uşaqlı

uşaqlı
uşaqlaşmaq
uşaqlı-böyüklü
OBASTAN VİKİ
Uşaqlı dağı
Uşaqlı dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1428,6 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə uzanan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin qurtaracağında, Qırxlardağdan cənub-qərbə istiqamətlənən Çaşırdağ ayrılmasında zirvə. Əlinсəçауın aşağı axınında, Bənənyar kəndindən 3,4 km şimal-qərbdədir. Alt Miosenin Tarxan mərtəbəsinin aşağı hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub-şərq yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Çaşırdağ sinklinalın cənub-qərb qanadında yerləşir.
Ömər Bədrəddin Uşaqlı
Ömər Bədrəddin Uşaqlı (1904–1946)—Türkiyə şairi. Bütün şeir kitablarını bu dövrdə nəşr etdirdi: "Dəniz sərxoşları" (1926), "Yayla dumanı" (1934), "Sarıqız mərmərləri" (1940). Gənclik şeirlərində ümumiyyətlə "Ədəbiyyati-cədidə" və "Fəcri-ati" təsiri görünür. Məmləkət ədəbiyyatı içində isə Şərq və Qərb ədəbiyyatlarının təqlidi əvəzinə yerli, milli bir ədəbiyyat yaradılması gərəyinə inanmış, Yəhya Kamalın düşüncələrindən hərəkətlə məmləkətin içindən, türkün ruhundan doğan bir ədəbiyyatı mənimsəmişdir. Şeirlərində Anadoluya aid müxtəlif görüntüləri sanki birər tablo halında rəsm etmişdir. Məmləkətin gözəlliklərini, insanını gerçək özəlliklərilə deyil, öz duyğu dünyasına və xəyalında qurğuladığı şəklə görə təsvir edir. Məmləkət sevgisi və həsrəti üstün olan motivdir. Məmləkətin çalışdığı, müxtəlif vəsilələrlə getdiyi yörələrini, təbii gözəlliklərini sevgi ilə vəsf edir. Bu arada Türkiyənin fərqli yerlərinin folklor özəlliklərini, özünəxas mədəni zənginliklərini də poeziyasında əks etdirmişdir. Dəniz sevgisini və həsrətini qüvvətli bir şəkildə işləyən şair türk ədəbiyyatında qabaqcıl dəniz şairlərindən biridir.
Uşaqlı ailə üçün hər şey (kitab)
Uşaqlı ailə üçün hər şey — Hüseyn Dehnəvinin sosioloji-əxlaqi əsəri. Kitabda hər bir uşaqlı ailənin qarşılaşa biləcəyi bir-birindən önəmli mövzulardan söhbət açılaraq valideynlərin çətinliklərini həll edəcək dəyərli tövsiyələr yer almışdır. Kitab ailə-uşaq məsələləri üzrə mütəxəssis və tanınmış psixoloq Dr. Hüseyn Dehnəvinin bir neçə il ərzində valideynlərlə ünsiyyətinin, onların ünvanladığı suallara verilən cavablar nəticəsində ərsəyə gəlmişdir. Bunun üçün də kitab nəzəriyyə xarakterli olmayıb, tamamilə praktiki göstərişlərdən ibarətdir.
Müharibə Uşaqlığı Muzeyi
Müharibə Uşaqlığı Muzeyi (bosn. Muzej ratnog djetinjstva) ― 2017-ci ilin yanvar ayında Bosniya-Herseqovinanın Sarayevo şəhərində açılan tarixi muzey. Muzeydə əşyalar, video ifadələri və hekayələrin vasitəsi ilə Bosniya müharibəsindən sağ çıxan uşaqların həyatlarından bəhs olunur. 2018-ci ildə muzey sənayesinin ən prestijli mükafatlarından biri olan Avropa Şurası Muzey Mükafatı bu muzeyə təqdim olundu. Hadisə 2018 "Avropada ilin muzeyi" müsabiqəsi çərçivəsində baş verdi. Layihə 2010-cu ildə Sarayevolu təşəbbüskar, aktivist və “müharibə övladı” Yasminko Haliloviçin Bosniya müharibəsi illərində uşaq olmuş gənc yetkinlərin qısa xatirələrini toplamaq üçün onlayn platformadan istifadə etməsindən başladı. 1000-dən çox gənc yetkin öz xatirələri ilə bölüşmüşdür. Haliloviç bu xatirələrini 2013-cü ildə nəşr olunan kitabda paylaşdı. Kitab sonradan alman və yapon dillərinə tərcümə olundu. Haliloviç xatirələrini təqdim edən gənc yetkinlərlə yazışmağa başladıqda, keçmiş "müharibə uşaqları"nın bir çoxunun hələ də xatirələri ilə əlaqəli xüsusi obyektlərə sahib olduğunu başa düşdü.
