VAHİD
VAHİDLİK
OBASTAN VİKİ
Abdurrahman Vahid
Abdurrahman Vahid (ing. Abdurrahman Wahid; 7 sentyabr 1940 – 30 dekabr 2009[…]) — İndoneziyanın 4-cü prezidenti.
Astronomik Vahid
Astronomik vahid (AU və ya UA) — uzunluq ölçüsü. Yer kürəsi ilə Günəş mərkəzi arasındakı orta məsafə vahid olaraq seçilərsə, bu uzaqlığa astronomik vahidi (AV) deyilir. 1 Astronomik Vahidi (AV) = 149 597 870 km İşıq ili (İİ) = 63240 AV = 9.5x10 ^ 15 m Parsek (PC) = 206265 AV = 3.1x10 ^ 16 m = 3.26 İİ Astronomiyada digər qəbul olunan uzunluq ölçüləri Parsek və İşıq ili ilə bərabər Astronomik vahidindən də istifadə olunur.
Vahid
Vahid — Azərbaycan kişi adı və təxəllüs. Əsasən Vahid say sistemində 1 rəqəminə deyilir. Vahid Əhmədov — Azərbaycanın ictimai-siyasi xadimi Vahid Mustafayev — Azərbaycan rejissoru Vahid ƏliyevVahid Əliyev (aktyor) — Azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti Vahid Əliyev (general) — Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenantBu təxəllüsü olan tanınmışlarƏliağa Vahid — azərbaycanlı şair, qəzəlxan.
Vahid (ad)
Vahid — Azərbaycan kişi adı və təxəllüs. Əsasən Vahid say sistemində 1 rəqəminə deyilir. Vahid Əhmədov — Azərbaycanın ictimai-siyasi xadimi Vahid Mustafayev — Azərbaycan rejissoru Vahid ƏliyevVahid Əliyev (aktyor) — Azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti Vahid Əliyev (general) — Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenantBu təxəllüsü olan tanınmışlarƏliağa Vahid — azərbaycanlı şair, qəzəlxan.
Vahid Abbasov
Abbasov Vahid Muxtar oğlu — "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir == Həyatı == Vahid Abbasov 1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. 1979 – cu ildə Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbi- nin birinci sinfinə getmiş 1989 – cu ildə həmin məktəbi əla qiymətlərlə, ictimai – siyasi cəhətdən olduqca fəal, əsil vətənpərvər bir gənc kimi bitirmişdir(1989-90- cı illərin Sumqayıt və qanlı 20 Yanvar hadisələri ona çox təsir etmiş, demək olar ki, bütün həyatını dəyişmışdir). 1992-ci il oktyabrın 8-də Füzuli rayonunun Şaqrağdağ yüksəjliyi uğrunda gedən döyüş əməliyyatında şəhid olmuşdur. Ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. == Məqsədi == Vahidin arzusu, məqsədi həkim olmaqdı. Yeddinci sinifdən sonra Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbi-nin biologiya müəllimi Rövşən müəllimin köməkliyi ilə məktəbi bitirənə qədər ciddi-cəhdlə bütün vaxtını ancaq bu məqsəd yolunda oxumağa, çalışmağa həsr etmişdi. Demək olar ki, Vahid bütün uşaqlıq və gənclik ilərini əyləncələrdən uzaq şəkildə bu məqsədinə, qalan ömrünü isə qəhrəmanlara məxsus şəkildə (sonunu düşünən qəhrəman olamaz) Vətəni – gənc Azərbaycan Respublikası-nın ərazi bütövlüyü uğrunda fəda etmişdir. == İgidliyi == == Haqqında yazılanlar == == İstinadlar == Yusif Əkbərov, Şahin Qasımov "Qarabağda bir kənd var – Yusifcanlı". Bakı.
Vahid Alıyev
Vahid Abbas oğlu Alıyev (18 fevral 1989; Daşkəsən rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vahid Alıyev 1989-cu il fevralın 18-də Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Vahid Alıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vahid Alıyev oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Alıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Alıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vahid Aslan
Vahid Aslan (Əsgərov Vahid Aslan oğlu; 29 sentyabr 1972, Parakənd, Gədəbəy rayonu) — Azərbaycan jurnalisti, yazıçı, riyaziyyat və informatika müəllimi Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü == Həyatı == Vahid Aslan 1972-ci il sentyabrın 29-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. === Ailəsi === Ailəlidir. İki qızı, bir oğlu var. == Təhsili == 1979–1989-cu illərdə Parakənd orta məktəbində təhsil alıb. 1989–1994-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat-inforimatika fakültəsində təhsil alıb. 1994–1995-ci illərdə təyinatla Şəmkir rayon Şeyidlər kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib. 1995–1998-ci illərdə Gəncə şəhər məişət xidməti kollecində müəllim işləyib. == Yaradıcılığı == Fəaliyyətinin ilk dövrlərindən paralel olaraq pedaqoji sahədə həm də jurnalistika və bədii yaradıcılıq sahəsində uğurlu fəaliyyət göstərib. Belə ki, o, hələ 1993–1994-cü illərdə tələbə ikən Gəncə televiziyasında fəaliyyət göstərib və o zamanlar döyüş bölgələrinə ezam olunan yaradıcı kollektivin tərkibində əsgərlərlə görüşlərdə iştirak edərək döyüş bölgələrindən reportajlar hazırlayıb. Vahid Aslan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.
Vahid Axundov
Vahid Axundov (azərb. Axundov Vahid Cümşüd oğlu‎; 9 fevral 1942, Bakı) — Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri. == Həyatı == Vahid Axundov 9 fevral 1942-ci ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini mühəndis-iqtisadçı olaraq bitirib. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Vahid Axundov 1970-ci ildə iqtisad elmləri üzrə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və 1987-ci ildə professor elmi rütbəsini almışdır. O, 150 elmi əsərin müəllifidir. === Əmək fəaliyyəti === Vahid Axundov 1959–1960-cı illərdə Bakı Dəri Qalantereya fabrikində çilingər, 1964-cü ildə isə Avtomobil Ehtiyatları Zavodunda mühasib vəzifəsində çalışmışdır. 1965–1966-cı illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində iqtisadçı, 1966–1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, baş iqtisadçı olaraq işləmişdir.Vahid Axundov 1970–1987-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutunda şöbə müdiri, direktorun elmi işlər üzrə müavini, direktor vəzifəsini icra etmişdir.1987–1991-ci illərdə Azərbaycan SSR Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda Elmi işlər üzrə prorektor, 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri, 1991–1993-cü illərdə Azərbaycan Respublikasının İqtisadi siyasət üzrə Dövlət müşaviri, 1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru – Baş nazirinin baş iqtisadi müşaviri, 1993–2005-ci illərdə isə Azərbaycan Respublikasının İqtisadi siyasət üzrə Dövlət müşaviri vəzifələrində çalışmışdır.Vahid Axundov Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri təyin edilib. == Mükafatları == Vahid Axundov 2012-ci ildə Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı /burax.
