VAR-DÖVLƏTİ BAŞINDAN AŞMAQ

pulu çox olmaq; ~ pula pul deməmək, pulunu balta kəsməmək.

VALI DƏYİŞMƏK
VAR-YOXDAN ÇIXMAQ
OBASTAN VİKİ
Aşmaq (Həştrud)
Aşmaq (fars. اشمق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (6 ailə).
Hatay Dövləti
Hatay dövləti (Ərəbcə : لواء الإسكندرونة Lva 'Alaskandarune — İskəndərin Tugayı) hal-hazırda Türkiyə Respublikasına bağlı Hatay bölgəsində 7 sentyabr 1938 ilə 23 iyul 1939 tarixləri arasında qurulan dövlətdir. 23 iyul 1939 günü Türkiyə Respublikasına daxil olmuşdur. == Hatayın tarixi == Hatay tarix boyu bir çox sivilizasiyaya ev sahibliyi etmiş və strateji mövqeyinə görə həmişə maraq bölgəsi olmuşdur. Hetlərdən farslara, Romalılardan Bizanslılara qədər bir çox sivilizasiyalar bölgədə hökm sürmüşdür. 16-cı əsrdə Osmanlı İmperatorluğunun hakimiyyəti altına keçən Hatay 1918-ci ildə Mudros barışıq müqaviləsi ilə fransızlar tərəfindən işğal edildi. Türk xalqı Fransanın işğalı altında olan Hatayda müstəqillik mübarizəsini davam etdirdi. Bu mübarizəyə Hatay Türkçü Cəmiyyəti və Tayfur Sökmen kimi liderlər öncülük etmişlər. 1937-ci ildə Millətlər Cəmiyyətinin qərarı ilə Hatay xüsusi status aldı və Hatay Dövləti yaradıldı. 2 sentyabr 1938-ci ildə Hatay Millət Məclisinin qəbul etdiyi qərarla müstəqillik elan edildi. Dövlətin ilk prezidenti Tayfur Sökmen, baş naziri isə Əbdürrəhman Mələk olub.
Het dövləti
Het dövləti — Anadolunun (Kiçik Asiyanın) şimal-şərq hissəsində Halis (hazırda Qızıl İrmaq) çayının hövzəsində meydana gəlmişdi. Kiçik Asiya hələ qədim zamanlardan dövlətləri diqqəti cəlb edirdi. E.ə. III minilliyin ikinci yarısında Akkad hökmdarları Sarqon və Naram-Suen bu əraziyə hərbi yürüşlər təşkil etmişdilər. Həmin dövrdə burada, gələcək Het dövlətinin ərazisində akkad və assur tacirləri məskən salmış və metal ticarətinin əsasını qoymuşdular. == Tarixi == Assurlular buraya mixi yazı və akkad dilini gətirmişdilər. Tədricən Kaniş müstəqil ticarət məskəninə çevrilmiş və Assurun təsiri altından çıxmışdı. Anadolu ticarət mərkəzləri gümüş, mis, tunc, dəmir alış-verişi ilə məşğul olurdular. Assur şəhərindən qalay alırdılar. Ticarətə yerli əhali də cəlb olunmuşdu.
Himyar dövləti
Himyar dövləti (ərəb. مملكة حِمير‎) — Ərəbistan yarımadasının cənubunda, e.ə. 110-cu il civarında tarix səhnəsinə çıxan, yunanlılar və Romalılara görə Homeritə krallığı olaraq adlandırılan antik krallıq. Qonşu krallıqlardan Səba b.e.ə. 25-ci il, Kataban 200 və Həzrəmövt 300-cü il civarında bu krallıq tərəfindən fəth edildi. Krallığın siyasi qədəri, Səba krallığının tam olaraq fəth edildiyi 280-ci ilə qədər bu krallıqla yaxından əlaqəsi olmuşdur. 525-ci ilə qədər bölgəsindən təsirli gücə malik olan krallığın iqtisadiyyatı taxılçılığa bağlı idi. Ən önemli ixraç məhsulu Mir ağacı və ondan əldə edilən tüstüdür. Şimali Afrika ilə yaxınlığı səbəbi ilə Roma imperiyasının Fil dişi ehtiyacının bir qismi buradan gedirdi.