Sən Ey Uşaqlıq (mahnı)
Sən Ey Uşaqlıq - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. Mahnının bəstəsi Vasif Adıgözəlova, aranjemanı isə Qara Dərvişə aiddir.
Uşaqlıq
Uşaqlıq - insanın doğuşdan yetkinlik dövrünə qədər olan dövr.
Uşaqlıq (anatomiya)
Uşaqlıq (lat. uterus, yunanca metra, delphus, hystera) — tək və əzələvi üzvlərdən olub kiçik çanaqda, düz bağırsağın önündə, sidikliyin arxasında yerləşmişdir. Yuxarıda uşaqlıq boruları ilə və aşağıda uşaqlıq yolu ilə birləşir. Uşaqlığım vəzifəsi döllənmiş yumurtanı daxilində müəyyən vaxt bəsləməkdən ibarətdir; döl yetişdikdən sonra uşaqlıq yığılaraq onu xaricə çıxarır. Bu prosesə doğuş deyilir. Uşaqlıq öndən arxaya yastılaşmış armuda bənzəyir; girdə enli ucu sərbəst olaraq yuxarıya və önə dar, ucu aşağı və arxaya çevrilmişdir. Yuxarı çox hissəsi uşaqlıq cismi – lat. corpus uteri və aşağı az hissəsi uşaqlıq boynu – lat. cervix uteri adlanır. Uşaqlıq cisminin uşaqlıq borularının başlanan yerindən yuxarı olan hissəsi uşaqlıq dibi – lat.
Uşaqlıq (əsər)
Uşaqlıq (rus. Детство) – Lev Tolstoyun yazdığı ilk povest. İlk dəfə 1852-ci ildə Sovremennik jurnalının 9-cu sayısında nəşr olunmuşdur. Əsər bir çox oğlanın uşaqlıq dövründə yaşadığı utancaqlıq, ilk sevgi, ədalətsizlik kimi psixoloji təcrübələri əhatə edir. Əsər Tolstoyun 23 yaşı olarkən yayımlanmış və tez zamanda uğur qazanmışdır. Tolstoy bu əsərinin davamı kimi Yeniyetməlik və Gənclik əsərlərini qələmə almışdır.
Uşaqlıq arteriyalarının embolizasiyası
Uşaqlıq arteriyalarının embolizasiyası (UAE) – kiçik həcmli, cərrahi kəsik tələb etməyən əməliyyatdır. Bu əməliyyat zamanı yerli keyitmə ilə, bud nahiyyəsində kiçik dəlikdən bud atreriyasına girilir və nazik xüsusi katetorların köməyi ilə miomanı qidalandıran damarlara plastik hissəciklər yeridilir, nəticədə düyünlərdə qan dövranı tamami ilə dayanır. Qan dövranı dayandıqdan sonra miomanı təşkil edən əzələ hüceyrələri ölür. Sonra sorulma prosesi nəticəsində düyünlərin nəzərə çarpan kiçilməsi və/və ya tam yox olması baş verir, mioma simptomları tam keçib gedir. 98,5% hallarda UAE sonra uşaqlıq mioması ilə bağlı əlavə müalicəyə ehtiyac olmur. Uşaqlıq arteriyalarının embolizasiyası (UAE) hələ 1979-cu ildən doğumdan sonra və uşaqlıqda aparılan əməliyyatlardan sonra meydana çıxan uşaqlıq qanaxmalarının dayandırılması üçün geniş tətbiq olunur. Bu metodika artıq uzun müddətdir ki, əməliyyat ginekologiyasında tətbiq olunmağa başlamış laparoskopik cərrahiyyənin yaranmasından əvvəl tətbiq olunurdu. Bununla belə embolizasiya üsulunu uşaqlıq miomasının müalicəsində tətbiqinə yalnız 90-cı illərin əvvəllərində başlamışdırlar. İlk zamanlar UAE-nı mioektomiya əməliyyatlarında qanaxma riskinin azaldılması üçün əmaliyyat öncəsi hazırlıq metodu olaraq istifadə etməyə başlamışdırlar. Lakin sonra tezliklə müəyyən olunmuşdu ki, embolizasiya edildikdən sonra mioektomiya əməliyyatının aparılmasına ehtiyac qalmırdı.