Vahid Ağayev
Vahid Məcnun oğlu Ağayev (14 sentyabr 1996, Bakı – 11 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vahid Ağayev 14 sentyabr 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 187 nömrəli tam orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Vahid Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vahid Ağayev 11 noyabr 2020-ci ildə Şuşa istiqamətində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vahid Ağayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vahid Ağayev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vahid Baxşiyev
Vahid Məclum oğlu Baxşiyev (17 may 1999; Xaçmaz rayonu, Azərbaycan — 30 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vahid Baxşiyev 17 may 1999-cu ildə Xaçmaz rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Vahid Baxşiyev 22 yanvar 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Vahid Baxşiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vahid Baxşiyev 30 oktyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Baxşiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vahid Baxşiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vahid Baxşiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vahid Bağırov
Vahid Həbib oğlu Bağırov (23 yanvar 1941, Əliabad, Naxçıvan rayonu – 29 may 2010, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı == Vahid Bağırov 23 yanvar 1941-ci ildə Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirərək Naxçıvan Televiziyasında əmək fəaliyyətinə başlamışdır. 1966-ci ildə Naxçıvan MSSR Vilayət Komsomol Komitəsinin 1-ci katibi seçilmişdir. 1970-ci ildə "Şərq Qapısı" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 19 avqust 1975-ci il fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Naziri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin Plenumu 30 mart 1977-ci ildə Vahid Bağırovu Naxçıvan MSSR Vilayət Partiya Komitəsinin katibi vəzifəsinə keçmişdir. 3 çağırış Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı seçilmişdir. 1980-ci ildə jurnalist fəaliyyətinə qayıtmış və "Sovet Naxçıvanı" və "Советская Нахичевань" ("Sovetskaya Naxiçevan") qəzetlərinin redaktor müavini vəzifəsində calışmışdır. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsi bürosunun qərarına əsasən 1989-cü ildən Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri təyin edilmişdir.
Vahid Fərzəliyev
Vahid Sabir oğlu Fərzəliyev — biologiya elmləri doktoru, dosent. AMEA Mərkəzi Nəbatat Bağının sabiq direktoru == Ümumi məlumatlar == Vahid Sabir oğlu Fərzəliyev 1969-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Ailəlidir:2 qızı və 1 oğlu var. == Elmi fəaliyyəti == Vahid Sabir oğlu Fərzəliyev elmi fəaliyyətinə 1990-cı ildən AMEA Mərkəzi Nəbatat Bağında bağban kimi başlamışdır. 2001-2006-cı illərdə Mərkəzi Nəbatat Bağının “Toxumçuluq” sektorunun rəhbəri, 2006-2007-ci illərdə “Ağac və kol bitkiləri” laboratoriyasının müdiri, 2007-2015-ci illərdə Mərkəzi Nəbatat Bağının direktorunun elmi işlər üzrə müavini vəzifəsində çalışmışdır. 2016-cı ildən Bağın direktoru vəzifəsini icra edir. Mərkəzi Nəbatat Bağının Elmi Şurasının və Azərbaycan Botaniklər Cəmiyyətinin sədr müavinidir. V.S.Fərzəliyev Mərkəzi Nəbatat Bağının elmi tədqiqat işlərinin beynəlxalq səviyyəyə çatdırılması və fəaliyyət dairəsinin genişləndirilməsi üçün bir çox işlər görmüşdür. Onun rəhbərliyi ilə «Toxumçuluq» sektoru fəaliyyətə başlamış və toxum mübadiləsi məqsədilə dünyanın 130-dan artıq nəbatat bağı ilə əlaqələr yaradılmışdır. Bu əlaqələr Bağın bitki kolleksiyalarının zənginləşdirilməsində və ümumilikdə dünyada bitki biomüxtəlifliyinin davamlı qorunmasında əhəmiyyətli rola malikdirlər.
Vahid Hacıyev
Vahid Hacıyev (bioloq) — Azərbaycan bioloqu, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), biologiya elmləri doktoru (1966), professor (1970). Vahid Hacıyev (dövlət xadimi) — Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi.
Vahid Musabəyov
Vahid Musabəyov (1 avqust 1864, Qutqaşın – 13 may 1943) — əmək qəhrəmanı. == Həyatı == 1864-cü il avqust ayının 1-də Qutqaşendə kəndli ailəsində doğulmuşdur. 1885–1889-cu illərdə İrəvan Müəllimlər Seminariyasında təhsil almışdır. Burada o, rus və Azərbaycan ədəbiyyatının məşhur nümayəndələri, ilk növbədə, Fonvizin, U. Şekspir, N. M. Karamzin, A. S. Puşkin, M. Y. Lermontov, N. V. Qoqol, M. F. Axundov, İ. S. Turgenev, L. N. Tolstoy və digər tanınmış yazıçı və şairlərin əsərləri ilə yaxından tanış olur ki, onlar V. Musabəyovun pedaqoji baxışlarının formalaşmasına güclü təsir göstərir. Bu sətirlərin müəllifinin şəxsi arxivində saxlanılan qeydiyyat kitabçasında ədəbiyyat, tarix və pedaqoji elmlərlə bağlı çoxsaylı əsərlərin adları vardır ki, o, onları oxumuş və müəyyən qeydlər etmişdir. Sənədləri vərəqlədikcə Vahid Musabəyovun seminariyanın son dərəcə istedadlı və səliqəli şagirdlərindən olması göz önündə canlanır. Musabəyovun seminariyada oxuduğu zaman çəkdiyi xəritələr və digər əl işləri böyük maraq doğurur. Bunlar Rusiyanın, Qafqazın, İspaniyanın, Portuqaliyanın, İtalyanın, Norveçin, İsveçin, Danimarkanın, Amerikanın coğrafi xəritələridir. Xəritələrdə seminariya müəlliminin qeydləri vardır. Xəritələr o qədər yaxşı tərtib edilibdir ki, ilk baxışda onun seminarist tərəfindən çəkildiyi təəccüb doğurur.
Vahid Musayev
Vahid Musayev (15 noyabr 1947, Bakı – 8 yanvar 1999, Qobustan) — Azərbaycan Respublikası Müdafiə naziri (1993), general-mayor. == Həyatı == Vahid Abdulla oğlu Musayev 15 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə 176 №-li orta məktəbə getmiş, 1966-cı ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdi. 1966-cı ildə Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinə qəbul olub. 1971-ci ilədə fərqlənmə diplomu ilə həmin fakultəni bitirərək zabit kimi Gürcüstanda hərbi xitmətə başlamışdı. Gürcüstanda xidmətdə olarkən hərbi karyerasını davam etdirmək qərarına gəlib. 1978–1981 illərdə Leninqrad Ali Hərbi Akademiyasında təhsil alıb. 1981–1984 Gürcüstan (Axalkalakidə) , 1984–1986 Afrika (Maputu), 1986–1988 Ukrayna (Jitomir), 1988–1990 Ukraynada (Vladimir-Volınskiy) hərbi xidmətdə olmuşdur. Vladimir-Volıniski vilayətindən 1990-cı ildə deputat seçilib. 1992-ci ildən Azərbaycan Müdafiə Nazirliyində hərbi xidmətdə olmuşdur.