Hülakilər dövləti
Elxanilər dövləti və ya Hülakülər dövləti – 1258-cı ildə Çingiz xanın nəvəsi Hülakü xan (1258-1265) tərəfindən yaradılmış Azərbaycan mənşəli dövlət. == Titul == Onun hakimləri Elxan adlandırıldığına görə bu dövlətə, həmçinin Elxanilər dövləti də deyilir. "Elxan" adı "tabe olan xanlıq" mənasını verir. == Tarixi == === Canişinlər dövrü === 1231-ci ildə monqollar Çormoqun noyonunun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Onun ordusu Cəlaləddin Məngburnini məğlub edərək torpaqlarını ələ keçirdi. Azərbaycan və İran 1256-cı ilədək Böyük Monqol imperatorluğunun canişini tərəfindən idarə edildi. ==== Canişinlər ==== Çormoqun noyon (1231-1241) Baycu noyon (1241-1255) === Elxanlar dövrü === 1255-ci ildə Möngke xaqan tərəfindən qərbə göndərilən Hülakü xan Baycunu əvəz etdi. 1258-ci ildə Bağdadı alaraq Abbasilər dövlətinə son qoydu. Anadolu Səlcuqilər Dövlətini özünə tabe etdi. Monqollar Anadolunun elm, mədəniyyət və ticarət mərkəzləri olan şəhərləri dağıtdılar və yağmaladılar.
Hülakü dövləti

Hülakülər dövləti

Karfagen dövləti
Karfagen dövləti — Şimali Afrikada yerləşmiş qədim dövlət. Əsası Finikiyanın Tir şəhərindən gəlmiş kolonistlər tərəfindən qoyulmuşdur. Karfagen dövləti Roma respublikası ilə aparılmış uzun müharibələrdən sonra e.ə. 1 46-cı ildə Roma senatının göstərişinə əsasən ləğv edilmiş, paytaxı Karfagen şəhəri tamami ilə dağıdılmış və Karfagen Romanın əyalətinə çevrilmişdir.
Karolinq dövləti
Frank imperiyası və ya Frank dövləti (ing. Francia ya Frankia); (lat. regnum Francorum) — orta əsrlərdə yaranmış dövlət. 481-ci ildə Hlodviq tərəfindən yaradılıb. Çiçəklənmə dövrü Böyük Karlın dövrü olub. == Haqqında == 486-cı ildə Şimali Qalliyada frank işğalları nəticəsində Frank krallığı meydana gəlib, onun da başında salik (sahilboyu) frankların başçısı, Merovey nəslindən olan Xlodviq (486–511) durub. Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girib. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi. 486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub edib. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə paylayıb.
Karolinqlər dövləti
Karolinq Frank dövləti — VII əsrin sonunda Merovinq dövlətinin bütün vilayətlərində de-fakto hakimiyət mayordomların əlində idi. Əvvəllər onlar kralın saray idarəsinə başçılıq edən vəzifəli şəxslər (majordomus – evin böyüyü (məsələn Səlcuqlular dövlətində bunun analoqu Atabəy idi.) saray təsərrüfatını idarə edən) idilər. Hər cür gerçək hakimiyətdən uzaqlaşdırılan Merovinqlər sülaləsi kralları mayordomların iradəsindən asılı olaraq təyin olunur və taxtdan salınırdılar. Onlar müasirləri tərəfindən saymazyana, "ərincək krallar" ləqəbi almışdılar. 687-ci il də frank əyyanları içərisində uzunsürən mübarizədən sonra Avstraziya majordomu Heristallı Gödək Pipin bütün Firəng dövlətinin majordomu oldu. Heristallı Pipinin nəsli olan Avstraziya majordomları birləşmiş Frank Dövlətinin hökmdarları olaraq yeni firəng sülaləsinin başlanğıcını qoydular. 751-ci ildən sonra Firəng dövlətinin kralları kimi idarə edən bu sülalə sonra Böyük Karlın adı ilə Karolinqlər sülaləsi adlanmağa başladı. Karolinqlərin hakimiyəti dövründə firəng cəmiyətində aqrara münasibətlərdə çevriliş baş verdi ki, bu da feodalizm quruluşunun, ümumi cəhətlərdə, formalaşmasının başa çatması ilə nəticələndi. 8 əsrdə Firəng dövlətində iki təbəqə yaranmışdı: birincisi Qalliya-Roma və qədim alman mənşəli iri torpaq sahibləri. Onların çox hissəsi öz torpaqlarına (allod) şərtsiz sahib idilər.
