UĞRAMAQ
UĞULDAMA
OBASTAN VİKİ
"Vətən uğrunda" medalı
"Vətən uğrunda" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 29 dekabr 1998-ci ildə təsdiq edilmişdir. == Tarixi və əsasnaməsi == "Vətən uğrunda" medalı Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy Əliyev tərəfindən 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir.Medalın əsasnaməsi Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli 608-IQ saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal aşağıdakılara görə verilir: Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiklərinə görə; Dövlətin milli təhlükəsizliyinin təmin edilməsində fəaliyyətinə görə; Dövlət quruluşunun müdafiəsində iştirakına görə."Vətən uğrunda" Azərbaycan Respublikasının medalı digər orden və medalları olduğu halda döşün sol tərəfinə ordenlərdən sonra taxılır. == Təsviri == "Vətən uğrunda" medalının təsviri 2 fərqli formada verilmişdir. Medalının ilk təsviri Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 34-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda medalın təsviri aşağıdakı kimi verilmişdir: "Vətən uğrunda" medalı bürüncdən tökülmüş, çevrəsi boyunca bəzəyi olan 36 mm diametrli girdə lövhədən ibarətdir. Medalın mərkəzində Azərbaycan Respublikasının Gerbi yerləşdirilib, onun altında isə iki kəsişən qılınc göstərilib. Gerbin üstündə çevrə boyunca "Vətən uğrunda" sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır.
Atlantika uğrunda müharibə
Atlantika uğrunda müharibə (ing. Battle of the Atlantic) — İkinci dünya müharibəsi dövründə dəniz yollarına nəzarət uğrunda Antihitler koalisiyası ilə Üçüncü Reyx qüvvələri arasında aparılmış müharibə. 1939-cu ilin 3 sentyabr tarixində başlayan və 1945-ci ilin 8 may tarixinə qədər davam etmiş hərbi əməliyyatlar Üçüncü Reyxin məğlubiyyəti ilə nəticələnmişdir. 6 ilə yaxın müddət ərzində davam etmiş döyüşlər müharibənin ən uzun müdddətli hərbi toqquşmalarından hesab olunur.
Ağdam uğrunda döyüş
Ağdam uğrunda döyüş (12 iyun-23 iyul 1993) — Qarabağ müharibəsinin gedişində baş vermiş döyüş. Döyüş 23 iyul 1993-ci ildə Ağdam şəhərinin erməni qüvvələri tərəfindən işğalı ilə bitmişdir. == Şəhərin əhəmiyyəti == SSRİ dağıldıqdan sonra Ağdamda yerləşən nəhəng hərbi anbar Azərbaycan ordusuna dövr edilir. Qarabağ müharibəsi zamanı hərbi baza Azərbaycan Ordusu tərəfindən hərbi istinadgah kimi istifadə edilmişdir.Xankəndində Ağdamın əhəmiyyətini anlayır və onu "düşmən yuvası" adlandırırdılar. Münaqişənin ilk mərhələlərində və hərbi əməliyyatların qızışmasına qədər ermənilər Ağdamın sakinlərini "ermənilərin hər kəsdən yaxşı istifadə etdiyi silah" olan terrorizmdən istifadə etməklə ruhdan salmağa çalışırdılar. Bu strategiyanı reallaşdırmaq üçün Ağdam ətrafında erməni millətçiləri tərəfindən bir neçə terror aktı həyata keçirilmişdir. Məsələn, 1990-cı ilin avqustunda erməni terrorçuları Tbilisi-Ağdam marşrutu ilə gedən avtobusu partlatdılar və nəticədə 20 dinc vətəndaş həlak oldu. 1991-ci ilin sentyabrında Ağdam-Xocavənd və Ağdam-Qaradağlı marşrutlarında müvafiq olaraq 5 və 8 sərnişinin həlak olduğu avtobus hücumları həyata keçirdilər. Nəhayət, 28 yanvar 1992-ci ildə ermənilər Ağdamdan Şuşaya uçan mülki helikopteri vurdular, nəticədə 41 dinc sakin, həmçinin 3 ekipaj üzvü həlak oldu. Ağdamın işğalı Ermənistan rəhbərliyi üçün strateji vəzifə idi.
Bakı uğrunda döyüş
Bakı döyüşü (ing. Battle of Baku, rus. Битва за Баку) — 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Daşnak-Sentrokaspi qüvvələri arasında olmuş döyüş. Sonradan döyüşə Böyük Britaniya, Ermənistan və Rusiya qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kampaniyasının son döyüşü olmuşdur. Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdir. == Tərəflərin qüvvələri == === Qafqaz İslam Ordusu === === Bakı Kommunası === Bolşeviklərin əsas dayaqlarından biri keçmiş çar ordusunun inqilabi təbliğatın təsirinə düşmüş əsgər və matrosları idi. Dəfələrlə onları silahları təhvil vermədən sovet hissələrinə qoşulmağa çağıran bolşeviklər bir çox hallarda öz istəklərinə nail olurdular. Rusiyaya qayıtmaq istəyənlərə silahları Azərbaycanın milli hissələrinə deyil, məhz sovet qoşunlarına təhvil vermək çağırışları da öz işini görürdü. Hələ Birinci Dünya müharibəsi getdiyi dövrdə çar hökuməti tərəfindən yaradılan erməni hərbi hissələri Türkiyə ordusuna qarşı vuruşmaq üçün ən müasir silahlarla təmin olunurdu. 1918-ci il martın əvvəllərində S. Şaumyan Moskvaya göndərdiyi teleqramda yazırdı kı, Bakı Sovetinin qoşunları 7 min bolşevik və 4 min erməni silahlısından ibarətdir.
Bolluq uğrunda (qəzet)
Bolluq uğrunda — Sovet dövründə Lerikdə nəşr olunmuş qəzet == Haqqında == İlk sayı 1937-ci ilin martında “Zuvand kolxozçusu” kimi işıq üzü görmüş qəzet sonralar “Kolxoz yolu”, “Bolluq uğrunda” və “Lerik” adları ilə fəaliyyətini davam etdirmişdir. Bu gündə fəaliyyətini uğurla davam etdirən “Lerik” qəzeti rayonun ictimai-siyasi, sosial-mədəni, tarixi keçmişi, istedadlı insanları, bir sözlə rayonun bütün sahələrinin işıqlandırılmasında mühüm rol oynayır. Dəfələrlə müxtəlif mükafatlara layiq görülən “Lerik” qəzeti həm də Azərbaycan Mətbuat Şurasının üzvüdür. 2012-ci ildə rayon icra hakimiyyəti başçısının dəstəyi ilə “Lerik” qəzetinin 75 illik yubileyi geniş qeyd edilmişdir. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, “Astara” qəzetinin baş redaktoru Azər Abdullayev, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, respublikanın digər media orqanlarının nümayəndələri iştirak etmişdir.
