UZANMAQ

f.
1. Üfüqi və hərəkətsiz bir vəziyyət almaq, uzanmış vəziyyət almaq (yatmaq, dincəlmək və ya başqa məqsədlə). Divanda uzanmaq. Otun üstündə uzanmaq. Üzüqoylu uzanmaq. Böyrü üstə uzanmaq.
– Nahardan sonra uzandım, amma yuxum gəlmədi. C.Məmmədquluzadə.
Qaraca qız da kölgədə uzandı və bir azdan sonra şirin yuxuya getdi. S.S.Axundov.

// Bütün bədəni ilə yerə yıxılmaq, sərilmək. Tirtap yerə uzandı.
2. Əlini, başını, ya bütün bədənini bir şeyə və ya bir adama tərəf uzatmaq, özünü qabağa vermək. Uzanıb stolun üstündən kitabı götürdü. Uşaq oyuncağı görən kimi ona tərəf uzandı.
3. Uzanıb-gedən sahə haqqında (çox vaxt “uzanıb-getmək” şəklində işlənir). Dərəni aşdım.
Meşənin içərisində cənuba doğru uzanan ( f.sif. ) daşlı-qayalı bir dağ ətəyi ilə gedirdim. A.Şaiq.
Arxa tərəfdən ucsuz-bucaqsız geniş düzənlik uzanıb-gedirdi. İ.Əfəndiyev.

// Uzun məsafədə sıra ilə, yaxud yan-yana düzülmək.
4. Boy atmaq, boya vermək, böyümək. Uşaq bir ildə çox uzanıb.
// Uzunlaşmaq, çoxalmaq, artmaq; sallanmaq (saç, saqqal, dırnaq və s. haqqında).
Müəllim [Tellinin] belindən aşağı uzanan ( f.sif. ) hörüklərinə diqqət etdi. S.Hüseyn.
[Döyüşçünün] uzanmış ( f.sif. ) saqqalında qan laxtalanmışdı. Ə.Vəliyev.

// Daha uzun olmaq, uzununa artmaq, daha uzun görünmək.
Yollar boyunca hündür otların və ağacların kölgəsi uzanır, şərq üfüqlərindən enən xəfif qaranlıqla qovuşaraq qatılaşır. M.İbrahimov.
Kölgələr uzanır, günəş çəkilib batmağa gedirdi. Mir Cəlal.

5. Bir şeyə tərəf yönəlmək.
Qabarlı əllər uzanır “Zimni”yə; Köhnə dünyanı birdəfəlik boğmaq üçün. R.Rza.
Bizim birliyimiz kəsəcək ancaq; Düyməyə uzanan o barmaqları. B.Vahabzadə.

6. Daha sürəkli, daha uzun olmaq, yaxud görünmək. Günlər getdikcə uzanır.
– Ömrü olduqca sərgərdan dolandı; Hər saatı min il olub uzandı. A.Səhhət.
Ömründən pay verir gecə gündüzə; Günlər uzandıqca uzanır il də. S.Vurğun.

// Bir vaxta qədər, bir müddətədək davam etmək; çox çəkmək, davam etmək. Mübahisə bir neçə saat uzandı. Ziyafət gecə yarısına qədər uzandı.
– Bu hal ilə əsrə qədər müharibə uzandı; Nəticədə fədailər şanlı zəfər qazandı. A.Səhhət.
Məclis uzandı.
Hamı sevinirdi, hamı gülürdü. S.Rəhman.

// məc. Ləngimək, yubanmaq, təxirə düşmək. Məsələnin həlli çox uzandı. İşin icrası bir qədər uzandı.
7. məc. İz buraxaraq uzaqlaşmaq, çəkilmək, getmək.
Günəş qızıl saçlarını dərələrdən, meşələrdən yavaş-yavaş toplayaraq qərbə doğru uzanmağa başlamışdı. A.Şaiq.

Синонимы

  • UZANMAQ 1. UZANMAQ Sonra Cavanşir otağa girib elə çəkməli, şalvarlı da çarpayıda uzandı (Elçin); BÖYRÜNÜ YERƏ VURMAQ (fr
  • UZANMAQ yubanmaq — ləngimək — süründürmək
  • UZANMAQ sərilmək — yayılmaq
  • UZANMAQ çəkilmək — dartılmaq
  • UZANMAQ böyümək
  • UZANMAQ çoxalmaq — artmaq
  • UZANMAQ əyilmək — yatmaq
  • UZANMAQ yatmaq — söykənmək

Омонимы

  • UZANMAQ UZANMAQ I f. İstirahət etmək, yatmaq. İşığı söndürüb yatağa uzandı, amma yata bilmədi (D.Dəmirli). UZANMAQ II f

Антонимы

  • UZANMAQ UZANMAQ – QALXMAQ Bir xəstə uzanmışdı yerdə üst-başı açıq (S.Rüstəm); Gülşən söz alıb ayağa qalxdı (Ə
UZANMA
UZAŞDIRMA

Значение слова в других словарях

биомедици́на Мнемоси́на нефтепромы́шленник открахма́ливаться пресве́тлость шахерма́херствовать камчада́льский локати́в наплю́щить неповоро́тливо опры́снуться фра́у ца́нговый наш Belize cheongsam hebephrenic rib-tickler ship off testudines treadbahn агрономический заблаговременно кровоостанавливающий суд