Uyğunluq
1. Tərcümə haqqında elmin əsas kateqoriyalarından biri. Tərcümədə mütləq uyğunluq ilkin mətnlə tərcümə mətninin formal, semantik və informativ komponentlərinin üst-üstə düşməsi ilə ifadə olunmalıdır ki, bu da faktiki mümkün deyildir. Tərcümədə uyğunluq kateqoriyası əsasən «hərfi tərcümə - sərbəst tərcümə » zamanı özünü göstərir. 2. İlkin mətnin tərcümə vahidinin variantlarından biri. 3. Tərcümə dilindəki ilkin dildə ifadə planın bir, yaxud bir neçə vahididir ki, ilkin dildə ifadə planının müəyyən vahidinin məzmunun verilməsi üçün mütəmadi istifadə olunan vahididir. Müqayisə et: kontekstual əvəzləmə. 4. Uzlaşma, eynilik ifadə edən münasibət. 5. Digər verilmiş kontekstdə funksional baxımdan müvafiq olan bir dilin elementi.