Britaniya uğrunda döyüş
Britaniya uğrunda döyüş (alm. die Luftschlacht um England‎; ing. Battle of Britain) — 1940-cı ilin iyul-oktyabr aylarında İkinci dünya müharibəsi zamanı hava döyüşləri. "Britaniya uğrunda döyüş" termini ilk dəfə Britaniyanın baş naziri Uinston Çörçill tərəfindən nasist Almaniyasının İngiltərənin cənubu üzərində hava üstünlüyü əldə etmək və Britaniya xalqını mənəvi cəhətdən sarsıtmaq cəhdini təsvir etmək üçün istifadə edilmişdir. Şiddətli hava döyüşlərində Kral Hərbi Hava Qüvvələri ilə nasist Almaniyasının Hərbi Hava Qüvvələri (Luftwaffe) arasında hava üstünlüyünə nail olmaq uğrunda mübarizə getmiş, Almaniyanın Britaniya Hərbi Hava Qüvvələrini məhv etmək, ölkənin sənayesini və infrastrukturunu məhv etmək, əhalinin mənəviyyatını pozmaq və bununla da Britaniyanı təslim olmağa və ya sülh bağlamağa məcbur etmək cəhdləri dəf edilmişdir. Britaniya döyüşü Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin müstəsna olaraq iştirak etdiyi ilk hərbi kampaniya idi. 1940-cı ilin iyulundan Almaniyanın bombardmanının əsas hədəfləri sahil konvoyları və Portsmut kimi dəniz bazaları idi, lakin bir ay ərzində Lüftvaffe Britaniya aerodromlarına hücuma keçdi. Döyüş zamanı təyyarə zavodları və yerüstü infrastruktur obyektləri də bombalandı. Nəhayət, Almaniya Hərbi Hava Qüvvələri qorxuducu bombardman taktikasına və yüksək siyasi əhəmiyyət kəsb edən hədəflərə hücum etmə üsuluna əl atdı. Almaniyanın bu kampaniya zamanı məqsədlərinə çatmaması nasist Almaniyasının İkinci dünya müharibəsindəki ilk məğlubiyyəti və dönüş nöqtələrindən biri hesab olunur.
Cəbrayıl uğrunda döyüşlər
Cəbrayıl uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də başladılan hərbi əməliyyatlar. == Arxa plan == Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. == Döyüşlər == === 27 sentyabr === Saat 07:30-da Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonun Mirzənağılı, Qazaxlar, Əhmədalılar və Horadiz şəhəri də daxil olmaqla yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğu bildirildi. Bir saat sonra Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada isə Füzuli-Cəbrayıl istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinin susdurulduğu və onların döyüş fəaliyyətinin qarşısının alındığı bildirildi. Həmin gün saat 14:00-da baş tutan brifinq zamanı isə Azərbaycanın Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazov Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri də daxil olmaqla altı yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirdi. === 1-ci həftə (28.09–04.10) === Sentyabrın 28-də saat 18:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini açdığı atəşə tutması nəticəsində 2006-cı il təvəllüdlü H.İ.Həziyev baş nahiyəsindən qəlpə yarası alaraq xəstəxanaya yerləşdirildi. Sentyabrın 29-da saat 17:00–18:00 radələrində isə Azərbaycanın Müdafiə Nazirliyi cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Azərbaycan Ordusu tərəfindən Ermənistan Ordusunun daha 4 tankının məhv edildiyini bildirdi.
Dünkerk uğrunda döyüş
Dünkerk uğrunda döyüş (fr. Bataille de Dunkerque) — İkinci Dünya müharibəsi dövründə müttəfiqlər və Almaniya qüvvələri arasında 26 may - 4 iyun 1940 tarixlərində Vermaxtın Fransanın işğalı zamanı baş vermiş döyüş. Qəribə müharibə bitdikdən sonra 1940-cı il may ayının 10-da Fransa uğrunda həqiqi döyüş başladı. Şimalda alman ordusunun «B» qrupu Niderlandı ələ keçirərək cənub-şərqə Belçikaya doğru irəlilədi. Almanların üç tank korpusu Ardenlər üzərindən hücuma keçərək şimal-qərb istiqamətində La-Manşa doğru çıxdılar. Lord Con Qortun komandanlığı altındakı Britaniya Ekspedisiya Qüvvələrinin hissələri, 16-cı korpusun bir hissəsi olan Fransa hərbi birləşmələri və Belçika qoşunlarının qalıqları Dünkerk şəhərinin ərazisində sıxışıb qaldılar. Bununla da Dünkerk ətrafında müttəfiq orduları ilə Üçüncü Reyx qoşunu arasında mayın 26-dan iyunun 4-ə qədər döyüş baş verdi. == Tarixi == 1930-cu illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində uzunmüddətli fortifikasiya qurğuları sistemi tikildi. Bu istehkamlardan ibarət müdafiə sisitemi nazirin adı ilə Majino xətti adlandırıldı. Xətt 1929-1936-cı illərdə tikilib 1940-cı ilə qədər təkmilləşdirilmişdi.
Füzuli uğrunda döyüşlər
Füzuli əməliyyatı — 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi. Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. == Tarixi == Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Horadiz, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən şimal, şimal-şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir. Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir. 3 oktyabr tarixində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi ilə nəticələnir. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir. 9 oktyabr tarixində Azərbaycan ordusu Xocavənd rayonunun Sor kəndi və Hadrut qəsəbəsini, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərini işğaldan tam azad edir.
Avstriya irsi uğrunda müharibə
Avstriya irsi uğrunda müharibə (alm. Österreichischer Erbfolgekrieg‎) — Avropa dövlətlərinin 1740–1748-ci illərdə Avstriya irsi üstündə apardığı müharibə. == Zəmin == İmperator VI Karl və əksər Avropa dövlətləri tərəfindən 1713-cü ildə qəbul edilmiş Praqmatik sanksiyaya görə, Avstriya Habsburqlarının geniş torpaqları (Avstriya, Çexiya, Macarıstan, Cənubi Niderland, habelə İtaliyadakı torpaqlar) VI Karlın qızı Mariya Terezanın ixtiyarına keçməli idi, ancaq Karlın ölümündən sonra Fransa tərəfindən müdafiə olunan Prussiya, Saksoniya, İspaniya Mariya Terezanın varislik hüququnu tanımaqdan imtina etmişdir. == Hərbi əməliyyatlar == Avstriya torpaqlarını bölüşdürmək uğrunda Fransanın kömək etdiyi Prussiya, Bavariya, Saksoniya, İspaniya və Sardiniyadan ibarət koalisiya Britaniya, Hollandiya və sonralar Rusiya tərəfindən də müdafiə olunan Avstriyaya qarşı müharibəyə başlamışdır. Hərbi əməliyyatlar Avropa, Amerika və Hindistanda aparılırdı. Rusiya ordusunun Reynə çıxmasından qorxan Fransa sülh danışıqlarına razılıq vermişdir. Müharibə 1748-ci ildə imzalanmış Axen sülhü ilə başa çatmışdır. Beləliklə, Habsburqlar ərazilərinin böyük hissəsini əldə saxlamışdır (Mariya Terezanın varislik hüququ tanındı), lakin Sileziyanın çox hissəsi Prussiyaya verilmiş və İtaliyadakı torpaqların bir hissəsi itirilmişdi (bu torpaqlar İspaniyaya qaytarılmışdır). Sülh Avropa dövlətləri arasındakı ziddiyyətləri həll etmədi. Avstriya irsi uğrunda müharibə ilə Yeddiillik müharibə araasında ancaq qısa fasilə olmuşdur.
