vadaretmə
vafli
OBASTAN VİKİ
Vadi
Vadi- (rus. вади, ing. wadi Şm. Afrika və Ərəbistanın səhralarında quru və ya dövrü axımı olan dərələrin ərəbcə adı.
Tektonik vadi
Yer qabığının tektonik batıqlarında yerləşən vadidir (dərədir). Məsələn: Orta Dunay vadisi, Alazan dərəsi və s.
Vadi Ram
Vadi Ram (ərəb. وادي رم‎) və ya Ay vadisi (ərəb. وادي القمر‎) — İordaniyanın Akaba mühafazasının 60 km şərqində yerləşən vadi və səhra. Vadi Ram İordaniyanın ən böyük vadisidir. "Ram" sözü Arami dilində "yüksək" və ya "qalxaq" deməkdir. Adının arami tələffüzü ilə olan əlaqəsini əks etdirmək üçün arxeoloqlar Ram vadisi yox, Vadi Ramm adından istifadə edirlər. == Tarixi == Vadi Ram qədim dövrlərdən başlayaraq müxtəlif mədəniyyətlər tərəfindən məskunlaşdırılmışdır. Bu mədəniyyətlərdən biri olan nəbatilər burada qayaüstü rəsmlər, graffitilər və məbədlər yaratmışlar. Qərbdə bu vadi Ərəbistanlı Lourensin Ərəb üsyanı (1917–1918) dövründə buradan bir neçə dəfə keçməsi ilə tanınır. 1980-ci illərdə vadidəki qaya quruluşlarından biri Lourensin müharibənin sonlarında yazdığı eyniadlı kitabın şərəfinə "Müdrikliyin yeddi sütunu" adlandırılmışdır, lakin bu kitabda Ramla bağlı heç bir şey yoxdur.
Vadi-üs-Salam
Vadi-üs-Salam və ya Sülh vadisi (ərəb. وادي السلام‎) — İraq şiələrin müqəddəs Nəcəf şəhərində yerləşən İslam qəbiristanlığıdır. Bu, dünyanın ən böyük qəbiristanlığıdır. Qəbiristanlıq 1,485.5 acre (601.16 ha; 6.01 km2; 2.32 kv. mil) ərazini əhatə edir və 6 milyondan çox cəsəddən ibarətdir. Hər il milyonlarla zəvvar cəlb edir.
Vadi əl-Xəznədar döyüşü
Vadi əl-Xəznədar və ya Üçücü Homs döyüşü — qərbi Suriyada Homs qəsəbəsinin şimal-şərqindəki Vadi əl-Xəznədarda Məmlük sultanlığı və Monqol imperiyasının qolu olan Elxanlı dövləti və onlara yardım edən Kilikiya çarlığı ilə Gürcüstan çarlığı arasında 22–23 dekabr 1299-cu ildə edilən, Suriyaya olan monqol axınları içərisində monqol zəfəri ilə nəticələnən tək savaşdır. Bu döyüşdən sonra daha öncəki 4 döyüşdə uduzan monqollar özlərinə inam qazandılar, cənuba irəliləmiş və 1303-cü ildə yenə Məmlüklərlə Marj əl-Səffar döyüşünü etmişdirlər. Ancaq orada da məğlubiyyətə uğrayan Elxanilər Suriya axınlarına son verərək Suriyanı tərk etmişdirlər. == Döyüş == Monqol ordusunun mərkəz hissəsində olan Qazan xan döyüş başladığında hiyləyə əl ataraq ordusunun sağ cinahına komandnalıq edən Qutluqşaha Məmlük ordusunu aldatmaq üçün kös çaldırmışdır. Bu yanılğıya aldanan Məmlüklər Qazan xanın bu tərəfdə olduğunu düşünürək hücumlarını monqol ordusunun sağ qanadına cəmləşdirmişdir. Bu sayədə həm Qazan xan qorunmuş, həm də Məmlük ordusunun qurulan tələyə çəkilməsi mümkün olmuşdur. Başda üstün olan məmlüklərin monqollar tərəfindən sol qanad bölmələrinin dağıdılması ilə monqollar üstünlük qazanmağa başlamışdır. Buna rəğmən, günorta boyunca döyüşən məmlüklər ertəsi günə qədər sıralarını qorumağı bacarmışdır.Ancaq ertəsi gün olan 23 dekabr 1299-cu ildə monqolların və yardımcı erməni, gürcü bölmələrinin məmlüklərin orta cinahını dağıtması ilə yaxında monqolların qələbə qazanacağı sezilməyə başladı. Axşama doğru məmlüklər məğlubiyyəti qəbul edərək və daha çox itki verməmək üçün döyüş meydanından cənuba doğru geri çəkilməyə başladı. == Nəticə == Dəməşqə doğru qaçan məmlüklər yolda 12.000 yolda müstəqillik istəyən 12.000 nəfərlik Dürzi və Maruni oxçusu ilə qarşılaşmış və onlarla döyüşməyə məcbur olmuşdur.
