VENA

мед.
I
сущ. вена (кровеносный сосуд, несущий кровь от периферии к сердцу). Venadan qan almaq взять кровь из вены, venanı yarma (açma) вскрытие вены, venaların düyünlü genəlməsi варикозное расширение вен, venaya dərman yeritmə внутривенное вливание
II
прил.
1. венный. Vena qapaqları венные клапаны, vena nəbzi венный пульс
2. венозный. Vena durğunluğu венозный застой, vena düyünü венозный узел, vena təzyiqi венозное давление, vena trombozu венотромбоз
VELYARLAŞMA
VENADAXİLİ
OBASTAN VİKİ
Vena
Vena (lat. venae) ― kapillyarların toplaşmasından əmələ gələrək, qanın cərəyanı istiqamətinə, divarlarının quruluşuna, həcmlərinə, vəziyyət və miqdarlarına görə arteriyalardan fərqlənirlər. Venalarda qan, arteriyalardakı qanın cərəyanına əks olaraq, mühitdən mərkəzə (ürəyə) doğru axır. Təkcə qaraciyər qapısında qaraciyər arteriyasında və qapı venasında axan qanın cərəyanı bir istiqamətdə (yəni hər ikisi qaraciyərə doğru) olur. == Ümumi məlumat == Venaların divarı arteriyalardakı kimi üç qişadan təşkil olunmuşdur: daxili – intima qişası, orta (əzələ) qişa və xarici (birləşdirici toxuma) qişa. Ancaq divarların qurluşuna görə arteriyalardan bundadır ki, burada əzələ və elastik liflərin miqdarı olduqca azdır; əksinə birləşdirici toxuma ünsürləri çoxdur. Ona görə venalar elastik xassəyə malik deyildirlər və kəsilərkən ağızları tez qapanır. Bəzi venaların (məsələn, beynin yumşaq qişası, dalaq və qaraciyər venalarının) divarlarından əzələ qatı olmur. Venaların divarlarının elastik və əzələ liflərinin az olması nəticəsində qanın təzyiqi və sürəti onlarda çox azalır. Bunun kompensasiya etmək üçün venaların həcmi böyüyür, miqdarı çoxalır və daxilində qanın geriyə axmasına mane olan xüsusi vena qapaqcıqları əmələ gəlir.
2S31 Vena
2S31 Vena — SSRİ istehsalı olan “Vena” özüyeriyən artilleriya qurğusu. 2S31 “Vena” özüyeriyən artilleriya qurğusu ilk dəfə İDEX-97 silah sərgisində nümayiş etdirilmişdir. 2S31 “Vena” PDM-3-ün bazasında hazırlanmış 120 millimetr çaplı artilleriya qurğusudur. O, 13 km məsafədə düşmənin canlı qüvvəsi və texnikasını məhv etməyə qadirdir. “Vena” Perm şəhərində, Motovilixin zavodlarında hazırlanıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında da mövcuddur. == Texniki məlumatlar == İstehsalçı firma: Zavod “SKB” Layihələşdirilməsi: 1980-2007 İstehsal tarixi: 1996 Xidmətə giriş vaxtı: 2014-cü ildən bu günə kimi. Ağırlıq: 19.5 ton. Ekipaj: 4 nəfər. Uzunluğu: 6.8 metr.
Körpücükaltı vena
== İstinadlar ==
Qarınaltı vena
Daxili qalça venası (lat. Vena iliaca interna), qarınaltı vena (lat.
Tək vena
Tək vena (lat. v. azygos) — onurğanın döş hissəsinin sağ tərəfində yerləşərək yuxarı və aşağı boş vena sistemini bir-biri ilə birləşdirir. Bu vena onurğanın sağ tərəfilə döş fəqərələrinin ön-bayır səthilə qida borusunun arxası ilə yuxarıya doğru gedərək bördüncü və beşinci döş fəqərəsinin bərabərliyində bir az sağa və önə doğru qayıdır və saş bronxu arxadan dolanaraq ürək kisəsinin xaricində yuxarı boş venaya açılır. Döş qəfəsi boşluğunda döş aortası ilə ümumi limfa axacağından saş tərəfdə yerləşir və qabırğa plevrası ilə örtülü olur. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Vena (kommuna)
Vena (fr. Venas) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03303. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 233 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 105 nəfər iqtisadi fəal, 35 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 72.7%). Aktiv fəaliyyət göstərən 105 nəfərdən 97 nəfər (57 kişi və 40 qadın), 8 nəfər işsiz (2 kişi və 6 qadın) işləmişdir. 35 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Vena hypogastrica
Daxili qalça venası (lat. Vena iliaca interna), qarınaltı vena (lat.
