USMAQ
UŞAQ
OBASTAN VİKİ
Uş adası
Uş adası — Oxot dənizində, Saxalin adasının şimalında, Saxalin körfəzi ərazisində yerləşən ada. Yaxınlığında kiçik ada yerləşir. Materiklə arasında məsafə 1,5 km təşkil edir. Adanın uzunluğu 14 km, eni isə 2,6 km təşkil edir. Cənubunda Baykal körfəzi yerləşir. Adada daimi yaşayış yoxdur.
...Və uşaqlar mahnı oxuyurdular (film, 1987)
== Məzmun == Film Bakıdakı uşaq evində böyüyən qızların dramatik həyatından bəhs edir. Bu uşaq evində böyümüş nənə, ana və qızın həyatlarının ən gərgin anları lentə köçürülmüşdür.
2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsi — 12-ci ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 15 noyabr 2014-cü il tarixində Maltada Malta Gəmiqurucuculuğu Sarayında "#together" devizi altında keçirilmişdir. Malta müsabiqəyə ilk dəfə ev sahibliyi etmişdir. Həm də bu il üçüncü il olmuşdur ki, müsabiqəyə ev sahibliyini son dəfə müsabiqədə qalib olan ölkə etmişdir. 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində 16 ölkə iştirak etmişdir. Bu ölkələrdən İtaliya, Monteneqro və Sloveniya ilk dəfə olaraq müsabiqədə iştirak etmişdir. Eyni zamanda Xorvatiya 7 illik, Kipr 4 illik, Serbiya 3 illik və Bolqarıstan isə 2 illik fasilədən sonra müsabiqəyə qayıdıb. 2013-cü ildə müsabiqədə iştirak etmiş Azərbaycan, Makedoniya və Moldova isə 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir. Maltada keçirilən 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Tu primo grande amore" mahnısı ilə İtaliya təmsilçisi Vinçentso Kantyello qalib gəlib. Müsabiqədə ilk dəfə iştirak edən İtaliyanın bu müsabiqədəki ilk qalibiyyəti oldu.
2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsi — 13-cü ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 21 noyabr 2015-ci il tarixində Bolqarıstanın paytaxtı Sofiyada, Armeec Arenasında keçirilmişdir. Bolqarıstan müsabiqəyə ilk dəfə ev sahibliyi etmişdir. 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsində 17 ölkə iştirak etmişdir. Bu ölkələrdən Avstraliya və İrlandiya ilk dəfə olaraq müsabiqədə iştirak etmişdir. Eyni zamanda Albaniya 2 illik və Makedoniya isə 1 illik fasilədən sonra müsabiqəyə qayıdıb. 2014-cü ildə müsabiqədə iştirak etmiş İsveç, Kipr və Xorvatiya isə 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir. Sofiyada keçirilən 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Not My Soul" mahnısı ilə Malta təmsilçisi Destini Çukunyere qalib gəlib. Bu Maltanın müsabiqədə ikinci qalibiyyəti oldu. == İştirakçılar == Səslər açıqlandıqdan sonra ilk üçlüyü qazanan ölkələr mükafatlandırılıb.
2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest 2016) — 14-cü ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 20 noyabr 2016-ci il tarixində "Embrace" (azərb. Qucaqla‎) devizi altında Maltanın paytaxtı Valletta şəhərində keçiriləcəkdir. Bu Maltanın müsabiqəyə ikinci (2014) ev sahibliyidir. 28 sentyabr 2016-cı il tarixdə Avropa Yayım İttifaqı 17 ölkənin müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir. Bu ölkələrdən İsrail 3 illik, Kipr 1 illik, Polşa isə 11 illik fasilədən sonra müsabiqəyə qayıdır. 2015-ci ildə müsabiqədə iştirak etmiş Monteneqro, San-Marino və Sloveniya isə 2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir. Vallettada keçirilən 2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Mzeo" mahnısı ilə Gürcüstan təmsilçisi Mariam Mamadaşvili qalib gəlib. Bu Gürcüstanın müsabiqədə üçüncü (2008, 2011) qalibiyyəti oldu.