Bahilə qalası uğrunda döyüş
Bahilə qalası uğrunda döyüş — Qəsr əl-Bahili qalasında Əməvilər xilafəti ilə Türgiş xaqanlığı arasında baş vermiş döyüş. Döyüş nəticəsində türk qoşunları Xorasan vilayətinin Əməvi valisi tərəfindən göndərilən, Müseyib ibn Bişr ər-Riyahi başçılığı altındakı köməkçi qüvvə tərəfindən məğlub edilmiş, qaladakı ərəb qarnizonu isə Səmərqənd şəhərinə göndərilmişdir. Bu döyüş Türgiş xaqanlığının ərəblərin bir müddət əvvəl zəbt etdiyi və on illərlə bu iki imperiya arasında döyüş meydanına çevrilmiş Mavəraünnəhrə yürüşünün birinci mərhələsi idi. == Zəmin == Mavəraünnəhr regionu xəlifə I Validin (hak. 705–715) hakimiyyəti dövründə, VII əsrdə İran və Xorasanın fəthindən sonra Əməvi sərkərdəsi Quteybə bin Müslüm tərəfindən ələ keçirilmişdir. Mavəraünnəhrdə yaşayan türk və İrandilli xalqların, o cümlədən müəyyən dərəcədə muxtar olan yerli hakimlərin Əməvilərə olan sədaqəti sual altında qalmışdı. Hətta, Mavəraünnəhr hakimləri 719-cu ildə xilafətin valilərinə qarşı hərbi yardım almaq üçün Tan Çini və onların vassal dövləti olan Türgiş xaqanlığına məktub göndərmişdir.Ərəb valisi Əbdülrəhman bin Nüaymin məharətsizliyi vəziyyəti daha da gərginləşdirmişdir. Onun davamçısı olan Səid ibn Əmr əl-Həraşi 720-ci ildə vali təyin edilmişdir, ancaq o da olduqca səriştəsiz idi. Onun vilayət haqqında çox da biliyi yox idi. Həmçinin, əl-Həraşinin qeyri-davakar təbiəti onun xorasanlılar tərəfindən "xudnanə" (mənası – nazlı) adlandırılmasına gətirib çıxarmışdır.
Bolluq uğrunda (qəzet, Lerik)
Bolluq uğrunda — Sovet dövründə Lerikdə nəşr olunmuş qəzet == Haqqında == İlk sayı 1937-ci ilin martında “Zuvand kolxozçusu” kimi işıq üzü görmüş qəzet sonralar “Kolxoz yolu”, “Bolluq uğrunda” və “Lerik” adları ilə fəaliyyətini davam etdirmişdir. Bu gündə fəaliyyətini uğurla davam etdirən “Lerik” qəzeti rayonun ictimai-siyasi, sosial-mədəni, tarixi keçmişi, istedadlı insanları, bir sözlə rayonun bütün sahələrinin işıqlandırılmasında mühüm rol oynayır. Dəfələrlə müxtəlif mükafatlara layiq görülən “Lerik” qəzeti həm də Azərbaycan Mətbuat Şurasının üzvüdür. 2012-ci ildə rayon icra hakimiyyəti başçısının dəstəyi ilə “Lerik” qəzetinin 75 illik yubileyi geniş qeyd edilmişdir. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, “Astara” qəzetinin baş redaktoru Azər Abdullayev, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, respublikanın digər media orqanlarının nümayəndələri iştirak etmişdir.
Küstrin uğrunda döyüşlər
1945-ci ilin yazı keçmiş Sovet ordusuna qələbələrlə gəlmişdi. Belə ki, Sovet ordusunun hücum edən hissə və birləşmələri Baltik dənizinin sahillərinə çıxmış, şərqi Pomeraniya ilə qərbi Pomeraniyanı bir-birindən ayırmış, Baltik dənizi sahillərində Visla çayından Oder çayınadək olan ərazini hitlerçi qoşunlardan təmizləmişdi. Həmin dövrdə cənub tərəfdən hücuma keçmiş Sovet qoşunları Heyes çayına çatmışdı. Polşa ərazisi düşməndən tamamilə azad edilmişdi.Hitler ordusu Sovet qoşunlarının yeni zərbələrini gözlədiyindən öz müdafiəsini mümkün qədər qüvvətləndirməyə səy göstərir və bunun üçün əlindən gələn bütün tədbirləri görürdü. Faşistlər Oder çayı ilə Berlin arasında 100 kilometrədək dərinlikdə uzanan möhkəm müdafiə sistemi yaratmışdı. Bu məqsədlə bir çox çaylardan, kanallardan, göl və dağlardan, sıx meşələrdən istifadə edilmiş, geniş mina sahələri yaratmış, məftilli çəpərlər çəkilmişdi. Möhkəm daşlardan tikilmiş kənd binaları güclü dayaq məntəqələrinə çevrilmişdi. 5-ci zərbə ordusunun tərkibinə daxil edilmiş 416-cı diviziya çox mürəkkəb və çətin vəzifələr yerinə yetirməli idi. O, Oder çayını keçməli və Küstrin şəhərini tutmalı idi. Küstrin şəhəri Berlinə gedən yolda möhkəm bir qala idi.