Aşağı boş vena
Aşağı boş vena ABV (lat. Vena cava inferior) — dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində sağ və sol ümumi qalça venalarının (lat. vv. iliacae communes dextra et sinistra) birləşməsindən əmələ gəlir; onurğanın ön səthi ilə qarın aortasının sağ tərəfilə yuxarı və bir az sağa doğru gedərək, qaraciyərin arxa səthinə çatarkən aortadan uzaqlaşır və diafraqmanın vətər mərkəzində olan aşağı boş vena dəliyindən döş boşluğuna daxil olan kimi ürək kisəsini dəlib, sağ qulaqcığaaçılır. Aşağıda bel əzələsinin içəri kənarında, bir az yuxarıda ön səthində və diafraqmaya çatarkən onun bel hissəsinin ön səthində yerləşir. ABV ekstraperitoneal (peritondan xaric) üzvlərdən olub, ön tərəfdə yuxarıdan aşağıya doğru növbə ilə, qaraciyər ilə, onikibarmaq bağırsağın enən hissəsilə, pankreas başı ilə, nazik bağırsaq müsariqəsilə əhatə olunmuşdur. Bunlardan başqa ABV öndə çəp istiqamətdə sağ xaya arteriyası ilə və arxada üfüqi istiqamətdə sağ böyrək arteriyası ilə çarpazlaşır. == Qəbul etdiyi venalar == ABV qarın aortasının cüt şaxələrinə uyğun venaları və qaraciyər venalarını qəbul edir. == Təsvirlər == == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Bazu-baş vena
== İstinadlar ==
Daxili vidaci vena
Daxili vidaci vena (lat. Vena jugularis interna) — xarici vidaci vena ilə bərabər ümumi yuxu arteriyasına uyğundur. Bu damar vidaci dəlikdə beynin sərt qişasının "S"-ə bənzər cibindən başlayaraq əvvəlcə udlağın yan divarı ilə və daxili yuxu arteriyasının bayır və ön səthinə keçir və ən aşağıda sağ döş-körpücük oynağı nahiyəsində körpücükaltı vena ilə birləşərək bazu-baş venasını əmələ gətirir. Bəzi müəlliflər daxili vidaci venanın aşağı hissəsinə ümumi vidaci vena — lat. v. jugularis communis adını verirlər. Belə olan surətdə həmin damarın yuxarı hissəsi daxili yuxu arteriyasına və aşağı hissəsi ümumi yuxu arteriyasına uyğun olur. Daxili vidaci venanın körpücükaltı vena ilə birləşən yerinə venoz bucaq — lat. angulus venosus deyilir. Bu damarın yuxarı və aşağı uclarında birər genişlik (soğanaq) — lat.
Motsartın evi (Vena)
Motsartın evi — Vyanada yerlşən bəstəkarın mənzilidir. Domqass, 5 evin ünvanıdır. Bəstəkar burada 1784-cü ildən 1787-ci ilədək yaşayıb. İkinci mərtəbədəki mənzilləri dörd otaq, iki iş otağı və mətbəxdən ibarətdir. Motsart bu mənzildə Vyanadakı ondan çox mənzillərin heç birinə nisbətən daha uzun müddət yaşayırdı. O dövrdə bəstəkar artıq məşhur idi, dünyəvi çevrələrdə olmuşdur və Avstriya paytaxtının ən yaxşı evlərində yaşamaq üçün bir çox dəvət alırdı. Bu evdə bəstəkar "Fiqaronun toyu" operasını və digər əsərlərini yazmışdır. 2006-cı ildə Motsartın evində yenidənqurma işləri aparıldı, bundan sonra muzey Domqass 5-də evin hər üç mərtəbəsini yerləşməyə başladı. 1000 kvadratmetr ərazidə bəstəkarın dünyasını və əsərlərini əks etdirən sərgi mövcuddur. Ekspozisiya "Fiqaronun toyu" operasının melodiyaları ilə müşayiət olunur.
