VAT

vat1

n 1. iri çəllək; 2. xəmir tabağı / təknəsi; 3. çən, bak; sistem

vat2

v çəlləyə / çənə tökmək; çəlləklərdə saxlamaq (şərabı və s.)

VASTNESS
VAULT
OBASTAN VİKİ
Anqkor Vat
Anqkor Vat və ya Anqkorvoat — Kambocada yerləşən və tanrı Vişnuya həsr edilmiş nəhəng hinduizm məbəd kompleksi. Dünyanın vaxtilə yaradılmış mədəni tikilisi və arxeoloji abidələrindən biri sayılır. XII əsrin I yarısında kral II Suryavarmanın hakimiyyəti dövründə tikilmişdir. Bu abidə kompleksi UNESCO-nun ümumdünya irsi siyahısına salınmışdır. Anqkor Vat abidəsi Kambocanın Siem reap əyalətinin Siemreap şəhərindən 5,5 km aralıda yerləşərək özündə khmerlərin qədim paytaxtları olan Ankqorda məbəd kompleksini birləşdirir.Anqkor 200 km² əraziyə malik olduğu bilinsə də, son tədqiqatlar nəticəsində buranın ərazisinin 3000 km² çox olduğu və əhalisinin sayının yarımmilyona çatdığı aşkar olunmuşdur. İlk əvvəl tanrı Vişnaya həsr olunduğundan arxitektura nöqteyi-nəzərindən özündə induizmdəki tanrıların məskəni olan mifik Meru dağını nümayiş etdirən dağ-məbədləri birləşdirir. Məbəd mərkəzə doğru getdikcə hündürlüyü artan 3 konsentrik düzbucaqlı tikililər formasından ibarət olmaqla,3,6 km uzunluğa və 190 m enə malikdir. Daxili tikililər lotos formasında 5 qüllədən təşkil olunmuşdur. Mərkəzdəki qüllə ibadətgahdan 42 m hündürlüyündə, ümumilikdə yerdən isə 65 m hündürlüyündədir. XV əsrdə istifadə olunmamağa başlamış və atılıb qalmışdır.
Vat Samfran
Vat Samfran (tay. วัดสามพราน) — Banqkokun təxminən 40 km qərbində yerləşən Nakhon Pathom əyalətində buddist məbədi. Məbəd rəsmi olaraq 1985-ci ildə qeydiyyata alınıb.O, bütün hündürlüyü boyunca qırmızı və yaşıl rəngli, nəhəng əjdəha heykəli ilə dövrələnmiş 17 mərtəbəli slindrşəkilli çəhrəyı binası ilə məşhurdur. Heykəlin içində isə bəzi yerləri korlanaraq pis vəziyyətə düşmüş spiralvari pilləkənlər var. Burada həmçinin digər buddist heykəllərindən əlavə, Buddanın da nəhəng heykəli mövcuddur.Məbədin ruhanilərinin adı 2004-cü ildə uzunmüddətli həbs cəzaları ilə nəticələnən cinsi zorakılıq skandalına qarışmışdır.
Anna Vatanabe
Anna Vatanabe (yap. 渡辺 杏) — yapon model, aktrisa və müğənni. 1986-cı ildə Yaponiyanın paytaxtı Tokio şəhərində məşhur yapon aktyoru Ken Vatanabenin ailəsində dünyaya gəlmişdir. Anna Kenin birinci yoldaşı Yumiko Vatanabedən olan yeganə qızıdır. 2006-cı ildə yay fəsli üçün keçirilən model yarışmasında ilk dəfə olaraq iştirak etmişdir. Anna 2010-cu ildə peşəkar karyeraya başlamış və "Anna Sui", "Tommy Hilfiger", "Vivienne Tam", "Diane von Furstenberg" şirkətlərinin təşkil etdiyi podiumlarda iştirak edərək bir sıra kosmetika şirkətlərinin simvoluna çevrilmişdir. == Xarici keçidlər == Vikianbarda Anna Vatanabe ilə əlaqəli mediafayllar var.
Antuan Vatto
Antuan Vatto(fr. Jean Antoine Watteau; 10 oktyabr 1684[…], Valansyen, Eno qraflığı, Fransa krallığı – 18 iyul 1721[…], Nojan-sür-Marn, Fransa krallığı) — fransız boyakarı. == Həyatı == Fransız rəngkarlığının görkəmli nümayəndələrindən biri də Antuan Vattodur (1684–1721). O, öz dövründəki real həyatı təsvir etmişdir. Yaradıcılığındakı gözəllik, zəriflik rokoko sənətkarlığının əsas istiqamətini təşkil edirdi.
