VETO

Roma rəvayətinə əsasən, e.ə .494-cü ildə balaca Roma şəhərciyi ciddi daxili problemlərlə üzləşibmiş. Bir neçə nüfuzlu ailə (patrisilər) siyasi hakimiyyəti inhisarlaşdıraraq şəhəri öz mənafeləri naminə idarə edirdi. Yerdə qalan əhali (plebeylər) maraqlarının qətiyyən nəzərə alınmadığını hiss edir və buna görə də Romadan ayrılmaq qərarına gəlir. Onlar Romanı tərk edir və beş km. aralıqda yeni şəhər salırlar.

Bu, Romanın sonu demək idi, ona görə də patrisilər plebeyləri qaytarmaq məqsədilə onlarla tez-tələsik danışıqlara başlayırlar.

Plebeylərin səs verərək öz məmurlarını seçmə hüquqlarının tanınması barədə razılıq əldə olunur. Bu məmurların əsas vəzifəsi plebeylərin maraqlarını qorumaq və onların mənafelərinə toxuna biləcək hər hansı hərəkətin qarşısını almaq idi. Onlar tribun adlanırdılar.

Əgər hər hansı bir tribun Senatda müzakirəyə çıxarılan qanunun xalqın həyatını çətinləşdirə biləcəyindən narahat olardısa, onda durub bu sözləri deyə bilərdi: “Mən bunu qadağan edirəm!” Bununla da qanun qəbul edilmirdi.

Təbii ki, tribun bunu latın dilində deyirdi, bu dildə isə “Mən bunu qadağan edirəm” “veto” kimi səslənirdi.

Bu söz indi də bir insan qətiyyətlə və öz səlahiyyətləri çərçivəsində, kollegial bir orqanın qəbul etdiyi qərarı ləğv edərkən işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)

VEST
VƏCH
OBASTAN VİKİ
Veto
Veto — (lat.- veto — qadağan edirəm) == Haqqında == Veto — müasir dövlətlərdə hər hansı hakimiyyət orqanlarının qərarını dayandıran və ya onun qüvvəyə minməsinə yol verməyən hüquqi aktdır. Mütləq və nisbi vetolar fərqləndirilir. Dövlət başçısının parlament tərəfindən qəbul edilmiş qanunu dayandırmaq hüququ olduğu halda o, mütləq veto, dövlət başçısı qanunun qüvvəyə minməsini dayandırdıqda o, nisbi veto sayılır. Bu zaman parlamentə ikinci dəfə səs verməklə bu qanunu qəbul etməyə icazə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsində də bu hal öz hüquqi əksini tapmışdır. Müasir dövrdə veto anlayışının digər bir izahı hər hansı bir qanunun qəbul edilməsinə maneçilik törədən yekdilliyin olmamasıdır. (Məsələn, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvünün veto hüququ vardır). Qədim Romada respublika dövründə xalq tribunları veto hüququndan istifadə etmək hüququna malik idilər. Onlar Roma senatının və ya konsulların plebeylərin mənafeyinə aid hər hansı bir qanununu qadağan edə bilərdilər. Qanunun fəaliyyətini dayandırmaq üçün xalq tribununun veto deməsi kifayət idi.

Digər lüğətlərdə

вино́вный лисого́н обстрига́ться отпира́ться состёгивание тю́зовец букети́ровать перепи́ливание периоди́чность при посре́дстве прираба́тываться режисси́ровать фее́рия barnstormer bract electromagnetism equalizer eradicator knockoff Librium seed-bearing segregate Yorkist выклянчить легкомысленность