Kəlbəcər uğrunda döyüş
Kəlbəcər döyüşü — Qarabağ müharibəsi zamanı, 1993-cü il martın 27-dən aprelin 3-ünə kimi gedən döyüş. Döyüş Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsi ilə nəticələnmişdir. Kəlbəcər rayonu Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil olmasa da, Qarabağ bölgəsinin hissəsi olduğundan, Ermənistan və Azərbaycan ordusu buraya görə beş il döyüşmüşlər. Döyüş nəticəsində, erməni qoşunları Dağlıq Qarabağ hüdudlarından kənara çıxmışdı. DQMV və Ermənistanın sərhədləri arasında yerləşən Kəlbəcər rayonuna bir neçə kəndlər və onun paytaxtı Kəlbəcər aiddir. Rusiya mənbələrinə görə, Ermənistanda yerləşdirilən 128-ci alayın (7-ci Rusiya Ordusu) dağ qoşunları Kəlbəcəri blitzkriq əməliyyatı ilə ələ keçirdi. İlk ağır müqavimətdən sonra, Azərbaycan qoşunları tezliklə dağıldı və rayon mərkəzi 1993-cü il aprelin 3-də işğal olundu. == Zəmin == Kəlbəcər rayonu bir neçə kanyon və Murovdağ kimi tanınan yüksək dağ silsiləsi ilə əhatə olunmuşdur. Dörd istiqamətdə hücüm edən erməni qüvvələri Kəlbəcər döyüşündə 1900 kvadrat kilometrdən çox ərazini ələ keçirdi. Bu, Ermənistanı Dağlıq Qarabağla əlaqələndirdi və Ermənistana yardım göndərmək üçün ikinci "dəhliz" açdı.
Laçın uğrunda döyüş
Laçın uğrunda döyüşlər — Qarabağ müharibəsinin gedişində baş vermiş əməliyyat. Azərbaycan Ordusunun ermənilər tərəfindən hələ 18 may tarixində işğal olunan Laçın rayonunun geri qaytarılması məqsədi ilə həyata keçirilən əməliyyat olmuşdur. 1 oktyabr 1992-ci ildə 2-ci ordu korpusu general-mayor Dadaş Rzayev Qubadlı rayonunun şimalında Muradxanlı kəndindən hücuma keçmişdir. Laçına 4 km qalmış Qraç Andresyanın rəhbərlik etdiyi erməni silahlı birləşmələrinin və rus hərbçilərinin hərbi müdaxiləsi sayəsində qarşısı kəsilir. Digər hərbi hissə Laçına şimal-qərbdən hücuma keçmişdi. 19 oktyabrda erməni ordusunun əks hücumu ilə Azərbaycan ordusu geri çəkilməli olur. == Həmçinin bax == Ağdərə əməliyyatı Murovdağ əməliyyatı == İstinadlar == == Xarici keçidlər == “Döyüş gedir, artilleriyanı isə Bakıya, parada göndərmişdilər” – Keçmiş “kombriq”lə MÜSAHİBƏ – II hissə "Laçının işğalına səbəb olan xəyanət" ( (az.)). pia.az. 2016-05-18. 2016-09-26 tarixində arxivləşdirilib.
Laçın uğrunda döyüşlər

Moskva uğrunda döyüş
Moskva uğrunda döyüş (rus. Битва за Москву; alm. Schlacht um Moskau‎) — İkinci dünya müharibəsi ərzində Şərq cəbhəsində Sovet və alman qoşunları arasında baş vermiş döyüş əməliyyatlarına verilən addır. Bu döyüş əməliyyatları Şərq cəbhəsinin 600 km genişliyindəki sektoru boyunca baş tutmuşdur və strateji əhəmiyyətli iki dövrə bölünür. Birinci dövr Sovet qüvvələrinin şəhəri alman hücumlarından müdafiə etməsindən, ikinci dövr isə almanlara qarşı əks-hücum əməliyyatından ibarətdir. Döyüşlər 1941-ci ilin oktyabrından 1942-ci ilin yanvar ayına qədər davam etmişdir. Bu şəhər Nasist Almaniyası və onun müttəfiqlərinin Sovet İttifaqının işğalı üçün əsas hərbi və siyasi obyektivlərindən biri idi. Almanların strateji hücum əməliyyatı olan "Tayfun əməliyyatı" iki cinah hücumundan ibarətdi. Belə ki, bu əməliyyatın planına əsasən almanların 3-cü və 4-cü tank orduları Moskvanın şimalındakı Kalinin cəbhəsinə, 2-ci tank ordusu Tulanın qərbinə, Moskva vilayətinin cənub istiqamətinə göndərilmişdi, 4-cü alman ordusu isə qərb istiqamətindən birbaşa Moskva şəhəri üzərinə hücuma keçməli idi.İlkin olaraq, Sovet qoşunları Moskva vilayətinin strateji müdafiəsini təşkil etmək məqsədilə üç müdafiə zolağı yaratdı və yenicə təşkil olunmuş ehtiyat orduları irəli çəkdi, həmçinin Sibir və Uzaq Şərq hərbi dairələrindən gələn yeni qoşun hissələrini cəbhə xəttinə göndərdi. Moskva uğrunda döyüşlərin ilkin mərhələsində alman hücumlarının qarşısı alındı, Sovet strateji əks-həmləsi və kiçikmiqyaslı hücum əməliyyatları alman qüvvələrinin Oryol, Vyazma və Vitebsk şəhərləri ətrafındakı mövqelərə çəkilməsi və üç alman ordusunun mühasirəyə düşməsi ilə nəticələndi.
Qubadlı uğrunda döyüşlər
Qubadlı döyüşü və ya Qubadlı uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Qubadlı rayonunun azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 25-də başladılan hərbi əməliyyatlar. == Arxa plan == Qubadlı rayonu, Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin avqust ayında işğal edilmişdi. Rayon işğal edilərkən, 1 şəhər və 93 kənddən ibarət idi. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. == Nəticə == Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Qubadlı rayonunun 1 şəhəri və 41 kəndi işğaldan azad edildi.
Vəkalət uğrunda müharibə
Vəkalət uğrunda müharibə — 1524-1534-cü illərdə Səfəvilər dövlətinin Vəkalət vəzifəsi uğrunda iri qızılbaş əmirləri arasında baş vermiş müharibə idi. 1524-cü ildə şah I İsmayılın ölümundən sonra hakimiyyətə gələn şah I Təhmasibin azyaşlı olmasından istifadə edən iri Qızılbaş əmirləri imperiyanı idarə etmək üçün bir-birilərilə vuruşmağa başladılar. Bu müharibə zamanı üç qızılbaş tayfası Rumlu, Təkəli, Şamlı tayfaları bir-birini əvəz etməklə vəkalət vəzifəsini ələ keçirmişdi. Buna görə bu müharibə üç dövrə bölünür. == Rumlu dövrü == 1524-cü ildə şah I İsmayılın oğlu Təhmasib Mirzə formal olaraq şah elan edildi. Lakin on yaşlı oğlan qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrildi. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, Təhmasibin lələsi Əli bəy Rumlu(ləqəbi Div sultan) ələ keçirdi. Lakin ustaclı tayfasının Mustafa bəy Ustaclı (ləqəbi Köpək sultan) və Abdulla xan kimi qüdrətli əmirləri onun hakimiyyətinin güclənməsinə yol vermək istəmirdilər. Təbrizdə ustaclı əyanlarının çıxış edəcəyindən qorxan Əli bəy Rumlu özbəklərin Xorasana basqınlarını dəf etmək bəhanəsi ilə paytaxtdan çıxdı və guya xarici düşmənə qarçı qoşun toplamaq üçün Lar yaylağına yola düşdü. Bir çox hakimlər onun çağırışı olə öz qoşunları ilə bura gəldilər.