Vahid Mustafayev
Mustafayev Vahid Fuad oğlu və ya Vahid Naxış (4 sentyabr 1968, Bakı) — Azərbaycan rejissoru, ssenarist, yazıçı və naşir, reportyor və media təşkilatçısı, ANS Şirkətlər Qrupunun prezidenti, VMF Natural Frequencies şirkətinin təsisçisi. == Həyatı == Vahid Mustafayev 4 sentyabr 1968-ci ildə Bakı şəhərində hərbçi ailəsində dünyaya gəlib. Gənc yaşlarından yaradıcılıq fəaliyyətinə qədəm qoyan Vahid Mustafayev keçən əsrin 80-ci illərində Azərbaycanda başlayan milli azadlıq hərəkatına qoşulur, 1988-ci ildə həm müxbir, həm də naşir kimi çalışmağa başlayır və rəsmi icazəsi olmadığı üçün Sovet dövründə "gizli nəşr" sayılan "RokOko" adlı dövri məcmuə dərc edir. 1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olunan Vahid Mustafayev qeyri-formal Tələbə Jurnalistlər Birliyi təşkil edir və bunun sayəsində həm "RokOko" məcmuəsinə müxtəlif ali məktəblərdə təhsil alan yeni fikirli tələbə müxbirləri cəlb etməyə, həm də məcmuəni tələbələr arasında daha geniş yaymağa nail olur və əldən-ələ gəzən bu məcmuə xüsusən gənclər arasında çox böyük rəğbət qazanır. Vahid Mustafayev Azərbaycan Memarlıq və İnşaat Universitetində magistr elmi dərəcəsi alır və Universitetin "Fəxri məzunu" adına layıq görülür. Azərbaycanda milli azadlıq hərəkatının genişləndiyi dövrün ilk müstəqil qəzeti kimi 1989-cu ilin oktyabr ayında xalq şairi və ictimai xadim Sabir Rüstəmxanlı tərəfindən nəşrinə başlanılan "Azərbaycan" qəzetində Vahid Mustafayev 1990-cı ilin əvvəllərində "Gənclər Bürosu" adlı şöbə təşkil edir, qəzetin "Koroğlu kəşfiyyatı" adlı məcmuəsini və video əlavəsini yaradır. Azərbaycanda milli azadlıq hərəkatını boğmaq məqsədilə Mixail Qorbaçovun başçılığı ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvarında ölkəyə Sovet Ordusu qoşunlarını yeridəndən sonra Vahid Mustafayev Azərbaycanın ilk hərbi reportyoruna çevrilir və o, Qarabağ uğrunda başlayan və illərlə davam edən müharibədə çəkilişlər aparan ilk azərbaycanlı reportyor olur. O vaxtdan bu günə qədər o, Qarabağla yanaşı, dünyanın bir çox qaynar nöqtələrində – Əfqanıstan, Çeçenistan, Bosniya, Livan, Misir, Liviya və digər ölkələrdə hərbi reportyor kimi çalışır, ölümlə üz-üzə reportajlar hazırlayır və münaqişələr haqda sənədli filmlər çəkir. 1991-ci ildə 23 yaşlı Vahid Mustafayev qardaşı Seyfulla Mustafayev və həmkarı Mir Şahin Ağayevlə birlikdə SSRİ-də ilk özəl müstəqil televiziya şirkəti yaradır və sonradan çox şaxəli media qurumuna çevriləcək bu şirkətə "ANS" adını verir. 1992-ci ilin əvvəlində Vahid Mustafayev daha bir məşhur media şirkəti olan "ANS Press" İnformasiya Agentliyini yaradır və bu agentlik bütün dünyaya Azərbaycan həqiqətlərini çatdıraraq, o illərdə ölkənin düşdüyü informasiya blokadasının yarılmasında mühüm rol oynayır.
Vahid Məmmədli
Vahid Məmmədli (6 yanvar 1965, Qazax) — Azərbaycanlı yazıçı, şair, abstraksionist rəssam, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007), Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü (2009), hüquq elmləri üzrə fəlsəfə doktoru (2003), baş ədliyyə müşaviri, Prezident təqaüdçüsü (2021). Azərbaycan ədəbiyyatında ilk fentezi romanın ("Atropatena dastanı"), dünya ədəbiyyatında ilk qansız döyüş romanının ("Tunc Allahın yükü") müəllifi 2007-ci ildən bədii yaradıcılıqla məşğul olur. Rusiyanın ən böyük nəşriyyatı sayılan "Eksmo" nəşriyyatının müəlliflərindən biri olmaqla, bestsellerlər müəllifi kimi tanınır. Rusiyanın ilk qansız döyüş romanının ("Tunc Allahın yükü"), Azərbaycan ədəbiyyatında isə ilk fentezinin ("Atropatena dastanı" trilogiyası) müəllifidir. Hekayə və povestləri Rusiya, Türkiyə, İngiltərə, Fransa, Avstriya, Almaniya, Yunanıstan, Çexiya, Hindistan, Misir, İran və digər ölkələrin dövri mətbuatında mütəmadi çap olunur.Azərbaycanda böyuk əks-səda doğurmuş çoxepizodlu və ağır cinayət işlərinin istintaqını uğurla başa çatdırmış peşəkar prokuror, ölkədə cinayət əməllərinin tövsifini və istintaq taktikasını mükəmməl bilən mütəxəssislərdən biri, Azərbaycanda cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair müqavilələr praktikasına həsr olunmuş ilk elmi monoqrafiyanın və beynəlxalq cinayət hüququna dair bir çox məqalələrin müəllifidir. Azərbaycan mətbuatında və mediasında, məsələn "Kaspi" qəzetində, "Kult.az" mədəniyyət saytında, "Azadlıq radiosu"nda və "Ulduz" jurnalında müxtəlif yazıları yayımlanıb.20 kitabın müəllifi V. Məmmədlinin əsərləri Rusiyada, Türkiyədə, İngiltərədə, Fransada, Avstriyada, Almaniyada, Yunanıstanda, Çexiyada, Hindistanda, Misirdə və dıgər ölkələrdə çap olunub. Londonda Qafqazla bağlı nəşr olunan "Cənubi Qafqaz" jurnalında "Azərbaycanın pərəstiş olunan yazıçısı" kimi təqdim olunub. Rusiyada Vlad Mamişov təxəllüsü ilə yazıb. "Atropatena dastanı" 11 ölkədə çap olunub. == Həyatı == Vahid Məmməd oğlu Məmmədli 6 yanvar 1965-ci ildə Qazax şəhərində anadan olub.
Vahid Məmmədov
Vahid Məmmədov (alim) — Azərbaycanlı alim. Vahid Məmmədov (şəhid) — Azərbaycanlı şəhid. == Oxşar == Vahid Məmmədli — Azərbaycanlı yazıçı.
