VEC

Adətən feillərlə işlənir: vecə gəlmək – lazım olmaq, gərək olmaq, yararlıq göstərmək, yaramaq.
[Bəylərdən birisi:] Həkim tayfasının ehtiramı vacibdir, xalqın vecinə gəlirlər. M.F.Axundzadə.
[Bəbir bəy:] Ancaq ki özün yovuşan adam deyilsən, … vecə gələn deyilsən, üzünə deyirəm. Mir Cəlal;
// hörməti olmaq, əhəmiyyəti, dəyəri olmaq.
Puç olsun qocalıq, gördün ki, necə; Bir pulca xublara gəlməzmiş vecə. M.V.Vidadi;
vecinə almaq – saymaq, etina etmək, əhəmiyyət vermək, hesablaşmaq.
Bizim Həzi də belə şeyi vecinə alan deyil. S.Rəhimov;
vecinə almamaq – saymamaq, etina etməmək; mütəəssir olmamaq.
Kəndin uşaqları bu dəhşətli gurultunu heç vecinə də almırdılar. P.Makulu;
vecinə gəlməmək – bax vecinə almamaq.
Bu hal Rəfizadənin vecinə gəlmirdi. M.S.Ordubadi.
Fəqət ofiser görərdi ki, dava yaman qızışıb, bunların heç birinin vecinə gəlmir.
Əmr elərdi ki, vuruşanları gülləyə bassınlar. H.Sarabski;
nə vecimə (vecinə) – bir şeyə, bir hadisəyə qarşı laqeydliyi ifadə edir – nə işimə (nə işinə), nə borcuma (nə borcuna).
[Sona xanım:] A kişi, mənim nə vecimə ki, rus firəng malını qadağan edibdir. M.F.Axundzadə.
A qardaşlar, axır bir deyiniz görüm, mənim nə vecimə ki, səhərlər saat altıda kontora gəlib, axşam saat onda azad olursunuz. C.Məmmədquluzadə.

VE
VECSİZ

Digər lüğətlərdə