Alazan-Həftəran vadisi
Alazan-Həftəran vadisi (digər adları: Alazan vadisi; Alazan–Əyriçay vadisi; Qanıx-Əyriçay vadisi) (gürc. ალაზნის ვაკე;) — Azərbaycan və Gürcüstan ərazisində dağlararası çökəklik. Azərbaycanda və Gürcüstanda Böyük Qafqazın cənub ətəyi boyunca Əyriçay və Qanıxçay (Alazan) arasında yerləşən vadi. Uzunluğu 200–225 km, eni 20–40 km, dəniz səviyyəsindən hündürlüyü 200-450 metrdir. Rayonun iqtisadiyyatının əsasını üzümçülük və turizm təşkil edir Orta əsrlərdə bu ərazidə Qafqaz Albaniyasının Hereti vilayəti yerləşirdi.Etnik və dil müxtəlifliyi ilə fərqlənir. Gürcülər və azərbaycanlılarla yanaşı burada saxurlar, ingiloylar avarlar, ruslar, osetinlər də məskunlaşıblar. Gürcüstan ərazisində olan yaşayış məntəqələri: Laqodexi, Kvareli, Snori. Azərbaycan ərazisində olan yaşayış məntəqələri: Balakən rayonu, Zaqatala rayonu, Qax rayonu.
Alazan-Əyriçay vadisi

Alazan vadisi

Alvaro Vadilyo
== İstinadlar ==
Araz vadisi
Araz vadisi — Araz çayı boyunca yerləşən vadi. == Coğrafiya == Araz vadisi Naxçıvan şəhəri və İmişli rayonu arasındakı Arazqırağı məkanı əhatə edir. == Tarix == Orta əsr ərəb səyyahları və coğrafiyaşünasları bu bölgəni əl-Vadi adlandırırdılar.
Atrek vadisi
Atrek vadisi — İranın şimal-şərqində dərə. Atrek vadisi Xorasan bölgəsində yerləşir. Buradan Kopetdağ silsiləsini iki hissəyə ayıran Atrek çayı keçir. Burada yerləşən əsas şəhər Kuçandır. Əsrlər boyu vadinin xüsusi coğrafi mövqeyi onu mədəni mübadilələrin qovşağına çevirmişdir. İslam dövrünün ilk illərində yaxınlıqdakı şəhərlər üçün əkinçilik rolunu oynadığı güman edilir.
Aylı vadinin şairi (film)
Aylı vadinin şairi qısametrajlı sənədli televiziya filmi Azərbaycan televiziyasında istehsal edilmişdir. Film şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü Məstan Günərin həyat və yaradıcılığından bəhs edir. == Məzmun == Film şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü Məstan Günərin həyat və yaradıcılığından bəhs edir.
Ağrı vadisi
Ağrı vadisi — Şərqi Anadolu ilə Kiçik Qafqaz dağlarının arasında yerləşən düzən vadi. Vadi şərqdən Göyçə gölü, şimaldan Alagöz dağı, cənubdan Ağrı dağı ilə sərhədlənir. Düzənlik Araz çayı tərəfindən iki hissəyə bölünmüşdür: şimali (böyük), cənubi (kiçik). Şimali hissə hazırkı Ermənistan ərazisində yerləşir. Cənubi hissə isə Türkiyə ərazisidir. Vadinin orta hündürlüyü 800–1000 metr təşkil edir. Uzunluğu isə 90 kilometrdir. Vadinin dəniz və okeanlardan uzaqlığı onun iqliminə böyük təsir göstərir. Bu səbəbdən iqlimi kontinenraldır. Rütubətli isti yaya malikdir.