Vahid Nadirli
Vahid Məmmədrza oğlu Nadirli (1946, Bakı – 2 avqust 2017, Bakı) — Bakı Metropoliteni rəisi (1987–1993). == Həyatı və fəaliyyəti == Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dəmiryol Nəqliyyatı Texnikumunun, daha sonra isə Rostov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun dəmiryollarının istismarı üzrə mühəndis ixtisasını bitirmişdir. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmiryolunun hərəkət xidmətindən başlamışdır. Burada o, Bakı dəmiryolu sərnişin stansiyasının stansiya növbətçisi, Azərbaycan dəmiryolunun Bakı hissəsinin qatar dispetçeri işləyib. 1974–1975-ci illərdə Bakı metropolitenində böyük qatar dispetçeri kimi fəaliyyətini davam etdirib. 1979-cu ildə Azərbaycan dəmiryolu Bakı şöbəsi rəisinin hərəkət hissəsi üzrə müavini, 1980-ci ildə "Biləcəri" stansiyasının rəisi, 1980–1983-cü illərdə Azərbaycan dəmiryolunun Gəncə bölməsinin rəisi, sonradan Respublika Nazirlər Sovetinin nəqliyyat və rabitə şöbəsinin müdir müavini vəzifələrində çalışıb. 1987-ci il fevralın 21-də Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib. 10 noyabr 1993-cü ildən Azərbaycan Dəmiryolu idarəsinin rəhbəri olmuşdur.Vahid Nadirli 2 avqust 2017-ci ildə Bakıda vəfat edib.
Vahid Naxış
Mustafayev Vahid Fuad oğlu və ya Vahid Naxış (4 sentyabr 1968, Bakı) — Azərbaycan rejissoru, ssenarist, yazıçı və naşir, reportyor və media təşkilatçısı, ANS Şirkətlər Qrupunun prezidenti, VMF Natural Frequencies şirkətinin təsisçisi. == Həyatı == Vahid Mustafayev 4 sentyabr 1968-ci ildə Bakı şəhərində hərbçi ailəsində dünyaya gəlib. Gənc yaşlarından yaradıcılıq fəaliyyətinə qədəm qoyan Vahid Mustafayev keçən əsrin 80-ci illərində Azərbaycanda başlayan milli azadlıq hərəkatına qoşulur, 1988-ci ildə həm müxbir, həm də naşir kimi çalışmağa başlayır və rəsmi icazəsi olmadığı üçün Sovet dövründə "gizli nəşr" sayılan "RokOko" adlı dövri məcmuə dərc edir. 1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olunan Vahid Mustafayev qeyri-formal Tələbə Jurnalistlər Birliyi təşkil edir və bunun sayəsində həm "RokOko" məcmuəsinə müxtəlif ali məktəblərdə təhsil alan yeni fikirli tələbə müxbirləri cəlb etməyə, həm də məcmuəni tələbələr arasında daha geniş yaymağa nail olur və əldən-ələ gəzən bu məcmuə xüsusən gənclər arasında çox böyük rəğbət qazanır. Vahid Mustafayev Azərbaycan Memarlıq və İnşaat Universitetində magistr elmi dərəcəsi alır və Universitetin "Fəxri məzunu" adına layıq görülür. Azərbaycanda milli azadlıq hərəkatının genişləndiyi dövrün ilk müstəqil qəzeti kimi 1989-cu ilin oktyabr ayında xalq şairi və ictimai xadim Sabir Rüstəmxanlı tərəfindən nəşrinə başlanılan "Azərbaycan" qəzetində Vahid Mustafayev 1990-cı ilin əvvəllərində "Gənclər Bürosu" adlı şöbə təşkil edir, qəzetin "Koroğlu kəşfiyyatı" adlı məcmuəsini və video əlavəsini yaradır. Azərbaycanda milli azadlıq hərəkatını boğmaq məqsədilə Mixail Qorbaçovun başçılığı ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvarında ölkəyə Sovet Ordusu qoşunlarını yeridəndən sonra Vahid Mustafayev Azərbaycanın ilk hərbi reportyoruna çevrilir və o, Qarabağ uğrunda başlayan və illərlə davam edən müharibədə çəkilişlər aparan ilk azərbaycanlı reportyor olur. O vaxtdan bu günə qədər o, Qarabağla yanaşı, dünyanın bir çox qaynar nöqtələrində – Əfqanıstan, Çeçenistan, Bosniya, Livan, Misir, Liviya və digər ölkələrdə hərbi reportyor kimi çalışır, ölümlə üz-üzə reportajlar hazırlayır və münaqişələr haqda sənədli filmlər çəkir. 1991-ci ildə 23 yaşlı Vahid Mustafayev qardaşı Seyfulla Mustafayev və həmkarı Mir Şahin Ağayevlə birlikdə SSRİ-də ilk özəl müstəqil televiziya şirkəti yaradır və sonradan çox şaxəli media qurumuna çevriləcək bu şirkətə "ANS" adını verir. 1992-ci ilin əvvəlində Vahid Mustafayev daha bir məşhur media şirkəti olan "ANS Press" İnformasiya Agentliyini yaradır və bu agentlik bütün dünyaya Azərbaycan həqiqətlərini çatdıraraq, o illərdə ölkənin düşdüyü informasiya blokadasının yarılmasında mühüm rol oynayır.
Vahid Novruzov
Vahid Tapdıq oğlu Novruzov (7 yanvar 1950) — Azərbaycan alimi, iqtisad elmləri doktoru, professor (2000); Azərbaycan Respublikası Auditorlar Palatasının sədri (1996–h. h.); Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü. == Həyatı == Novruzov Vahid Tapdıq oğlu 7 yanvar 1950-ci ildə Qərbi Azərbaycanın Allahverdi rayonunda qulluqçu ailəsində anadan olmuşdur. 1964-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1966-cı ildə Bakı şəhəri 31 №li orta məktəbi bitirmiş və həmin il Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetini, 1999-cu ildə isə Bakı Asiya Universitetini bitirmişdir. 1978-ci ildə Q. V. Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda "Xidmət sferasının maddi-texniki təchizatının planlaşdırılmasının normativ bazasının təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi, 1990-cı ildə isə həmin İnstitutda "Müttəfiq respublikalarda sosial-məişət infrastrukturunun inkişaf problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 1972–1992-ci illərdə Dövlət Plan Komitəsi yanında Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda laborant, iqtisadçı, kiçik elmi işçi, bölmə müdiri və şöbə müdiri vəzifələrində çalışmışdır. 1979–1981-ci illərdə Əhaliyə Məişət Xidməti Nazirliyi yanında Layihə Konstruktor Texnologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 1992–1996-cı illərdə Milli Məclis Aparatının İqtisadi Qanunvericilik şöbəsində bölmə müdiri, şöbə müdirinin birinci müavini və şöbə müdiri vəzifələrində çalışmışdır. Vahid Novruzov 1996-cı ilin aprel ayından Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasına sədr vəzifəsinə təyin olunmuşdur.