Azərbaycan–Vatikan münasibətləri
Azərbaycan–Vatikan münasibətləri — Azərbaycan Respublikası ilə Vatikan Şəhər Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 23-də qurulmuşdur.
Bimbolat Vatayev
Bimbolat Vatayev (15 mart 1939 – 9 may 2000, Vladiqafqaz) — sovet və rus teatr və kino aktyoru, RSFSR xalq artisti (1990). == Həyatı == Bimbulat Zaurbekoviç Vatayev 15 mart 1939-cu ildə Şimali Osetiyada anadan olub. B. Şuşkin adına Teatr Məktəbində təhsil alıb (1964). 1959-cu ildən Şimali Osetiya Musiqili Dram Teatrının aktyordur. Taqanka Teatrında aktyor (1964–1965), Tacikfilmdə aktyor və rejissor (1969–1975), Şimali Osetiyada Mədəniyyət naziri kimi (1994–1998) çalışıb. Şimali Osetiya Muxtar Respublikasının xalq artisti (1968), Tacikistan dövlət mükafatı laureatı (1973) Bimbulat Vatayev 9 may 2000-ci ildə vəfat edib.
Ceyms Vatson
Ceyms Votson — (ing. James Watson, 6 aprel 1928[…], Çikaqo, İllinoys), 1950-ci illərdə Fransiz Krik ilə apardığı araşdırma ilə DNTnin cüt spiral quruluşunu aşkar edərək Nobel Mükafatını almış məşhur elm adamı, bioloq. == Həyatı və kəşfləri == Çikaqo Universiteti zoologiya üzrə təhsil aldıqdan sonra 1950-ci ildə İndiana Universitetində maqistatura oxumuşdur. 1950–1953-cü illərdə öncə Kopenhagendə, sonra da Kembric Universitetidə DNTnin quruluşunu çıxarma üzərində araşdırmalar aparmışdır. Kembric Universitetidə Fransiz Krik ilə girişdiyi analizlər nəticə vermiş və 1953-cü ildə Nature jurnalında qısa, sadəcə 900 sözdən ibarət məqalələrinin nəşri elm adına önəmli bir qaranlıq bölüm aydınlanmış oldu. Məqalə belə başlıyırdı: "Dezoksiribonuklein (DNT) üçün bir quruluş təklif etmək istəyirik…" Ancaq bu kəşfdə Rosalind Franklinin də payı böyükdür. Əgər 38 yaşında xərçəngdən ölməsəydi o da veriləcək Nobel Mükafatını paylaşa bilərdi. DNT-nin cüt spiral quruluşunun olduğunun tapılmasında Rosalind Franklinin Rentgen şüaları rəsmləri önəmli rol oynamışdır. Ancaq özü Rentgen şüalarıının rəsimlerini doğru şərh etməmişdir. == Nəaliyyətləri == Ceyms Uatson 1956'da Harvard Universitetinde Molekulyar Biyoloji və Biyokimya Professorluğuna gətirildi.
Ceyms Vatt
Ceyms Vatt (ing. James Watt; 19 yanvar 1736[…], Qrinok, Renfryuşir qraflığı[d], Böyük Britaniya krallığı[…] – 25 avqust 1819[…], Birminhem, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — Şotlandiyalı ixtiraçı. Ən böyük nailiyyətlərindən biri buxar maşınını təkmilləşdirməkdən ibarət olmuşdur. Bununla da, Sənaye inqilabının gedişinə ciddi təsir göstərən simalardan birinə çevrilmişdir. == Həyatı == Ceyms Vatt kasıb, ancaq çox savadlı ailədə anadan olmuşdur. Onun atası dülgər idi. Babası şotlandiya-milli riyaziyyat müəllimi olmuşdur. Ceymsin uşaqlıqdan sağlamlığı çox zəif olmuşdur. O daimi xroniki baş ağrılarından əziyyət çəkmişdir. Uşaq ikən o hər şeylə maraqlanmış, əlinə keçən hər bir qurğunun işləmə prinsipini öyrənməyə cəhd etmişdir.
