UÇUQ₁


1. sif. Uçulmuş halda olan, yıxıq. Uçuq dam. Uçuq pəncərə.
– Hamamın alçaq və uçuq divarları böyük günbəzlərə söykənərək yüz illərdən bəri bu hal ilə dayanırdı. Çəmənzəminli.
Yolçu … qarşısına çıxan ilk uçuq daxmalardan birisinə girdi. Ə.Məmmədxanlı.

2. is. Uçulmuş binanın və s.-nin qalıqları, uçulmuş yer; xarabalıq.
Adamlar dəstə-dəstə olub əllərində kürək, bel, külüng uçuqları [zəlzələdən uçmuş evləri] qazmağa başladılar. S.S.Axundov.
Bu arada olan ev nişangahları və bu uçuqlar içindən qalxan palıd ağacları çox uzaqları xatırladırdı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UÇUQ I UÇUQ .balaca kəndin uçuq evlərində səngər tutub pusquda durmuşdular (M.Hüseyn); DAĞINIQ Dağınıq və uçuq evləri görərkən
  • UÇUQ xaraba — viranə
  • UÇUQ suluq — qabar

Omonimlər

  • UÇUQ UÇUQ I sif. Xarab olmuş, dağılmış. Bu uçuq binanın həyət-bacası Lenaya çoxdan, lap balaca vaxtlarından tanış idi (S

Antonimlər (əks mənalı sözlər)

  • UÇUQ UÇUQ – ABAD Xülasə hər iki oğru yaxınlıqdakı uçuq hasardan aşdılar (M.Talıbov); Buranı abad edə bilməzdilərmi? (S
UÇUCULUQ
UÇUQ₂

Digər lüğətlərdə

бесконтро́льно грызня́ де́нежно-вещево́й жа́тва зане́рвничать молва́ незанима́тельность пижа́мовый по-кома́ндному предме́тник взъезд залогода́тель кропоту́н линова́ться проспа́ться силосова́ть сосредото́чить covey five-pointer Pompeii so many topographize tout затаиться пупочный