Bardaqlar vadisi
Küplər vadisi — Laosun Xienq Kxuanq əyalətində məskunlaşmamış rayon Dəniz səviyyəsindən 1000 m hündürlükdə təpələrin zirvəsinə naməlum mənşəli, hündürlüyü 1–3,5 m, diametrləri isə təqribən 1 m olan nəhəng bardaqlar səpələnmişdir və onların ən irisinin çəkisi 6 tondur. Onlar daha çox küpəgirən qarının daş həvəngdəstəsinə oxşayırlar. Bardaqlar elə süxurların daşlarından hazırlanmışlar ki, onlara bu ərazidə rast gəlmək mümkün deyil. Bardaqlar haqda çox az şey məlumdur. Onları kimin və hansı məqsədlə hazırladığı və bura necə düşdükləri heç kimə məlum deyil. Güman olunur ki, bardaqlarda nəhəng putalarda olduğu kimi, qədimdə ölülərin cəsədlərini yandırırlarmış. Digər fərziyyəyə görə onlardan düyü, yaxud şərab saxlamaq məqsədi ilə istifadə edilib. Fərziyyələrin heç biri inandırıcı deyil. Bir şey dəqiqdir: nəhəng daşların ən azı 2500–3000 il yaşı var. Hind-Çində müharibələr zamanı bardaqların çoxu amerikan bombaları tərəfindən zədələnmişlər.
Bekaa vadisi
Biqa vadisi (ərəb. وادي البقاع‎‎‎‎ Wādī l-Biqā‘) — Livanın şərqində yerləşən vadi. Romalılar dövründə önəmli kənd təsərrüfatı sahəsi kimi istifadə edilən vadi, bu gün də Livanda eyni məqsədlər üçün istifadə edilir. Paytaxt Beyrut şəhərindən 30 km qərbdə yerləşir.
Biqa vadisi

Dikmən vadisi
Dikmən vadisi (türk. Dikmen Vadisi) — Ankaranın Çanqaya ilçəsinə bağlı bir səmt olan Dikməndə yer alan park. İllərdir qaçaq və gecəqondu evlərə məruz qalan vadidə Şəhər Çevrilmə və İnkişaf Layihəsi adı altında bir abadlıq və bərpa işləri başlandı. Bu mərhələlərdə tikililər sökülmüş və dərə və ətrafı yenidən qurulmuşdur. Bu gün Ankara Böyükşəhər Bələdiyyəsinə bağlı bir park olaraq xidmət edən vadidə idman və gəzinti sahələri, kafe, bəzək hovuzları və uşaq meydançaları var. == Tarixçə == 90-cı illərə qədər olduqca baxımsız şəkildə qalan və şəhərləşmənin üstünlük təşkil etdiyi vadidə 1989-cu ildə şəhər çevrilmə planının həyata keçirilməsi qərara alındı. Şəhər Çevrilmə və İnkişaf Layihəsi adlanan bu layihə, eyni zamanda ölkənin gecəqondu bölgələri üçün hazırlanan ilk şəhər çevrilmə layihəsidir. Bu çərçivədə ilk araşdırmalar eyni ildə başladı və 1994-cü ildə layihənin ilk mərhələsi başa çatdı. 2002 və 2009-cu ildə üçüncü mərhələsi uğurla başa çatan layihə hələ də layihənin dördüncü və beşinci mərhələlərində davam edir. == Xüsusiyyətlər == Hal-hazırda iki mərhələdən ibarət olan dərə təxminən 378.000 m²-lik ərazidə qurulub.
Fassa vadisi
Fassa vadisi— İtaliyanın şimalında Trento əyalətində Dolomitdə vadi. İnzibati baxımdan vadi Trentonun bələdiyyədir (Italyan dilində: Comunità di valle, alman dilində: Talgemeinschaft), "Region Comun General de Fascia" adlanır. Fassa vadisi Trentoda əhalinin əsas hissəsini təşkil edən Ladin bələdiyyəsinin vətənidir.