Debbie Vatson
Debbie Vatson (d. 28 sentyabr 1965) — Avstraliyanı təmsil edən su poloçusu. Debbie Vatson, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Debbie Vatson, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Gürcüstan–Vatikan münasibətləri
Gürcüstan–Vatikan münasibətləri — Gürcüstan Respublikası və Vatikan arasındakı mövcud ikitərəfli münasibətlər. Ölkələr arasında diplomatik münasibətlər 5 may 1992-ci ildə qurulmuşdur. Gürcüstanın Vatikandakı səfirliyi Roma şəhəri 25 Via Toscana ünvanında yerləşir. Gürcüstanda Apostol Nunsiatursı isə Tbilisi, 40 Zghenti-də yerləşir. == Tarixi == Gürcüstan ilə Vatikan arasında diplomatik münasibətlər əsrlər boyu davam edir. Gürcüstan padşahları və şahzadələri Vatikanla tez-tez məktublaşır və səfirlik mübadiləsi aparırdılar. 17-18-ci əsrlərdə Gürcüstandakı Roma Katolik Kilsəsinin missionerlik fəaliyyətində əhəmiyyətli dərəcədə artım olmuşdur. Gürcüstan 1991-ci ildə müstəqillik qazanır və 5 may 1992-ci ildə Vatikan ilə diplomatik əlaqələr qurur. Gürcüstanın paytaxtı Tiflisdəki Apostol Nunsiatura həmçinin qonşu Cənubi Qafqaz ölkələri olan Ermənistan və Azərbaycanda da vatikanı təmsil edir. Karitas xeyriyyə fondu vasitəsilə Vatikan Gürcüstanda humanitar fəaliyyət göstərir.
Heriot-Vatt Universiteti
Heriot-Vatt Universiteti — 1821-ci ildə Edinburqda qurulmuş və 1966-cı ildən universitet kimi faəliyyət göstərən dünyanın ilk mexanik universitetidir. == Kampusları == Universitetin Scottish Borders, Orkney, Dubay və Malayziyada kampusları var.
Hidemaro Vatanabe
Hidemaro Vatanabe (24 sentyabr 1924 - 12 oktyabr 2011) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
III Duka İoann Vatas
III Duka İoann Vatas (yun. Ιωάννης Γ΄ Δούκας Βατάτζης, translit. Iōannēs III Doukas Vatatzēs; təq. 1192, Dimetoka, Makedoniya və Frakiya – 3 noyabr 1254, Kamalpaşa, İzmir ili) — Nikeya imperatoru (hak. 1221–1254). III İoann müvəffəqiyyətli bir hökmdar idi. O, ordunu gücləndirmiş, səlibçiləri bir neçə dəfə məğlub etmiş, Avropada vuruşmuşdur. Bolqarlarla barışıq quran III İoann ölkənin daxili işlərinə böyük diqqət yetirmişdir. Hökmdarlığı dövründə Nikeya imperiyasının iqtisadiyyatı inkişaf etmiş, ölkədəki rifah artmışdır. Yerli sənayeyə böyük diqqət yetirən III İoann xarici məhsulların idxalına qadağa qoymuşdur.
III İoann Vatas
III Duka İoann Vatas (yun. Ιωάννης Γ΄ Δούκας Βατάτζης, translit. Iōannēs III Doukas Vatatzēs; təq. 1192, Dimetoka, Makedoniya və Frakiya – 3 noyabr 1254, Kamalpaşa, İzmir ili) — Nikeya imperatoru (hak. 1221–1254). III İoann müvəffəqiyyətli bir hökmdar idi. O, ordunu gücləndirmiş, səlibçiləri bir neçə dəfə məğlub etmiş, Avropada vuruşmuşdur. Bolqarlarla barışıq quran III İoann ölkənin daxili işlərinə böyük diqqət yetirmişdir. Hökmdarlığı dövründə Nikeya imperiyasının iqtisadiyyatı inkişaf etmiş, ölkədəki rifah artmışdır. Yerli sənayeyə böyük diqqət yetirən III İoann xarici məhsulların idxalına qadağa qoymuşdur.
Katsuaki Vatanabe
Katsuaki Vatanabe (13 fevral 1942 Mie prefekturası, Yaponiya) — Toyota şirkətinin İdarə Heyətinin sədri. Katsuaki Vatanabe 1964-cü ildə Tokiodakı Keio Universitetin bitirmiş və Toyota şirkətində işə başlamışdır. Şirkətin müxtəlif bölmələrində çalışan Vatanabe 1992-ci ildə İdarə Heyətinə daxil oldu. 2005-ci ilin iyun ayında Fudzio Çonun yerinə "Toyota Motor Company"nin İdarə Heyətinin sədri seçilmişdir. Evlidir, üç qızı var. Tokioda yaşayır. 2005 və 2007-ci illərdə Time jurnalı tərəfindən dünyanın ən nüfuzlu 100 şəxsi siyahısına daxil edilmişdir.
