası, "Grand Theft Auto V" video oyununda personaj. Koroğlu — Koroğlu dastanının mistik xalq qəhrəmanı. Qara Qasım — Yazıçı Boris Akuninin "Erast Fandorin" romanında Fandorinin yol yoldaşı. Qurd Cəbrayıl — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri.
Uydurma "Böyük Ermənistan" dövləti
Ermənistan krallığı — İran mənşəli Artaşes və Parfiya mənşəli Arşakilər sülalələrinin idarə etdikləri krallıq.
Türk əfsanə sözlüyü
Türk Söylence Sözlüğü, Dəniz Qaraqurdun , 2011-ci ilin avqustunda nəşr olunan kitabı. === Ön söz === Türk əfsanələrindəki təməl ünsürlər və komponentlərin aşkar edilməsi və bir sözlük halında sistemli bir şəkildə ortaya qoyulması nəzərdə tutulan bu iş bu mənada bəlkə də bir ilk olacaq qədər geniş əhatəlidir. Bu məqsədlə var olan bütün işlər tək-tək daranmış və nəzərdən keçirilmişdir. Buna baxmayaraq gözdən qaçmış, əskik və həmçinin derlemeleri girməyən başlıqların olması da qaçınılmazdır. Bundan başqa ifadə edilməsi lazım olan digər bir xüsus da bu lüğət tərtib yalnız yığmalar və ya başqalarına aid yapıtlardan yararlanılmadığı, əlavə olaraq Anadolunun müxtəlif yerlərində çöl həyatın içində edərək bir çox motivi, fiqurun şəxsən eşidilmiş olmasıdır. Məsələn Radloffun Asiyada yığdığı bir cümlə, Anadolunun kiçik bir kəndində bənzər bir üslubla hətta birə-bir eyni quruluşla işitilebilmektedir. Bu vəziyyətə dəfələrlə, saysız dəfələr şahid olunmuşdur. Çünki xalq mədəniyyətində, kənd otaqlarında deyilənlər istər Asiyada istər Anadoluda olsun eyni mənşədən qaynaqlanmaqdadır. == Müəllif haqqında == İşçi olaraq çalışmaq üçün türkiyədən göçerek almaniyaya yerləşmiş bir ailənin ilk uşağı olan Dəniz Qaraqurd, Bremen əyalətinin liman şəhəri Bremerhaven'de 1978-ci ildə dünyaya gəldi. Bu ölkədə qaldığı müddət ərzində ənənəvi ailə damı altında, valideyinlərim yanında babası və ata tərəfdən nənəsi ilə birlikdə yaşadı.
Anqara çayı haqqında əfsanə
Anqara çayı haqqında əfsanə - Anqara və Yenisey çayları, Baykal gölü və Şaman daşı haqqında qədim buryat əfsanəsi. === Qısa məzmunu === Qədim dövrlərdə qüdrətli Baykal şən və xeyirxah idi. O, öz yeganə qızı Anqaranı çox sevirdi. Dünyada ondan gözəli yox idi. Gündüzlər o səmadan daha parlaq, gecələr isə buludlardan daha tutqun olardı. Anqaranın yanından keçən hər kəs onun gözəlliyinə heyran olar, onu vəsf edərdi. Hətta köçəri quşlar, durnalar, leyləklər, qazlar da alçaqdan uçaraq ona tamaşa edər, lakin onun sularına nadir hallarda enərdilər. Qoca Baykal öz qızını göz bəbəyi kimi qoruyurdu. Bir dəfə Baykal yuxuya getdikdən sonra Anqara gənc Yeniseyin yanına qaçdı. Yuxudan oyanan Baykal öz sularını titrətdi.
Avatar: Aanq haqqında əfsanə
Avatar: Aanq haqqında əfsanə (ing. Avatar: The Legend of Aang) və ya Avatar: sonuncu hava maqı (ing. Avatar: The Last Airbender) — ABŞ-də elementləri ilə yaradılmış cizgi serialı. Serialın üç sezonu "Nickelodeon" və "Nicktoons Network" kanallarında yayımlanmışdır. Onun yaradıcıları və prodüserləri — Maykl Dante DiMartino və Brayan Konietzkodur. Avatar kainatı Asiya mədəniyyəti əsasında yaradılmışdır. Serialda Şərqi və Cənubi Asiya, habelə Qərb mədəniyyətlərinin elementlərindən istifadə olunur. Bu da adətən ABŞ-də ayrı-ayrı kateqoriyalara aid edilən cizgi filmlərinin sintezini yaradır. Birinci seriya 2005-ci il fevralın 21-də, dörd hissədən ibarət iki saatlıq axırıncı seriya isə 2008-ci il iyulun 19-da yayımlanmışdır. Serial televiziya ekranları qarşısına 5,6 milyon izləyici toplayıb.