Kuti dövləti
Kuti — Kutilərin (Qutilərin) dövlət qurumu haqqında mövcud olan məlumatlar məhduddur. Çünki onların hakimiyyət dövrü haqqında qəti tarixi mənbələr azdır və çoxu yalnız Mesopotamiya yazılı qaynaqlarına əsaslanır. Buna baxmayaraq, Kutilərin dövlət qurumunun əsas xüsusiyyətləri barədə bəzi ümumi təsəvvürlər əldə etmək mümkündür. Kuti dövlət qurumunun əsas xüsusiyyətləri Mərkəzləşdirilməmiş və dağınıq idarəetmə: Kutilərin idarəetməsi dağınıq və qeyri-mərkəzləşdirilmiş bir quruluşa malik idi. Kuti dövləti Mesopotamiya şəhərlərini birbaşa idarə etməkdə çətinlik çəkirdi, çünki Kutilər dağlıq bölgələrdə yaşayan köçəri bir qövm idilər. Onların əsas strategiyası tabe etdikləri şəhərlərə basqınlar və soyğunlarla nəzarət etməkdən ibarət idi. Kutilərin hakimiyyəti Şumer və Akkad şəhərlərinin ardıcıl olaraq işğal edilməsi və resursların məcburi toplanması ilə səciyyələnir. Siyasi və hərbi liderlər: Kutilərin idarəetmə strukturu haqqında məlum olan azsaylı mənbələr onların daha çox hərbi gücə dayanan bir liderliyə malik olduqlarını göstərir. Bu liderlər dövləti birləşdirən və geniş ərazilərə nəzarəti təmin edən şəxslər kimi çıxış edirdilər. Kutilərin hökmdarları adətən “şar” (kral) kimi deyil, “Lugal” (hökmdar) adlandırılırdı ki, bu da onların gücünün və idarəetmə tərzinin Mesopotamiya kralları qədər mərkəzləşdirilmədiyini göstərir.
Kuşan dövləti
Kuşan dövləti və ya Kuşan padşahlığı (q.yun. Βασιλεία Κοσσανῶν; Baktriya dili: Κυϸανο, Kuşano) Bizim eranın I-III yüzilliklərində Orta Asiya, Əfqanıstan, Pakistan və Şimali Hindistan ərazilərində mövcud olmuş qədim dövlət. Əhalisi əsasən kuşanlardan ibarət idi. == Tarixi == Dövlətin qurucusu, ilk dəfə İmperator unvanı alan Kucula Kadfiz idi. Kucula, qısa müddətdə, hakimiyətini, Yüeçi qəbilələrinə qəbul etdirdi. Kuculanın ölümünə qədər Kuşan dövləti, Hinduquşun o tərəfindəki Taksilaya (bugünkü Ravalpindi) qədər yayılmışdı. Kuculanın ölümündən sonra yerinə keçen Vima dönəmində də, kuşanların genişləmesi davam etdi. Hindistanda Mathuraya qədər olan bölgələr, Kuşanların hakimiyətinə daxil oldu. Kuşan dövləti, ən parlaq zamanını I Kanişka dönəmində (78-144) yaşadı. Kanişkadan sonra başa keçən hökmdarlar dönəmində Kuşanlar, Ağ Hunların hakimiyəti altına girdi.
Küveyt Dövləti
Küveyt (ərəb. كويت‎‎) və ya rəsmi adı ilə Küveyt Dövləti (ərəb. دولة الكويت‎‎) — Yaxın Şərqdə dövlət. Küveyt ərəb əsilli dövlətdir. Şimal və qərbdə İraq, cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Şərqdə Fars körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Əl-Küveyt şəhəri, ümumi sahəsi 17,820 kvadrat kilometrdir. Küveyt digər ərəb ölkələri kimi zəngin neft ehtiyatlarına malik ölkədir. == Ərazisi == Küveyt dövləti Cənub-Qərbi Asiyada Fars körfəzinin sahilində yerləşir. Sahəsi:17,819 km²-dir.