Vena iliaca communis
Ümumi qalça venası (lat. Vena iliaca communis) oma -qalça oynağının bərabərliyində daxili və xarici qalça venalarının (lat. vv. iliacae internae et externae) birləşməsindən əmələ gəlir. Sağ tərəfdəki sağ ümumi qalça arteriyasının arxa və bayır tərəfilə yuxarı və sola doğru, sol tərəfdəki isə özünə uyğun arteriyanın əvvəlcə içəri kənarilə, sonra sağ ümumi qalça arteriyasının dalı ilə yuxarı və sağa doğru gedərək dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində, qarın aortasının sağ tərəfində bir-birilə birləşirlər və nəticədə aşağı boş venanı əmələ gətirirlər. Sağ ümumi qalça venasının istiqaməti bir az düzdür, sol ümumi qalça venasının istiqaməti isə sağa nisbətən çəpdir və özü də uzundur. Sol ümumi qalça venası öndə sağ ümumi qalça arteriyası ilə çarpazlaşdığı üçün qanın cərəyanı burada sağa nisbətən çətin olur, odur ki, sol aşağı ətraf venalarında bəzi iltihabi proseslərə və ya onların genəlməsinədaha çox təsadüf olunur. Bəzən sol ümumi qalça venası orta oma venasını (lat. v. sacralis mediana) qəbul edir.
Vena iliaca externa
Xarici qalça venası (lat. Vena iliaca externa) — aşağı ətrafdan gələn bud venasının (lat. v. femoralis) ardıdır. Qasıq bağı səviyyəsindən başlayaraq eyni adlı arteriyanın içəri tərəfilə yuxarı gedir və oma-qalça bağının önündə daxili qalça venası ilə birləşərək ümumi qalça venasını əmələ gətirir. Bu damar aşağı qarınüstü venanı — lat. vş epigastrica inferior və qalçanı dolanan dərin venanı — lat. v. citcumflexa ilium profunda qəbul edir, özü də qapayıcı vena ilə anastomozlaşır.
Vena iliaca interna
Daxili qalça venası (lat. Vena iliaca interna), qarınaltı vena (lat.
Vena jugularis interna
Daxili vidaci vena (lat. Vena jugularis interna) — xarici vidaci vena ilə bərabər ümumi yuxu arteriyasına uyğundur. Bu damar vidaci dəlikdə beynin sərt qişasının "S"-ə bənzər cibindən başlayaraq əvvəlcə udlağın yan divarı ilə və daxili yuxu arteriyasının bayır və ön səthinə keçir və ən aşağıda sağ döş-körpücük oynağı nahiyəsində körpücükaltı vena ilə birləşərək bazu-baş venasını əmələ gətirir. Bəzi müəlliflər daxili vidaci venanın aşağı hissəsinə ümumi vidaci vena — lat. v. jugularis communis adını verirlər. Belə olan surətdə həmin damarın yuxarı hissəsi daxili yuxu arteriyasına və aşağı hissəsi ümumi yuxu arteriyasına uyğun olur. Daxili vidaci venanın körpücükaltı vena ilə birləşən yerinə venoz bucaq — lat. angulus venosus deyilir. Bu damarın yuxarı və aşağı uclarında birər genişlik (soğanaq) — lat.
