VEY

VEY1

f. o (şəxs əvəzliyi).

VEY2

f. «və ey» birləşməsinin əsasən şeirdə işlədilən qısaldılmış forması.

VEY3

f. kərə, dəfə.

VAZİHAT
VEYL
OBASTAN VİKİ
Qərbi Vey
Qərbi Vey (çin. 西魏) ― Cənub və Şimal sülalələri dövründə Şimali Çində mövcud olmuş sülalə. 535-ci ildən 556-cı ilə qədər hakimiyyət sürmüşdür.
Vey (çarlıq)
Vey çarlığı (çin. 曹魏, pinyin: Cáo Wèi) — Üç çarlıq dövründə ən tanınmış, sərkərdə Çao Çao (曹操) tərəfindən əsası qoyulmuş, 220 - 266-cı illərdə mövcud olmuş dövlət. Çao Çao hakimiyyət zirvəsinə neçə-neçə hərbi yürüşlərdən keçərək çatmışdır. İlk olaraq şəxsi hesabına saxladığı beş minlik dəstəyə malik olan Çao Çao Şandunun qərb hissəsini öz əlinə alaraq, sonradan qonşu əyalətləri də özünə tabe etdirə bilmişdir. O, çox müdrik, soyuqqanlı, qəddar və siyasi hissiyata eyni zamanda dərin hərbi biliklərə malik sərkərdə olmuşdur. Bu cəhətlər onu hökmdarlıq zirvəsinə çatdırmışdır.
Vey Yi
Vey Yi (2 iyun 1999-cu ildə anadan olmuşdur) Çin qrosmeysteridir və şahmat dahisidir. 1 Mart 2013-cü il tarixində Reykyavik Open Turnirində özünün sonuncu qrosmeyster normasını yerinə yetirərək 13 yaş, 8 ay, 23 gün yaşında tarixdə dördüncü, o zaman üçün isə dünyada ən gənc qrosmeyster titulunu qazanır. Vey Çin Şahmat Liqasında Jiangsu Taizhou klubunu təmsil edir. == Karyerası == === İlk illəri === 2007-ci ildə Çin Şahmat Çempionatında B qrupunda mübarizə apardı və qrosmeyster Zhou Jianchao ilə oyunu heç-heçə olmuşdur. 2010-cu ildı 12 yaşlılar arasında Asiya Gənclər Şahmat Çempionatında qalib oldu və eyni diviziyonu Dünya Gənclər Şahmat Çempionatında da qalib gəldi. === 2012 === 2012-nin avqustunda o birinci GM normasını Afinada keçirilən Dünya Gənclər Şahmat Çempionatında yerinə yetirdi. Həmin yarışda Richárd Rapport üzərində qələbə və qalib Alexander Ipatov ilə heç-heçə elədi. Yariş yanvarın 1-də 20 yaşlılara qədər açıq keçirilirdi, Vey o vaxt 12 yaşında idi. Oktyabrda o ikinci GM normas;n; İndoneziya Open Turnirində Michal Krasenkow və Sergey Fedorchuk üzərində qələbəsi ilə yerinə yetirdi. === 2013 === Fevralda o final normasini Reykjavik Open turnirinde 10 oyundan 7½ xal qazanmaqla qorudu.
Vey sülaləsi
Vey çarlığı (çin. 曹魏, pinyin: Cáo Wèi) — Üç çarlıq dövründə ən tanınmış, sərkərdə Çao Çao (曹操) tərəfindən əsası qoyulmuş, 220 - 266-cı illərdə mövcud olmuş dövlət. Çao Çao hakimiyyət zirvəsinə neçə-neçə hərbi yürüşlərdən keçərək çatmışdır. İlk olaraq şəxsi hesabına saxladığı beş minlik dəstəyə malik olan Çao Çao Şandunun qərb hissəsini öz əlinə alaraq, sonradan qonşu əyalətləri də özünə tabe etdirə bilmişdir. O, çox müdrik, soyuqqanlı, qəddar və siyasi hissiyata eyni zamanda dərin hərbi biliklərə malik sərkərdə olmuşdur. Bu cəhətlər onu hökmdarlıq zirvəsinə çatdırmışdır.
Vey Nisar (Qürvə)
Vey Nisar (fars. وينسار‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,249 nəfər yaşayır (547 ailə). Əhalisini kürdlər təşkil edir.
Vey çayı müqaviləsi
