UZUNAYAQ
UZUNBAŞ
OBASTAN VİKİ
Uzunayaqlılar
Uzunayaqlılar (lat. Tipulidae) – uzunbığlılar yarımdəstəsinə aid həşərat fəsiləsi. == Ümumi məlumat == İkiqanadlıların başqa fəsilələri ilə müqayisədə daha iri və qeyri_adi dərəcədə uzun, nazik, kövrək ayaqları olan həşəratlardır. Onların yalayıcı-sorucu ağız aparatı heyvanların və insanların dərisini deşməyə qabil deyil. Uzunayaqlıların sürfələri nəm torpağın üst qatında yaşayır. Bəziləri saprofit, digərləri isə fitofaq olub, bostan və başqa bitkilərin torpaqdakı kökünü gəmirməklə onlara ziyan vururlar. Onlar digər ikiqanadlılara nisbətən daha yavaş və ağır uçurlar. Adətən bir neçə metrdən uzağa uçmayaraq, yenidən aşağı enirlər. Talışda 8, Gəncə zonasında 23, Böyük Qafqazda 2 növü qeydə alınmışdır. Naxçıvan Muxtar Respublikası faunasında 13 növü müəyyən edilmişdir.

Digər lüğətlərdə

вмётывать изоля́т коло́дка конституционали́стский подъе́здный рази́тельный расплесну́ть чужестра́нка возгоре́ться ВЧК закруглённо перецара́пать bee-line billon exacerbation penniless Philly pistoleer pulka tee-hee USSR unslaked переряжать рентгенография штабной