Vahid Nəzərov
Vahid Əliş oğlu Nəzərov — Azərbaycan Ağır Atletika Federasiyasının sabiq birinci vitse-prezidenti, milli komandanın sabiq baş məşqçisi, SSRİ idman ustası == Haqqında == O, dəfələrlə Azərbaycan çempionu tituluna sahib çıxıb. 32 yaşında beynəlxalq dərəcəli hakim adını alıb. Gənc yaşlarından məşqçilik fəaliyyətinə başlayan Nəzərov 17 il Azərbaycan milli komandasında baş məşqçi işləyib. Onun rəhbərliyi altında yığma 1996-cı il Atlanta, 2000-ci il Sidney və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edib. Ölkə prezidentinin 25 dekabr 2006-cı il dekabr sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb. Nəzərov 1992-ci ildən — 2010-cu ilədək Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti postunda çalışıb. 2009-cu ilin iyul ayında əsas milli komandanın baş məşqçi postundan kənarlaşdırılıb. Onun yerinə bolqarıstanlı Yanko Rusev gətirilib. Nəzərova isə gənclərdən ibarət yığmanın baş məşqçi vəzifəsi tapşırılıb. 1978-ci ildə SSRİ idman ustası olan Nəzərov Azərbaycanda ən gənc əməkdar məşqçi adına layiq görülüb.
Vahid Orucoğlu
Vahid Orucoğlu — aktyor, mətn oxuyan, film səsləndirən. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru. == Həyatı == Vahid Orucoğlu 1986-cı il sentyabr ayının 2-də Bakı şəhərində doğulub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 2007-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. == Teatr səhnəsində əsas rolları == Teatr səhnəsində rolları . Mim - ("İmperator", Elçin) . Savalan - ("Məhv olmuş gündəliklər", İ.Əfəndiyev) . Vasif - ("İblis", H.Cavid) . Tülkü - ("Tülkü Həccə gedir", A.Şaiq) . Şir - ("Cəsur qurbağa balası", L.Ustinov) . Dəvəçi - ("Şeyx Sənan", H.Cavid) . Həbəş - ("Ezop", G.Fiqeyredo) . Banda üzvü - ("Oliver Tvistin macəraları", Ç.Dikkens) . Şagird - ("Mənim ağ öyərçinim", T.Vəliyeva) . Müəllim - ("Əcəl atı", V.Əlixanlı) . Döyüşçü - ("Romeo və Cülyetta", U.Şekspir) . Ağagül - ("Buzovna kəndinin əhvalatları", Elçin) . Qara div - ("Şahzadə Xəzərin nağılı", K.Ağabalayev, N.Kazımov) . Həsən - ("Əlincə qalası", Dilsuz) . Qaraçı - ("Qaraca qız", S.S.Axundov, A.Şaiq) . Nağılçı - ("Şəngülüm. Şüngülüm, Məngülüm", M.Müşfiq) . II Arlekin - ("Buratinonun macəraları", A.Tolstoy) . Rulle - ("Balaca və damda yaşayan Karlson", A.Lindqren) . Uşaq və kukla - ("Danışan gəlincik", A.Şaiq) . Aşbaz - ("Yatmış gözəl", B.Marvin) . I qatil - ("III Riçard", U.Şekspir) . Alabaş - ("Dəcəl keçi", P.Nurəliyeva) . Şirməmməd - ("Məlikməmməd və sehrli almalar", Azərbaycan xalq nağılı) . I çöl ördəyi - ("Çirkin ördək balası", H.X.Andersen) . Bosxomci - ("Qohumlar", V.Şuqrayeva, Ə.Əmirli) . Mələk; şagird; dost - ("Xortdanın cəhənnəm məktubları", Ə.B.Haqverdiyev) . Mixaylo - ("Ünvansız qatar", Əli Əmirli) . Alik - ("Yarımcıq qalmış", Y.Abramov, L.Bəyim) . Balqabaq - ("Çippolino", C.Rodari) . Tənbəl Əhməd - ("Tənbəl Əhməd", Azərbaycan xalq nağılı. Səhn.: Ə.Qurbanov) . Qldurbaşı - ("Sindbad", Ərəb xalq nağılı) . Səlim - ("Ana", H.Cavid) . Peggi Blunun atası - ("Tanrıya 14 məktub", E.E.Şmidt) . Mazandaranski - ("Oqtay Eloğlu", C.Cabbarlı) . Rasim - ("Şəhərin qış gecələri", Anar) . Toğrul – (“Balaca yaramaz məxluq” İsmayıl İman) . Stansiya rəisi– (“Kod adı VXA” Mehriban Ələkbərzadə) == Filmoqrafiya == Sirat körpüsü (film, 2007) Məhkumlar (film, 2007) Tamahkar (film, 2007) Böhtan (film, 2008) Tərsinə çevrilə dünya (film, 2011) Həyat varsa...
Vahid Qazi
Vahid Qazi (tam adı: Qazi Vahid Pərviz oğlu; 22 mart 1968, Ağdam) — Azərbaycanlı yazıçı, publisist, bloger. == Həyatı == Vahid Qazi 22 mart 1968-ci ildə Ağdam şəhərində anadan olub. Ağdam şəhəri 1 saylı orta məktəbində oxuyub. 1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1992-ci ildə oranı bitirib. 1986–1988-ci illərdə Sovet ordusunda xidmət edib. Azərbaycan və İsveç Yazıçılar Birliyinin üzvüdür. Əsərləri rus, ingilis, isveç, ukrayna, latış, polyak, türk dillərinə çevrilib. Bir çox ölkədə keçirilən konfranslarda iştirakçı olub, demokratiya problemləri mövzusunda çıxışlar edib. Keçmiş kommunist ölkələrində demokratik mübarizələrə beynəlxalq dəstək layihələrində fəallıq göstərib. Azərbaycanın şəhər və kəndlərində vətəndaş cəmiyyətinin gəlişməsi üçün minlərlə insanı əhatə edən layihələrdə təşkilatçılıq edib.
Vahid Quliyev
Vahid Həbibulla oğlu Quliyev (20 sentyabr 1955, Qumlaq, Cəbrayıl rayonu) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünayaya göz açmışdır. Uşaqlıq illəri Niyazqullar kəndində keçmişdir. O, 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirmişdir. Bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində çalışmışdır. 1974-cü ildə ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində keçmişdir. 1976-cı ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilmişdir. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıdır və "Azon" Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edilir.
