VAR₂

is. Dövlət, sərvət, mal-mülk. Varından keçmək. Varını sərf etmək. Onun varı çoxdur. – Varını verən utanmaz. ( Ata. sözü ).
Varı möhnətdir cəhanın, nə umarsan, ey könül! Lənət olsun bu cəhanə, həm cəhanın varına! Nəsimi.
Mərd olanlar keçər küllivarından. M.V.Vidadi.
Cəhanə tərk edərəm cümlə dövlətü varı. Natəvan.
Aldada bilməmiş dünyanın varı; Bir məslək eşqilə yaşayanları. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VAR I VAR [Ağamürsəlin] ən böyük məqsədi atasının varma yiyələnmək.. idi (A.Şaiq); DÖVLƏT Xanın qardaşı oğlu o gün keçdi xanlığa; Əl atdı yamanlığa; Talan
  • VAR mövcudiyyət — olma
  • VAR dövlət — sərvət — mal — mülk

Omonimlər

  • VAR VAR I is. Dövlət, sərvət, mal-mülk. Aldada bilməmiş dünyanın varı; Bir məslək eşqilə yaşayanları (S.Vurğun)

Antonimlər (əks mənalı sözlər)

  • VAR VAR – YOX Vardan xeyir gələr, yoxdan ziyan (Ata. sözü)

Etimologiya

  • VAR Bay forması da olub, varlı mənasında işlədilib.Var-bayağut sözü “состоятельный” anlamını verib. “Baylığa nə darlıq” ifadəsi “varlığa nə darlıq” mənası
VAPOR
VAR

Digər lüğətlərdə