VAZEH

sif.zərf [ ər. ] Aşkar, açıq-aydın, şübhəsiz.
[Səkinə xanım:] Nə danışırsan, vazeh danış, görüm mətləbin nədir? M.F.Axundzadə.
Hicran qəminin badeyigülgundür əlacı; Vazeh danışırlar bunu meyxanələr içrə. Q.Zakir.
Üçüncü sual: göydə ulduz çoxdur, ya müsəlman bazarında qumarxana? Bu da vazehdir. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VAZEH vazeh bax aşkar
  • VAZEH aşkar — açıq — aydın

Etimologiya

  • VAZEH Ərəbcə “aydın”, “açıq”, “aşkar” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
VÁZA
VAZEHLİK

Digər lüğətlərdə