VAR

I VAR [Ağamürsəlin] ən böyük məqsədi atasının varma yiyələnmək.. idi (A.Şaiq); DÖVLƏT Xanın qardaşı oğlu o gün keçdi xanlığa; Əl atdı yamanlığa; Talan etdi sarayın dövlətini, varını (B.Vahabzadə); HAŞAN-KAŞAN (məh.) İmranın haşan-kaşani aşıf daşır (ADDL); MAL Divanədirlər malını bu yolda qoyanlar (M.Ə.Sabir); MAL-DÖVLƏT Kərim: Hər şeyimiz var. Mənə maldövlət lazım deyil, Könül lazımdır (X.Hasilova); MAL-MÜLK Paşa bəy: Bu qədər cah-calal, ad-san, şan-şöhrət, mal-mülk əldən çıxsa dözmək olarmı? (Ə.Vəliyev); MÜLK Hacı Abdulla: Qızın yaxşı cehizi, mülkü və maaşı var (N.Nərimanov); SƏRVƏT Sərvət getsə qəm deyil, sərvət gələr yenə də (B.Vahabzadə); TANQAH Başı gora əsənlər, yırtmağa tələsənlər; Tanqahının üstündə əsim-əsim əsənlər (R.Rza); TAVANA Əlində qələmi, ev boş, ev soyuq; Bircə şam almağa tavanası yox (B.Vahabzadə); VAR-DÖVLƏT Gülsənəm: Kişi gecə-gündüz əlləşir, ..Var-dövlətini göz bəbəyi kimi qoruyur (M.Hüseyn); VARİYYAT Molla sonbeşik Salehdən bəri başdan xeyli variyyat qoparıb evinə yollandı (S.Rəhimov); VAR-YOX 1-ci kəndli: ..əlinə bir az var-yox düşdü, neyləyəcəksən?.. (S.Rəhimov).

II var bax varlıq 1

VAPOR
VAR-DÖVLƏT

Значение слова в других словарях