VACİB

sif. [ ər. ] Yerinə yetirilməsi mütləq lazım olan, labüd olan, zəruri, ən mühüm. Vacib məsələ. Bu gün çox vacib işim var.
[Şəhrəbanı xanım:] Gülçöhrə, get, atan damın dalısında çobanlarla danışır, de ki, bir bura gəlsin, vacib işim var. M.F.Axundzadə.
[Əbülhəsən bəy:] Hərgah vacib işim olmasaydı, heç vaxt mən verdiyim vədəmə xilaf çıxmazdım. Ordubadi.

□ Vacib bilmək – özünə borc bilmək, lazım bilmək, zəruri hesab etmək.
Kosa … hələlik səbirli olmağı vacib bildi. S.Rəhimov.

Vacib olmaq – yerinə yetirilməsi mütləq lazım olmaq, zəruri olmaq.
Vacib oldu eyləmək ol biədəbdən ictinab. S.Ə.Şirvani.

◊ Vacib forma qram. – felin, iş və ya hərəkətin icra edilməsinin vacib olduğunu bildirən şəkli; məs.: oxumalıyam, qayıtmalı idim və s.

Синонимы

  • VACİB labüd — zəruri — mühüm
VABƏSTƏLİK
VACİBAT

Значение слова в других словарях