VÉÇE
VEDALAR
OBASTAN VİKİ
Advayta-vedanta
Advayta-vedanta — insan ruhunun ümumdünya ruhu ilə eyniliyinə dair hind fəlsəfi təlimidir (advayta = "qeyri-ikilik", "vahidlik"), Vedanta məktəbinin əsas tərkib hissələrindən biridir. Bu təlimə görə, insanın ruhu ilə ali ruh bir bütün təşkil edir; dünyada gördüyümüz hər şey ümumdünya ruhunun yaratdığı müxtəlif formalar və eyni zamanda ruhumuzun təəssüratlarıdır. Ruhumuzdan və ali ruhdan kənar heç bir şey yoxdur. Beləliklə, bütün dünya bizim illüziyamızdan, təsəvvürümüzdən başqa bir şey deyil. Yalnız cahilliyimiz bizim ruhumuzu dünya ruhundan ayırır və onu ayrı və azad mövcud hesab edir. Bu cəhalətin aradan qaldırılması insan ruhunun, ruhların reinkarnasiyası haqqında amansız qanunundan tam azad olmasına gətirib çıxarır və Vedantanın fəlsəfi həqiqətlərini öyrənməklə nail olunur. Əsas tezis belə yazılır: “Brahman realdır. Dünya real deyil. Jiva [fərdi ruh; fərdi şüur; eqo] və Brahman birdir və eynidir”; təlim Upanişadların məşhur “tat tvam asi” (“sən osan”) deyimini bu mənada şərh edir. Banisi Qaudapada (VI əsr) və Şankaradır (788-820-ci illər).
Vedad İbişeviç
Vedad İbişeviç (bosn. Vedad Ibišević; doğ. 6 avqust 1984-cü il, Vlasnetsa, YSFR) — Bosniyalı futbolçu. Almaniyanın Herta klubunun hücumçusu. == Bioqrafiyası == İbişeviç Yuqoslaviyada, bosniyalı ailəsində, əhalisinin əksəriyyətinin serblər olduğu bir şəhərdə anadan olub. Müharibə başladıqdan sonra təqiblər baş verdi. Valideynləri ata yurdlarını tərk edərək daha sakit şəhərə,Tuzlaya köçməyə məcbur oldular. Bu vaxtı Vedadın cəmi yeddi yaşı vardı. Tuzlada futbol karyerası başladı və tezliklə müvafiq yaşda olan milli yığmaya dəvət edildi. 2000-ci ildə ailəsi daha sərfəli təklif axtarışı məqsədi Bosniyanı tərk etdi və Vedad İsveçrənin Baden gənclər komandasında oynamağa başladı.
Vedalar
Vedalar və ya Veda təlimi — Hindistanın ən qədim tarixə malik əsas və geniş yayılmış dinlərindən biri. Bir sıra dinlər, xüsusilə brahmanizm, hinduizm, caynizm, buddizm və siqhizm bu təlim əsasında formalaşmışdır. == Etimologiyası == "Veda" sözü "bilmək", "bilik", "görmək" deməkdir, bu söz xüsusi ali elm və mərifət mənasında işlədilir. Bu söz "Riqveda"da yalnız bir dəfə işlənilmişdir.. Veda zözü qədim Hind -Avropa dillərində "u̯eidos", yunan dilində "(ϝ)εἶδος" - ("forma"), rus dilində - ведать, отведать - ("görmək", "dadmaq"), ingilis dilində - wit, witness, wisdom, vision (sonuncu söz: latın dilindəki video, videre), alman dilində - wissen ("bilmək", "bilik", norveç dilində - viten ("bilik"), isveç dilində - veta ("bilmək"), polyak dilində - wiedza ("bilik"), latın dilində - video ("mən görürəm"), çex dilində - vím ("mən bilirəm") və ya vidím ("mən görürəm"), holland dilində - weten ("bilmək") mənasında izah olunur. Veda bəzi mənbələrdə "Apaverşiya", yəni "fövqəl-insan" da adlandırılır. == Müqəddəs kitablar == Veda təlimində dörd dini kitab vardır: Birinci kitab olan "Riqveda"nın əsаs himnlərinin yаrаnmаsını е.ə. II minilliyin sоnunа, vаhid vеdаlаr məcmuəsinin tərtibаtını е.ə. II-I minilliklərə аid еdirlər. Vedalar əvvəllər kahinlər vasitəsilə ustad-şagird üslubunda və şifahi şəkildə söylənərək sonrakı nəsillərə ötürülürdü.
Vedanta
Vedanta (sanskr. वेदान्त, vedāntaIAST, "Vedaların sonu") — hind fəlsəfəsinin altı əsas teist məktəbindən (mimansa, vedanta, yoqa, sankhya, nyaya, vayşeşika) biri. Mahiyyətcə vedanta induizmdə bir sıra dini-fəlsəfi ənənələrin ümumi adıdır. Vedanta fəlsəfi təlimi özündən əvvəlki bütün konsepsiyalar da daxil olmaqla 2-ci əsrdə yaranmış "Vedanta sutra"dan başlayır. Bu məktəb Vedaların fəlsəfi hissəsi kimi tanınan Upanişdanın interpretasiyası kimi qəbul olunur. 3 filisof və 3 interpretasiya mövcuddur: Advayta (dualist olmayan yaxud monizm) — filosof Şankarın adı ilə bağlıdır. Vişişta Advayta (fərqləndirən monizm) — Ramanudja. Dvayta (dualizm) — filosof Madxva.Advaytada əsas ideya Brahman — əqli olaraq dərk olunmayan son həqiqət, lakin dua və dərin meditasiyalarla dərk olunandır. Brahman — keyfiyyətsiz, yəni fenomenal aləmin bir hissəsi olmayandır. Yalnız şərtilik çərçivəsində konkret anlayış və keyfiyyət xarakteristikaları nəzərdə tutulur.
Vedat Albayrak
Vedat Albayrak — Türkiyəni təmsil edən cüdoçu. 2 mart 1993-cü ildə Gürcüstanda anadan olan Vane Revazişvili cüdo ilə məşğul olmağa başladıqdan sonra, Yunanıstana yollanaraq, Roman Moustopoulos ad-soyadı ilə mübarizə aparmağa başlayıb və hətta 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 2017-ci ildən isə o, Türkiyə millisində Vedat Albayrak ad-soyadı ilə çıxış edir. 2018-ci ildə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Türkiyə millisinə dünya çempionatlarında 17 ildən sonra ilk medalı qazandıraraq, 81 kq çəki dərəcəsində bürünc medala sahib olub.
Vedat Okyar
Vedat Okyar — Türkiyə futbolçusu 1945-ci ildə Bursada anadan olan Vedat Bursaspor, Beşiktaş, "Diyarbakirspor" və "Karagümrük" klublarının şərəfini qoruyub. 1968-1976-cı illərdə Beşiktaşda forma geyinən və kapitan sarğısını daşıyan Okyar 253 oyunda 21 gol vurub. 33 dəfə milli komanda heyətində yer alan mərhum futbolçu karyerasını bitirdikdən sonra idman yazarı kimi çalışırdı. 19 iyul 2009-cu ildə xeyli vaxtdır xəstəxanaların birində müalicə olunan Okyar dünyasını dəyişib.

Значение слова в других словарях

аквати́нта блеск вереди́ть издава́ться многоколе́нчатый мундштучо́к судово́й ходя́чий ценово́й экумени́стский ячёнок кре́ндельный пачку́нья умопомрачи́тельно aetat. denizen home-folks Saint Lawrence wickered xenolith коллективист непредубеждённый оплеуха садовый томительный