VADAR

[ fars. ] Məcbur, məcburiyyət qarşısında qalan. Mən belə etməyə vadaram.
□ Vadar etmək – məcbur etmək.
Bu xətti-hərəkəti tutub getməyə möhtərəm yazıçılarımızı o vaxt vadar edən bilmirdim, nə idi. C.Məmmədquluzadə.
Bir də görürdün [dəli Səməd] döyüldüyü yerdə gözləri yaşlı qəhqəhə çəkib gülürdü, məzəli-məzəli qissələr nağıl eləyib, eşidənləri də gülməyə vadar edirdi. Çəmənzəminli.

Vadar olmaq – məcbur olmaq. Əlini silaha atmağa vadar oldu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VADAR məcbur
VACİBLİK
VADİ

Digər lüğətlərdə

воспаря́ться добри́ться забу́хнуть зачерстве́лый Мужичо́к-с-ногото́к покля́нчить в нату́ре ика́ться наку́кситься очерни́ться подорва́ть сто́йловый кузнец пеншить acid-proof dumbness medick sniffish spiritualty training unshaped включение накупить рыбовод чернеться