Fərqanə vadisi
Fərqanə vadisi (özb. Farg‘ona vodiysi, qırğ. Фергана өрөөнү, tac. водии Фaрғонa) — Orta Asiyada Qərbi Türkistan olaraq adlandırılan bölgədə yerləşən vadi. Tyan-Şan, Zərəfşan və Hissar dağları ilə əhatələnib. Fərqanə vadisi hazırda Rusiyanın siyasi və hərbi cəhətdən müdaxilə etdiyi qaynar nöqtələrdən biridir. Ərazidə su problemi yaşanmaqdadır.
Ge Hinnom vadisi
Hinnom vadisi və ya Ge Hinnom vadisi (ivr. ‏גיא בן הינום‏‎) — yəhudilərin Yerusəlim, müsəlmanların isə Qüds adlandırdıqları şəhərin cənub və cənub qərb hissəsində yerləşən vadi.Hazırda bu yerlərə baxanda gözəl görünsə də, əslində bura heç kimin getmək istəmədiyi bir yerdir. Çünki bu yer bütün tarix boyu dünyanın ən qorxulu yeri hesab olunub. Bu qorxulu yerin adı Ge Hinnomdur. Tarixi mənbələrə nəzər saldıqda bu real coğrafi məkanın daha qədim adının “Tofet” olduğunu görmək olar. “Əhti-Cədid”də aramey dilində bu ad “Gehenna” kimi göstərilib. “Əhti-Ətiq”də “Ge Ben Hinnom” kimi gedən bu söz “Hinnom oğullarının vadisi” kimi tərcümə olunur. Göründüyü kimi Hinnom şəxs adıdır. Vadi bir zamanlar Hinnom oğullarına məxsus olub ki, buna görə də “Hinnom oğullarının vadisi”, yəni Qədim ivrit dilində “Ge Ben Hinnom” adlandırılıb. Bu ad “Tövrat”dakı “Şeol” sözünün sinonimi olaraq “Ge Ben Hinnom” kimi işlədilir.
Güllər Vadisi Milli Parkı
Güllər vadisi (ing. Valley of Flowers National Park) — Hindistannın milli parkıdır. Qərbi Himalay dağlarının yüksəklikərində yerləşmiş, qeyri-adi gözəlliyin rəngləriylə, çəmənləriylə məşhurdur. Himalay ayısı, qar bəbiri, boz ayı, mavi qoyunlar və s. daxil olmaqla bir çox nadir heyvanların yaşadığı yeridir. 1982-ci ildə Güllər vadisi milli park elan edilmiş və 2005-ci ildə "Nanda Devi Milli parkları və Güllər vadisi"(№ 335) obyektin tərkibində Ümumdünya mirasın irsi siyahısına daxil edilib. == Bitki aləmi == Parkın bitki aləmi Alp meşələrində bitən tozağacıları ilə həmçinin gözəl çiçəklənən ot bitkiləriylə (səhləblər, lalələr, primulalar, kalendulalar, qızçiçəyilər, anemonlar və başqaları) zəngindir.
Güllər vadisi

Günəşli vadinin serenadası (film, 1941)
Günəşli vadinin serenadası (ing. Sun Valley Serenade) — baş rollarda Sonya Heni, Con Peyn, Lin Bari və Milton Berlenin oynadığı 1941-ci ildə çəkilmiş musiqili film. Bu filmdə həmçinin Qlenn Miller və orkestri də rol almışdır. == Məzmun == Dağ-xizək kurortunun sahibi cənab Morri mövsümi işə Fila Korinin məşhur orkestrini dəvət etməyi qərara alır. Musiqiçilər razılaşırlar. Dağ-xizək kurortunda "Günəşli vadi" əyləncəyə ruh verir, hər kəsə sevinc bəxş edir; lakin vadinin sərhədində müharibə sədaları eşidilir. Orkestrin musiqiçiləri müharibə nəticəsində qaçqın olanlardan birinin qəyyumu olmağı arzu edirlər. Elə güman edirlər ki, bu, onlara elə də böyük yük olmayan kiçik yaşlı bir uşaq olacaq. Amma onların bəxtinə olduqca gözəl, gənc bir qız – Karen Benson düşür. İş elə gətirir ki, Karen həmin dəstədəki məşhur bir müğənniyə aşiq olmuş musiqiçiyə vurulur.