2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest 2017) — sayca 15-ci ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 26 noyabr 2017-ci il tarixində "Shine bright" devizi altında Gürcüstannın paytaxtı Tbilisi şəhərində keçirilmişdir. Bu Avroviziya Uşaq Mahnı Müsabiqəsində bundan öncə üç dəfə qələbə qazanan Gürcüstanın müsabiqəyə ilk ev sahibliyi olmuşdur. Müsabiqəyə Helen Kalandadze və 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstanı təmsil etmiş Lizi Caparidze aparıcılıq etmişdir. 9 avqust 2017-ci il tarixdə Avropa Yayım İttifaqı 16 ölkənin Tbilisidə keçirilən müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir. Bu ölkələrdən Portuqaliya doqquz illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. 2016-cı ildə müsabiqədə iştirak etmiş Bolqarıstan və İsrail isə müsabiqəyə hazırlıq üçün zamanın çox az olduğunu səbəb göstərərək, 2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir. == Keçirildiyi yer == 2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsində 10 yaşlı Maryam Mamadaşvilinin "Mzeo" mahnısı ilə Gürcüstana qələbə qazandırmasının ardınca Avropa Yayım İttifaqı (AYİ) 2017-ci ilin fevral ayında Gürcüstanın növbəti müsabiqəyə ev sahibliyi edəcəyini açıqlamışdır. İndiyədək müsabiqədə üç dəfə qalibiyyət əldə etməsinə baxmayaraq, bu Gürcüstanın müsabiqəyə ilk ev sahibliyidir.
2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest 2018) — sayca 16-cı ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 25 noyabr 2018-ci il tarixində "#LightUp" devizi altında Belarusun paytaxtı Minsk şəhərində keçiriləcəkdir. Bu Belarusun Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ikinci ev sahibliyi olmuşdur. Müsabiqəyə Yevqeniy Perlin, Zinaida Kupriyanoviç və 2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Belarusu təmsil etmiş Helena Meraai aparıcılıq etmişdir. 2 avqust 2018-ci il tarixdə Avropa Yayım İttifaqı 20 ölkənin Minskdə keçirilən müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir. Bu ölkələrdən Qazaxıstan və Uels müsabiqə tarixində ilk dəfə iştirak edəcəklər. Bundan əlavə 13 illik fasilədən sonra Fransa, dörd illik fasilədən sonra Azərbaycan və bir il sonra İsrail müsabiqəyə geri dönmüşdür. 2017-ci ildə müsabiqədə iştirak etmiş Kipr isə maliyyə çətinlikləri səbəbi ilə iştirakdan imtina etmişdir. Minskdə keçirilən 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Anyone I Want To Be" mahnısı ilə Polşa təmsilçisi Roksana Veqel qalib gəldi.
2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest 2019) — sayca ənənəvi 17-ci Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 24 noyabr 2019-cuil tarixində "Share the joy" devizi altında Polşanın Qlivitse şəhərində keçirilmişdir. Bu Polşanın Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ilk ev sahibliyi olmuşdur. Müsabiqəyə İda Novakovska, Aleksandr Sikora və 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Polşaya qələbə qazandırmış Roksana Veqel aparıcılıq etmişdir. 18 iyul 2019-cu il tarixdə Avropa Yayım İttifaqı ümumilikdə 19 ölkənin Qlivitsedə keçirilən müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir. Bu ölkələrdən İspaniya 12 illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. 2018-ci ildə müsabiqədə iştirak etmiş Azərbaycan və İsrail isə yarışmada iştirakdan imtina etmişdir. Qlivitsedə keçirilən 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Superhero" mahnısı ilə ev sahibi ölkə olan Polşa təmsilçisi Viki Qabor qalib gəldi. Bu Polşanın müsabiqədə ikinci qalibiyyəti oldu.
2020 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
2020 Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest 2020) — sayca ənənəvi 18-ci Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 29 noyabr 2020-ci il tarixində "Move the world" devizi altında Polşanın Varşava şəhərində keçiriləcək. Bu Polşanın Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ikinci ev sahibliyi olacaq. Müsabiqəyə İda Novakovska, Malqorzata Tomasevska və Rafal Brzozovski 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsinədəki qələbədən sonra ev sahibliyi edəcək. 8 sentyabr 2020-ci il tarixdə Avropa Yayım İttifaqı ümumilikdə 13 ölkənin Varşavada keçirilən müsabiqədə iştirak edəcəyini təsdiqlədi. Bu ölkələrdən Almaniya müsabiqədə ilk dəfə iştirak edəcək. 2019-cu ildə müsabiqədə iştirak etmiş Albaniya, Avstraliya, İrlandiya, İtaliya, Şimali Makedoniya, Portuqaliya, Uels isə yarışmada iştirakdan imtina etmişdir. Fransa təmsilçisi Valentina "J'imagine" mahnısı ilə müsabiqənin qalibi oldu. Bu, Fransanın Avroviziyalarda 1989 Avroviziya Gənc Rəqqaslar Müsabiqəsindən sonrakı ilk qələbəsi idi.
