VALENT

хим. прил. валентный. Valent birləşmələri валентные соединения, valent kristallar валентные кристаллы, valent sxemi валентная схема
VALEHLİK
VALENT-OPTİK
OBASTAN VİKİ
Valent rabitələr nəzəriyyəsi
Valent rabitələr nəzəriyyəsi (VRN) - kompleks birləşmələrin öyrənilməsinə tətbiq edilən ilk kvant mexaniki nəzəriyyədir. Valent rabitələr nəzəriyyəsinin əsası əsrimizin 30-cu illərində Amerika kimya alimi L.Polinq tərəfindən qoyulmuşdur. VRN bütün digər kvant mexaniki nəzəriyyələr kimi dəqiq olmayıb, məsələni müəyyən yaxınlaşmalarla həll edir. Bu nəzəriyyə kimyəvi rabitəni adi hallarda olduğu kimi iki elektronlu rabitə kimi qəbul edir və bunu kompleks birləşmələrə də aid edir. Kompkleks birləşmələrdə kimyəvi rabitə bir qayda olaraq, kompleksəmələgətiricinin müxtəlif yarımsəviyyələrinin (s-, p- və d-yarımsəviyyələrin) iştirakı ilə əmələ gəlir. Buna əsasən bir kompleks birləşmədə hətta eyni növ liqandlar olduğu halda belə kimyəvi rabitələr eyni təbiətə malik olmamalıdır. Məsələn, sferik simmetriyaya malik olan s- elektronun əmələ gətirdiyi rabitə, elektron buludunun sıxlığı tamamilə başqa cür paylanan p-elektronun əmələ gətirdiyi rabitə ilə eyni olmamalıdır. Lakin təcrübədə əldə edilən nəticələr bunun əksini göstərir. Müəyyən edilmişdir ki, liqandlar eyni olduğu halda onların kompleksəmələgətirici ilə əmələ gətirdiyi bütün rabitələr eyni təbiətə malik olur. Yəni rabitələr möhkəmlik dərəcəsinə, valentlik bucağı və uzunluğuna görə bir-birindən fərqlənmir.
Darevskia valentini
Valentin kərtənkələsi (lat. Darevskia valentini) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Bu növ alman naturalist Jan Valentinin (1868—1898) şərəfinə adlandırılmışdır. O, Qustav İvanoviçlə birlikdə 1890-cı ildə bu növü Qarabağda tətqiq etmişdir. Ümumi uzunluğu 18—21 sm təşkil edir. Başı sıxılmış formaya malikdir. Pulcuqları hamardır. Bədəni yuxarı hissədə sarı-yaşıl, mavi-yaşıl və ya yaşımtıl-sarı rəngdə olur. Belində qara nöqtələr vardır. Başının üzərində qara qeyri-müəyyən formaya malik olan nöqtələr vardır.
Hordeum vulgare var. valentinae
Matviyenko Valentina
Valentina İvanovna Matviyenko, qızlıq soyadı Tyutina (rus. Валентина Ивановна Матвиенко, Тютина; d. 7 aprel 1949, Şepetovka, Xmelnitski vilayəti, Ukrayna SSR) – Sankt-Peterburq şəhərinin qubernatoru (5 oktyabr 2003-2011). Valentina Matviyenko 7 aprel 1949-cu ildə Ukrayna SSR-də anadan olmuşdur. 1967-ci ildə Leninqrada köçmüşdür. 1972-ci ildə Leninqrad Kimya-Əczaçılıq İnstitutunu bitirmişdir. 5 oktyabr 2003-cü ildən 2011-ci ilədək Sankt-Peterburq şəhərinin qubernatoru olmuşdur. 21 sentyabr 2011-ci ildə Rusiya Federasiya Şurasının spikeri seçilmişdir.
Metaseiulus valentii
Metaseiulus valentii (lat. Metaseiulus valentii) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Migel Valente
Migel Valente (16 iyul 1993) — Braziliyalı üzgüçü. Migel Valente Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Migel Valente birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:22.57 saniyəlik nəticəsi ilə 31-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
My Bloody Valentine
My Bloody Valentine — 1983-ci ildə Dublin, İrlandiyada qurulmuş alternativ rok grubudur. Qrupun əsas xüsusiyyəti şuqeyzinq janrının ən öncül qruplarından olmasıdır. Qrup öz adını aynı adlı filmden götürüb. Qrup, müğənni və gitaraçı Kevin Shields ilə Colm Ó Cíosóig tərəfindən yaradılmışdır. Qrubun 1991-ci ildə çıxaran 2-ci albomü Loveless ilə alternatfiv rok dünyasında yeni bir dönəm başladı. Studiya albomları Isn't Anything (1988) Loveless (1991) mbv (2013) Mini albomlar This Is Your Bloody Valentine (1985) Ecstasy (1987) EPler Geek!