Arpa (ölçü vahidi)
Arpa – əsasən türk xalqlarının məişətində çəki ölçü vahidi. == Ümumi məlumat == Arpa türk sözü olub, ondan bir çəki vahidi kimi əsasən türk xalqlarının məişətində istifadə olunmuşdur. Başqa xalqlar bu çəki vahidini türklərdən götürmüşlər. Arpanın tibbi ədəbiyyatlarda 37,5 qr-a bərabər olduğu göstərilir. Azərbaycanda əski çağlardan bəri daha çox qızıldan, az hallarda isə gümüşdən hazırlanan qadın boyunbağısı da "arpa" adlanmışdır. Həmin boyunbağının xırda hissələri arpaya bənzəməklə, hər birinin çəkisi də 1 arpaya bərabər olmuşdur. Xalq çəki və ölçü vahidlərinin öyrənilməsində folklora və yazılı ədəbiyyata müraciət etmədən keçinmək mümkün deyil, çünki bu zəngin söz xəzinəsində xalq çəki və ölçü vahidləri haqqında çox geniş bilgilər var. Həmin ölçü vahidlərindən istifadə olunması XIX əsrin axırları və XX əsrin əvvəllərində eyni əhəmiyyət kəsb edirdi. Nizami Gəncəvi "Yeddi gözəl" poemasında deyirdi: == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə.
Astronomiyada zaman vahidləri
Zaman materiyanın varlıq formasıdır. Materiya məkansız təsəvvür oluna bilmədiyi kimi zamansız da təsəvvür oluna bilməz. Materiya yalnız məkanda və zamanda mövcud ola bilər. Astronomiyada əsas zaman vahidi Yerin öz oxu ətrafında fırlanma dövrüdür. Bu zaman vahidi gün adlanır. Gün seçilmiş göy cisminin və ya xəyali bir nöqtənin verilmiş coğrafi meridianda iki ardıcıl eyni adlı kulminasiyası arasındakı vaxtdır. Göy sferində seçilmiş cismə və ya nöqtəyə görə gün xüsusi ad alır. Məsələn, həqiqi Günəş günü, orta Günəş günü, ulduz günü və s. Bu günlərin uzunluğu bir qədər fərqlidir. Kiçik zaman fasilələrini ölçmək üçün günün hissələrindən istifadə olunur.
Ayaq (ölçü vahidi)
Ayaq — qədim uzunluq ölçü vahidi. == Ümumi məlumat == Addım, qulac, qarış və dirsək türk sözləri olub, bu gün də bir çox xalqların, xüsusilə türk xalqlarının, eləcə də azərbaycanlıların həyat və məişətində uzunluq ölçmək üçün geniş şəkildə işlənməkdədir. Bu da onların dəqiq ölçülərə daha çox yaxınlığı ilə bağlıdır. Xalqımızın məişətində əski çağlarda işlənmiş, lakin bu gün öz əhəmiyyətini demək olar ki, itirmiş uzunluq ölçüsü vahidləri də vardır. İnsanın bədən üzvləri ilə ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aid etmək olar. Addım, qarış, qulac və dirsəyə nisbətən ayaq uzunluq ölçü vahidi az işlənmiş, tədricən unudularaq arxaikləşmişdir. Bu gün ayaqdan uzunluq ölçmək üçün istifadə edildiyinə rast gəlinməsə də, xalqın yaratdığı və öz məişətində uzun illər boyu işlətdiyi uzunluq ölçü vahidlərindən biridir. Hal hazırda kiçik yaşlı uşaqlar oyun oynayarkən müxtəlif oyunlar zamanı ayaq ölçü vahidindən istifadə edirlər. Azərbaycanda işlənən "ayaq" təxminən yarım inşaat arşınına (0,76 sm : 2 = 0,38 sm ) bərabər götürülmüşdür. Hazırda məişətimizdə işlənən sacayağı da "ayaq" ölçü vahidindən yaranmışdır.
Azərbaycan Respublikasının pul vahidi
Azərbaycan manatı (işarəsi: ₼) — Azərbaycan Respublikasının pul vahidi. == Tarixi == === İlk buraxılış === Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu. Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeqanə ödəniş vasitəsi olması tətbiq olundu. === Yeni nəsil pul nişanları === Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi yasaqdır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur.
Azərbaycan milli ölçü vahidləri
Azərbaycanlıların uzunluq ölçüsü olaraq addım, qulac (qolac), qarış, çərək (bəzi bölgələrdə qimey), dirsək, ayaq, barmaq və s.-dən ibarətdir. Etnoqrafik materiallar azərbaycanlıların təsərrüfat və məişət həyatında çəki və ölçü vahidlərindən son zamanlara qədər, bəzilərindən isə elə indi də istifadə olunduğunu göstərir. Orta əsrlərdə Azərbaycanda olmuş ərəb coğrafiyaşünas-səyyahların əsərlərində gün, mil, sikkə, mərhələ, bərid, dirsək, qarış və başqa bu kimi ölçü və çəki vahidlərinin adlarına rast gəlinir. Bəzi alimlər uzunluq ölçmək üçün yumruq, pəncə, gireh (4,4 sm), buğum, darı, tutmalaq (ovuc), güllük, bəhrə, kar, kəndir, ip, sicim, tənab, ciyədən də istifadə olunduğunu yazırlar. Azərbaycan xalqının məişətində baş, boyun, diş, kəllə, top, düymə və s. sözlər say və miqdar bildirmək məqsədilə qədim vaxtlardan bu günə qədər geniş şəkildə işlənməkdədir. == Ədəbiyyat == Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
Ağac (ölçü vahidi)
Ağac — riyaziyyatda əski çağlarda məsafələri ölçmək üçün istifadə edilən uzunluq ölçü vahidi. == Ümumi məlumat == Alimlər uzun illər apardıqları ciddi araşdırmalar nəticəsində belə bir fikrə gəlmişlər ki, Azərbaycan ərazisi mədəni əkinçiliyin ən qədim ocaqlarındandır. Sonrakı mədəni-təsərrüfat inkişafı zəminində cəmiyyətin istehsal münasibətlərində baş verən köklü dəyişikliklər məhsuldar qüvvələrin, eləcə də əmək alətlərinin yeni-yeni formalarının yaranmasına müsbət təsir göstərmişdir. Bu dövrdə qədim əcdadlarımızın düşünmə qabiliyyəti artmış, həyatın bəzi sirlərini dərk etmək bacarığı çoxalmış, onlar əkinəcəklərdə, torpaq sahələrində, mal-qaranın sayının müəyyənləşdirilməsində, yaşayış evlərinin tikintisində və digər yüzlərlə həyati işlərdə ölçüyə - hesablamaya ehtiyac duymuşlar. Odur ki, zaman keçdikcə, daha dəqiq və mükəmməl ölçü vahidləri meydana çıxmışdır. Ağac uzunluq ölçü vahidi də məhz belə yaranmışdır. Ağac bu gün ölçü vahidi kimi işlədilmir. Ancaq əski çağlarda, xüsusilə orta əsrlərdə uzaq məsafələri ölçmək üçün ağacdan daha çox istifadə edilmişdir. Bir ağac təxminən 6-7 km-ə bərabər götürülmüşdür. Altıağac yaşayış məskəninin adının da bu ölçü vahidi ilə bağlı yarandığını düşünməyə əsas verən ən tutarlı fakt odur ki, Şamaxıdan Altıağaca qədər olan məsafə 6-7 ağaca, yəni təxminən 50 km-ə bərabərdir.