Anomal uşaqlar
Anomal uşaqlar – müəyyən qüsur və çatışmazlıqlara görə normal fiziki və ya psixi inkişafdan xeyli dərəcədə geridə qalan, bu səbəbdən də xüsusi şəraitdə təlim-tərbiyəyə ehtiyacı olan uşaqlar. Belə uşaqların inkişafındakı qüsurların və çatışmazlıqların ləğvi, korreksiyası və bərpası xüsusi təlim-tərbiyə müəssisələrində aparılır. Uşaqda hər hansı bir pozğunluğun (məs., qulağın birinin eşitməməsi) olması anomal inkişafı müəyyən etmir. Belə hallarda uşaqların fiziki və psixi inkişafı pozulmur və onlar anomal uşaq kateqoriyasına aid edilmirlər. Anomal uşaqlarının ümumi inkişaf qanunauyğunluqlarının, onların təlim-tərbiyə metodlarının öyrənilməsi defektologiyanın tədqiqat obyektidir. Qüsurlar və çatışmazlıqlar anadangəlmə və qazanılmış ola bilər. Anadangəlmə qüsurların yaranmasında irsi faktorlar, hamiləlikdə dölə zərərli [[Təsir|təsirlər](intoksikasiya, alkoqol, bətn daxili infeksiya, travma), həmçinin asfiksiya və doğuş travmasının xüsusi rolu vardır. Qazanılmış anomaliyalar, əsasən, erkən yaş dövründə keçirilmiş yoluxucu xəstəliklərin (meningit, poliomelit və s.), travma, intoksikasiya və s. nəticəsində yaranır.
Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
Arvadım mənim, uşaqlarım mənim — kinoalmanaxı 1978-ci ildə ekranlaşdırılmışdır. Kinoalmanax 3 qısametrajlı film-novelladan ibarətdir: "Toy" (rejissor: Nicat Feyzullayev), "Bağçada rahat yer" (rejissor: Ziyafət Abbasov) və "Arvadım mənim, uşaqlarım mənim" (rejissor: Cəmil Fərəcov). Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Kazım Abdullayev, Hacı İsmayılov, Məlahət Salmanova, Həsən Məmmədov, Ofeliya Məmmədzadə, Şamil Süleymanov, Gülşən Qurbanova və Kamil Məhərrəmov ifa edirlər.
Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi
Bakının Nizami rayonunda yerləşən Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi Heydər Əliyev Fondu tərəfindən inşa edilib.. == Tarixi == Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Lakin Mərkəzin özünün daimi yerləşdiyi binası olmayıb. 2021-ci il dekabrın 31-də Mərkəzin binası istifadəyə verilib. == Mərkəz haqqında == Bu autizm xəstəliyindən əziyyət çəkən uşaqların intensiv terapiya alması və onların asudə vaxtlarının səmərəli təşkili üçün Mərkəzdə lazımi şərait yaradılıb. Binada sinif, sakitləşdirici, valideyn və uşaqlar üçün psixoloq, yataq və loqoped otaqları, akt və idman zalları var. Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili hər zaman Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən olub. Bu gün istifadəyə verilən Mərkəz də bunun gözəl nümunələrindəndir. Mərkəz autizm spektr pozuntuları ilə üzləşmiş şəxslərə zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üçün ailələr ilə işləmək, autizm sahəsində maarifləndirici layihələr həyata keçirmək istiqamətində fəaliyyət göstərir. Mərkəzdə 23 yaşınadək şəxslərin qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olurlar.
Avroviziya Uşaq
Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest) — 2003-cü ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilir. Müsabiqənin əsas məqsədi gənc istedadların inkişafına yardım göstərməkdir. Müsabiqə hər il müxtəlif Avropa ölkələrində baş tutur. Lakin eyni şəhər, ölkə müsabiqəyə bir neçə dəfə ev sahibliyi edə bilər. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə ötən il qalib gələn ölkə növbəti müsabiqəyə ev sahibliyi etmir və ev sahibi ölkələr müsabiqənin təşkilat komitəsinin qərarı ilə seçilir. Müsabiqə adından da bəlli olduğu kimi Avroviziya Mahnı Müsabiqəsinə çox bənzərdir. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və qaydalara əsasən ölkə təmsilçiləri yalnız 9-14 yaş aralarında ola bilərlər. Mahnıların müddəti üçün qoyulan zaman 2 dəqiqə 45 saniyədən 3 dəqiqəyə kimidir. Müsabiqədə iştirak edən hər bir ölkədən olan izləyicilər öz bəyəndikləri ifalara SMS ilə dəstək ola bilir və eyni zamanda həmin ölkələrdən olan peşəkar münsif heyəti arasında da səsvermə keçirilir.
