verilmə

is. 1) délivrance f, livraison f ; distribution f (paylanma) ; soumission f (təqdim edilmə) ; prêt m de livres (kitabxanadan kitabların verilməsi) ; 2) paiement m (ödəmə), paiement d’une allocation (müavinatın verilmısi)

veriliş
verilmək
OBASTAN VİKİ
Azərbaycan Xalq Cümhuriyyətinin İtalyan mandatlığına verilməsi məsələsi
Paris Sülh Konfransında yeni yaranmış respublikaların böyük dövlətlərin himayəsinə verilməsi qərara alınmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin İngiltərə, Fransa və İtaliyadan birinin mandatlığına girəcəyi gündəmdə idi. == Arxa plan == Fransa və İngiltərə Azərbaycan Xalq Cümhuriyyətini mandatlığa götürməkdə maraqlı deyildilər. İngiltərə qoşunları Bakıya girdiyi ərəfədə burada qısa müddətə olduqlarını, yaxın zamanda buranı tərk edəcəklərini elan etmişdilər. Azərbaycan və Gürcüstan faktiki olaraq, mövcud olduğu halda Fransa hökuməti onları nə hüquqi, nə də faktiki cəhətdən tanımaq istəmirdi. Lakin bununla belə, Pişonun cavablarından aydın oldu ki, Fransa hökuməti Azərbaycanla ticarət, ümumiyyətlə, iqtisadi əlaqələr yaratmağa meyl göstərir. Bu da şübhəsiz ki, Azərbaycanın təhlükəsizliyi baxımından kifayət deyildi. Frank-Qafqaz komitəsinin ciddi cəhdlərinə baxmayaraq, Fransa hökumətinin Qafqaz mandatını götürmək fikri yox idi. Əslində, Azərbaycan hökuməti də öz növbəsində fransızların Qafqaza gəlməsinə müsbət münasibət bəsləmirdi. Çünki Birinci Dünya müharibəsindən sonra Fransa hökumətinin erməniləri müdafiə etmək cəhdləri[Azərbaycan siyasi dairələrinə məlum idi.
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında qərar
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqinda parlamentin qərarı == Tarix == 27 aprel 1920-ci il, Axşam saat 11.00 == Məktubun məzmunu == Sizin 27 aprel tarixli məktubunuzu müzakirə və onun məzmununu həyəcanlı anla müqayisə edib. Sizin təklifinizi nəzərə alaraq bizim tərəfimizdən seçilmiş komissiya: Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir; Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir; Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir; Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir; Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək; Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır. == Qərar: == Azərbaycan Parlamentinin özünün fövqəladə iclasında bu şərtləri səs çoxluğu ilə qəbul etdiyini sizin nəzərinizə çatdırıram. Parlamentin sədri: Məmməd Yusif Cəfərov Dəftərxana direktoru: Vəkilov. == Mənbə == "Kommunist", 1920.
Qadınlara seçki hüququnun verilməsi
Qadınların seçki hüququ qadınların seçkilərdə səs vermək hüququdur . 19-cu əsrin ortalarından başlayaraq, qadınların geniş əsaslı iqtisadi və siyasi bərabərlik və sosial islahatlar üçün gördüyü işlərdən başqa, qadınlar səsvermə hüququ vermək üçün səsvermə qanunlarını dəyişdirməyə çalışdılar. Bu məqsədə çatmaq üçün səyləri əlaqələndirmək üçün milli və beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qadın Seçki Alyansı (1904-cü ildə Berlində , Almaniyada yaradılmışdır), həmçinin qadınlar üçün bərabər vətəndaş hüquqları üçün yaradılmışdır. Son əsrlərdə qadınlara seçmə qaydada səsvermə hüququ verildiyi, sonra isə onlardan məhrum edildiyi bir çox hallar baş verdi. Qadınlara seçki hüququnun verilməsi və qorunub saxlanılması üzrə dünyada ilk yer 1776-cı ildə Nyu-Cersi oldu (baxmayaraq ki, 1807-ci ildə bu, yalnız ağdərili kişilərin səs verə bilməsi üçün geri qaytarıldı). Qadınlara davamlı olaraq səs verməyə icazə verən ilk əyalət 1838-ci ildə Pitkern adaları , ilk suveren ölkə isə 1913-cü ildə Norveç oldu, çünki 1840-cı ildə ilk növbədə ümumi seçki hüququna malik olan Havay Krallığı bunu 1852-ci ildə ləğv etdi və sonradan ona ilhaq edildi. 1898-ci ildə ABŞ . 1869-cu ildən sonrakı illərdə Britaniya və Rusiya imperiyalarının nəzarətində olan bir sıra əyalətlər qadınlara seçki hüququ verdi və onlardan bəziləri sonradan Yeni Zelandiya , Avstraliya və Finlandiya kimi suveren dövlətlərə çevrildi.. Mülk sahibi olan qadınlar 1881-ci ildə İnsan adasında səsvermə hüququ qazandılar və 1893-cü ildə o vaxtkı özünü idarə edən Britaniya koloniyası olan Yeni Zelandiyada qadınlara səsvermə hüququ verildi. Avstraliyada 1894-1911-ci illərdə (federal olaraq 1902-ci ildə) qeyri - aborigen qadınlar tədricən səsvermə hüququ qazandılar.
İsaqın qurban verilməsi (Karavacco)
İsaqın qurban verilməsi (ing. Sacrifice of Isaac) — italiyan rəssam Mikelancelo Merisi de Karavacconun 1600–1603-cü illərdə çəkdiyi rəsm əsəri == Təsviri == Qaranlıq və isti tonların üstünlük təşkil etidyi əsərdə mələyin Allahın əmrini İbrahim peyğəmbərə xəbər verdiyi səhnə təsvir edilmişdir. İbrahimin sol əli oğlunun boynundadır. Sağ əlində isə bıçaq var və mələk tərəfindən tutulmuş vəziyyətdədir. Mələk sağ əli ilə İbrahimi dayandırarkən sol əli ilə ona əsl qurbanı göstərir. İsaqın başı üzərində isə qoç dayanmaqdadır. Rəsmdəki işıq İbrahimin və mələyin üzlərindən başlayaraq İsaqın üzünə doğru daha güclü təsvir edilmişdir. İsaq rolundakı obraz rəssamın digər əsəri "Mühafizəkar eşq" əsərində təsvir edilən oğlanla eyni şəxsdir. Bu rəssamın tələbəsi Çekkodur. İbrahim peyğəmbərin obrazının isə kimdən ilhamlandığı haqqında dəqiq məlumat yoxdur, lakin Karavacco əsərlərində peyğəmbər, müqəddəs və həvari fiqurlarını rəsm edərkən küçədəki dilənçi və yaşlı sərxoşların simalarından istifadə etmişdir.

Digər lüğətlərdə

быстрогла́зый доло́течко моля́н наверте́ть полузакрыва́ть романизова́ться таво́титься я́щеричный а́томщик колонизацио́нный не пясть така́я-то тирза fernery intimidate Stanley switching-on transcalency visualize броневой гурьбой объём реэвакуировать эротомания