vətəndaş
vəzifə
OBASTAN VİKİ
Vəz
Vəzi yaxud Vəz — (lat. glandula; glandulae; yun. aden buna görə vəzilərin iltihabına adenit — adenitis deyilir.) sekresiya ya ekskresiyaya malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Epitel toxuma vəzinin əsas kütləsini, birləşdirici toxuma isə onun stromasını (istinadını) təşkil edir. Yuxarıda qeyd olunduğu kimi vəzilər selikli qişanın epitel qatından inkişaf edir. Bunların inkişafı da, başqa üzvlər kimi qeyri-bərabər böyümə prinsipi üzrə davam edir. Selikli qişanın müəyyən yerində hüceyrələr törəyib artmağa başlayır və tədricən xaricə, mezenximə doğru soxulur, nəticədə bir qovuqcuq və ya borucuq meydana cıxır. Bu qovuqcuğun divarları bir qat vəzi epitelindən təşkil olunur. Həmin hüceyrələr qovuqcuğun ya borucuğun mənfəzinə doğru öz sekretini (məhsulunu) ifraz edir. Bu üsul ilə təkkameralı, təkborulu ya alveollu (qovuqcuqlu) — vəzi əmələ gəlir.
Dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı hesabatlar
Dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı hesabatlar — ABŞ Dövlət Departamentindən Konqresə dünyanın qalan ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı illik hesabatlar. Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosu tərəfindən hazırlanmışdır. Ölkə hesabatları bir-biri ilə müqayisə edilmir. Рesabatlar 1977-ci ildən nəşr olunur. Rusiya Xarici İşlər Nazirliyi 2020-ci il hesabatına cavab olaraq bildirib ki, “müxtəlif dövlətlərdə insan hüquqlarının vəziyyətini qiymətləndirmək baxımından Amerika Birləşmiş Ştatlarının təlimatları ikili standartlarla doymuşdur, bu dövlətlər strateji planlara əməl edib-etməməsindən asılı olaraq çox kinli şəkildə yaxşı və pisə bölünür.”. Çeçenistanın rəhbəri Ramzan Kadırov 2012-ci ildə hesabatı şərh edərkən bildirmişdi ki, “Çeçenistanda hər yerdən daha çox insan hüquqlarına hörmət edilir”. Rusiya daha əvvəl onunla bağlıilə bağlı hesabatları tənqid etmişdir. Çin Xalq Respublikasının Dövlət Şurası, 2020-ci ilə qədər Amerikanın iyirmi ikinci ildirki hesabatlarına özünün ABŞ İnsan Hüquqları Hesabatı ilə cavab vermişdir. Həmçinin, 2012-ci ildəki hesabatlar Venesuela və Şimali Koreya tərəfindən rəsmi tənqidlərə məruz qalmışdır. Bundan əvvəl Slovakiya, Bolqarıstan, Misir, Kuba, Kolumbiya, Ekvador, Liberiya, Efiopiya, Şri-Lanka, Sudan, İran, Vyetnam da onlara qarşı tənqidi münasibəti qeyd etmişdir.
Endokrin vəzi
Daxili sekresiya vəzilərinə ya endokrin ya da inkretor - lat. glandulae endokrinatae (lat. endo - daxilə, lat. crino - ifraz edirəm) lat. s. organa incretoria axacaqları olmayan bir sıra vəyilər aiddir; axacaqları olmadıqları üçün bunlar bir də axacaqsız vəzilər - lat. glandulae sine ductibus adını daşıyır. Bəzən bunlara qapalı vəzilər - lat. glandulae clausae deyilir. Bu xüsusiyyət ilə xarici sekresiya vəzilərindən fərqlənir.