Avroviziya Uşaq 2003
2003 Avroviziya Uşaq Mahnı Müsabiqəsi – ilk Avroviziya Uşaq Mahnı Müsabiqəsi idi. Müsabiqə 15 noyabr 2003-cü ildə Danimarkanın paytaxtı Kopenhagenin Forum Kopenhagen arenasında təşkil olundu. Uşaq müğənnilər 8-15 yaş arasında idi. Müsabiqənin aparıcısı Camilla Ottesen və Remee olmuşdur. Müsabiqədə 16 ölkə iştirak etmişdir. Müsabiqənin qalibi 11 yaşı olan Dino Jelusić oldu.O, Ti Si Moja Prva Ljubav(Sən mənim ilk və tək eşqimsən) mahnısı ilə Xorvatiyanı təmsil edirdi. Müsabiqənin qalibi olan ölkənin növbəti il müsabiqəni təşkil edə bilməyəcəyi qərara alındı. Beləliklə ilk dəfə təşkil olunan Avroviziya Uşaq Mahnı Müsabiqəsi başa çatdı.
Avroviziya Uşaq 2004
2004 Avroviziya Uşaq Mahnı Müsabiqəsi – uşaqlar üçün keçirilən ikinci Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. 20 noyabr 2004-cü ildə, Håkons Hall, Lillehammer, Norveçdə keçirilmişdir və 2 saat 15 dəqiqə ərzində müsabiqə yekunlaşmışdır. Müsabiqənin aparıcısı Stian Barsnes Simonsen və Nadia Hasnaoui olmuşdur, 20 ölkədə də yayımlanmışdır, bundan əlavə 100 milyon insan tərəfindən izlənmişdir. 18 ölkə iştirak etmişdir, Fransa və İsveçrə, ilk dəfə iştirak etmişdir. Müsabiqəni İspaniyanı təmsil edən 9 yaşındakı María Isabelin ox Antes Muerta Que Sencilla qazandı. 2003-cü ildəki qalib Dino Jelusić Maríaya mükafatı təqdim etdi.
Avroviziya Uşaq 2005
2005 Avroviziya Uşaq Mahnı Müsabiqəsi – üçüncü Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. 26 noyabr 2005-ci ildə, Belçikanın Ethias Arenasında təşkil olundu. Müsabiqənin aparıcıları Marcel Vanthilt ve Maureen Louys oldu. Kipr müsabiqədə mahnılarının oğurluq olduğu iddiaları səbəbiylə çəkildi. Bu hadisə, Kiprin səsvermədə iştirak etməsini çətinləşdirmədi və çəkilmələrinə rəğmən səsvermədə iştirak etdilər. Litva və Ukrayna iştirak etmələrini planlaşdırmışdılar, ancaq iqtisadi səbəblərdən çəkildilər. Gürcüstan da müsabiqədə iştirak etmək istədi, lakin müsabiqəyə son iştirak tarixi çoxdan keçmişdi. Həmin ilin mükafatını Belarusu təmsil edən 10 yaşındakı iştirakçı Kseniya Sitnik My Vmeste ("Biz bir yerdəyik") mahnısı ilə qazandı.
Avroviziya Uşaq 2006
2006 Avroviziya Uşaq Mahnı Müsabiqəsi - uşaqlar üçün təşkil olunan 4-cü müsabiqə idi.Bu dəfəki yer Rumıniyanın paytaxtı Buxarest idi. Müsabiqənin təşkil olunduğu stadionun adı 'Sala Polivalentă' idi. Bu il müsabiqədə 15 ölkə iştirak etdi. Portuqaliya, Serbiya və Ukrayna bu il müsabiqədə ilk dəfə iştirak edirdilər. Ötən il mahnısını seçsə də iştirak edə bilməyən Kipr bu il yenidən iştirak etdi. Keçən il müsabiqədə iştirak etmiş Danimarka, Litva və Norveç bu il müsabiqədə iştirak etmədilər. Böyük Britaniya da bu il müsabiqədə iştirak etməyəcəyini açıqladı. Bu ilki müsabiqəni Rusiyanı təmsil edən The Tolmaçevi Tvins 154 xal yığaraq qalib oldu. Mahnılarının adı Vesna idi (Azərbaycanca:Bahar Cazı). Keçən ilin qalibi Belorusu təmsil edən Ksenia Sitnik bu ilin qalibinə mükafatı təqdim etməsiylə budəfəki müsabiqə sona çatdı.