Lulubi dövləti
Lullubi, Lulubi (akkad. 𒇻𒇻𒉈: Lu-lu-bi, akkad. 𒇻𒇻𒉈𒆠: Lu-lu-biki "Lullubi ölkəsi"), daha çox Lullu kimi tanınır, Tunc dövrünə aid tayfa ittifaqı, tarixi Mesopotamiya ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri; B.e.ə. XXIII əsrdə dövlətə çevrilmiş tayfa ittifaqı; Lullubi hökmdarı Anubanininin Sarıpuldakı (müasir Zohab yaxınlığında) qayaüstü kitabəsində qurduğu dövlətin şimal və cənub hüdudları kimi göstərilən “Yuxan və Aşağı dəniz” məfhumlarından “Yuxarı dəniz” İraqın müasir Süleymaniyyə mühafəzasından şərqdə yerləşən Zeriboz gölü ilə eyniləşdirilən ərazi; “Aşağı dənizi” isə Fars körfəzi ilə eyniləşdirilən ərazi. Freyn (1990) Lulubuna və ya Lulluban şəhərini İraqın Hələbcə şəhəri ilə eyniləşdirir. Lullubi Mesapatomiyadakı Hurri mənşəli Simmurum şahlığı ilə qonşu və bəzi vaxtlarda müttəfiq olub. Lullubilər haqqında əsas məqamlar Mənşə və yerləşmə: Lullubilər Zaqros dağlıq ərazilərində yaşayan yerli xalqlardan biri sayılırdılar. Onların əsas yaşayış yerləri indiki İran və İraq arasındakı dağlıq ərazilər idi. Bu coğrafi mövqe onları Mesopotamiya şəhərləri ilə təmasda saxlayırdı və hər iki tərəf arasında həm ticarət, həm də hərbi qarşıdurmalara səbəb olurdu. Sosial və siyasi quruluş: Lullubilərin siyasi quruluşu barədə çox məlumat yoxdur, lakin onların birləşdirici mərkəzi hakimiyyətə malik olmadan, daha çox tayfa birliyinə əsaslanan bir sosial quruluşa sahib olduqları düşünülür.
Maday dövləti
Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-) və ya Maday (ivr. ‏מָדַי‏‎, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir. Midiya Mannadan cənub-şərqdə yerləşirdi.
Malta dövləti
Malta Dövləti (malta Stat ta’ Malta) — müasir Malta Respublikasının sələfi. 21 sentyabr 1964-cü ildən 13 dekabr 1974-cü ilədək mövcud olmuş dövlət. Dövlət rəsmən konsitutsiyalı monarxiya olmuşdur. == Tarix == Malta vəliəhd koloniyası İngiltərə Parlamentinin 1964-cü ildə qəbul etdiyi Malta Müstəqillik Qanununa əsasən müstəqil olur. Həmin ilin mayında referendumla təsdiqlənən Maltanın yeni Konstitusiyasına əsasən kraliça II Elizabet Maltanın Kraliçası elan olunur. Onun konstitusiyaya əsasən funksiyaları Malta general qubernatoruna verilir. Dövlətin mövcudluğu dövründə II Elizabet 1967-ci ilin noyabr ayında Maltaya bir dəfə gəlir. İngiltərə Parlamenti tərəfindən Malta Müstəqillik Qanununun qəbul edilməsindən və Malta Konstitusiyasının təsdiqlənməsindən sonra 1964-cü ilin mayında keçirilən referendumda seçicilərin 54.5% müstəqlliyə səs verir. 21 sentyabr 1964-cü ildə Malta dövləti reallığa çevrilir. Onun konstitusiyalı monarxiya rejimi Maltanın kraliçası II Elizabet olur.
Manna dövləti
Manna (akkad. Mannai), Minni (ivr. ‏מנּי‏‎) və ya Manas — e.ə. IX əsr–e.ə. VI əsrlərdə tarixi Azərbaycan ərazisində, indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya gölünün sahilində qədim dövlət. Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət hesab edilir. Paytaxtı İzirtu şəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.
Maratx dövləti
Maratha İmperiyası, Maratx dövləti və ya Maratha konfederasiyası (marathi मराठा साम्राज्य) — 1674-1820-ci illərdə mövcud olmuş və əsası Maratxlar sülaləsindən olan Şivaçi tərəfindən qoyulmuş dövlət. Onun ərazisi indiki Hindistanın Maxaraştra ştatına uyğun gəlir. == Tarixi == 1674-cü ildə Maratx kəndlilərinin çıxışı Şivaçinin başçılıq etdiyi Maratx dövlətinin yaradılması ilə nəticələndi. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Əhməd şah müstəqil Əfqan dövlətinin əsasını qoydu. Bu zaman Maratx dövləti Hindistanda ən böyük siyasi qüvvəyə çevrilmişdi və ümumhindistan miqyasında hegemonluğa can atırdı. 1759—1761-ci illərdə Hindistan uğrunda Əfqan-Maratx müharibəsi baş verdi. 1761-ci ilin yanvarın 14-də Panipat döyüşü müharibənin sonu oldu. Məğlub olan Maratx dövləti bir daha özünə gələ bilmədi. Panipat döyüşü həm də Böyük Moğol İmperiyasının süqutu demək idi. Lakin əfqanlar ölkədə möhkəmlənə bilməyib buranı tərk etdilər.