Firidun bəy Vəzirov
Firudin bəy Vəzirov (tam adı: Firidun bəy Camal bəy oğlu Vəzirov; 19 aprel 1850, Tiflis – 30 iyul 1925, Bakı) — Rusiya imperiyasında və Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda xidmət etmiş azərbaycanlı general-mayor. == Həyatı == Firidun bəy Camal bəy oğlu 1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailəsində anadan olmuşdur. Firidun bəy ilk təhsilini Tiflis klassik gimnaziyasında almışdır. 1868-ci ildə Kropivnitskidəki (əvvəlki Yelizavetqrad) suvari məktəbini əla qiymətlərlə bitirmişdir. Hərbi xidmətə unter-zabit (xarici ordularda aşağı komanda heyətinə mənsub hərbi qulluqçu.) rütbəsində yeddinci Belarus qusar alayında başlamışdır. 1906-cı ildə ordudan tərхis olunan general-mayor Firidun bəy Vəzirov doğma şəhəri Tiflisdə Miхaylovsk prospektindəki yüz on bir saylı mülkündə yaşamışdır. Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra Firudin bəy Vəzirov 1925-ci ilin 30 iyun tarixində güllələnmişdir. == Ailəsi == Atası Camal bəy Mirzə İsmayıl oğlu Tiflisdə məhkəmə iclasçısı, anası Əsmət хanım evdar qadın idi. 1868-ci ildə Kropivnitskidəki yunkerlər məktəbini ikinci dərəcə ilə bitirmişdir. Firudin bəy Vəzirov sonralar Litva tatarı Zinayda Kriçinskaya ilə evlənmiş, daha sonra Zinayda xanım adını müsəlman adına dəyişərək Zeynəb Vəzirova olmuşdur.
Firudin bəy Vəzirov

Firudun bəy Vəzirov

Fövqəladə Vəziyyət (1990)
Fövqəladə vəziyyət
Fövqəladə hallar — qəza, təbii fəlakət və digər hallar nəticəsində müəyyən ərazidə yaranmış şərait. Bunun nəticəsində insan təlafatı, onun sağlamlığına və ətraf mühitə zərər böyük maddi ziyan vurulur və insanların normal həyat şəraiti pozula bilir. == Haqqında == Fövqəladə hal — ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir. Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür. Təbii mənşəli fövqəladə hallar baş verən fəlakətli təbiət hadisələridir. Bunlar – zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına və s. bu kimi təbii fəlakətlərdir. Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verən hadisələrdir. Bunlardan — yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal təsərrüfatda qəzalar və s. göstərə bilərik.
Fövqəladə vəziyyət (film, 1990)
Fəridə Vəzirova
Vəzirova Fəridə Şamil qızı — azərbaycanlı ədəbiyyatşünas, tənqidçi, 1963-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1956), professor (1980), əmək veteranı (1981). == Həyatı == Fəridə Vəzirova 15 fevral 1924-ci ildə Qaryagin rayonunun Sərdarlı kəndində anadan olmuşdur. O, Bakı şəhərindəki 171 saylı orta məktəbi bitirdikdən sonra, 1940-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdu, 1942-ci ildə komsomolun çağırışı ilə könüllü olaraq orduya getmişdir, orduda sıravi döyüşçü, rabitəçi kimi fəaliyyət göstərmişdir. 1945-ci ilin oktyabrında ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirmiş, Stalin təqaüdü almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Fəridə Vəzirova 1948-1949-ci illərdə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi kimi işləmişdi, 1949-1952-ci illərdə ADU-nun aspiranturasında oxumuşdu, bu vaxta qədər dövri mətbuatda çıxış etməsinə baxmayaraq, onun ilk ədəbi tənqidi məqaləsi Mədinə Gülgünün "Təbrizin baharı" kitabına yazdığı eyni adlı məqaləsi olmuşdur. O, "Azərbaycan" jurnalında tənqid şöbəsinin müdiri işləmiş, (1952-1953) illərdə ADU-nun Filololgiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim, dosent, sonra isə professor olmuşdur. Əmək və müharibə cəbhəsində fəaliyyətinə görə 8 medalla təltif edilmişdir. Fəridə Vəzirova 1986-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Mənbə == Ənvər Çingizoğlu. Sərdarlı kəndi.