Aşağı boş vena sistemi
Aşağı boş vena sistemi Aşağı boş vena vasitəsilə aşağı ətraflardan, çanaq və qarın boşluğu divarı və üzvlərindən venoz qanı yığıb ürəyin sağ qulaqcığına daşıyır. Aşağı boş vena sisteminə aid olan venalar: == Mənbə == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Vena kava kompression sindrom
Vena kava kompression sindrom və ya Hamiləlikdə hipotoniya sindromu hamiləlik zamanı dölün eyni zamanda uşaqlığın böyüyərək aşağı boş venanı sıxaraq, qanın ürəyə axınına maneə törətməsindən meydana çıxan hamiləlik fəsadı olan şok vəziyyəti. Bu halı qarın boşluğunda sürətlə inkişaf edən irihəcmli şiş toxuması da yarada bilər. Bu hal əsasən hamiləliyin sonuna yaxın özünü büruzə verir. Bu zaman hamilə qadınlar arxası ustə uzana bilmirlər. Ürəkdöyünmə, tənginəfəslik, ürəkbulanma, qan təzyiqinin kəskin düşməsi, dəri və selikli qişaların avazıması və göyərməsi, soyuq tərbasma, huşun qaralması bu sindromun əsas simptomları sayılır. Sol yanıustə çevrildikdə və bir qədər şok vəziyyəti aldıqda (baş aşağı ayaqlar yuxarı) bu simptomlar tezliklə aradan qalxmış olur. == Mənbə == Stauber, Weyerstahl (Hrsg.): Gynäkologie und Geburtshilfe. Thieme, Stuttgart; 2. Auflage 2005. ISBN 978-3131253422 Peter Sefrin, Rainer Schua Hexal Notfall Manual, 5., aktualisierte u.
Yarımtək vena
Yarımtək vena (lat. v. hemiazygos) — onurğanın döş hissəsinin sol tərəfində yerləşərək yuxarı və aşağı boş vena sistemini bir-biri ilə birləşdirir. Sol qalxan bel venasından (lat. v. lumbalis ascendens sinistra) başlayaraq döş fəqərələrinin sol tərəfi ilə və döş aortasının dalı ilə yeddinci və ya səkkizinci döş fəqərəsinədək yuxarı qalxır və haman fəqərələrin bərabərliyində ümumi limfa axacağının, döş aortasının və qida borusunun dalından sağa keçir və tək venaya açılır. Bu damar aşağı dörd qabırğaarası venaları, qida borusu, orta divar, bronx və ürək kisəsi venalarını qəbul edir. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Dizaltı vena
Dizaltı vena — (lat. Vena poplitea) aşağı ətrafın venası. Aşağı ayağın dərin damarları ilə diz oynağının qoşalaşmış damarlarının birləşməsindən əmələ gəlir. Yanal və arxasında yerləşən dizaltı arteriyaya uyğun gəlir. Dizaltı arteriyadan medial olaraq keçir və bud venasına çevrilir. Ayaqdan qan çıxarır. Tibbi ultrasəs istifadə edərək müəyyən edilə bilər. O, təsirlənmiş dizaltı venanın tutulmasıva səbəb ola bilər. == Strukturu == Dizaltı vena dizaltı əzələnin aşağı kənarında anterior tibial ve posterior tibial venalarının qovuşduğu yerdə əmələ gəlir. Dizaltı arteriyanın medial tərəfi boyunca uzanır.
Xarici vidaci vena
== İstinadlar ==
Yuxarı boş vena
Yuxarı boş vena (YBV) (lat. Vena cava superior) — birinci sağ qabırğa-döş sinxondrozunun arxasında sağ və sol bazu-baş venalarının (lat. vv. brachiocephalicae dextra et sinistra) birləşməsindən əmələ gələrək döş sümüyünün və aortanın sağ tərəfi ilə aşağıya doğru gedur və üçüncü qabırğanın yuxarı kənarı bərabərliyində sağ qulaqcığa açılır. YBV-nin uzunluğu 5-6 sm və diametri təxminən 2,5 sm-dir, sol tərəfdən aortaya, sağ tərəfdən sağ ortadivar plevrasına və ağciyərə söykənmişdir; ikinci qabırğa səviyyəsində ürək kisəsi ilə örtülü olur, belə ki, aşağı hissəsi ürək kisəsi daxilində yerləşir. Aşağı boş vena kimi bunun da qapağı yoxdur. YBV ürək kisəsinə daxil olmamış arxa tərəfdən tək venanı - lat. v. azygos qəbul edir və bunun vasitəsi ilə aşağı boş vena sistemi ilə rabitədə olur. Tək venadan başqa YBV-yə lat.