Vətən Uğrunda (1943)
== Məzmun == Film Azərbaycanın oğul və qızlarının cəbhələrdə göstərdikləri qəhrəmanlıqlara və arxadakı fədakar əməklərinə həsr olunmuşdur. Filmin birinci hissəsi Bakının dinc həyatından danışır, buradakı bağçalar və məktəblər, fabrik və zavodlar, neftin çıxarılması və nəqliyyatla göndərilməsi barədə söhbət açılır. "Hər Şey Cəbhə üçün!" şüarı əməkçiləri daha sıx birləşdirir. "Cəbhəyə", "Cəbhə üçün" sözləri gah Azərbaycan, gah da rus dillərində ekranda görünür. Hər sözdən sonra Bakının küçələri ilə cəbhəyə gedən əsgər və tank dəstələri gəlib keçir. Filmin birinci hissəsi lirik mahnılarla və şair Tələt Əyyubovun şerlə yazdığı mətnlə müşayiət olunur. İkinci hissə cəbhə ilə bağlı hadisələri ekranda canlandırır. Döyüş xronikası, ayrı-ayrı əsgərlərin, sanitar qız Leylanın iri planları göstərilir. Budur, əsir almanları aparırlar, həlak olmuş sovet döyüşçülərini dəfn edirlər, azad edilmiş kəndlərin sakinləri ilə görüşlər, öpüşlər, qucaqlaşmalar, çoxdan gözlənilən qələbə.Filmin finalında yazılıb: "İrəli, Qərbə!"Kinooçerkdə ölüm düşərgələrində işğalçı faşistlərin törətdikləri fəlakətlər də göstərilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Əbdül Həsənov Ssenari müəllifi: Mirzə Mustafayev Operator: Mirzə Mustafayev Mətnin müəllifi: Tələt Əyyubov Səs operatoru: Ağahüseyn Kərimov == Mənbə == M. Əmrahov.
Vətən uğrunda medalı
"Vətən uğrunda" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 29 dekabr 1998-ci ildə təsdiq edilmişdir. == Tarixi və əsasnaməsi == "Vətən uğrunda" medalı Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy Əliyev tərəfindən 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir.Medalın əsasnaməsi Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli 608-IQ saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal aşağıdakılara görə verilir: Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiklərinə görə; Dövlətin milli təhlükəsizliyinin təmin edilməsində fəaliyyətinə görə; Dövlət quruluşunun müdafiəsində iştirakına görə."Vətən uğrunda" Azərbaycan Respublikasının medalı digər orden və medalları olduğu halda döşün sol tərəfinə ordenlərdən sonra taxılır. == Təsviri == "Vətən uğrunda" medalının təsviri 2 fərqli formada verilmişdir. Medalının ilk təsviri Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 34-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda medalın təsviri aşağıdakı kimi verilmişdir: "Vətən uğrunda" medalı bürüncdən tökülmüş, çevrəsi boyunca bəzəyi olan 36 mm diametrli girdə lövhədən ibarətdir. Medalın mərkəzində Azərbaycan Respublikasının Gerbi yerləşdirilib, onun altında isə iki kəsişən qılınc göstərilib. Gerbin üstündə çevrə boyunca "Vətən uğrunda" sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır.
Xocavənd uğrunda döyüşlər
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. == Erkən hadisələr == Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi.27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı. == Döyüşlər == Azərbaycan ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə-Hadruta yönəldi.
Yaşamaq uğrunda mübarizə
Yaşamaq uğrunda mübarizə — Yaşamaq uğrunda mübarizə dedikdə təkcə açıq şəkildə birbaşa mübarizə deyil, bir növ daxilində, növlər və mühit amilləri arasında olan mürəkkəb, çoxcəhətli münasibətlər nəzərdə tutulur. Hər bir fərdin təbiətdə yaşaması üçün müəyyən yaşayış sahəsi lazımdır, lakin onların doğulan balalarının sayı yaşayış üçün zəruri olan sahədən çox olur, yəni intensiv çoxalırlar. Kütləvi surətdə çoxalan orqanizmlərin bir qismi əlverişsiz mühit şəraitinin təsirindən, digər qismi isə başqa heyvanlar tərəfindən məhv edildiyindən onların çox az bir hissəsi cinsi yetkinliyə çatır. Məsələn, bir dəniz tısbağası yüzlərlə yumurta qoyur, lakin bu yumurtalardan çıxan balaların heç də hamısı sağ qalmır. Qida və su çatışmazlığı, habelə yaşayış məskənlərinin məhdudluğu, yaranan rəqabət, yırtıcıların hücumu, xəstəliklər onların yaşamaq qabiliyyətinə mane olur və yaşamaq uğrunda mübarizəyə gətirib çıxarır . Var olmaq mübarizəsi konsepsiyası, yaşamaq üçün lazımlı qaynaqlar uğrunda rəqabət və ya döyüşə aiddir. İnsan cəmiyyətinə və ya təbiətdəki orqanizmlərə müraciət edə bilər. Konsepsiya qədimdir və mövcudluq uğrunda mübarizə termini 18-ci əsrin sonlarında istifadə olunurdu. 17-ci əsrdən etibarən bu konsepsiya populyasiyanı aşan insanla əlaqələndirildi; bu məsələ Tomas Robert Maltusun Binjamin Franklinin Bəşəriyyətin Artması, Ölkələrin Yenidənqurma və s. ilə əlaqəli müşahidələrinə əsaslanan əhali prinsipinə dair Bir məqalədə sərt şəkildə göstərilmişdir .
Zəngilan uğrunda döyüşlər
Zəngilan döyüşü və ya Zəngilan uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Zəngilan rayonunun azad edilməsi üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 18-də başladılan hərbi əməliyyatlar. Zəngilan döyüşləri, Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı və qısa müddət ərzində Zəngilan şəhəri azad edildi. == Arxa plan == Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən, 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. == Döyüşlər == Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini bildirdi. == Nəticə == Zəngilan döyüşü nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonunun 1 şəhəri, 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
Şuşa uğrunda döyüşlər
Şuşanın azad edilməsi — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin "döyünən ürəyi" adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Dağlıq Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus şəhərinə bağlayır. Şuşa şəhəri 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və əksəriyyəti azərbaycanlılardan təşkil olunmuş şəhər əhalisi məcburi köçkün olmuşdur.Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçirmişdir. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Şuşa müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlamışdır. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir ki, erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlara bağlamışdır. Fransa mərkəzli "Le Monde" qəzeti erməni separatçılarının bunu inkar etməsinə baxmayaraq, 6 noyabrda döyüşün Azərbaycanın lehinə keçdiyini bildirmişdir.