Müqəddəs Valentin Günü
Müqəddəs Valentin Günü, Sevgililər günü kimi də tanınan, başlanğıc tarixi qədim Roma İmperiyası dövrünə təsadüf edən, Katolik xristianların inancına görə bayram edilən tarixi gün. Qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik edilərdi. 15 fevral günündə isə Luperkalia Bayramı başlayırdı. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qaydalar ilə məhdudlaşdırılmış, bunun təbii nəticəsi olaraq birlikdə həyata şansı olmayan bu gənclər yalnız bu bayram müddətində belə olsa bir-birlərinin partneri olurdular. Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi köhnə bir ənənə olan və Luperkalia Bayramının ərəfə günü edilən bir püşk ilə müəyyən olurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılıbsa o qızla bayram əyləncələri boyunca birlikdə cinsi həyat yaşayırdılar. III əsrdə Roma imperiyasına başçılıq edən İmperator II Kladius tarix qaynaqlarında bu hallara son qoymaq istəyən əxlaqi dəyərlərə önəm verən bir imperator kimi xarakterizə olunub.
Müqəddəs Valentin günü (film, 2013)
Müqəddəs Valentin günü (lit. Valentinas vienas) — litvalı rejissor Donatas Ulvydasın komediya janrında filmi. 2013-cü ildə çəkilmişdir. Açıq və həyəcanlı romantik komediyada gənc insanların, onların Müqəddəs Valentin günündə yaşanan ehtiras və sevgiləri haqqdadır. Gecə boyu bir oğlanla macəra axtaran qız, əvvələr evli cüt öz soyumuş hisslərini canlandırmağa cəhd göstərir, uşaqlıqda bərk dost olan cütlük özləri üçün yeni bir səviyyəni tapmaq istəyir — onlar hamısı bu əzablardan qurtararaq yalnız sevgi axtarışındadırlar...
Müqəddəs Valentin günü (film, 2013 )
Müqəddəs Valentin günü (lit. Valentinas vienas) — litvalı rejissor Donatas Ulvydasın komediya janrında filmi. 2013-cü ildə çəkilmişdir. Açıq və həyəcanlı romantik komediyada gənc insanların, onların Müqəddəs Valentin günündə yaşanan ehtiras və sevgiləri haqqdadır. Gecə boyu bir oğlanla macəra axtaran qız, əvvələr evli cüt öz soyumuş hisslərini canlandırmağa cəhd göstərir, uşaqlıqda bərk dost olan cütlük özləri üçün yeni bir səviyyəni tapmaq istəyir — onlar hamısı bu əzablardan qurtararaq yalnız sevgi axtarışındadırlar...
Quercus valentina
Quercus velutina (lat. Quercus velutina) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Quercus coccinea var. nigrescens A.DC. Quercus coccinea var. tinctoria (Bartram) A.DC. Quercus discolor Aiton Quercus leiodermis Ashe Quercus magnifica Dippel [Invalid] Quercus missouriensis Ashe Quercus rubra var. tinctoria (Bartram) Kuntze Quercus tinctoria Bartram Quercus tinctoria Michx. Quercus tinctoria var. angulosa Michx. Quercus tinctoria var. macrophylla Dippel Quercus tinctoria var.
Rubus valentinus
Yapışqanyarpaq böyürtkən (lat. Rubus ulmifolius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Rubus abruptus Lindl. Rubus aetneus Tornab. Rubus albescens Boulay & Gillot Rubus amoenus var. hispanicus (Willk.) Willk. Rubus amoenus var. microphyllus Lange Rubus appenninus Evers Rubus bellidiflorus hort. ex K.Koch Rubus bujedanus Sennen & T.S.Elias Rubus castellanus Sennen & T.S.Elias Rubus cocullotinus Evers Rubus crispulus Gand. Rubus discolor Syme Rubus discolor Weihe & Nees Rubus discolor subsp.
Rudolf Valentino
Rudolph Valentino (6 may 1895 - 23 avqust, 1926) - İtaliya və Amerika aktyoru, kimi tanınan bu "Latin Lover" , O 1920-ci illərdə ən məşhur beynəlxalq ulduz biri və ən tanınmış ulduzları biri idi. Yaşı 31-da Onun ölüm icon statusu daxil onu propelling, onun qadın pərəstişkarları arasında kütləvi isteriya səbəb olmuşdur.
