UZAQLAŞDIRMAQ

1. UZAQLAŞDIRMAQ [Səlimə:] Soyuq otaq mənə soyuq bir təlqin edir, həyatda gözəl, cazibədar nə varsa məndən uzaqlaşdırır (İ.Əfəndiyev); ARALAŞDIRMAQ Hatəmxan sağ əli ilə mollanın döşündən yapışaraq bütün gücü ilə onu özündən aralaşdırmağa çalışdı (S.Rəhimov); AYRI SALMAQ Gəlin çox yormayın sevgilinizi; Fələk ayn saldı deyəsən bizi (S.Vurğun); DUR ETMƏK Göz nurudur uyqu, onu dur etmə gözündən; Yol vermə məbada çıxa bir an sözündən (M.Ə.Sabir); MƏN ETMƏK Cavad: Müttəhim olduğumu yazıb bitirmək istəyirdim, lakin nədənsə bir qüvvə məni mən edir (A.Şaiq); SAQINDIRMAQ Əbülhəsən bəy: Bunun müqabilində mən səni iki böyük şərəfsizlikdən və tarixi xəyanətlərdən saqındırnağa çalışıram (M.S.Ordubadi); AYIRMAQ, İRAQLAŞDIRMAQ, KƏNARLAŞDIRMAQ (bax).

2. uzaqlaşdırmaq bax qovmaq

UZAQGÖRÜCÜ
UZAQLAŞMAQ

Digər lüğətlərdə

выга́дывать гангстери́зм методи́чно нево́лить пресвитериа́нский прикрове́нный пылеви́дный стрело́к гудрона́тор дебю́т обмо́лвливаться перфоле́нта утомля́ть цепно́й чесуча́ чиф beholder dispatch-rider hame high-tech thunderstricken изнеможённый отселяться отсортировывать противопожарный