Avatar: Korra haqqında əfsanə
Korra əfsanəsi (ing. The Legend of Korra) — ABŞ-də anime elementləri ilə istehsal olunan cizgi serial. Avatar: Aanq haqqında əfsanə cizgi serialının davamı. 2012-ci ilin aprelin 14-ündə Nickelodeon kanalında yayımlanmağa başladı. == Süjet == Braun Conson, Nickelodeon prezidentı: Yüz illik müharibədən sonra 70 il keçib. Korra — Cənub Su tayfasında doğulan su maqı yeni Avatardır.O artıq yer və od magiyalarının incəsənətini öyrənib.Öyrənəcəyi son elementin incəsənəti qalmışdır-hava magiyasının incəsənəti. Ona Aanq ilə Kataranın oğlu Tenzin kömək edə bilər. == Personajlar == Avatar Korra — Cənub su tayfasında doğulmuşdur. Qızdır. İsyankar və cəsur biridir.
Məhəbbət Haqqında Əfsanə (1967)
== Məzmun == Film-konsertdə bəstəkar Arif Məlikovun eyniadlı baletindən fraqmentlər öz əksini tapmışdır.
Mona Liza haqqında uydurma hekayələrin xronologiyası
Aşağıda, İtaliya intibahı dövründə Florensiyada Leonardo da Vinçi tərəfindən çəkilmiş Liza del Cakondonun "Mona Liza" adlı portretinə həsr edilmiş və ya qismən əsərdən bəhs edilən uyruma və yarım-uydurma hekayələrin (filmlər, teleserial seriyaları və ədəbi əsərlər də daxil olmaqla) siyahısı verilmişdir. Əsərlər çıxarıldığı dövrə uyğun olaraq xronoloji ardıcıllıqla göstərilmişdir. == 1970-ci illər == 1975 – İkinci xanım Cakonda (ing. The Second Mrs. Giaconda), Elayni Lobl Köniqsburq tərəfindən yazılmış və portretin çəkilməsindən bəhs edən roman. 1979 – "Ölüm şəhəri", "Doktor Kim" teleserialının seriyası, əsas süjet "Mona Liza"nın Luvrdan oğurlanmasından bəhs edir. == 1980-ci illər == 1985 – Granada Televiziyasının çəkdiyi "Şerlok Holms" teleseriyasının seriyalarından birində Artur Konan Doylun "Sonuncu problem" romanı əsasında "Mona Liza"nın Luvrdan oğurlanmasından bəhs edilir. Süjet ssenari müəlliflərinin ideyası olmaqla, Konan Doylun 1893-cü ilə aid hekayəsinə tam uyğun deyildir. == 2000-ci illər == 2003 – Da Vinçi şifrəsi, Den Braun tərəfindən yazılmış romandır. "Mona Liza" süjetin ayrılmaz hissəsidir və kitabın orijinal nəşrinin üz qabığında istifadə olunub.
Avatar: Aanq haqqında əfsanə (komikslər)
Avatar: Aanq haqqında əfsanə komiksləri eyni adlı cizgi serialı və Sonuncu hava maqı filmi ilə əlaqəli olan komiksdilər.
Avatar: Aanq haqqında əfsanə — Axtarış
Axtarış (ing. The Search); tam adı Avatar: Aanq haqqında əfsanə — Axtarış (ing. Avatar: The Last Airbender – The Search) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2013 ilin ərzində çıxmış üç hissədən ibarət olan komiks. Məzmunu Vəd komiksindən sonra baş verir. == Baxış == Axtarışda Zuko və Azulanın çoxdan bəri itirdiyi anası Ursa ilə bağlı sirr üzərində dayanılır. Keçmiş şahzadə Azulanın bir Fire Nation zehin müəssisəsində həbs olunmasının təfərrüatlarını və Fire Lord Ozai ilə Ursa münasibətlərinin çətinliyini ortaya qoyur. Əsas qəhrəmanlar, başda Zuko və Azula olan Fire Nation ailəsinin üzvləridir. Avatar Aang, Sokka və Katara, Fire Nation qardaşlarına çoxdan itən analarını tapmaqda kömək edirlər. Gene Yang, serialın Avatar dünyasının fövqəltəbii tərəflərinə daha çox diqqət ayıracağını qeyd etdi. == İstehsalı == DiMartino ilə Konietzko əvvəl Axtarışı 90 dəqiqəlik animasiya filmi ideyası kimi Nickelodeon-a təqdim ediblər.
Avatar: Aanq haqqında əfsanə — Vəd
Vəd (ing. The Promise); tam adı Avatar: Aanq haqqında əfsanə — Vəd (ing. Avatar: The Last Airbender – The Promise) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş üç hissədən ibarət olan komiks.
Avatar: Aanq haqqında əfsanə — Yarıq
Yarıq (ing. The Rift); tam adı Avatar: Aanq haqqında əfsanə — Yarıq (ing. Avatar: The Last Airbender – Rift) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2014-cü ilin ərzində çıxmış üç hissədən ibarət olan komiks. Məzmunu Axtarış komiksindən sonra baş verir.
Avatar: Korra haqqında əfsanə (komikslər)
Korra əfsanəsi — eyni adlı cizgi serialın ilə əlaqəli olan komikslər.
Məhəbbət haqqında əfsanə (film, 1967)
== Məzmun == Film-konsertdə bəstəkar Arif Məlikovun eyniadlı baletindən fraqmentlər öz əksini tapmışdır.