Rudolph Valentino
Rudolph Valentino (6 may 1895 - 23 avqust, 1926) - İtaliya və Amerika aktyoru, kimi tanınan bu "Latin Lover" , O 1920-ci illərdə ən məşhur beynəlxalq ulduz biri və ən tanınmış ulduzları biri idi. Yaşı 31-da Onun ölüm icon statusu daxil onu propelling, onun qadın pərəstişkarları arasında kütləvi isteriya səbəb olmuşdur.
Valentin Xristov (ağır atlet, 1994)
Valentin Xristov (tam adı: Valentin Snejov oğlu Xristov, bolq. Валентин Снежов Христов; 30 mart 1994, Şumen[d]) — Bolqarıstan əsilli Azərbaycan ağır atleti. 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb, elə həmin ildəcə "Tərəqqi" medalı ilə təltif edilib. 2018-ci ilin 22 dekabrında Beynəlxalq Ağır Atletika Federasiyasının mətbuat xidməti Valentin Xristovdan 2012-ci il Olimpiadası zamanı götürülmüş dopinq-testinin təkrar analizinin müsbət nəticə verdiyini açıqlayıb. Sidik analizləri nəticəsində atletin orqanizmindən dehidroxlorometiltestosteron aşkarlanıb. Buna görə də o, XXX Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilib. Karyerası ərzində Valentin Xristov Dünya Çempionatlarında 2 gümüş, 6 bürünc medal qazansada, yalnızca 2 bürünc medal istisna olmağla, bütün medallardan, dopinq qəbul etdiyi üçün məhrum edilib. Avropa Çempionatlarında isə 9 qızıl medala sahib olan Valentin Xristov 2013-cü ildə Albaniyanın paytaxtı Tirana şəhəridə baş tutan yarışda qazandığı 3 qızıl medaldan məhrum edilib. 2015-ci il 4 dekabrda Beynəlxalq Ağır atletika Federasiyasının (IWF) qərarına əsasən, qadağa olunan preparatlardan istifadə ietdiyi üçün 8 il müddətinə beynəlxalq yarışlardan uzaqlaşdırıldı. Onun, cəzası 4 dekabr 2023-cü ildə başa çatır.
Valentin kərtənkələsi
Valentin kərtənkələsi (lat. Darevskia valentini) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Bu növ alman naturalist Jan Valentinin (1868—1898) şərəfinə adlandırılmışdır. O, Qustav İvanoviçlə birlikdə 1890-cı ildə bu növü Qarabağda tətqiq etmişdir. Ümumi uzunluğu 18—21 sm təşkil edir. Başı sıxılmış formaya malikdir. Pulcuqları hamardır. Bədəni yuxarı hissədə sarı-yaşıl, mavi-yaşıl və ya yaşımtıl-sarı rəngdə olur. Belində qara nöqtələr vardır. Başının üzərində qara qeyri-müəyyən formaya malik olan nöqtələr vardır.
Valentin İntsko
Valentin İntsko (alm. Valentin Inzko‎; 22 may 1949, Klaqenfurt) — Bosniya və Herseqovina üzrə yüksək nümayəndəsi vəzifəsini icra etmiş sloven kökənli avstriyalı diplomat. İntsko Karintiya əyalətinin Klaqenfurt şəhərində sloven ailəsində anadan olub. Atası Valentin İntsko yerli sloven azınlığının tanınmış mədəni və siyasi fəalı idi. Kiçik Valentin Faystrits-Rozentale bələdiyyəsində yerləşən Suyetşax sloven-alman ikidilli məktəbində oxudu. 1967-ci ildə Klaqenfurtdakı sloven dilli liseyi bitirdikdən sonra Qrats Universitetinə daxil oldu və burada hüquq və slavyan filologiyasını üzrə təhsil aldı. 1972–1974-cü illər arasında Vyana Diplomatik Akademiyasında çalışdı. 1974-cü ildə Avstriyada diplomatik fəaliyyətinə başladı. 1982–1986-cı illər arasında Avstriyanın Belqraddakı səfirliyində mətbuat katibi vəzifəsində çalışıb. Ardınca, Avstriyanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyində çalıb.
Valentina Aslanova
Aslanova Valentina Vasilyevna (16 may 1945, Tbilisi) — Aktrisa, Azərbaycan SSR əməkdar artisti (23.12.1976), RF-nin əməkdar artisti (2000); Valentina Aslanova 1945-ci il mayın 16-da Tbilisidə anadan olmuşdur. 1962-1966-cı illərdə Moskva Bədaye Teatrının məktəb-studiyasında təhsil almışdır. A. Puşkin adına Moskva Dram Teatrında və N. Qoqol adına Moskva Dram Teatrında çalışmışdır. 1973-cü ildən Ordu Teatrında fəaliyyət göstərməyə başlayıb. Kino fəaliyyətinə isə 1966-cı ildən başlayıb. O, «Şərq dəhlizi» (1966), «Qeyri-adi gün» (1972), «Ələ keçirmə» (1986), «Azərbaycanfilm»də «Sevil» (1970), «Var olun, qizlar!» (1972), «Ürək...ürək» (1976) filmlərində müxtəlif rollarda çıxış etmişdir. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 dekabr 1976 "Rusiya Federasiyasının əməkdar artisti" fəxri adı — 2000 Sevil (film, 1970) Var olun, qızlar... (film, 1972) Ürək... Ürək...