Fərrux bəy Vəzirov
Fərrux bəy Mirzə Həmid bəy oğlu Vəzirov (1857, Şuşa – 1920, Petroqrad) — Bakı Şəhər Dumasının üzvü, mühəndis, xeyriyyəçi. == Həyatı == Fərrux bəy Vəzirov 1857-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. 1882-ci ildə Bakı real məktəbini bitirib Sankt-Peterburq Dağ-Mədən İnstitutuna daxil olmuşdu. 1886-cı ildə institutu dağ mühəndisi ixtisası ilə tamamlamışdı. Fərrux bəy Azərbaycanın ilk Avropa təhsilli mühəndisidir. Uşaqlıqdan işgüzar, enerjili və bacarıqlı adam olan Fərrux bəy işə başladığı çağdan bir ay ötməmiş Kultin duz mədəninin başçısı təyin edilir. Altı aydan sonra öz xahişinə əsasən Bakı şəhərinə, Dağ-mədən dairəsinə rəis yardımçısı vəzifəsinə dəyişdirilir. Burada da bacarığı sayəsində vaqon-sisternlərinin bölüşdürülməsi komitəsinin sədri seçilir. Fərrux bəy bir il sonra "Xəzər yoldaşlığı" ortaqlığının başçısı, eyni zamanda "Dağıstan vilayətinin Çıryurd qurğuşun hasili yoldaşlığı" şirkətinin yaradıcılarından və payçılarından biri olur. O, "Xəzər yoldaşlığı"nda beş il çalışdıqdan sonra aralanıb özünün neftçıxarma idarəsini təsis edir.
Haşım bəy Vəzirov
Haşım bəy Mirabdulla oğlu Vəzirov (1867, Şuşa – 1916, Bakı) — pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir. == Həyatı == Haşım bəy Vəzirov 1867-ci ildə Şuşa şəhərində anadan olmuş və ilk təhsilini də orada almışdır. Onun ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri olmuş, övladları xanlıqda bəyzadələr kimi məşhurlaşmış, "vəzir" ifadəsini özlərinə soyad seçərək Vəzirovlar adlanmışlar. Haşım bəy Vəzirov öncə molla yanında, müddərrislərdən Molla Həmid və Molla Əlidən dərs almışdı. Sonra şəhər məktəbini bitirmişdi. İrəvan Müəllimlər Seminariyasında bitirmiş, İrəvan, Bərdə, Şəki və Şuşada müəllimlik etmişdir. Müəllimlər Seminariyasını tamamladıqdan sonra Böyük Vedi kəndində müəllimliyə başlamışdı. Sonra dəyişilərək Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Göynük, Cavanşir qəzasının Bərdə kəndlərində müəllimlik etmişdi. Bir müddət isə məktəb naziri (müdiri) işləmişdi. İmperator Nikolay Aleksandroviçin tacgüzarlığı ilə bağlı Şuşada "müsəlman-rus" məktəbi yaradılır.
Heca vəzni
Heca vəzni (sillabik vəzn) — misralarda heca saylarının bərabərliyinə və ahəngdar bölgülənməyə əsaslanan şeir vəzni. Əksər dünya xalqlarının (türk, fars, rus, fransız, italyan və s.) şeirində işlənmişdir. Heca vəzninin ən mühüm şərti ölçüdür. Xüsusən kiçik ölçülü şeirlərdə (üçhecalıqlardan, səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış edə bilir. Azərbaycan milli şeir quruluşunda tələb olunan ən zəruri şərtlər ölçü, bölgü və qafiyədir. Bu üç əsas tələb şeir texnikasının ən vacib atributları olmaqla yanaşı, həm də şeiri nəsrdən fərqləndirən mühüm amillərdən biridir. Ölçü şeir texnikasında daha vacib yer tutur. Çünki məhz ölçüyə görə şeirin vəzni müəyyən olunur. Əslində vəzn şeirin ölçüsü, misraların həcmi deməkdir. Misraların həcmi dedikdə, hər şeydən əvvəl, oradakı hecaların sayı nəzərdə tutulur.