Pianoçu haqqında əfsanə (film, 1998)
"1900-ün əfsanəsi" (it. La leggenda del pianista sull'oceano) — rejissor Cüzeppe Tornatorenin filmi. Bu film rejissorun ilk ingilisdilli filmidir. == Məzmun == Bu, böyük gəmidə bütün zamanı, bütün dünyanı əks etdirən bir film-dastandır. Musiqinin, dostluğun sevginin, əzabın qəribə dünyası uzun illərdir ki, qəhrəmanların gözləri önündə baş verir. Bu, əhvalat dahi pianoçu ilə bağlıdır. O, gəmidə doğulub və bütün ömrünü də orada piano arxasında keçirib. Əhvalat onun musiqiçi dostu, truba ifaçısının dilindən danışılır. Hər şey XX əsrin birinci günü "Vinciniyalı" gəmisində körpə uşağın tapılması ilə başlamışdı. Uşaq böyüyür və bütün ömrünü nəhəng okean laynerində keçirir.
Avatar: Aanq haqqında əfsanə (Kitab 1)
Kitab 1: Su (ing. Book 1: Water) Avatar: Aanq haqqında əfsanə cizgi serialının birinci mövsümüdür. Bu mövsumda protaqonist Aanq və dostları, Katara və Sokka barədə və onların Şimalı Gütbə Aanq və Kataraya su maqiyanın müəllimi tapmaq məqsədi ilə başlayan səfəri haqqında bəhs edilir. Hər bir seriyanın ilk efiri milyondan çox izləyici baxıb. Birinci mövsum "Ən yaxşı televiziya serialı" və "Ən yaxşı cizgi televiziya serialı" kimi Pulcinella mükafatı almış.2010-cu ildə onun əsasında M. Nayt Şyamalan çəkdiyi Sonuncu hava maqı adlı film çıxıb. == İstehsalı == Şou Viacom kompaniyaya məxsus olan Nickelodeon kanalın tərəfindən prodüslanmış və yayımlanmış. Onun yaradıcıları və icreaedici prodüsserlər Maykl Dante DiMartino və Brayan Konietzko prodüsser Aaron Ehasz ilə birlikdə işləyirdilər. Səkkiz seriyanın rejissoru Deyv Filioni idi, Loren MakMillan və Giankarlo Volpe hərəsi beş seriyanın, Entoni Layoli isə iki seriyanın rejissyoru idilər. Seriyaların əsas yazıçı yığımı Nik Malis, Con O'Brayan, Metyu Habbard, Ceyms İqan, Yan Uilkoks, Tim Hedrik və Elizabet Uelç Ehaszdan ibarət idi. == Səsləndirmə == Əsas personajların böyük hissəsin debütu birinci seriyalarda olmuş.
Avatar: Aanq haqqında əfsanə (Kitab 2)
Kitab 2: Torpaq (ing. Book 2: Earth) Avatar: Aanq haqqında əfsanə cizgi serialının ikinci mövsümüdür. Bu mövsumda protaqonist Aanq və dostları, Katara və Sokka, Aanqa torpaq maqiyanın müəllimi tapmaq üçün Yer Krallığın ərazidə səyahət edib, orada Tof Bei Fonqnan rast gəlirlər. Bundan sonra dostlar müharibə üçün vacib məlumatı əldə edib, Appayı itirirlər. Əldə aldığları məlumatı Yer Krala vermək və Appayı qaytarmaq üçün, onlar Yer Krallığın paytaxtına — Ba Sinq Se şəhərinə üz tuturlar. İkinci kitab "Televiziya Layihələrin arasında Ən Yaxşı Cizgi Personajı" nominasiyada Enni mükafatı və "Cizgidə Görkəmli Şəxsi Nailiyyət" nominasiyada Emmi mükafatı alıb. == İstehsalı == Şou Viacom kompaniyaya məxsus olan Nickelodeon kanalın tərəfindən prodüslanmış və yayımlanmış. Onun yaradıcıları və icraçı prodüsserlər Maykl Dante DiMartino və Brayan Konietzko prodüsser Aaron Ehasz ilə birlikdə işləyirdilər. İndividual epizodların çoxun rejissorları Esan Spauldinq, Loren MakMillan və Giankarlo Volpe idilər. Seriyalar Aaron Ehasz, Elizabet Uelç Ehazs, Tim Hedrikç, Con O'Brayan və serialın yaradıcıları Maykl Dante DiMartino və Brayan Konietzkodan ibarət olan komanda tərəfindən yazılıblar.Mövsümün musiqisi Ceremi Zukerman və Benjamin Vinndən ibarət olan The Track Team tərəfindin bəstələmiş.
бекаси́нник гря́дка дру́жественность кайли́ть лекари́шка ли́бо локомоби́ль межгалакти́ческий можжу́ха не прочне́е окоти́ться по-ба́рски преу́зко стро́го догни́ть спи́сывание сте́пени сравнения сто́имость balloon-car bump artist intenerate jet-propelled spic переродить универсальный