Əlavə yarımtək vena
Əlavə yarımtək vena (lat. v. hemiazygos accessorius) — yuxarı II-V dal qabırğaarası venaların toplaşmasından meydana çıxan damar. Bu damar yuxarı döş fəqərələrinin sol tərəfilə aşağı gedir və yeddinci döş fəqərəsi bərabərliyində yarımtək vena ilə birləşir və ya sağa doğru dönərək tək venaya açılır. Bəzən yuxarıda ən yuxarı sol qabırğaarası vena (lat. v. intercostalis suprema sinistra) ilə anastomozlaşır. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Kiçik dərialtı vena
Kiçik dərialtı vena (həmçinin qısa dərialtı vena) — ayağın arxa hissəsının nisbətən böyük səthi venası. == Strukturu == Kiçik dərialtı venanın (KDV) başlanğıcı ayağın 5-ci barmağından (ən kiçik barmaq) arxa venanın böyük dərialtı venaya (BDV) bağlanan arxa venoz qövsü ilə birləşdiyi yerdir. Bu, dərinin altındakı səthi venadır (yalnız dərinin altında). Əvvəli ayağın yan səthi ətrafından (yanal malleolun altında və arxasında) keçir və ayağın aşağı arxa səthi boyunca (qastroknemius siniri ilə) qastroknemius əzələsinin başları arasından keçir. Bu venada bir neçə fərqli çıxış var. Adətən diz oynağının səviyyəsində və ya ondan yuxarı olan diz altı venaya axır. === Variasiyaları === Bəzən kiçik dərialtı vena dizaltı venaya axmazdan əvvəl ümumi sural venaya axır.Bəzən dizaltı vena ilə təmasda olmur, müxtəlif səviyyələrdə böyük dərialtı venaya axır.Hərdən venaya axmaq əvəzinə, o, Giacomini venası ilə birləşə və budun yuxarı 1/3 hissəsində böyük dərialtı venaya axıda bilər. == Klinik əhəmiyyəti == === Varikoz venaları === Kiçik dərialtı vena varikoz ola bilər. 20% hallarda bu, xroniki venoz çatışmazlıqdan qaynaqlanır. Venaların çıxarılması təsirli müalicədir.
Yuxarı boş vena sistemi
Yuxarı boş vena sistemi aorta qövsü və döş aortası şaxələrinin təchiz etdikləri nahiyələrdən: başdan, boyundan, yuxarı ətraflardan, döş qəfəsindən venoz qanı yığıb ürəyin sağ qulaqcığına daşıyır. Yuxarı boş vena sisteminə aid olan venalar: == İstinadlar == == Mənbə == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Р. Д. Синельников.
Adsız venalar
== İstinadlar ==
Ağciyər venaları
Ağciyər venaları lat. Venae pulmonales iki cüt ağciyər venalarının dəlikləri (lat. ostia venarum pulmonalis) vasitəsilə sol qulaqcığa açılır. Kiçik qan-dövranına aid venalar olub ağciyərlərdən başlanğıcını götürərək, arteriyal qanı sol qulaqcığa daşıyır. Ağciyərlərin kütləsində olan kiçik venalar bir-birilə birləşərək ağciyərlərin qapılarında iki cüt ağciyər venalarını: sağ ağciyər qapısında - lat. vv. pulmonales superior et inferior dextra və sol ağciyər qapısında - lat. vv. pulmonales superior et inferior sinistra əmələ gətirirlər. Bunların qapaqları yoxdur.