Avroviziya Uşaq 2007
2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsi − 5-ci Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. 8 dekabr 2007-ci il tarixində Niderlandın Rotterdam şəhərinin "Ahoy" arenasında təşkil olunmuşdur. Bu il müsabiqədə ilk dəfə olaraq Bolqarıstan, Ermənistan, Gürcüstan və Litva iştirak etmişdir. Ötən il iştirak edən və ilk iki müsabiqənin qalibləri Xorvatiya və İspaniya isə müsabiqədə iştirak etməyəcəklərini bildirmişlər. Bu ilki müsabiqənin qalibi 2005-ci ildəki müsabiqənin də qalibi olmuş Belarus olmuşdur. Belarusu Aleksey Jiqalkoviç S Druz'yami mahnısı ilə qalib etmişdir. 1-ci olan mahnı ilə 2-ci olan mahnı arasında cəmi 1 xal fərq vardı. Belarus 137 xalla 1-ci, Ermənistan 136 xalla 2-ci olmuşdur.
Avroviziya Uşaq 2008
2008 Avroviziya Uşaq Mahnı Müsabiqəsi 6-cı baş tutan ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 22 noyabr 2008-ci il tarixində Kiprin Limasol şəhərində keçirilmişdir. Kipr müsabiqəyə ilk dəfə ev sahibliyi etmişdir. Müsabiqədə 15 ölkə iştirak etmişdir. 2007-ci ildə müsabiqədə iştirak edən İsveç və Portuqaliya 2008 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir. Azərbaycan müsabiqədə iştirak etməyi planlaşdırsa da, son anda iştirak etməyəcəyini bildirmişdir. Limasolda keçirilən 2008 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Bzz..." mahnısı ilə Gürcüstan təmsilçiləri Bzikebi qrupu qalib gəlmişdir.
Avroviziya Uşaq 2009
2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsi 7-ci baş tutan ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 21 noyabr 2009-cu il tarixində Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilmişdir. Ukrayna müsabiqəyə ilk dəfə ev sahibliyi etmişdir. Müsabiqədə 13 ölkə iştirak etmişdir. Bu ölkələrdən İsveç 1 illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Lakin 2008-ci ildə müsabiqədə iştirak edən Bolqarıstan, Litva və Yunanıstan 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir. Kiyevdə keçirilən 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Click Clack" mahnısı ilə Niderland təmsilçiləri Ralf Makenbax qalib gəlmişdir.
Avroviziya Uşaq 2010
2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsi 8-ci baş tutan ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 20 noyabr 2010-cu il tarixində Belarusun paytaxtı Minsk şəhərində keçirilmişdir. Bu Belarusun müsabiqəyə ikinci (2005) ev sahibliyi olmuşdur. Müsabiqədə 14 ölkə iştirak etmişdir. Bu ölkələrdən Moldova müsabiqəyə ilk dəfə qatılmışdır. Latviya 4 illik və Litva isə 1 illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Lakin 2009-cu ildə müsabiqədə iştirak edən Kipr və Rumıniya 2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir. Minskdə keçirilən 2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Mama" mahnısı ilə Ermənistan təmsilçisi Vladimir Arzumanyan qalib gəlmişdir.
Avroviziya Uşaq Mahnı Müsabiqəsi
Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest) — 2003-cü ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilir. Müsabiqənin əsas məqsədi gənc istedadların inkişafına yardım göstərməkdir. Müsabiqə hər il müxtəlif Avropa ölkələrində baş tutur. Lakin eyni şəhər, ölkə müsabiqəyə bir neçə dəfə ev sahibliyi edə bilər. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə ötən il qalib gələn ölkə növbəti müsabiqəyə ev sahibliyi etmir və ev sahibi ölkələr müsabiqənin təşkilat komitəsinin qərarı ilə seçilir. Müsabiqə adından da bəlli olduğu kimi Avroviziya Mahnı Müsabiqəsinə çox bənzərdir. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və qaydalara əsasən ölkə təmsilçiləri yalnız 9-14 yaş aralarında ola bilərlər. Mahnıların müddəti üçün qoyulan zaman 2 dəqiqə 45 saniyədən 3 dəqiqəyə kimidir. Müsabiqədə iştirak edən hər bir ölkədən olan izləyicilər öz bəyəndikləri ifalara SMS ilə dəstək ola bilir və eyni zamanda həmin ölkələrdən olan peşəkar münsif heyəti arasında da səsvermə keçirilir.