Bakı N vahidi
Azərbaycan Sülhməramlı Qüvvələri (ing. Azerbaijani peacekeeping forces) və ya Bakı N vahidi (ing. Baku N unit) — Azərbaycan Quru Qoşunlarının əsas sülhməramlı hərbi vahidi. 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparıblar. Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı ordusu 1997-ci ildə yaranmış, sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında birləşmişdir. == Fəaliyyət == === Kosovo === 17 fevral, 2008-ci ildə Kosovo parlamenti müstəqillik elan etdikdən sonra, 26 fevral, 2008-ci ildə Azərbaycanın Prezidenti İlham Əliyev Kosovadan Azərbaycanın sülhməramlı bölməsinin çıxarılması ilə bağlı Milli Məclisə müraciət etdi. Müraciətə Milli Məclis tərəfindən 4 mart, 2008 tarixdə baxıldı və 87 səslə (3 səs əleyhinə, 2 səs bitərəf) qəbul edildi. Azərbaycan sülhməramlı bölməsi 34 hərbçidən ibarət idi ki, bunlardan da biri zabit, biri çavuş və 32-si əsgər idi. Azərbaycan sülhməramlı bölməsi Kosovada Türkiyə sülhməramlı qoşunlarının tərkibində xidmət edirdi. Azərbaycan hərbçiləri Kosovada 18 kəndə nəzarət edirdilər.
Barmaq (ölçü vahidi)
Barmaq — artıq məişətdə istifadə edilməyən qədim uzunluq ölçü vahidlərindən biri. == Ümumi məlumat == Addım kimi artıq məişətdə istifadə edilməyən qədim uzunluq ölçü vahidlərindən biri də barmaqdır. Hələ qədim şumerlərin yaratdıqları "Əkinçinin təqvimi"ndən görünür ki, onlar da barmaqdan ölçü vahidi kimi istifadə etmişlər. S.N.Kramer həmin təqvimin mətnini tərcümə edərkən "qarış" kimi barmaq sözünü də orijinalda olduğu kimi saxlamışdır. "Əkinçiyə hər qarış torpağı səkkiz şırım etmək məsləhətdir. O, elə etməlidir ki, toxumlar torpağa "iki barmaq" dərinliyində düşsün". Barmaq, adından da göründüyü kimi, bir barmağın uzunluğuna bərabərdir: "Kərim baba çubuğun ortasından iki barmaq qədər kəsib, üstünü götürdü".Burada barmaq eninə olaraq nəzərdə tutulur.Yəni başı aşağı deyil yana baxacaq şəkildə göstərilməlidir == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh.
Barrel (həcm vahidi)
Barrel (ing. barrel — çəllək) — maye həcminin qədim ingilis ölçü vahidi. Qısaca: br. == Pivə barreli == Pivə və elin ölçülməsi üçün İngiltərədə qədimdən pivə barrelindən istifadə edirdilər: 1 pivə barreli = 2/3 xoqsxed = 2 kilderkin = 4 ferkin. Müxtəlif əsrlərdə pivə barrelinin ölçüsü müxtəlif olurdu. Məsələn: 1454-cü ildə pivə və elin ölçü asılı olaraq barrelin ölçüsü müxtəlif olurdu . 1 barrel = 32 el qallon 147,88 litr = 36 qallon pivə 166,36 litr. 1688-ci ildə: 1 barrel = 34 el qallonu = 157,12 litr. 1803-cü ildə: 1 barrel = 36 el qallonu = 166,36 litr. 1824-cü ildə: 1 barrel = 36 ingilis qalonu = 163,66 litr.
Batman (ölçü vahidi)
Batman – Şərq metrologiyasında geniş yer tutan qədim çəki vahidi. == Haqqında == Batman Girvənkədən böyük çəki vahididir. Kitabi Dədə Qorqud dastanlarında “Kafər altmış batman kür salardı”, “Hər atanda on iki batman taş atardı” və s. şəkildə adı çəkilir. Orta əsr mənbələrində “batman” “man” termini ilə yanaşı işlənmişdir. “Batman” ölçüsü müasir sorğu kitablarında bir qayda olaraq 20 girvənkəyə və ya 8 kiloqrama bərabər tutulur. Əslində isə batman (man) öz real ölçüsünə görə fərqlənir. Bu isə ölçü sisteminin vahid standartı olmadığından irəli gələn qüsur idi. Tədqiqatçılar hələ X əsrdə şərqdə müxtəlif man (batman) ölçüləri olduğunu və lap yaxın dövrlərə qədər geniş istifadə edildiyini qeyd edirlər. Lakin ticarət münasibətlərinin inkişafı ölçülərin islahatını tələb edirdi.
Baş (ölçü vahidi)
Baş - qədim ölçü vahidi. == Ümumi məlumat == Azərbaycan xalqının məişətində baş, boyun, diş, kəllə, top, düymə və s. sözlər say və miqdar bildirmək məqsədilə ta qədim vaxtlardan bu günə qədər geniş şəkildə işlənməkdədir. Baş sözü əsasən say bildirir. Heyvanların sayı başla hesablanır: beş baş quzu, on baş qoyun, üç baş inək. İnsanlar üçün işlədilən "baş" sözü əsasən ailə üzvlərinin sayını bildirir (məs.: "beş baş külfət"). Baş sözündən xalq arasında axar suyun miqdarını ölçmək üçün də istifadə olunmuşdur. Suvarma işlərində işlədilən suyun miqdarı başla ölçülmüşdür. Bir baş suya bellik deyilir. Görünür, bu bir bel ağzı dərinlikdə qazılmış arxı dolduran suya bərabərdir.
Beynəlxalq Vahidlər Sistemi
Beynəlxalq Vahidlər Sistemi (BS, beynəlxalq abreviaturada: SI; ing. International System of Units, fr. Le Système International d'Unités) — gündəlik həyatda eləcə də, elm və texnikanın bütün sahələrində istifadə olunan ən geniş yayılmış vahidlər sistemi. Beynəlxalq Vahidlər sistemi 1960-cı ildə yaranmışdır. == Əsas vahidlər == Beynəlxalq vahidlər sistemində əsas vahidlərin sayı yeddidir və bunlardır: uzunluq vahidi – metr (m) — platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir. 1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır. 1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr – işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi – saniyə (san) — sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır. kütlə vahidi – kiloqram (kq) — platin-iridium xəlitəsindən hazırlanmış silindirşəkilli etalonun kütləsidir. maddə miqdarı – mol (mol) — kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır.
