VERGÜL
VERMİKULİT
OBASTAN VİKİ
Verifikasiya
Verifikasiya (lat. verum "həqiqi" + facere "olmaq") insan fəaliyyətinin müxtəlif sahələrində aşağıdakıları ifadə edə bilər: obyektiv sübutların təqdim edilməsi yolu ilə müəyyən edilmiş tələblərin yerinə yetirildiyinin təsdiqi; məhsulun, xidmətin və ya sistemin normalara, tələblərə, spesifikasiyalara və ya müəyyən edilmiş şərtlərə uyğunluğunun qiymətləndirilməsi ; hər hansı nəzəri müddəaları, alqoritmləri, proqramları və prosedurları eksperimental (etalon və ya empirik) məlumatlarla, alqoritmlərlə və proqramlarla müqayisə etməklə yoxlama, təsdiq, sübut etmək üsulu; həqiqətə uyğunluğun tanınması texnikası; elmdə təcrübədən istifadə edərək nəzəri mövqelərin reallığa uyğunluğunu yoxlamaq .Sübuta yetirmə mənasında obyektlərin / hadisələrin izahatlarının (modellərinin) yoxlanılması reallıq tərəfindən təsdiqlənmə dərəcəsindən asılı olaraq (empirik, faktlar) bir sıra anlayışları formalaşdırır: Hipoteza — onu təsdiq edən bir sıra müşahidələrə və ya mühakimələrə, konsepsiyalara, postulatlara (elmdə) əsaslanan sübuta yetirilməmiş müddəadır. Konsepsiya — onun həqiqətini təsdiq edən faktları olan və ya olmayan modeldir. Nəzəriyyə — maksimum sübut təqdim edən izahatdır.
Verifikasiya prinsipi
Verifikasiya prinsipi, biliyi təcrübə, müşahidə və eksperimentin verdiyi məlumatlarla tutuşdurmaq yolu ilə yoxlamaq.
Proqram təminatının verifikasiyası
Proqram təminatının verifikasiyası proqram mühəndisliyinin nizam-intizamıdır və onun məqsədi proqramın bütün gözlənilən tələbləri təmin etməsindən əmin olmaqdır. Proqram təminatının verifikasiyasına iki əsas yanaşma forması vardır: Dinamik verifikasiya, belə ki o test və ya təcrübə olaraq tanınır. Bu verifikasiya nöqsanların tapılması üçün yaxşıdır.Statik verifikasiya, belə ki o analiz etmə olaraq tanınır. Statik test icra olmadan bir sistemin və ya komponentin araşdırılmasıdır. == Dinamik verifikasiya (Test, təcrübə) == Dinamik verifikasiya proqramın həyata keçirilməsi (gedişatı) zamanı sərgilənir və dinamik olaraq onun davranış tərzi yoxlanılır və o bir qayda olaraq Test fazası olaraq bilinir.Verifikasiya baxış prosesidir. Testlərin çərçivəsindən aslı olaraq biz onu 3 növ kateqoriyaya bölə bilərik: Kiçik testlər: tək funksiyanı və ya klası yoxlayan test Böyük testlər: klaslar qrupunu yoxlayan test. Buna misal olaraq aşağıdakıları göstərmək olar Modul testi (tək modul) İnteqrasiya testi (birdən çox) sistem testi (bütün sistem) Qəbul testi: bir proqramın qəbul meyarlarını yoxlamaq üçün müəyyən edilmiş formal test Funksional test Qeyri-funksional testProqram təminatı verifikasiyası çox zaman proqram təminatı validasiya ilə qarışıq salınır. Bunlar arasındakı fərq: Proqram təminatının verifikasiyası soruşur ki, “Biz proqramı doğrumu qururuq?” bu o deməkdir ki, sistem öz spesifikasiyasına uyğun gəlirmi. Proqram təminatının validasiyası isə soruşur ki, “Biz doğrumu proqram qururuq?” bu o deməkdir ki, proqram istifadəçinin həqiqi istəklərini həyata keçirə bilirmi.Proqram təminatı verifikasiyasının məqsədi fəaliyyət zamanı ortaya çıxan səhvləri tapmaqdır, yəni yoxlayır ki fəaliyyətin məhsulu fəaliyyətin başlanğıcında olduğu kimi doğrudurmu. == Statik verifikasiya (Analiz) == Statik verifikasiya proqram işə salınmazdan əvvəl kodu diqqətlə yoxlayaraq tələblərin yerinə yetirilməsinə nəzarət edən bir yoxlama prosesidir.
гнету́ще кипяти́ть не трезве́е ны́нче обваля́ться скоропали́тельный жёлтая вода́ лю́пус невозде́ланный непроизво́льный рездо́ровый трансфе́ртный ультрапатрио́т маймакала пуп Brest distressed flawy night blindness nomenclate org-man riverhead twoscore vinic вытянуться