vebinar
vecsiz
OBASTAN VİKİ
Vecihi Hürquş
Vecihi Hürquş (6 yanvar 1896 - 16 iyul 1969) — türk pilot və mühəndis. Türk aviasiya tarixinin ən önəmli şəxslərindən biridir. == Həyatı == Vecihi Hürquş 6 yanvar 1896-cı ildə İstanbulda anadan olub. O, Birinci Dünya Müharibəsində iştirak etmişdi. Yaralandıqdan sonra İstanbula dönərək Yaşılköydəki Təyyarə məktəbinə daxil olaraq pilot kimi məzun olmuşdur. Birinci Dünya Müharibəsində pilot lisenziyası alaraq Aviasiya bölükləri tərkibində 7-ci Təyyarə bölüyündə ruslara qarşı hərakata qatılan Vecihi bəy uğurlu kəşfiyyat və bombardman uçuşları keçirmiş və bu arada girdiyi bir hava müharibəsində bir rus təyyarəsini vurmuşdur. Vecihi Hürquş təyyarə vuran ilk türk təyyərəçisidir. Daha sonra ruslara əsir düşən Vecihi bəy Xəzər dənizində yerləşən Nargin adasından (Böyük Zirə) üzərək İran vasitəsi ilə qaçmağı bacarmış və Türkiyəyə dönərək 1918-ci ilin yay aylarında Yaşılköydə yerləşən 9-cu Hərbi Təyyarə bölüyündə vəzifəyə başlamışdır. Bu bölükdə vəzifəli ikən bir qırıcı təyyarə layihəsini çəkən Vecihi bəyin bu proyekti Mudros müqaviləsinin imzalanması ilə yarımçıq qalmışdır. Qurtuluş Savaşına qatılan Vecihi bəy, xüsusilə İnönü və Sakarya savaşı müddətində çox bacarıqlı kəşfiyyat və dəstək uçuşları keçirməkdən əlavə bir yunan təyyarəsini də vurmuşdur.
Vecin
Veçin və ya Vecin (farsca:وچین / وجین) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Vecin Kosar şəhristanının Şimali Səncəbəd dehistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 101 nəfər (kişilər: 54 nəfər - qadınlar: 47 nəfər) olmuşdur. Kənddə 26 ailə yaşayır. Kəndin əhalisi Azərbaycan türkləridir və Azərbaycan türkçəsində danışırlar. == Coğrafiyası == Ərdəbildən ? km cənub-şərqdə, Givi şəhərindən 45 km şimal-şərqdə, 37° 51' 59.50" şimal enliyi və 48° 26' 50.66" şərq uzunluğunda, dəniz səviyyəsindən 1940 m yüksəklikdə yerləşir. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. == Təhsilin vəziyyəti == Kənddə ibtidai məktəb fəaliyyət göstərir. == Əhali və dil == Kənd əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar.
Vecini
Vecini (gürc. ვეჯინი) — Gürcüstanda kənd. Kaxetiya ölkəsinin Qurcaani bələdiyyəsi ərazisindədir. Dəniz səviyyəsindən 420 m yüksəklikdə yerləşir. Əhalisi 2935 nəfərdir (2014). == Görkəmli şəxslər == İvan Beritaşvili (1884 (1885) — 1974) — görkəmli gürcü fizioloq-alimi, Gürcüstanda fiziologiya yaradıcısı və rəhbəri.

Digər lüğətlərdə

ба́рсов десятирублёвый копа́ть кормозапа́рочный парано́ик распева́ть стояко́вый эмити́ровать агрометеоро́лог вступить в строй затя́нутый звуконепроница́емый как с цепи сорва́лся кунту́ш неугаси́мо переко́мкиваться пове́рх предвозве́стие разношёрстный detrusion diglot sestertium винтить выказать раж