Heydər Vəzirov
Heydər Sadıq oğlu Vəzirov (1891 və ya 1893, Nehrəm – 14 oktyabr 1937, Bakı) — Azərbaycan SSR Xalq Torpaq Komissarı və Göyçay Qəza İcraiyyə Komitəsinin sədri. Repressiya qurbanı. == Həyatı == 1893-cü ildə Nehrəmdə doğulmuşdur. İlk təhsilini Naxçıvanda üsuli-cədid məktəbində almışdır. 1913-cü ildə İrəvan seminariyasını bitirmiş və gimnaziyanın səkkizinci sinfinə imtahan vermiş və 1914–1918-ci illərdə, birinci dünya müharibəsi başlananda qısa müddət hərbi məktəbdə təhsil almış və ön cəbhəyə göndərilmişdir. 1915-ci ilin iyun ayında kiçik zabit rütbəsində Qalitsiya uğrunda döyüşlərdə almanlar tərəfindən əsir alınsa da, 1918-ci ildə hərbi əsirlər dəyişdirilərək yaralılar sırasından keçərək Türkiyədən Azərbaycana qayıtmışdır. 1918-ci ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun kiçik komandirlər hazırlayan məktəbində müəllim işləmişdir. 1937-ci ildə repressiya məruz qalmış, ailəsi ilə birlikdə məhv edilmişdir. == Siyasi fəaliyyəti == Aprel işğalından sonra məktəbin kollektivi ilə birlikdə Sovet hakimiyyəti tərəfinə keçmiş, Azərbaycan Birləşmiş Hərbi Məktəbi Ermənistanda, həmçinin Azərbaycan qəzalarında daşnaklara və banditizmə, Gürcüstanda menşeviklərə qarşı hərbi əməliyyatda iştirak etmişdir. Heydər Vəzirov Respublika hərbi komissarı kimi milli hərbi kadrların hazırlanmasında böyük xidmətlər göstərmişdir.
II Zeynalabdin bəy Vəzirov
Zeynal bəy Vəzirov (1854, Şuşa – 1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, titulyar müşavir. == Həyatı == Zeynalabdin bəy Mirzə Həmid bəy oğlu 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Rus-tatar məktəbini bitirmişdir. Yelizavetpol Şəhər Qəza Məhkəməsində çalışmışdır. Daha sonra isə Qars hətbi qubernatorunun dəftərxanasında kargüzar vəzifəsində çalışmışdır. Sonra isə Gəncəyə qayıtmış və burada dilmanc işləmişdir. Sonra isə Şuşa şəhərinə dönərək şəhərdə rəis köməkçisi vəzifəsində çalışmışdır. Zeynal bəyin fəaliyyəti nəzərə alınaraq Cəbrayıl qəzasında mülki posrednik vəzifəsinə göndərilmiş, bir müddət burada çalışdıqdan sonra isə Nuxa və Şuşa qəzalarında eyni vəzifəyə təyinat almışdır. Zeynalabdin bəy 1897-ci ildə sağlamlığı ilə bağlı istefaya çıxmışdır. Zeynalabdin bəy 1933-cü ildə Bakı şəhərində vəfat edib.