Merovinq Dövləti
Merovinqlər – Frank dövlətində ilk kral sülaləsi (751 ilədək). Əfsanəvi banisi Meroveydir, sülalənin adı buradandır. Əsas nümayəndələri: Xilderik (457-481), I Xlodviq (481-511), I Xilperik (561-584), I Sigebert (561-575), II Xlotar (584-629, Neystriyada 613 ilə qədər), I Daqobert (629-639), III Xilderik (743-751). I Daqobertin "Tənbəl krallar" adlanmış varislərinin dövründə dövləti əslində mayordomlar idarə edirdi. == Tarixi == 486-cı ildə Şimali Qalliyada frank istilası nəticəsində Frank dövləti meydana gəldi. Bu dövlətin başında salik franklarının başçısı, əfsanəvi Meroveyin(dənizdən törəyən) nəslindən olan(Merovinqlər sülaləsi adını buradan götürür)Xlodviq(486-511)dururdu. Frank dövlətinin tarixi 5 əsrin sonundan 7 əsrin sonuna qədərki dövrünü əhatə edən, adətən Merovinqlər dövrü adlanan birinci dövrü belə başladı. Merovinqlər sülaləsinin üçüncü nümayəndəsi olan Xlodviq böyük qoşun toplayır və keçmiş romalı maqnat Siaqrini darmadağın edərək, Suassonu və, Luara çayı daxil, bütün Şimali Qalliyanı zəbt edir. Öz hakimiyətini möhkəmləndirmək və xristian ruhanilərinin dəstəyini qazanmaq üçün 496 ildə Xlodviq öz qoşunu və yaxınları ilə birlikdə xristianlıqı qəbul edir. Xlodviqin dövründə Akvitaniya(507), onun xələfləri zamanında Burqundiya(534) istila olundu; ostqotlar frankların xeyrinə Provansdan əl çəkdilər(536).
Merovinqlər Dövləti

Midiya Dövləti
Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-) və ya Maday (ivr. ‏מָדַי‏‎, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir. Midiya Mannadan cənub-şərqdə yerləşirdi.
Mitanni dövləti
Mitanni dövləti— bizim eradan əvvəl 16-13 əsrlərdə Mesopotomiya ərazisində olmuş qədim dövlət. == Tarixi == Mittanni e.ə. XVI-XIII əsrlərdə Mesopatomiyanın şimal-qərbində indiki Suriyanın şimalında yerləşirdi. Əhalisi hürrilərdən və sami dilli tayfalardan ibarət olmuşdur. Rəsmi dili hürri və akkad dilləri idi. E.ə. XVI əsrdə bu tayfalar Mitanni sülaləsinin başçılığı ilə vahid dövlətdə birləşmişdilər. Güclü ordu yaratmış Mitanni dövləti fəal xarici siyasət yeritmiş, Assuriyanın bir hissəsini, Kiçik Asiyanı, Asiyanı, Suriyanı, Finikiyanı və Fələstini özünə tabe etmişdi. Ölkənin iqtisadiyyatında əkinçilik əsas yer tuturdu. Əkinçilik üçün yağışlar mühüm rol oynayır, geniş çay vadiləri isə süni suvarma sistemlərinin yaradılmasına imkan verirdi.
Müzəffərilər dövləti
Müzəffərilər dövləti (1314-1393) — İranda feodal dövləti. == Tarixi == Müzəffərilər dövləti Yəzd, Fars və Kirman əyalərlərini əhatə edirdi. Paytaxtı Şiraz şəhəri idi. Dövlət müzəffərilər sülaləsinin nümayəndələri tərəfindən idarə olunurdu. Sülalənin banisi Şərəf əd-din Müzəffər Elxani hökmdarı Qazan xanın minbaşısı və Yəzd yaxınlığındakı Məybur şəhərciyinin hakimi olmuşdur. Sonralar Elxanilər dövlətinin tənəzzülü dövründə müzəffərilər bütün Fars, Kirman və İraq-i Əcəmi özlərinə tabe etdilər. 1359-cu ildə Mübariz əd-din Məhəmməd (1314-1359) Azərbaycana hücum edib Təbrizi tutdu. Lakin bir həftədən sonra Azərbaycanı tərk etməyə məcbur oldu və tezliklə oğlu Şah Şüca (1359-1384) tərəfindən öldürüldü. Şah Şücanın ölümündən sonr Müzəffərilər dövləti parçalandı. Teymur 1393-cü ildə sonuncu müzəffəri hökmdarı Mənsuru (1387-1393) məğlub edib Müzəffərilər dövlətinə son qoydu.
