VATERLOO

Napoleon Bonapart 1799-cu ildə ildırım sürəti ilə həyata keçirdiyi çevriliş nəticəsində Fransa hökumətinin başına keçdi və 1804-cü ildə Fransa imperatoru oldu.

Şöhrətpərəstliyi Napoleonu müharibələri davam etdirməyə, yeni-yeni qələbələr qazanmağa vadar edirdi. Nəhayət, o, İngiltərəni çıxmaq şərti ilə bütün Avropanın ağasına çevrildi. Hətta Habsburq sülaləsindən şahzadə xanımla evləndi. 1812-ci ildə Napoleon yarım milyonluq ordu ilə Rusiyaya yürüşə başladı. Elə həmin il ordusu ilə Moskvaya çatdı. Onun əsgərləri eyni zamanda həm Moskvada, həm də İspaniyada idilər. Tarixdə hələ Fransa dünyaya bu cür ağalıq etməmişdi.

Ancaq Rusiya ona təslim olmadı. Napoleon geri çəkilməli oldu və bütün ordusunu itirdi. Bundan sonra da bir sıra məğlubiyyətlərə uğrayaraq taxt­tacdan əl çəkməli oldu və Korsikanın şimal-şərqindəki balaca Elba adasına sürgün edildi.

1815-ci ildə Napoleon Elbadan qaçaraq Fransaya qayıtdı və yenidən ordunun başına keçdi. Nəhayət, 1815-ci il iyunun 15-də o, Vaterloo (Belçika) ətrafında məğlub oldu. Onu Vellinqtonun komandanlığı altında müttəfiq İngiltərə və Prussiya orduları məğlub etdi. Bu, Napoleonun sonu idi. O vaxtdan “öz Vaterloonla üzbəüz gəlmək” ifadəsi uzun zaman qazanılan zəfərlərdən sonra məğlubiyyətə uğramaq anlamında işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)

VASVASI
VATSAP
OBASTAN VİKİ
Vaterloo Universiteti
Vaterloo Universiteti — Kanadanın Ontario ştatının Vaterloo şəhərində ictimai universitetdir. Universitet, 1957-ci ildə Gerry Hagey və Ira G. Needles tərəfindən yaradılıb.
Vaterloo döyüşü
Vaterlo döyüşü — 1815-ci il 18 iyun tarixində Niderland Birləşmiş Krallığının ərazisində (müasir Belçika) baş vermiş və Napoleon Bonapartın başçılığı altındakı fransız ordusunun Lord Vellinqtonun rəhbərlik etdiyi Britaniya və müttəfiq qoşunları, həmçinin Gebhard Blüxerin rəhbərliyi altındakı Prussiya ordusundan ibarət Yeddinci koalisiya ordularına məğlub olduğu döyüş. == İstinadlar == == Ədəbiyyat == Barbero, Alessandro, The Battle: A New History of Waterloo, Atlantic Books, 2005, ISBN 1-84354-310-9 Barbero, Alessandro, The Battle: A New History of Waterloo (translated by John Cullen) (paperback), Walker & Company, 2006, ISBN 0-8027-1500-1 Barbero, Alessandro, The Battle: A New History of Waterloo, Atlantic Books, 2013, səh. 160, ISBN 9781782391388 Adkin, Mark (2001). The Waterloo Companion. Aurum. ISBN 1-85410-764-X Barbero, Alessandro (2005). The Battle: A New History of Waterloo. Atlantic Books. ISBN 1-84354-310-9 Beamish, N. Ludlow (1832, reprint 1995). History of the King’s German Legion.
Vaterloo körpüsü
Vaterloo körpüsü (ing. Waterloo Bridge)— Blekfrayrs körpüsü və Hungerford körpüsü arasında Londonda Temza çayının üzərindən keçən avtomobil və piyada yolu üçün nəzərdə tutulmuş körpüdür. Körpünün adı 1815-ci il Vaterloo döyüşündə Prussiya və İngilis-hollandiyanın qələbəsinə hərs olunub. Çayın strateji əyilməsi sayəsində körpüdən Londonun görünüşü (Vestminister, qərbə tərəf Saut Bank və Londonun gözü, şərqə tərəf Kanari-Uorf və Siti) yer səviyyəsində istənilən nöqtədən geniş şəkildə görünür. == Tarix == === Birinci körpü === Bu yerdəki körpü Strend Bridge Company üçün Con Renni tərəfindən 1809-1810-cu illərdə layihə edilib və 1817-ci ildə keçidi rüsumla olan körpü kimi açılışı olub. Qranit körpü giriş də daxil olmaqla, 748.6 m olan və qoşa Yunan-Dorik daş sütunları ilə ayrılmış bir-birindən 36.6 metr məsafədə olan doqquz arkadan ibrət idi. Açılışından əvvəl bu körpü "Strend Bridge" kimi tanınırdı. 1840-cı illərdə körpü intihara cəhd yeri kimi məşhurluq qazanmışdı. 1841-ci ildə Amerikalı kaskadyor Samuel Gilbert Skott həmin körpüdə eşafot iplə asılma hərəkətini yerinə yetirərkən həlak olub. 1844-cü ildə Tomas Hud körpüdən özünü atmış satqın qadın haqqında The Bridge of Sighs poemasını yazıb.
кофе́йница мозжечо́к отвесели́ться отстра́иваться перевыполня́ться перенапряга́ться стеари́новый верту́шка воднолы́жный горнолы́жница докати́ться креве́точный посолонь broad-arrow caliduct ewery gifted highway ichthyofauna impuberal китолов наделять обладание парфюмер телефония