Hatila vadisi Milli Parkı
Hatila vadisi Milli Parkı (türk. Hatila Vadisi Millî Parkı) ― Türkiyənin şimal-şərqindəki Artvin ilində yerləşən milli park. Park Kaçkar dağlarının şərq ucundakı dik tərəfli çay vadisini əhatə edir. Bölgə Qara dənizə yaxındır. Aralıq dənizi iqliminin hakim olduğu ərazinin isti yayı və sərin qışı var və il ərzində bol yağıntı alır. Vadi müxtəlif bitki və heyvan icmalarını yaşayış yerləri ilə təmin edir. == Park == Hatila çayı Çorox çayının qoludur və dərəsi üzərində çoxsaylı şəlalələri olan dar, dik yamaclı, V şəkilli vadi yaratmışdır. Ərazidəki süxurlar əsasən vulkanik mənşəlidir və fərqli mənzərə yaratmış qeyri-adi geomorfoloji quruluşa və geologiyaya malikdir. Park təxminən 16 900 hektarlıq ərazimi əhatə edir. Vadinin aşağı hissələri quru və isti olsa da, yuxarı hissələri sərin və rütubətlidir və qışda qar örtüyü ilə örtülür.
Hind vadisi mədəniyyəti
Hind vadisi mədəniyyəti və yaxud Hind vadisi sivilzasiyası—Hindistanda Hind çayı vadisində yerləşən qədim mədəniyyət ocağı. == Xarici keçidlər == Vikianbarda Hind vadisi mədəniyyəti ilə əlaqəli mediafayllar var.
Hinnom vadisi
Hinnom vadisi və ya Ge Hinnom vadisi (ivr. ‏גיא בן הינום‏‎) — yəhudilərin Yerusəlim, müsəlmanların isə Qüds adlandırdıqları şəhərin cənub və cənub qərb hissəsində yerləşən vadi.Hazırda bu yerlərə baxanda gözəl görünsə də, əslində bura heç kimin getmək istəmədiyi bir yerdir. Çünki bu yer bütün tarix boyu dünyanın ən qorxulu yeri hesab olunub. Bu qorxulu yerin adı Ge Hinnomdur. Tarixi mənbələrə nəzər saldıqda bu real coğrafi məkanın daha qədim adının “Tofet” olduğunu görmək olar. “Əhti-Cədid”də aramey dilində bu ad “Gehenna” kimi göstərilib. “Əhti-Ətiq”də “Ge Ben Hinnom” kimi gedən bu söz “Hinnom oğullarının vadisi” kimi tərcümə olunur. Göründüyü kimi Hinnom şəxs adıdır. Vadi bir zamanlar Hinnom oğullarına məxsus olub ki, buna görə də “Hinnom oğullarının vadisi”, yəni Qədim ivrit dilində “Ge Ben Hinnom” adlandırılıb. Bu ad “Tövrat”dakı “Şeol” sözünün sinonimi olaraq “Ge Ben Hinnom” kimi işlədilir.
Hitan vadisi
Əl-Hitan vadisi (ərəb. وادي الحيتان‎, "Balinalar vadisi") — Misirin paytaxtı Qahirədən 150 kilometr (93 mil) cənub-qərbdə yerləşən paleontoloji ərazidir. Ərazi üzərində bəzi balina, archaeoceti (balinaların nəsli kəsilmiş yarım-dəstəsi) erkən növlərinə aid yüzlərlə fosil yerləşir. Vadi 2005-ci ilin iyununda UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ərazi balinaların təkamülünün ən böyük sirrlərindən birinə: balinanın quruda yaşayan bir heyvandan okeanda yaşayan bir məməliyə çevrilməsi izahına dair dəlilləri ortaya çıxardı. Dünyanın heç bir yerində bu cür fosillərin cəmləşməsi, cəlbedici və qorunan bir mənzərəyə daxil olması və qurulması kimi bir şeyə rastlanmamışdır. == Tarix == Ərazidə tapılan fosillər ən qədim qalıqlar olmaya bilər, lakin ərazidəki miqdarı və qorunma dərəcəsi o qədərdir böyükdür ki, hətta bəzi daxili quruluşlar da toxunulmaz olaraq qalmışdır. Əl-Hitan vadisində tapılan köpəkbalığı, timsah, mişar balığı, tısbağa və skat kimi digər erkən heyvanların fosillərinin olması, bu dövrün ekoloji şərtlərini yenidən canlandırmağa imkan verir. Balinaların ilk qalıq skeletləri 1902-1903-cü illərin qışında aşkar edilmişdir. Sonrakı 80 il ərzində əsasən əraziyə çatmaq çətinliyi ilə əlaqədar olaraq ərazi daha az maraq görmüşdür.