Beynəlxalq vahidlər sistemində əsas vahidlər
Beynəlxalq Vahidlər Sistemi (BS, beynəlxalq abreviaturada: SI; ing. International System of Units, fr. Le Système International d'Unités) — gündəlik həyatda eləcə də, elm və texnikanın bütün sahələrində istifadə olunan ən geniş yayılmış vahidlər sistemi. Beynəlxalq Vahidlər sistemi 1960-cı ildə yaranmışdır. == Əsas vahidlər == Beynəlxalq vahidlər sistemində əsas vahidlərin sayı yeddidir və bunlardır: uzunluq vahidi – metr (m) — platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir. 1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır. 1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr – işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi – saniyə (san) — sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır. kütlə vahidi – kiloqram (kq) — platin-iridium xəlitəsindən hazırlanmış silindirşəkilli etalonun kütləsidir. maddə miqdarı – mol (mol) — kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır.
Boyun (ölçü vahidi)
Boyun - qoşqu heyvanlarına aid ölçü vahidi. == Ümumi məlumat == Boyun sözü qoşqu heyvanlarına aiddir. Bir boyun bir cüt deməkdir: bir boyun öküz, bir boyun cöngə, bir boyun kəl və s. Boyunduruq sözü də boyun sözündən yaranmışdır. Bir boyunduruğa iki heyvan qoşulur və bu da bir boyun adlanır. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 462.
Departament (inzibati-ərazi vahidi)
Departament (fr. département, isp. departamento) — bir sıra ölkələrdə inzibati-ərazi vahidi 1, 2 və ya 3 dərəcələrindədir. İlk dəfə Böyük Fransa inqilabı dövründə Fransanın departamentlərə bölünməsi ilə başlandı. Bu müddəanın inzibati vahidləri təyin etmək üçün əsasən əvvəlcədən Fransanın və ya İspaniyanın, eləcə də rəsmi dilin fransız və ya ispan olduğu ölkələrdə istifadə edilir.
Dünya ölkələrinin pul vahidləri
== Avropa pul vahidləri ==
Düymə (ölçü vahidi)
Düymə — ölçü vahidi. Niderland dilində mənası baş barmaq deməkdir. == Ümumi məlumat == Düymə ("düym" sözündəndir, niderland dilində "duim" — baş barmaq) xalq arasında bu gün də işlənən ölçü vahididir. Əsasən bəzi Avropa ölkələrində qeyri-metrik ölçü sistemində uzunluq vahididir. Tarixən kişi baş barmağının eni kimi götürülmüşdür. Müasir dövrdə "düymə" dedikdə adətən ingilis düyməsi başa düşülür: 1 düymə 25,4 mm-ə və ya 2,54 sm-ə bərabər götürülmüşdür. Düymədən daha çox boruların iç diametrini ölçmək üçün istifadə olunur. Bir düymə borunun daxili diametri 25,4 mm-ə, yarım düymə borunun iç diametri isə 25 mm-in yarısına yox, 15 mm-ə bərabərdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Düyün (ölçü vahidi)
Düyün — sürəti ölçmək üçün vahid. 1 düyün 1 NM/saata bərabərdir. Dənizçilikdə və aviasiyada istifadə edilir. 1 NM(ing.
Elbrus Vahidov
Elbrus Vahidov (5 iyun 1951, Ağdaş) — qrim rəssamı, qrim ustası, aktyor, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2000) və əməkdar incəsənət xadimi. == Həyatı == Elbrus Əbdülvahid oğlu Vahidov 5 iyun 1951-ci ildə Ağdaşda anadan olub. Gənc yaşlarından "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. Qrim üzrə rəssam kimi ilk müstəqil işi "Tütək səsi" filmindən başlayıb. 40-a qədər filmdə qrim üzrə rəssam olub. Əməkdar incəsənət xadimidir. Aktrisa Svetlana Vahidovanın qardaşıdır. == Filmoqrafiya == Yeddi oğul istərəm... (film, 1970) Mücrü (film, 1973) 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) Tütək səsi (film, 1975) Firəngiz (film, 1975) Xoşbəxtlik qayğıları (film, 1976) Ad günü (film, 1977) (tammetrajlı bədii film)-qrim rəssamı Vulkana doğru (film, 1977) Dantenin yubileyi (film, 1978) İstintaq (film, 1979) Bizi bağışlayın (film, 1979) Onun bəlalı sevgisi (film, 1980) Bağlı qapı (film, 1981) Üzeyir ömrü (film, 1981) Park (film, 1983) Tənha narın nağılı (film, 1984) Bəyin oğurlanması (film, 1985) Qanlı zəmi (film, 1985) Şəhərli biçinçilər (film, 1986) Aşkarsızlıq şəraitində... (film, 1986) İşarəni dənizdən gözləyin (film, 1986) Özgə ömür (film, 1987) Araqarışdıran (film, 1987) Yaramaz (film, 1988) Ölsəm...
Elektron idarəetmə vahidi
Elektron idarəetmə bloku (EİB) — elektronikada bir və ya bir neçə elektrik sistemini və ya alt sistemləri idarə edə bilən istənilən quraşdırılan sistemlər üçün ümumi termindir.
Elektron nəzarət vahidi
Elektron idarəetmə bloku (EİB) — elektronikada bir və ya bir neçə elektrik sistemini və ya alt sistemləri idarə edə bilən istənilən quraşdırılan sistemlər üçün ümumi termindir.
Erkin Vahidov
Erkin Vahidov(özb. Erkin Vohidov, Эркин Воҳидов; 28 dekabr 1936, Altıarıq rayonu[d], Fərqanə vilayəti – 30 may 2016, Daşkənd) — Özbək şairi, tərcüməçisi. == Həyatı == Erkin Vahidov 1936-cı ildə Fərqanə vilayətinin Altıarıq nahiyəsində anadan olmuşdur. Sonralar ailələri Daşkəndə köçdüyündən taleyi bu şəhərlə bağlanmışdır. Orta təhsilini başa vurduqdan sonra Daşkənd Pedaqoji institutuna daxil olmuşdur. E.Vahidov 1960-cı ildə institutun filologiya fakültəsini bitirmişdir. İnstitutu bitirərək o, Q. Qulam adına Ədəbiyyat və sənət nəşriyyatında məsul vəzifələrdə çalışmışdır. Sonra "Gənclik" Jurnalının baş redaktoru olmuşdur. 1983-cü ildə "Şərq üfüqləri" toplusuna görə Özbəkistan Dövlət mükafatına layiq gö rülmüşdür. E.Vahidov ədəbiyyata 60-cı illərin başlanğıcında gəlmişdir.
Farad (ölçü vahidi)
Farad (işarəsi: F) – elektrik tutumunun (işarəsi: C) vahididir. BS-də törəmə vahiddir. Bu termin ingilis fiziki və kimyaçısı Maykl Faradeyin şərəfinə adlandırılmışdır.

Digər lüğətlərdə

гиперболи́зм обезвре́дить огнетуши́тель подта́кивать тарнами́д вы́думщица далеко ходить не прихо́дится косма́титься разда́ивание слони́ха солоди́ться теплообме́нный aubaine broad-based Brownie enchain fir-needle gift-wrap Grand Banks plumbago swallow-wort вдохновитель нарождаться обвисший проведать