Kamil Vəzirov
Kamil Səfərəli oğlu Vəzirov (2 avqust 1949, Bakı – 13 fevral 2018, Bakı) — Azərbaycan qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti. == Həyat və fəaliyyəti == Kamil Vəzirov 1949-cu il sentyabr ayının 2-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirərək o, 1964–1968-ci illərdə A. Zeynallı adına Musiqi Məktəbinin instrumental ifaçılıq şöbəsində,1972–1977-ci illərdə M. Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil almışdır. Görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun dəvəti ilə Kamil Vəzirov 1974-cü ildə Azərbaycan Dövlət Mahnı Teatrına solist kimi qəbul olunmuş və 2014-cü ilədək burada fəaliyyət göstərmişdir. O, kollektivlə birgə dünyanın bir çox ölkələrində -Böyük Britaniya, Fransa, Rusiya, Almaniya, Avstriya, İsveç, Çin,Meksika, Nepal, Pakistan, Hindistan, İsveçrə, Danimarka, Ukrayna,Türkiyə, İran, Gürcüstanda Azərbaycan incəsənətini layiqincə təbliğ etmiş, milli musiqimizə geniş şöhrət qazandırmışdır. Gözəl ifaçı bir çox xarici dövlətlərdə təşkil olunan Azərbaycan Mədəniyyət Günlərində, Beynəlxalq miqyaslı tədbirlərdə, habelə Hannover şəhərində keçirilən "Expo-2000" ümumdünya sərgisində çıxış etmişdir. Sənətkar respublikamızda keçirilən bir çox dövlət səviyyəli irimiqyaslı tədbirlərin, yubiley və xatirə gecələrinin iştirakçısı olmuşdur.2000-ci ildə o, milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti,2008-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. Xalqın sevimli sənətkarı, bənzərsiz qarmon ifaçısı, Respublikanın Xalq artisti Kamil Səfərəli oğlu Vəzirov 2018-ci il fevralın 13-də vəfat etmişdir. Qardaşı da həmçinin musiqiçi, Azərbaycan Respublikasının Əməkdar artisti, kamança ifaçısı Ədalət Vəzirov idi. Ailəsi Evlidir, 3 oğlu,1 qızı, 8 nəvəsi var.
Kür çayının ekoloji vəziyyəti
Kərim bəy Vəzirov
Kərim bəy Vəzirov (5 may 1843, Şuşa, Kaspi vilayəti – 1892) — şair, məmur. == Həyatı == Kərim bəy Vəzirov 5 may 1843-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Hacılı camaatındandır. Mükəmməl mədrəsə savadı almışdı. Sonra Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Dövlət idarələrində, Şamaxı və Salyan şəhərində məmur işləmişdi. Kərim bəy 1892-ci ildə subay vəfat edib. Kərim bəy şair idi. Məhəmməd ağa Müctəhidzadə onun haqqında yazır: "Salif əz-zikr Talıb bəy mərhumun vələdi-ərşədidir. Bu zati-pəsəndidəsifat Şamaxı şəhərində padşahlıq dəftərxanasında münşilik əmri ilə məşğul olur imiş.
Mehriban Vəzir
Mehriban Vəzir (18 dekabr 1957, Mirbəşir) — yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini. == Həyatı == Mehriban Vəzir 18 dekabr 1957-ci il tarixində Tərtər rayonunda doğulmuşdur. 1965–1975-ci illərdə Bakıdakı 161 saylı məktəbdə orta təhsil almış, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1978-ci ildən 1999-cu ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində müxbir, redaktor, şöbə müdiri, aparıcı olaraq çalışmışdır. 1999-dan Sara tv-də, 2003–2007-ci illərdə GünAzTv-də bir sıra proqramların müəllifi olmuşdur. 2000-ci ildən Xəzər Universitetinin jurnalistika fakültəsində Telesenari kursu üzrə mühazirəçi-müəllim kimi çalışmışdır. Yazıçılar Birliyinin üzvüdür. == İctimai fəaliyyəti == "Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi" adlı qeyri-hökumət təşkilatının sədridir. == Kitabları == "Məhbusun Arzuları" Hekayələr toplusu (Bakı, 1998, 230 səhifə) "Elçi Bəy Haqqında" Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Elçi Bəy haqqında xatirələrim.
