vakuum-rele

vakuum-rele
vakuum-proses
vakuum-spektroqraf
OBASTAN VİKİ
Vakuum
Vakuum — heç bir şeyin olmadığı yerdir, başqa sözlə desək, boşluqdur. Bu söz latınca "vakuus" sözündən yaranmışdır və "boşluq" mənasını verir. Əslində tam vakuum mövcud deyil. Siz metal qabdan havanı nə qədər sorub çıxarsanız da, havanın müəyyən miqdarı yenə də orada qalacaqdır. Belə qismən boş olan yer yarımçıq vakuum adlandırılır. Hava həmişə vakuumu doldurmağa çalışır və bizim ağciyərlərimizin işi bu prinsipə əsaslanmışdır. Biz nəfəs verəndə сiyərlərimizdə yarımçıq vakuum alınır və nəfəs aldığımız zaman hava onu doldurmağa çalışır. Amma boşluq heç də həmişə hava ilə dolmur. Əgər biz stəkandakı limonadı çöplə içsək, onda ağzımızda olan yarımçıq vakuum hava deyil, limonad dolduracaqdır. Yarımçıq vakuum təyyarələrə havada qalmağa yardım göstərir.
Rele
Rele — elektriklə işləyən çevirmə cihazı. Bir çox relelər elektromaqnitdən istifadə etməklə mexaniki olaraq mexanizmi dəyişirlər. Relelər adətən bir çox əməliyyatları cəmi bir siqnalla idarə etmək, eləcə də bir çox əməliyyatları aşağı güclü siqnallar vasitəsilə idarə etmək üçün istifadə olunurlar. İlk relelər uzunməsafəli teleqraf xətlərində bir yerdən gələn siqnalın digər istiqamətə yönəldilməsi üçün təkrar olunması məqsədi ilə istifadə olunurdular. Relelər telefon mübadiləsi və ilk kompüter nəsillərində məntiqi əməliyyatları aparmaq üçün istifadə olunurdular. 1809-cu ildə Samuel Tomas von Sömmerrinq elektrokimyəvi teleqrafın tərkib hissəsi kimi elektrolit releni layihələndirdi. Amerikan alim Yozef Henrinin və ingilis ixtiraçı Edvard Davinin də relelərin kəşfi istiqamətində fəaliyyətləri olub. İndi rele adlandırdığımız sadə qurğu 1840-cı ildə Samuel Morsenin teleqraf patentinə daxil edilib. "Rele" sözünə texniki ədəbiyyatlarda 1860-cı ildən rast gəlinir. Rele mühafizəsi qurğuları aşağıdakı tələblərə cavab verməlidir: Selektivlik dedikdə, rele mühafizəsinin seçicilik qabiliyyəti nəzərdə tutulur.
Vakuum borusu
Vakuum borusu (Vacuum tube) – elektron selini idarə etmək üçün metal elektrodlardan və tordan ibarət şüşə boru; vakuum yaratmaq üçün həmin borudan, demək olar ki, bütün qazlar çıxarılıb. 1950-ci illərdə yarımkeçiricilərin meydana çıxmasından qabaq vakuum boruları elektron sxemlərdə gücləndirici və açarların funksiyasını yerinə yetirirdi. Onlardan bu gün də müəyyən qurğularda, məsələn, çox yüksək səviyyəli gücün tələb olunduğu katod-şüa borularında istifadə olunur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Rele şəbəkəsi
Rele şəbəkəsi — adətən simsiz şəbəkələr barəsində işlənir, bu, elə bir şəbəkə formasıdır ki, mənbə və son nöqtə bir neçə düyünlər vasitəsilə qarşılıqlı əlaqələndiriliblər. Belə şəbəkədə mənbə və son nöqtə bir-biri ilə birbaşa olaraq əlaqə saxlaya bilmir, çünki onlar arasında məsafə onlar arasında məlumat ötürülən yoldan daha uzun olur. Ona görə də araqlıq düyünlərdən rele şəbəkəsi vasitəsilə istifadə olunur.
Rele mühafizəsi qurğularına qoyulan tələblər