VALİ

is. [ ər. ]
1. Keçmişdə: vilayət hakimi, bir vilayəti idarə edən vəzifəli şəxs.
Hicri 296-cı ildən 306-cı ilə qədər Şirvan da Azərbaycan və Ermənistan valisi Əbülqasım Yusifin hökmü altında idi. A.Bakıxanov.
[İranın] hər vilayətində cəlal sahibi, uca mərtəbədə bir vali hökmran oldu. Qarabağnamə”.

2. Bax qubernator.
Maşaallah, gecəgündüz valimiz; Çalır partapiyan, oynayır bilyard. Q.Zakir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VALİ 1. VALİ (köhn.), VİLAYƏT HAKİMİ 2. vali bax qubernator
VALÉT
VALİD

Digər lüğətlərdə