Mir Həsən Vəzirov
Mir Həsən Vəzirov (13 fevral 1889, Şuşa – 20 sentyabr 1918, Krasnovodsk) — dövlət xadimi, 26 Bakı komissarından biri. O, Qarabağ xanı İbrahimxəlil xanın vəziri Mirzə Əli Məhəmməd Ağanın nəvəsidir. Yazıçı Yusif Vəzir Çəmənzəminlinin əmisi oğludur. Mirhəsən Seyidkazım oğlu Vəzirov 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini atasından almışdı. Sonra Şuşa realnı məktəbdə oxumuş, 1907-ci ildə Bakı realnı məktəbinə dəyişilmişdir. Bir müddət burada oxuduqdan sonra Novaçerkassk Politexnik İnstitutunun kimya fakültəsinə daxil olmuşdur. Maddi problemlər və xəstəliyi üzündən politexnik institutunu bitirə bilmədiyindən 1915-ci ildə Kiyev Ticarət İnstitutuna qəbul oldu. Bir neçə ay burada oxuyandan sonra Bakıya qayıtdı. Bakıda müəllimliklə məşğul olmağa başladı.Sol eserlər qrupunun üzvü olan Vəzirov 1917-ci ildən bolşeviklərlə birlikdə işləmişdir.
Mir Həsən bəy Vəzirov

Miri Yusif bəy Vəzirov
Vəzirov Miri bəy Mir Baba bəy oğlu (3 oktyabr 1896, Şuşa – 1925, Paris) — Cümhuriyyət tələbəsi. Mir Abdulla bəy Mir Baba bəy oğlu 1896-cı ilin oktyabrın 3-də Şuşa şəhərində anadan olmuşdu. Ailədə Miri çağrıldığından bu adla da məşhurlaşmışdı. Şəhər real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin xaricə göndərdiyi tələbələrdən biridir. Miri bəy 1925-ci ildə Parisdə vəfat edib. Yusif Vəzir Çəmənzəminlinin qardaşıdır. Krım hökuməti 1918-ci il, iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı.
Miri bəy Vəzirov

Mirzə Həmid bəy Vəzirov
Vəzirov Mirzə Həmid bəy Zeynalabdin bəy oğlu (1827, Şuşa – Şuşa) — hüquqşünas, barışdırıcı hakim. Mirzə Həmid bəy Vəzirov 1827-ci ildə Şuşa şəhərində doğulmuşdu. Şəhər rus-tatar məktəbini bitirmişdi. Əmək fəaliyyətinə 1845-ci ildə, Mehri polis sahəsində tərcüməçi kimi başlamışdı. Sonra Cavad və Vərəndə sahəsində mülki hakimin köməkçisi işləmişdi. Oralardan Dərbənd və Qars şəhərlərinə dəyişmiş, mülkü hakim vəzifəsində çalışmışdı. Mirzə Həmid bəy Qönçə xanımla ailə qurmuşdu. Zeynalabdin (Zeynal bəy Vəzirov), Fərrux bəy Vəzirov , Azad bəy Vəzirov , Cavad bəy Vəzirov adlı oğulları, Xeyrənsə xanım adlı qızı vardı. Mirzə Həmid bəyin kollec asessoru mülkü çini vardı. III dərəcəli "Müqəddəs Anna" və III dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə təltif edilmişdi.
Mirzə Mehdi bəy Vəzirov
Mirzə İsa xan Vəzir
Mirzə İsa xan Vəzir — Qacarlar dövlətinin daxili işlər naziri, Tehranın hakimi. Mirzə İsa xan Mirzə Musa xan oğlu Tehran şəhərində anadan olmuşdu. Əslən Aştiyanıdır. Mirzə İsa xan Vəzir 1877-ci ildə Tehranın Həsənabad məhəlləsində məscid tikdirmişdi. Mirzə İsa xan Vəzir 1892-ci ildə Tehranda xəstəxana tikdirmişdi. Mirzə İsa xan Vəzir Mirzə Yusif xan Aştiyanin bacısı ilə həyat qurmuşdu. Ənvər Çingizoğlu, Nasirəddin şahın hakimiyyəti dövrünün şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2012.

Значение слова в других словарях