Uşaqlıq ağzı xərçəngi
Uşaqlıq ağzı xərçəngi, serviks xərçəngi, servikal xərçəng bütün dünyadakı qadın xərçəngləri arasında döş və bağırsaq xərçəngindən sonra 3. sıxlıqda görülən xərçəng tipidir. Serviks Xərçəngi qadın artıma orqanlarından biri olan rəhmin (uterus) ağız qismi olan rəhm ağızının (serviks) normal xarici inkişaf nəticəsində yaranan pis xasiyyətli şişinə verilən addır. Ancaq darama testlərini məşhur olaraq istifadə edərək serviks xərçənginin görülmə sıxlığını və bu xərçəngə bağlı ölüm nisbətlərini azaltmaq mümkündür. Uşaqlıq ağzının səthini yaradan hüceyrə təbəqəsinin anormal hüceyrələrə çevrilməsiylə " xərçəng öncülləri" adlanan hüceyrələr meydana gəlir. Xərçəng öncülləri; prekanseröz strukturlardır və erkən müəyyən olunub müalicə edilmədiklərində uşaqlıq ağzı xərçənginə çevrilə bilərlər. Bu dəyişikliklərdən məsul olan əsas faktor, "HPV" olaraq bilinən İnsan papilloma virusudur. Uşaqlıq ağzı xərçəngi ümumiyyətlə orta və orta yaş üstü qadınlarda görülsə də, hər hansı bir yaşda da ortaya çıxa bilər. Uşaqlıq ağzı xərçəngindən qorunmaq üçün İlk cinsi əlaqədən 3 il sonra ginekoloji yoxlanışlar sırasında PAP smear testi edilməsi tövsiyə edilir. 30 yaş üzərində 3 ardıcıl normal PAP test nəticəsindən sonra PAP smear testi 2 −3 ildən bir edilə bilər.
Uşaqlıq borusu
Uşaqlıq (ya Fallop) borusu (lat. tuba uterina; tuba uterina fallopii - BNA, yun. salpinx) silindrəbənzər uzun boru şəklində cüt üzvlərdən olub, uşaqlığın yan tərəfində, enli bağın yuxarı kənarında yerləşmişdir. Böyüklərdə uzunluğu 6 sm-dən 20 sm-dək olur. Sağ boru sol borudan bir qədər uzun olur. Uşaqlıq borusu dörd hissədən ibarətdir; 1) uşaqlıq borusu boşazı — lat. isthmus tubae uterinae, 2) uşaqlıq borusu ampulu (pars ampularis)- 3) interstisial və ya uşaqlıq (pars interstisialis tubae)ən dar hissə. 4)qif (infundibulum tubae)ən distal və ən geniş hissə . Uşaqlıq borusu boğazı qısadır (təxminən 3–6 sm uzunluğundadır), uşaqlığın cismi ilə dibi arasında yan kənarından başlayaraq bayır tərəfə gedir və uşaqlıq borusu ampuluna keçir. Uşaqlıq borusu ampulu boğazdan uzundur (təxminən 8 sm uzunluğundadır), diametri böyük (6–8 mm), divarları nazik, gedişi qıvrım və özü də yumurtalığa yaxındır.