"Azadlıq uğrunda mübariz" fəxri adı verilmiş şəxslərin siyahısı
"Azadlıq uğrunda mübariz" fəxri adı verilmiş şəxslərin siyahısı — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə və bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin basqını zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərmiş həlak olan və yaralanan vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə verilən ən yüksək fəxri adı — Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı almış şəxslərin siyahısıdır.
"Vətən uğrunda" medalı ilə təltif edilənlərin siyahısı
"Vətən uğrunda" medalı ilə təltif edilənlərin siyahısı == 2000 == Abbasov Asif Nuru oğlu (polkovnik-leytenant) — 16.03.2005 Bağırov Namiq Sahib oğlu (polkovnik) — 16.03.2005 Çovdarov Akif Teymurxan oğlu (polkovnik) — 16.03.2005 Ələsgərov Elmar Eldar oğlu (polkovnik) — 16.03.2005 Əliyev Namiq Azərpaşa oğlu (polkovnik-leytenant) — 16.03.2005 İsmayılov Allahverən İbiş oğlu (polkovnik) — 16.03.2005 Qulubəyov Mamay Maqsud oğlu (mayor) — 16.03.2005 Lətifov Nazim İsfəndiyar oğlu (mayor) — 16.03.2005 Məmmədov Azər Fərhad oğlu (kapitan) — 16.03.2005 Məmmədov Firdovsi Firudin oğlu (polkovnik) — 16.03.2005 Nağıyev Vəli Nağı oğlu (polkovnik-leytenant) — 16.03.2005 Tağızadə Nail Rahil oğlu (polkovnik-leytenant) — 16.03.2005 Cəfərov Çingiz Binnət oğlu (leytenant) — 30.06.2005 == 2006 == Quliyev Xalid Hüseynxan oğlu — 30.06.2006 Əlibəyov Mövlan Hacı oğlu (polis baş serjantı) - ölümündən sonra - 30.06.2006 Hacıyev Samir Ənvər oğlu (polis sıravi) - ölümündən sonra - 30.06.2006 Rzayev Rasim Heydər oğlu (polkovnik-leytenant) - 30.06.2006 == 2007 == Allahquliyev Vüqar Zülfüqar oğlu (mayor) — 27.03.2007 Əsədov Hilal Mirzəli oğlu (general-mayor) — 27.03.2007 Əsədullayev Ədalət Hüseyn oğlu (polkovnik) — 27.03.2007 Əzizov Eldar Həsən oğlu (polkovnik) — 27.03.2007 Nurməmmədov Malik Nurməmməd oğlu (polkovnik-leytenant) — 27.03.2007 Ömərov Elxan Kavı oğlu (polkovnik-leytenant) — 27.03.2007 Tağıyev Ramiz Sadıq oğlu (polkovnik) — 27.03.2007 Usubov Mütəllim Məhiş oğlu (polkovnik) — 27.03.2007 Hüseynov Zakir Əmir oğlu (polkovnik-leytenant) - 16.08.2007 == 2008 == Həsənov Zakir Əsgər oğlu - general-leytenant — 11.03.2008 Xəlilov Şirin Heydər oğlu - general-mayor — 11.03.2008 Kərimov Əli Hüseyn oğlu (ölümündən sonra) — 24.06.2008. Mehdiyev Əbülfəz Bəbir oğlu (ölümündən sonra) — 25.06.2008. == 2009 == Abdullayev Polad Fərrux oğlu (mayor) — 28.03.2009 Əliyev Əlimusa İsmayıl oğlu (general-mayor) — 28.03.2009 Hüseynov Məhəmməd Rəhim oğlu (mayor) — 28.03.2009 Xəlilov Tahir Həmid oğlu (polkovnik-leytenant) — 28.03.2009 Quliyev Elşad Vəli oğlu (polkovnik-leytenant) — 28.03.2009 Mahmudov Yaşar Mahmud oğlu (baş leytenant) — 28.03.2009 Məmmədov Rauf Kərim oğlu — 28.03.2009 Novruzov İlqar Qəzənfər oğlu (mayor) — 28.03.2009 Orucəliyev Elnur Akif oğlu (mayor) — 28.03.2009 Vahabov Fərhad Hüseyn oğlu (general-mayor) — 28.03.2009 == 2010 == Rzayev Ceyhun Fərzalı oğlu (general-mayor) — 29.03.2010 Yaqubov Məzahir Şahbala oğlu (tibb xidməti polkovniki) — 29.03.2010 Axundov Vaqif Tofiq oğlu (polkovnik-leytenant) — 29.03.2010 Vəliyev Pərviz Şamir oğlu (polkovnik-leytenant) — 29.03.2010 Babayev Arif Vaqif oğlu (mayor) — 29.03.2010 Abbasov Ədalət Hekayət oğlu (polkovnik-leytenant) — 21.08.2010 Hüseynov Adil Hüseynağa oğlu (polkovnik-leytenant) — 21.08.2010 İbrahimov Mircəlal Cəfərağa oğlu (polkovnik-leytenant) — 21.08.2010 Həmzəyev Rəşad Firidun oğlu (mayor) — 21.08.2010 == 2011 == Əhmədov Fuad Ramiz oğlu (mayor) — 18.03.2011 Hüseynov Rüstəm Məhəmməd oğlu (mayor) — 18.03.2011 İbrahimov Rövşən Xudaverdi oğlu (kapitan) — 18.03.2011 Ləzgiyev Akif Əkbər oğlu (polkovnik-leytenant) — 18.03.2011 Məmmədov Səlim İmran oğlu (polkovnik) — 18.03.2011 Seyidov Cavid Mircəfər oğlu (polkovnik-leytenant) — 18.03.2011 Rzayev Qadir Tələt oğlu (polkovnik-leytenant) — 16.08.2011 Kərimov Zülfü Habil oğlu (Baş Leytenant)-15.08.2011 Masallı rayonu Qızılağac kəndi.
Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı
Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə və bir sıra rayonlarına keçmiş SSR İttifaqı Silahlı Qüvvələrinin basqını zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərmiş həlak olan və yaralanan vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə verilən ən yüksək fəxri ad. == Yaranma səbəbləri == Azərbaycan xalqı imperiya əsarətindən xilas olmaq və özünün dövlət müstəqilliyini bərpa etmək uğrunda ardıcıl mübarizə aparmışdır. 1988-ci ildən başlayaraq bu mübarizə Azərbaycan Respublikasında ümumxalq miqyası almışdır. Azərbaycan Respublikasının imperiya buxovlarından qurtulmaq cəhdlərindən təşvişə düşən keçmiş SSR İttifaqının mərkəzi orqanları başlanmış ümumxalq azadlıq hərəkatını bu dəfə də yatırmaq məqsədilə 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə və bir sıra rayonlarına qanunsuz olaraq qoşun yeridərək dinc əhalini gülləbaran edib yüzlərlə günahsız adamı qətlə yetirmiş və yaralamışlar. Bu qırğın zamanı bir çox vətəndaşlar Azərbaycan Respublikasının müstəqilliyi naminə yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərmişlər. Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizədə həlak olanların və yaralananların adlarını əbədiləşdirməyin zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 13 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adının müəyyən edilməsini qərara almışdır. Həmin qərara əsasən Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə və bir sıra rayonlarına keçmiş SSR İttifaqı Silahlı Qüvvələrinin basqını zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərmiş həlak olan və yaralanan vətəndaşlara verilir; Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə verilir. Həmçinin, Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı verilən vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin fərmanı və fəxri adın vəsiqəsi təqdim olunur. == Fəxri adının verilməsi haqqında vəsatət == Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adının verilməsi haqqında vəsatət "Azərbaycan SSR fəxri adlarının müəyyən edilməsi və Azərbaycan SSR dövlət təltifləri haqqında əsasnamənin təsdiq olunması barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 1983-cü il 26 avqust tarixli fərmanında və Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 1983-cü il 11 noyabr tarixli qərarı ilə təsdiq olunmuş "Azərbaycan SSR dövlət təltifləri ilə təltif olunmağa təqdimetmə və təltifləri təqdimetmə qaydası haqqında" təlimatda müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Ali Sovetinin 1990-cı il yanvarın 19—20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə istintaq komissiyası, "20 yanvar" cəmiyyəti, digər ictimai təşkilatlar və təqdim edilənin işlədiyi əmək kollektivi tərəfindən verilə bilər. == Təltifləri təqdimetmə qaydası == Təltifləri təqdimetmə qaydası Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 1983-cü il 11 noyabr tarixli qərarı ilə təsdiq olunmuş "Azərbaycan SSR dövlət təltifləri ilə təltif olunmağa təqdimetmə və təltifləri təqdimetmə qaydası haqqında" təlimatla nizama salınır.
Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı
"Azadlıq uğrunda mübariz" fəxri adı verilmiş şəxslərin siyahısı — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə və bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin basqını zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərmiş həlak olan və yaralanan vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə verilən ən yüksək fəxri adı — Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı almış şəxslərin siyahısıdır.
Bakının müdafiəsi uğrunda (film, 1942)
Bakının müdafiəsi uğrunda qısametrajlı sənədli filmi 1942-ci ildə Bakı kinostudiyasında istehsal edilmişdir. Filmdə Bakının müdafiəsi uğrunda zəhmətkeşlərin gördükləri təxirəsalınmaz işlər, qazdıqları dərin xəndəklər və s. əks etdirilir. == Məzmun == Film adından da göründüyü kimi, Bakı ətrafında müdafiə istehkamlarının qurulmasına, dərin xəndəklərin qazılmasına həsr olunmuşdur. Bu ağır işə minlərlə bakılı kişilər və qadınlar cəlb olunurdu. İnsanlar bu işi böyük həvəslə yerinə yetirirdilər. Fasilə zamanı əsgərlərdən ibarət ansambl burada çalışanlara konsert də verirdi.
Boru prokatı zavodunda əməyin təhlükəsizliyi uğrunda (film, 1961)
Boru prokatı zavodunda əməyin təhlükəsizliyi uğrunda qısametrajlı sənədli filmi rejissor Mirzə Mustafayev tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Boru Prokat Zavodunda əməyin təhlükəsizliyi üçün görülən tədbirlərdən bəhs edir. == Məzmun == Film Boru Prokat Zavodunda əməyin təhlükəsizliyi üçün görülən tədbirlərdən, bu vacib işə düzgün əməl olunması qaydalarından bəhs edir.
Bəhili qalası uğrunda döyüş
Bahilə qalası uğrunda döyüş — Qəsr əl-Bahili qalasında Əməvilər xilafəti ilə Türgiş xaqanlığı arasında baş vermiş döyüş. Döyüş nəticəsində türk qoşunları Xorasan vilayətinin Əməvi valisi tərəfindən göndərilən, Müseyib ibn Bişr ər-Riyahi başçılığı altındakı köməkçi qüvvə tərəfindən məğlub edilmiş, qaladakı ərəb qarnizonu isə Səmərqənd şəhərinə göndərilmişdir. Bu döyüş Türgiş xaqanlığının ərəblərin bir müddət əvvəl zəbt etdiyi və on illərlə bu iki imperiya arasında döyüş meydanına çevrilmiş Mavəraünnəhrə yürüşünün birinci mərhələsi idi. == Zəmin == Mavəraünnəhr regionu xəlifə I Validin (hak. 705–715) hakimiyyəti dövründə, VII əsrdə İran və Xorasanın fəthindən sonra Əməvi sərkərdəsi Quteybə bin Müslüm tərəfindən ələ keçirilmişdir. Mavəraünnəhrdə yaşayan türk və İrandilli xalqların, o cümlədən müəyyən dərəcədə muxtar olan yerli hakimlərin Əməvilərə olan sədaqəti sual altında qalmışdı. Hətta, Mavəraünnəhr hakimləri 719-cu ildə xilafətin valilərinə qarşı hərbi yardım almaq üçün Tan Çini və onların vassal dövləti olan Türgiş xaqanlığına məktub göndərmişdir.Ərəb valisi Əbdülrəhman bin Nüaymin məharətsizliyi vəziyyəti daha da gərginləşdirmişdir. Onun davamçısı olan Səid ibn Əmr əl-Həraşi 720-ci ildə vali təyin edilmişdir, ancaq o da olduqca səriştəsiz idi. Onun vilayət haqqında çox da biliyi yox idi. Həmçinin, əl-Həraşinin qeyri-davakar təbiəti onun xorasanlılar tərəfindən "xudnanə" (mənası – nazlı) adlandırılmasına gətirib çıxarmışdır.
Cəbrayıl uğrunda döyüşlər (2020)
Cəbrayıl uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də başladılan hərbi əməliyyatlar. == Arxa plan == Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. == Döyüşlər == === 27 sentyabr === Saat 07:30-da Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonun Mirzənağılı, Qazaxlar, Əhmədalılar və Horadiz şəhəri də daxil olmaqla yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğu bildirildi. Bir saat sonra Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada isə Füzuli-Cəbrayıl istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinin susdurulduğu və onların döyüş fəaliyyətinin qarşısının alındığı bildirildi. Həmin gün saat 14:00-da baş tutan brifinq zamanı isə Azərbaycanın Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazov Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri də daxil olmaqla altı yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirdi. === 1-ci həftə (28.09–04.10) === Sentyabrın 28-də saat 18:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini açdığı atəşə tutması nəticəsində 2006-cı il təvəllüdlü H.İ.Həziyev baş nahiyəsindən qəlpə yarası alaraq xəstəxanaya yerləşdirildi. Sentyabrın 29-da saat 17:00–18:00 radələrində isə Azərbaycanın Müdafiə Nazirliyi cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Azərbaycan Ordusu tərəfindən Ermənistan Ordusunun daha 4 tankının məhv edildiyini bildirdi.