Müəzzilər dövləti
Müəzzilər sülaləsi və ya Məmlüklər sülaləsi 1206-cı ildən 1290-cı ilədək Dehlidə hökmranlıq etmiş türk sülaləsi. Dövlətin qurucusu Qütbəddin Aybəkdir. O, Qurlular dövlətinin Hindistanda valisi idi. Onun süzereni Məhəmməd Qurlu varissiz vəfat edincə Aybək siyasi rəqiblərini sıradan çıxarıb idarəni əlinə aldı. Öncə Lahoru paytaxt etdi. Sonra Qütb kompleksini inşaatına başladı. Bir az sonra Dehli şəhərini dövləti üçün mərkəz seçdi. == Tarixi == Hindistanda Məmlük Türk dövlətini quran sərkərdənin adı da Aybək idi və o da Qıpçaq türklərindən idi. Misirdə necə çox türk Məmlükləri toplanmışdısa, Hindistanda da o cür idarəetməni ələ alacaq vəziyyətə gəlmişdilər. Qütbəddin Aybək Qurlu dövlətinin hökmdarı Məhəmmədin sərkərdəsi idi və bu hökmdar tərəfindən Dehli valisi təyin edilmişdi.
Məmlük Dövləti
Məmlük dövləti – Misir, Suriya və Hicazda hökm sürən müsəlman türk dövləti (1250–1517). Misirdə Əyyubi ordusundakı türk əsilli əmirlər tərəfindən qurulan, dövrün tarixçilərinin türk dövləti olaraq adlandırdığı Məmlüklər , Bahrilər və Burcilər olmaqla 2 dövrə ayrılır . == Tarixi == === Dövlətin yaranması === Əyyubi hökmdarı Əs-Saleh Əyyubun qıpçaq ölkəsi və Şimali Qafqazdan gətirdiyi türk əsilli məmlüklərdən ibarət olan və Məmalikül-Bahriyyə adını alan xüsusi birliklər çox keçmədən Əyyubi ordusunun ən önəmli hissəsinə çevrilmişdi. Əs-Saleh Əyyubun ölümünün dərhal ardından Fransa kralı IX Lüdoviqin rəhbərliyindəki səlib ordusuna qarşı qazanılan Mənsurə və kralla birlikdə bir çox xaçlı komandirinin əsir düşdüyü Fariskur (7 aprel 1250) döyüşlərində ən böyük rolu bu hərbi dəstələr oynamışdı. Ancaq yeni Əyyubi sultanı Turan Şah onların qazandığı nüfuzu öz taxtına rəqib hesab etdi və məmlüklər arasındakı güclü komandirləri vəzifədən almağa başladı. Bundan başqa taxta çıxarkən güclü dəstəyini aldığı türk əsilli ögey anası Şəcərəddür Xatunu atasının xəzinəsini gizlətməklə günahlandıraraq sarayda nəzarət altına aldı. Nəticədə Bahri əmirlərindən Baybars Əl-Bunduqdari və yaxın adamları sui-qəsd tərtibləyərək Turan Şahı öldürdülər. Onun ölümüylə Misirdə Əyyubilər dövrü başa çatmış, yerinə Məmlüklər adıyla tanınan yeni bir türk dövləti qurulmuş oldu. === Bahri Məmlükləri dövrü === Baybars Əl-Bunduqdari və adamları vaxtilə qulluq etdikləri Nəcməddin Əyyubun dul xanımı Şəcərəddür Xatunu taxta çıxarmış, onun qullarından İzzəddin Aybək Əl-Mənsuru da atabəy elan etmişdilər. Türk əsilli olması səbəbilə bir çox tarixçinin ilk Məmlük sultanı hesab etdiyi Şəcərəddür Xatun əsir tutulan Fransa kralıyla razılığa gələrək Dimyat bölgəsinin boşaldılması, ağır vergi və İslam ölkəsinə hücum edilməməsi şərtiylə onu azadlığa buraxdı.