Kayli Vatson
Kazuma Vatanabe
Kazuma Vatanabe (d. 10 avqust 1986) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Ken Vatanabe
Ken Vatanabe (yap. 渡辺 謙; 21 oktyabr 1959) — məşhur yapon aktyoru, döyüş ustası və prodüseri. 1959-cu ildə Yaponiyanın Niiqata prefekturasının Koide qəsəbəsində anadan olub, atası kalliqrafiyaçı olmuşdur. Ken 1978-ci ildə Musaşino musiqi akademiyasını bitirmişdir. O, aktrisa Yuki Vatanabenin qardaşıdır. Model Anna Vatanabenin atasıdır.
Keyta Vatanabe
Keyta Vatanabe (25 mart 1992) — Yaponiyalı şort-trekçi. Keyta Vatanabe Yaponiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Keyta Vatanabe birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Vatanabe 2:19.205 saniyəlik nəticəsi ilə öz cığırında 4-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Masaşi Vatanabe
Masaşi Vatanabe (11 yanvar 1936 - 7 dekabr 1995) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 39 oyun keçirib, 12 qol vurub.
Mitsuo Vatanabe
Mitsuo Vatanabe (d. 4 iyun 1953) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 28 oyun keçirib, 4 qol vurub.
Mutsuhiro Vatanabe
Mutsuhiro Vatanabe (yap. 渡邊睦裕, 1 yanvar 1918 – 1 aprel 2003) və ya məhkumların ona verdikləri ləqəblə Quş – Yaponiya İmperator ordusu mənsubu. == Xidmətləri == İkinci dünya müharibəsində Omori, Naoetsu (hazırda Coetsu), Niiqata, Mitsuşima (hazırda Hiraoka) və Yamakitada əsir düşərgələrində xidmət vermişdir. Yaponiyanın İkinci dünya müharibəsində məğlub olmasından sonra əsirlərə pis davrandığı üçün ABŞ tərəfindən müharibə cinayətkarı elan edilmiş, lakin qaça bilmiş və heç vaxt məhkəmə qarşısına çıxmamışdır. Əsirlərindən biri ABŞ atleti və olimpiada iştirakçısı Lui Zamperini olmuşdur. Onun hekayəsi Laura Hillenbrand tərəfindən yazılmış "Sınmaz: Sağ qalmanın, dayanıqlığın və islahın İkinci dünya müharibəsi hekayəsi" adlı kitabında nəql olunur (bu kitab əsasında Ancelina Coli tərəfindən film adaptasiyası çəkilib). Zamperini qeyd etmişdir ki, Vatanabe tez-tez əsirləri döyür, onlarda ciddi yaralanmalara səbəb olurdu. Deyilənlərə görə Vatanabe bir rəsmini qışda 4 gün boyunca fundonşi ilə gəzməyə məcbur etmiş, 65 yaşlı əsiri isə günlərlə ağaca bağlanmış vəziyyətdə saxlamışdır. Lauranın kitabına görə Vatanabe fransız dilində axıcı şəkildə danışa bilirmiş və nihilizm fəlsəfəsinin fransız məktəbi ilə maraqlanırmış. == Sonrakı həyatı == 1945-ci ildə general Duqlas Makartur Vatanabeni Yaponiyada ən çox axtarılan 40 müharibə cinayətkarı siyahısında 23-cü yerdə göstərmişdir.
Müqəddəs Vatslav kafedralı
Müqəddəs Vatslav kafedralı və ya Müqəddəs Vatslavın mitrpolit kilsəsi (çex. Katedrála svatého Václava) – Çexiyanın Moraviya vilayətinin Olomouts şəhərinin mərkəzində yerləşir. Qədim kilsə Roma-Katolik arxiyepiskopluğuna mənsubdur və Çex torpaqlarında neoqotika memarlığının ən gözəl nümunələrindən biri hesab olunur. Kilsənin tikintisi 1100-cü ildə başlamış və 1131-ci ildə təqdis edilmişdir. O Mərkəzi Avropa orta əsr memarlığının incilərdən biri sayılır. Ətrafda yerləşən meydanın adı 1929-cu ildə Müqəddəs Vatslavın min illik yubileyi münasibətilə rəsmi şəkildə dəyişdirilmişdi. == Tarix == Müqəddəs Vatslav kafedralının tikintisi XII əsrin əvvəlində (1104-1107-ci illərdə) Olomouts knyazı Svyatopolk tərəfindən başladılmışdır. Tikinti işləri daha sonralar Svyatopolkun oğlu Vatslav tərəfindən davam etdirilmişdir. O 1130-cu ildə ölümündən əvvəl kilsənin tikintisini yepiskop Yindrjix Zdikova əmanət etmişdir. Hələ bitməmiş kilsə 30 iyun 1131-ci ildə müqəddəs Vatslavın xatirəsinə təqdis edilmişdir.