Uşaqlıq boynunun eroziyası
Uşaqlıq mioması
Uşaqlıq mioması – uşaqlıq divarının saya əzələ hüceyrələrindən əmələ gələn şişvari törəmədir. Miomaların ölçüləri bir neçə millimetr və 20-25 sm arasında dəyişə bilir. Uşaqlıq miomasının dəqiq əmələ gəlmə səbəbləri hələ də tam dəqiq müəyyən olunmayıb, lakin, miomanın hormonal tənzimləmə ilə əlaqəsi barədə məlumatlar mövcuddur. Uşaqlıq miomasının inkişafı haqqında müasir təsəvvürlər hormonal nəzəriyyəyə əsaslanır. Estragenlərin ekskresiyasının və metabolik çevrilməsinin, eləcə də estragen fraksiyaları nisbətinin (estron və estradiolun follikulin, estriolun isə lyutein fazalarına doğru artması) pozulması miometriyada morfoloji dəyişikliklərə gətirib çıxarır. Miometri kütləsi estrogenlərin başlatdığı saya əzələ hüceyrələrinin hiperplaziyası və həmçinin də bu hüceyrələrin hipertrofiyası nəticəsində arta bilər. Estrogenlərlə bərabər miomanın böyüməsini progesteron stimullaşdırır. Uşaqlıq mioması zamanı saya əzələ hüceyrələrinin hipertrofiyası onların hamiləlik dövründə olan hipertrofiyası ilə eynidir və yalnız estradiol ilə proqesteronun nisbətən yüksək konsentrasiyasında birləşmiş təsiri zamanı ortaya çıxa bilər. Lyüetin fazasında proqesteron miositlərin mitotik fəallığını artırır, bundan əlavə proqesteron böyümə faktorlarının induksiyası yolu ilə miomanın böyüməsinə təsir edir. Mioma toxumasında estradiol və proqesteron reseptorları sabit miometridəkindən daha çoxdur.
Uşaqlıq yolu
Uşaqlıq yolu (ing. vagina) ― 8–10 sm uzunluğunda boru şəklində olub uşaqlığı xarici cinsiyyət üzvləri ilə birləşdirir; dölün və aybaşı qanının uşaqlıqdan xaricə çıxması və toxumun (spermatozoidin) uşaqlığa daxil olması üçün bir yol təşkil edir. Bunun ön divarı — lat. paries anterior və arxa divarı — lat. paries posterior vardır. Bunlar uşaqlıq yolu boş olan vaxt bir-birinə söykənir və aralarında frontal istiqamətdə durmuş bir yarıq qalır. Uşaqlıq yolu aşağıya doğru daralaraq uşaqlıq yolu dəliyi (girəcəyi) — lat. ostium vaginae (introitus vaginae BNA) vasitəsilə uşaqlıq yolu dəhlizinə açılır; yuxarıda isə uşaqlıq boynunun uşaqlıq yolu hissəsini (lat. portio vaginalis cervicis) əhatə edir və nəticədə uşaqlıq yolu ilə lat. portio vaginalis arasında uşaqlıq yolu tağı — lat.
Uşaqlıq yolu (anatomiya)
Uşaqlıq yolu (ing. vagina) ― 8–10 sm uzunluğunda boru şəklində olub uşaqlığı xarici cinsiyyət üzvləri ilə birləşdirir; dölün və aybaşı qanının uşaqlıqdan xaricə çıxması və toxumun (spermatozoidin) uşaqlığa daxil olması üçün bir yol təşkil edir. Bunun ön divarı — lat. paries anterior və arxa divarı — lat. paries posterior vardır. Bunlar uşaqlıq yolu boş olan vaxt bir-birinə söykənir və aralarında frontal istiqamətdə durmuş bir yarıq qalır. Uşaqlıq yolu aşağıya doğru daralaraq uşaqlıq yolu dəliyi (girəcəyi) — lat. ostium vaginae (introitus vaginae BNA) vasitəsilə uşaqlıq yolu dəhlizinə açılır; yuxarıda isə uşaqlıq boynunun uşaqlıq yolu hissəsini (lat. portio vaginalis cervicis) əhatə edir və nəticədə uşaqlıq yolu ilə lat. portio vaginalis arasında uşaqlıq yolu tağı — lat.
Uşaqlığın son gecəsi
Uşaqlığın son gecəsi — kinorejissor Arif Babayevin çəkdiyi bədii film. Arif Babayevin 1969-ci ildə ekranlara çıxan “Uşaqlığın son gecəsi” Maqsud İbrahimbəyovun eyniadlı hekayəsinin əsasında çəkilib deyilir. Əslində isə ssenarinin həmin hekayə ilə əlaqəsi yoxdur. “Uşaqlığın son gecəsi” hekayəsi Pirşağıda yay tətilini keçirən iki yeniyetmədən bəhs edir. Filmdə mərkəzi fiqurlar Murad (Ənvər Həsənov) və Rüstəmin (Səyavuş Şəfiyev) hekayəsi danışılır. Məktəbi yeni bitirən Murad ali məktəbə daxil ola bilməyib. Onun qohumu və dostu Rüstəm isə institutu bitirərək təyinatını mühəndis kimi ət kombinatına alır. Kombinatda onlar ət oğurlayan, qazandıqları pullar hesabına qlamur həyat keçirən dəstəylə toqquşur. Dəyərlər arasında ziddiyyətlər, məsuliyyət hissi, vətəndaş mövqeyi süjetdə ön plana çıxır. Ət kombinatında baş verən cinayətkarlıq, onun üstünün açılmasında qəhrəmanların göstərdiyi köməklik, müxtəlif insanlarla tanışlıq onlara ciddi həyat dərsi verir, yetkinləşdirir, bərkidir və uşaqlıqlarından daha bir neçə addım ayırır.
