Rixard Vaqner
Rixard Vilhelm Vaqner (alm. Wilhelm Richard Wagner; 22 may 1813[…], Leypsiq, Saksoniya, Reyn Konfederasiyası[d] – 13 fevral 1883[…], Venesiya, İtaliya krallığı) — Alman bəstəkarı, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseisti.
Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
1827-ci ilə qədər ögey atasının soyadı olan Heyer soyadını daşıyıb. İlk məktəb illərində musiqiyə həvəsi olmayıb və dram əsərlər yazıb. 1828-ci ildə, Leypsiqdəki "Nicolai Schule"yə daxil olur və müəllim heyəti ilə yola getməyib.
== Bioqrafiyası ==
=== Uşaqlıq illəri ===
Rixard Vilhelm Vaqnerin öz dediklərinə görə o, 1813-cü il mayın 22-sində, Leypsiqdə, Brüldə, "Qırmızı və Ağ şir" adlanan binanın ikinci mərtəbəsində dünyaya gəlib. İki gün sonra Müqəddəs Foma kilsəsində xaç suyuna salınıb. Atası Fridrix Vaqner elə həmin ilin oktyabrında, Napoleonun məşhur Leypsiq döyüşündən sonra tifdən dünyasını dəyişib. Vaqnerin anası İohanna Rozina (qızlıq soyadı Pets) ikinci dəfə ailə dostu, aktyor Lüdviq Heyerə ərə gedib ki, Heyer də qayğı və sevgisi ilə Vaqnerə demək olar atasını əvəz edib.