Müqəddəs Vatslav üzümlüyü
Müqəddəs Vatslav üzümlüyü (çex. Svatováclavská vinice)— Çexiyanın ən qədim üzüm bağlarından biridir. O Praqa qəsrinin şərq hissəsində, Aşağı darvazanın altında və Na Opişi bağı ilə Köhnə qəsr pilləkənləri arasında yerləşir. Bağın bu cür adlandırılmasının əsas səbəbi, müqəddəs Vatslav barədə uydurulan müxtəlif əfsanə və nağıllar ilə bağlıdır. Rəvayətə görə müqəddəs şərabın istehsalı üçün yığılan üzümləri bir zamanlar məhz o bu torpaqda əkmişdi. Burada ənənəyə uyğun olaraq, üzümün Reyn rislingi və Pino Nuar növləri əkilir. == Tarix == Üzüm bağının əsası müqəddəs Varslav tərəfindən X əsrdə qoyulmuşdu. Bağın salınmasının əsas səbəbi, xristian kilsələri üçün müqəddəs şərabın istehsalı idi. IV Karlın hakimiyyəti dövründə bağın ətrafında qala divarları inşa olunmuşdu. XIX əsrin 30-cu illərində bağın yanında həmçinin memar Emanuel Rixterin layihəsinə uyğun olaraq neoklassik üslubda villa tikilmişdi - onu inşa edən memarın şərəfinə, villa "Rixteruv" adlandırılmışdı.
Niall Vatson
Niall Robert Vatson (15 iyun 2000-ci ildə anadan olub) — Akkrinqton Stenli klubundan icarə əsasında Rankorn Linnets klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == O, peşəkar karyerasında debütünü 19 sentyabr 2017-ci ildə Midlsbro U-23 klubu ilə oyunda etmişdir. O, ikinci hissədə Mexi Leakok-MakLeodu əvəz etmişdir. EFL Trofeyi görüşündə Akkrinqton Midlsbro klubuna 3–2 hesabı ilə qalib gəlmişdir.22 yanvar 2018-ci ildə Vatson Şimali Premyer Liqası klublarından olan Marine klubuna icarəyə verilmişdir.2018-ci ilin avqust ayında Vatson Rankorn Linnets klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir.
Onoto Vatanna
Vinnifred İton (ing. Winnifred Eaton; 21 avqust 1875 və ya 1877, Monreal, Kvebek – 8 aprel 1954) – Kanada yazıçısı. O, çinəsilli olmasına və heç vaxt Yaponiyada olmamasına baxmayaraq, yaponmənşəli Onoto Vatanna təxəllüsü ilə tanınmış və Yaponiya mövzusunda əsərlər yazmışdır. İton ədəbi karyerası boyunca 16 roman, eləcə də, yüzlərlə hekayə və məqalə yazmışdır. Onun 1899-cu ildə nəşr olunan "Yaponiyalı Nume xanım" adlı romanı Asiya mənşəli müəllifə məxsus olan ilk ABŞ romanı olmuşdur. Kalqari Universitetinin Riv Teatrı onun şərəfinə adlandırılmışdır. == İlk illəri == Vinnifredin atası Edvard İton ingilis tacir və rəssam idi, anası Qreys Trefusis isə çinli idi. Evard və Qreys Şanxayda tanış olmuş, İngiltərə və ABŞ-də yaşadıqdan sonra 1872-ci ildə Kanadanın Monreal şəhərinə köçmüşdürlər. Vinnifred 14 uşaqlı ailənin səkkizinci uşağı olmuşdur.İton uşaq yaşlarından etibarən ədəbiyyata maraq göstərməyə başlamışdır. 1895-ci ildə ilk hekayəsini Monrealın "Metropolitan Magazine" adlı jurnalına satmışdır.
автомобилестрои́тель аи́ благочести́вый га́убичный зади́ристый код облегчи́ться радиогра́мма томя́щий без у́держу пока́чивание райце́нтр щипа́ть снурый dedimus dowser grison hiker Orson pollination sestina whine аннотация бдение словацкий