Uşaqlığın son gecəsi (film, 1968)
Uşaqlığın son gecəsi — kinorejissor Arif Babayevin çəkdiyi bədii film. Arif Babayevin 1969-ci ildə ekranlara çıxan “Uşaqlığın son gecəsi” Maqsud İbrahimbəyovun eyniadlı hekayəsinin əsasında çəkilib deyilir. Əslində isə ssenarinin həmin hekayə ilə əlaqəsi yoxdur. “Uşaqlığın son gecəsi” hekayəsi Pirşağıda yay tətilini keçirən iki yeniyetmədən bəhs edir. Filmdə mərkəzi fiqurlar Murad (Ənvər Həsənov) və Rüstəmin (Səyavuş Şəfiyev) hekayəsi danışılır. Məktəbi yeni bitirən Murad ali məktəbə daxil ola bilməyib. Onun qohumu və dostu Rüstəm isə institutu bitirərək təyinatını mühəndis kimi ət kombinatına alır. Kombinatda onlar ət oğurlayan, qazandıqları pullar hesabına qlamur həyat keçirən dəstəylə toqquşur. Dəyərlər arasında ziddiyyətlər, məsuliyyət hissi, vətəndaş mövqeyi süjetdə ön plana çıxır. Ət kombinatında baş verən cinayətkarlıq, onun üstünün açılmasında qəhrəmanların göstərdiyi köməklik, müxtəlif insanlarla tanışlıq onlara ciddi həyat dərsi verir, yetkinləşdirir, bərkidir və uşaqlıqlarından daha bir neçə addım ayırır.
Vədad Uşaqlıgil
Xəlil Vədad Uşaqlıgil (türk. Halil Vedad Uşaklıgil; 1904, Konstantinopol – 1937, Tirana) — Türkiyə diplomatı. 1904-cü ildə İstanbulda yazıçı Xalid Ziya Uşaqlıgil və Fatma Məmnunə Uşaqlıgilin övladı olaraq anadan olmuşdur. Ondan əvvəl doğulan bacı-qardaşları Vədidə, Sadun, Güzin vəfat etmişdir. Ondan Bihin adlı bacısı və Bülənd adlı qardaşı qalmışdır. Qardaşı Bülənd Uşaqlıgil də onun kimi diplomat olmuşdur. Birinci Dünya müharibəsindən sonra ailəsi ilə birlikdə Avropanın bir çox şəhərlərini gəzən Vədad xüsusilə Bern və Parisdə yaşayırdı. Mustafa Kamalın əmri ilə işlədiyi Osmanlı Bankından Xarici İşlər Nazirliyinə köçürülmüşdür. Lətifə xanım onun əmisi qızı idi və o, fortepiano istedadı sayəsində Mustafa Kamalla tanış olmaq imkanı qazanmışdı. O, Londonda yerləşdirilmişdi.
Xalid Ziya Uşaqlıgil
Xalid Ziya Uşaklıgil (türk. Halit Ziya Uşaklıgil; (12 fevral 1865, Konstantinopol və ya Konstantinopol – 27 mart 1945, İstanbul) — Servet-i Fünunun demək olar ki, roman və həkayə yazarlarından ən məşhurudur. Ağır bir dili və üslubu vardır. Qərbli anlamdakı ilk romanları o yazmışdır. Realizmdən təsirlənmişdir. Romanlarında aydın bir şəkildə, təmiz insanları anladır. "Mai ve Siyah" əsərindəki Ahmet Cemil, Servet-i Fünun sənətçisinin təmsilçisidir. Qəhrəmanları yaşadıqları çevrəyə uyğun anladır və ruh təhlillərinə önəm verir. Hər xarakteri daha dərin anlatmağa çalışır və hadisələrə daha dərin nüfuz edir.. Hekayələrində Anadolu həyatına, eləcə də: kənd və qəsəbə yaşayışına, romanlarında isə yalnız İstanbula yer verir.

Digər lüğətlərdə