Avroviziya Uşaq Mahnı Müsabiqəsi aparıcılarının siyahısı
== İstinadlar ==
Avstraliya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Avstraliya ilk dəfə 2015-ci ildə Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etmişdir. Avropa ölkəsi olmamasına baxmayaraq, Avropa Yayım İttifaqının əsas əməkdaşlarından biri olan Avstraliyanın SBS telekanalına Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak üçün müsabiqənin təşkilati komitəsi tərəfindən icazə verilmişdir. İndiyədək Avstraliyanın müsabiqədə qazandığı ən yaxşı nəticə 2017 və 2018-ci illərdə əldə etdikləri 3-cü yerdir.
Azərbaycan Dövlət Uşaq Filarmoniyası
Azərbaycan Dövlət Uşaq Filarmoniyası — Bakıda fəaliyyət göstərən filarmoniya. Uşaqlar üçün incəsənətin müxtəlif sahələri üzrə təhsil və özfəaliyyət mərkəzidir. Filarmoniya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir. == Tarixi və fəaliyyəti == Azərbaycan Dövlət Uşaq Filarmoniyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli 291 saylı qərarı ilə yaradılmış, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 18 oktyabr 1991-ci il tarixli 361 saylı əmri ilə rəsmiləşdirilmişdir.Filarmoniyada iki əsas orkestr — Uşaq Simfonik Orkestri və Uşaq Xalq Çalğı Alətləri Orkestri, 1991-ci ildə təşkil olunmuş rəqs kollektivi, 2013-cü ildən fəaliyyət göstərən uşaq teatr studiyası, 2012-ci ildən "Şəms" uşaq xoru və kamera ansamblı, nəfəsli alətlər ansamblı, rəsm dərnəyi və başqa kollektivlər fəaliyyət göstərir.İl ərzində filarmoniyada 4–18 yaş aralığında 500-dən artıq uşaq incəsənətin müxtəlif sahələri üzrə təhsil alır, fəaliyyət göstərirlər. Onlar arasında fərqlənənlər dünyanın müxtəlif ölkələrinin konsert salonlarında çıxış etmiş, beynəlxalq festival və müsabiqələrdə laureat adlarını qazanmışlar.Filarmoniyanın binası 2018–2019-cu illərdə əsaslı şəkildə təmir olunmuş, 21 may 2019-cu ildə açılışı olmuşdur.2012-ci ildən Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Dilarə Əliyevadır.
Babi Yarda güllələnmiş uşaqlara həsr olunmuş abidə
Babi Yarda güllələnmiş uşaqlara həsr olunmuş abidə — Babi Yar qətliamında öldürülmüş uşaqlara qoyulmuş abidə. Abidə Ukraynanın Kiyev şəhəri ətrafında yerlşir. == Haqqında == Babi Yar qətliamı 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukraynanın Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı baş verib. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülüb. Babi Yar qətliamı öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürülən 42-43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından öldürülən 50 min nəfərdən say baxımından geri qalsa da, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşüb. Tədqiqatçıların hesablamalarına görə Babiy Yar qətliamında 150 minə yaxın yəhudi güllələnib, lakin bu saya 3 yaşa qədər öldürülmüş uşaqlar daxil deyil çünki onları saymırdılar. Uşaqları öldürəndə çox vaxt gülləyə qənaət etmək məqsədilə onları çox vaxt ya dəyənəklə vurub ya da torpağa basdırıb öldürürdülər. Abidə 30 sentyabr 2001-ci ildə qoyulub. Heykəltəraşı Valeri Medvedyev, memarı isə Yuriy Melniçukdur və R.Buxarenkodur. Abidə bürüncdəndir və mərmər postamentin üzərinə qoyulub.
демонстра́нт квоти́ровать набрако́вывать немногоречи́вый пропла́сток соломокопни́тель экумени́ст волхв кориа́ндровый однобо́ко подгля́дывание приспособле́нчество протолкну́ть обыденный biosatellite bird-fancier gossamer psychometrics ring stone дистрофия нервюра однобортный просветительство разгрызть циновка