Canni Di Venanso
Canni Di Venanso (it. Gianni di Venanzo; 18 dekabr 1920[…], Teramo, Abruttso – 3 yanvar 1966 və ya 3 fevral 1966, Roma) — italyan kinooperatoru. == Həyatı == O, bir neçə görkəmli rejissorla birgə çalışmışdır. Eləcə də Mikelancelo Antonioninin "Şəhərdə məhəbbət", "Qız dostları", "Çığırtı", "Gecə" filmlərində işləmişdir. Fellininin "Səkkiz yarım" filmindəki əməkdaşlığı onun ən uğurlu işlərindən biri sayılır. Onun sonuncu filmi Cozef L. Menkiviksin "Bal qabı" (1967) filmi olmuşdur. Onun karyerası 45 yaşında ikən Romada qəfil ölümü ilə yarımçıq qalır. == Filmoqrafiya == Səkkiz yarım (film, 1963) / 8 ½ == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Daxili qalça venası
Daxili qalça venası (lat. Vena iliaca interna), qarınaltı vena (lat.
Göbək venası
Göbək venası (lat. v. umblicalis) vasitəsilə ciftdən arterial qan dölə doğru axır. Göbək venası göbək ciyəsilə gedərək göbəkdən qarın boşluğuna daxil olur, qarnın ön divarının dal səthilə yuxarıya qalxaraq qaraciyərin qapısına çatır və burada iki şaxəyə bölünür. Şaxələrdən biri qapı venasına və digəri venoz axacaq – lat. ductus venosus adı ilə aşağı boş venaya açılır. beləliklə göbək venası ilə axan arterial qanın bir hissəsi aşağı boş venadakı venoz qanla qarışır, digər hissə isə qapı venasındakı venoz qanla qarışıb qaraciyərə daxil olur və orada kapillyar sistemini keçdikdən sonra qaraciyər venaları (lat. vv. hepaticae) vasitəsilə yenə aşağı boş venaya tökülür. Bunun nəticəsində qaraciyər başqa üzvlərə nisbətən artıq miqdarda arterial qan alır, ona görə də embrionda olduqca artıq inkişaf etmiş olur.
Phytoseius venator
Phytoseius venator (lat. Phytoseius venator) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius venator Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Qapı venası
Qapı venası ya qaraciyərin qapı venası - lat. vena portae qarin boşluğunda olan tək üzvlərdən (kiçik çanaq üzvlərindən başqa) venoz qanı qaraciyərə daşıyır; bu damarı təşkil edən başlıca köklər üçdür: yuxarı çöz (müsariqə) venası - lat. v. mesenterica superior, aşağı çöz (müsariqə) venası - lat. v. mesenterica inferior və dalaq venası - lat. v. lienalis. Qapı venası yolda ıdlük venasını və mədə venalarını qəbul etdikdən sonra - lat. art.
Venadaxili kateter
Venadaxili ya venoz kateter, periferik vena daxili kateter, PVK ( istehsalçı firma adları: Abbokath®, Braunüle®, Flexüle®, Venflon®, Viggo®) vena daxilinə müəyyən müddətə maye və dərman preparatlarının yeridilməsi ya applikasiyası üçün periferik xüsusən yuxarı ətraf venaların daxilinə qoyulan plastik və elastik bir borucuq. Venadaxili kateter qoyulduğundan sonra bir neçə gün ərzində istifadə oluna bilinir. == Qoyulma texnikası == == Tarixçəsi == 1962 ci ilə qədər vena daxilinə inyeksiya və infuziyalar dəmir iynələr vasitəsilə aparılırdı. Dəmir iynələr həm xəstələrin həm də tibbi personalın rahatlığı və təhlükəsizliyi baxımından çox əlverişsiz olduğundan, venadaxili elastik və plastik kateterlər ilk dəfə 1962 ci ildə kimyaçı həkim Bernd Braun tərəfindən icad edilmişdir. Tibbidə bəzən bu kateterləri "Braun kateterləri" də adlandırırlar.

Значение слова в других словарях

звезди́стый наслои́ться ориентиро́вочный призы́вно ту́рман упо́р безотлу́чно бога́рный ве́нская мебель гастроэнтери́т изгна́ннический первое ма́я рефлекти́вно утепли́тель шабань allergenic bona fide equalitarian eta meson mechanistic mulse pseudomorph tear away дуумвират побудка