Koaçella Vadisində Musiqi və İncəsənət Festivalı
Koaçella Vadisində Musiqi və İncəsənət Festivalı (ing. Coachella Valley Music and Arts Festival), Həmçinin Koaçella Fest və ya sadəcə olaraq Koaçella bilinir - Daxili İmperatorluqda yerləşən Koaçella Vadisində yerləşən İndio, Kaliforniyadakı Goldenvoice adlı üç günlük (əvvəlki bir-iki gün) musiqi festivalıdır. Kaliforniya Tədbiri ilk dəfə 1999-cu ildə keçirilib və 2001-ci ildən etibarən hər il aprelin üçüncü və ya dördüncü günündə keçirilir. Çıxış edənlərin arasında müxtəlif janr yönümlü qruplar - indi rok, hip-hop, elektron və pop musiqi; Festival çərçivəsində həmçinin bədii və heykəltəraşlıq sərgiləri də var. indi rok ərazisində bir neçə səhnə və ya tentə yerləşdirilir, eyni vaxtda tamaşalar da keçirilir: əsas mərhələ (ing. Coachella səhnəsi), açıq teatr (ing. açıq teatrı), Gobi çadırı, Mojave çadırı və Sahara çadırıdır. 2011-ci ildə tədbirdə 90 mindən çox adam iştirak edib, 2011-ci il mayın 31-də Goldenvoice 2012-ci ildən başlayaraq festivalın iki həftədən üç gün müddətində keçiriləcəyini elan edildi. .
Krallar vadisi
Krallar vadisi və ya Fironlar vadisi (ərəb. وادي الملوك Wadi Biban el-Muluk)‎) - Misirdə yerləşən vadi. On səkkizincı sülalə və İyirminci sülalədən olan fironların və onlara yaxın olan əyanlardan bəzilərinin məzarları burada yerləşir.
Kurtlar Vadisi
Qurdlar Vadisi — Osman Sınav tərəfindən yaradılmış və Raci Şaşmazın qələmə aldığı Türkiyənin siyasi məsələlərindən bəhs edən türk film və teleserial seriyasıdır. Seriyanın serial və filmlərində bir çox məşhur aktyorlar oynayıb. Serialın ilk 55 bölümündə prodüser və rejissor Osman Sınav, 56–97-ci bölümlər arasında prodüser Raci Şaşmaz və rejissor kürsüsündə Sərdar Axar əyləşmişdir. 97-ci bölümdəki finaldan sonra Qurdlar Vadisi: Terror adı ilə 2 bölüm izləyici qarşısına çıxıb. Bu serialın yayımnan çıxarılmasından sonra Qurdlar Vadisi: Pusqu 300 seriya ilə izləyici qarşısına çıxıb. 2013-cü ildə Şaşmaz qardaşlarının fikir ayrılığı üzərinə, Raci Şaşmaz və Bahadır Özdənər seriyanın ssenari müəllifi və prodüser vəzifələrindən istefa veriblər. Onların yerinə Cahid Qayaoğlu kimi daha təcrübəsiz adlar gəldi və nəticədə reytinqlər düşməyə başladı. Qurdlar Vadisi: Pusqunun son bölümü olan 300-cü bölümdə reytinqlər 4-ə qədər düşüb. Serialın bitməsindən 1 il sonra TRT 1-də yayımlanan Qurdlar Vadisi: Vətən 5,43 reytinq alıb. Ən çox reytinq alan teleserial bölümləri 23 reytinq xalı ilə Qurdlar Vadisinin finalı olan 97-ci bölüm, və 25,43 reytinq ilə Qurdlar Vadisi: Pusqunun 45-ci bölümüdür.

Digər lüğətlərdə

бездо́мно воссозда́ть выраста́ть злыда́рь обде́латься папиро́сочка переселе́нческий разлюбе́зный терпе́ние выкру́чиваться зазева́ться золо́вка масли́новые обличи́тель разрыхли́тельный чабанова́ть inkle quorum seventh tone colour transvest восхвалять коренник неспособность прокламировать