Valentina Bettarini
Valentina Bettarini (d. 29 iyun 1990; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Valentina Bettarini İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Valentina Kevliyan
Valentina Kevliyan (11 mart 1978) — Bolqarıstanı təmsil edən bədii gimnast. Valentina Kevliyan Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Valentina Koqan
Valentina Koqan (d. 20 fevral 1980; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. Valentina Koqan Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Valentina Marino
Valentina Marino (5 oktyabr 1977) — İtaliyanı təmsil edən bədii gimnast. Valentina Marino İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Valentina Matviyenko
Valentina İvanovna Matviyenko, qızlıq soyadı Tyutina (rus. Валентина Ивановна Матвиенко, Тютина; d. 7 aprel 1949, Şepetovka, Xmelnitski vilayəti, Ukrayna SSR) – Sankt-Peterburq şəhərinin qubernatoru (5 oktyabr 2003-2011). Valentina Matviyenko 7 aprel 1949-cu ildə Ukrayna SSR-də anadan olmuşdur. 1967-ci ildə Leninqrada köçmüşdür. 1972-ci ildə Leninqrad Kimya-Əczaçılıq İnstitutunu bitirmişdir. 5 oktyabr 2003-cü ildən 2011-ci ilədək Sankt-Peterburq şəhərinin qubernatoru olmuşdur. 21 sentyabr 2011-ci ildə Rusiya Federasiya Şurasının spikeri seçilmişdir.
Valentina Monetta
Valentina Monetta (1 mart 1975, San-Marino) — San-Marino müğənnisi. O, San-Marinonu 2012, 2013, 2014 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etməsinə görə tanınır. Müğənni dörd Avroviziya iştirakından yalnız birində müsabiqənin finalına yüksələ bilmişdir. Valentina Monetta 1 mart 1975-ci ildə Avropanın "cırtdan" ölkələrindən olan San-Marinonun paytaxtı San-Marino şəhərində anadan olmuşdur. Valentinanın anası san-marinolu, atası isə italyandır. İtaliyanın Rimini şəhərində yerləşən Giovanni da Rimini məktəbində təhsilini başa vuran Valentina erkən yaşlarından musiqiyə həvəsli olmuş və pianoda ifa etməyi öyrənmişdir. Onun musiqi karyerası 1995-ci ildə Tiberio qrupunun üzvü olaraq başlamışdır. Müğənni həmin illərdə daha bir neçə qrupda vokalist olaraq fəaliyyət göstərmişdir. O 2001-ci ildə İtaliyanın Popstars musiqi yarışmasında iştirak etmişdir. 2008-ci ildə Valentina Monetta San-Marinonun SMRTV telekanalının Avroviziya üçün təşkil etdiyi milli seçim turunda "Se Non Ci Sei Tu" mahnısı ilə qatılmışdır.
Valentina Popova
Valentina Popova (rus. Валентина Попова; 21 noyabr 1960, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — ardıcıllıqla SSRİ və Slovakiyanı təmsil etmiş keçmiş stolüstü tennisçi. Üç Yay Olimpiya Oyunlarının iştirakçısı, doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionu. SSRİ əməkdar idman ustası (1984). Valentina Popova karyerasına Azərbaycanda başlayıb. Sumqayıt tennis məktəbinin yetirməsidir. 1971-ci ildən 1990-cı ilə qədər "Dinamo Bakı" komandasını təmsil edib. 1976-cı ildən 1992-ci ilədək SSRİ, 1994-cü ildən isə Slovakiya yığma komandasında çıxış edib. Valentina Popova XXIV Yay Olimpiya Oyunlarında SSRİ-nin, XXV Yay Olimpiya Oyunlarında Birləşmiş Komandanın, XXVI Yay Olimpiya Oyunlarında isə Slovakiyanın heyətində Olimpiya oyunlarının iştirakçısı olub. Doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionudur.
Valentina Rovetta
Valentina Rovetta (24 iyul 1980) — İtaliyanı təmsil edən bədii gimnast. Valentina Rovetta İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.

Значение слова в других словарях