Demokratik Cəmiyyət Uğrunda Tələbələr
Demokratik Cəmiyyət Uğrunda Tələbələr (İngiliscə "Students for a Democratic Society" və ya qısaca SDS) ABŞ-də tələbə fəalları hərəkatı idi. O, ölkədəki Yeni Solçuluğun nümayəndəsi olan əsas ikonalardan biri idi. 1969-cu ildəki iclasında ləğv edilməzdən əvvəl 1960-cı illərin ortalarında təşkilat çox sürətlə inkişaf etmiş və böyümüşdür. Ləğv edilməsindən sonrakı onilliklər ərzində SDS tələbə təşkilatlanmasına əhəmiyyətli təsir göstərmişdir. İştirakçı demokratiya, birbaşa fəaliyyət, radikalizm, tələbə gücü, məhdud büdcələr ilə SDS-in təşkilati strukturu müasir Amerika tələbə fəalları qruplarında müəyyən səviyyələrdə mövcuddur. Sonrakı illərdə solçu tələbə təşkilatı şəbəkələri formasında bir çox təşkilatların yaradılmasına baxmayaraq, onların heç biri SDS-in təsir səviyyəsinə çatmamış və onların əksəriyyəti ən çoxu bir neçə il yaşadıqdan sonra ləğv edilmişdirlər. 2006-cı ildə SDS-in yeni təcəssümü yaradılmışdır.
Demokratik Cəmiyyət uğrunda Hərəkat
Demokratik Cəmiyyət uğrunda Hərəkat (kürd. Tevgera Civaka Demokratîk, TEV-DEM, ərəb. حركة المجتمع الديمقراطي‎, klass. süry. ܙܘܥܐ ܕܟܢܫܐ ܕܝܡܩܪܐܛܝܐ) — Suriyanın şimalında solçu təşkilat. 16 Yanvar 2011-ci ildə qurulan təşkilatın məqsədi Suriya cəmiyyətini demokratik bir konfederalist sistem altında təşkil etməkdir. TEV-DEM-ə hazırda həmsədrlər Zəlal Caqar və Xarib Heso rəhbərlik edir. == Tarixi == Ərəb baharı 2011-ci ilin əvvəlində Suriyaya çatanda etirazlar şimaldakı kürdlərin yaşadığı bölgələrə də yayılmışdı. Suriyalı kürdlər arasında böyük bir nüfuza sahib olan Demokratik Birlik Partiyası (PYD) Kürd Milli Şurası (ENKS) ilə fəal rəqabət aparırdı. Yaranmış fikir ayrılığının əsas məqamlarından biri PYD-nin rejim dəyişikliyinə çağırma mövqeyi ilə bağlı idi.
Eritreya müstəqilliyi uğrunda müharibə
Eritreya müstəqilliyi uğrunda müharibə - 1961-1991 illərdə Eritreya silahlı birləşmələri ilə Efiopiya imperiyası arasında silahlı münaqişə. == Müharibənin səbəbləri == 1950-ci ildə BMT-nın qərarı ilə Efiopiya və Eritreya federasiya şəklində birləşir.1952-ci ildə qərar qüvvəyə minir.Eritreyalılar öz müstəqil dövlətin yaratmağ istəyirlər Efiopiya öz növbəsində Eritreyanın muxtariyyat səlahiyyətlərini sıxmağa çalışır.1950 ci illərin sonunda yaranan Eritreya azadlığ cəbhəsi EAC 1961 ilin sentyabr ayında müstəqilliy uğrunda silahlı münaqişəyə başlayır.Buna cavab olaraq 1962 ildə Efiopiyanın imperatoru Xayle Selassiye Eritreya muxtariyyatını ləğv edir və muxtariyyat hökumətini istefaya yollayır. == Müharibənin gedişi == 1970-ci ildə EAC dan fikir ayrılığı nəticəsində yeni bir birləşmə ayrılır bu Eritreya milli azadlığ cəbhəsi EMAC.1974 ci ildə çevriliş nəticəsində Xayle Sellasiye istefaya gedir və hakimiyyətə İnqilabçı hökuməti gəlir bu isə öz novbəsində Efiopiyanın SSRİ ilə yaxınlaşmasına gətirib çıxarır.1980 ci illərdə iç münaqişə nəticəsində EAC qüvvəsin itirir və Sudan ərazisinə keçir.1988-1991 illərdə Eritreya partizanları Efiopiyalıları məğlubiyyətə uğradır SSRİ Efiopiyaya köməyini dayandırır.Efiopiyada vətəndaş müharibəsi gedir.1991 ci ildə hökumət ölkəni tərk edir.1993 ildə Eritreya və yeni Efiopiya hökuməti arasında danışıqlar nəticəsində Eritreyada referendum keçiriliməsi razılaşdırılır.Referendumun nəticəsində 24 may Eritreya müstəqil dövlət elan olunur.
Hadrut uğrunda döyüşlər (2020)
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. == Erkən hadisələr == Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi.27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı. == Döyüşlər == Azərbaycan ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə-Hadruta yönəldi.
Həyat Uğrunda Mübarizə (1926)
== Məzmun == Texniki-təbliğat filmi neft sənayesində zədələnmə halları haqqındadır. Müəlliflərin bu filmi çəkməkdə məqsədi təhlükəsizlik texnikası qaydaları barədə fəhlələrdə əyani təsəvvür yaratmaqdan ibarət olmuşdur. Maraqlı baxılmaq üçün aktyor oyunlarından da istifadə edilmişdir. Film tərbiyəvi-profilaktik xarakter daşıyır. == Film haqqında == Kinooçerk Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır. Protokol № 2189 və № 1757 == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Aleksandr Litvinov Operator: İvan Tartakovski Elmi məsləhətçi: Behbudov (mühəndis) == Mənbə == Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года. Azərbaycan SSR Elmlər Akademiyası.

Digər lüğətlərdə

ввя́зка зы́кать кале́чить по-вдо́вьи полузакры́ть фарисе́й бархати́ться вы́рядить зоотехни́ческий огорчи́ться птицефе́рма Aden bagged blighter G-man hound's-tooth check inopportunity intricate jaw-jaw microwaves muttonfish overgrew tetrandrious гидрологический дневальный