Vey çayı müqaviləsi — Şərqi Göytürk xaqanlığı ilə Tan sülaləsi arasında imzalanan sülh müqaviləsidir. Müqavilə Tan hökmdarının Şərqi Göytürklərə ödəmək məcburiyyətində qaldığı yüksək miqdarda təzminata görə Çin qaynaqlarında “Vey çayı utancı” adı ilə anılmaqdadır. Müqavilənin nəticəsində türk xaqanı İllig xaqan qazanclı olaraq görülsə də, Şərqi Göytürklərə sığınan Sui sülaləsi üzvlərinin geri verilməsini ehtiva edən bu müqavilə göytürklərin Tana qarşı siyasi üstünlüyünü bitirmişdir. == Çanqan basqını və Bian körpüsü danışıqları == 626-cı ilin avqust ayında türk xaqanı İllig xaqan və qardaşı oğlu Tölis Çinə qəfil hücum etdi. Bu hücum digər basqınlardan fərqli olaraq, Tan sülaləsinin paytaxtı Çanqanı ələ keçirmək üçün edilirdi. Hazırlıqsız yaxalanan Tan hökmdarı Li Şimin ordusu ilə türk ordusunun qarşısına çıxmaqdansa, yanına aldığı 8 atlı ilə birlikdə Çanqana yaxınlaşan türk hökmarı İllig xaqanın qərərgahını ziyarətə qərar verdi. İllig xaqan Çin hökmdarını Bian körpüsündə qarşıladı və ki hökmdar arasındakı müzakirələr burada başladı. Tan sülaləsi göytürklərə böyük miqdarda qızıl və gümüş verməyi, bundan əlavə Çinşahzadələrindən birini İllig ilə evləndirməyi qəbul etdi. Təzminat ödənildikdən sonra türk ordusu geri çəkildi. == Təsirləri == İllig xaqanın paytaxt Çanqana hücum etmədən geri çəkilməsi Şərqi Göytürk dövləti daxilindəki narazılığı artırdı.
Adam Veyshaupt
Adam Veishaupt (ˈjoːhan ˈaːdam ˈvaɪ̯s.haʊ̯pt) (6 fevral 1748[…], İnqolştadt, Yuxarı Bavariya – 18 noyabr 1830) — Alman hüquq professoru, filosof və gizli İlluminati təşkilatının yaradıcısı. == Həyatı == Adam Veishaupt 6 fevral 1748-ci ildə Bavariyanın Seçicilərində, İngolstadtda anadan olub. Veishauptun atası Johann Georg Veishaupt (1717–1753) Adam 5 yaşında olanda vəfat etmişdi. Atasının ölümündən sonra xaç atası olan Johann Adam Freiherr von Ickstattın himayəsinə keçdi. İckstatt Adamın atası kimi İngolstadt Universitedində hüquq professoru idi. İckstatt Kristian Volff və Aydınlanma fəlsəfələrinin müdafiəçisi idi və gənc Veishauptu öz rasionalizm ideyaları ilə yetişdirmişdi. Veishaupt öz formal təhsilinə 7 yaşındaykən Jesuit məktəbində başlamışdı. Daha sonra İngolstadt Universitedinə daxil oldu və 1768-ci il 20 yaşındaykən hüquq doktoru olaraq məzun oldu. 1772-ci ildə hüquq professoru adına layiq görülüb. Bir sonrakı il Eichstättlı Afra Sausenhoferlə evlənir.
Artur Veyli
Artur David Veyli (ing. Arthur David Waley; 19 avqust 1889[…] – 27 iyun 1966[…]) – ingilis tərcüməçi və şərqşünas. Klassik Çin və Yaponiya ədəbiyyatını tərcümə edərək Qərb oxucuları ilə tanış etməsinə görə tanınır. O, həm çin, həm də yapon dilindən tərcümələr etmişdir. == Həyatı == Artur Veyli 1889-cu ildə yəhudi əsilli ailədə doğulmuşdur. Əsl soyadı Şlos olsa da, Birinci dünya müharibəsi zamanı düşmən kimi ayrı-seçkilik yaşamamaq üçün soyadını dəyişdirib. Reqbi məktəbində (1903-06) təhsil aldıqdan sonra Kembric Kral Kollecinə (1907-10) daxil olub. Lakin görmə qabiiliyyəti zəif olduğu üçün məzun olmadan təhsili tamamlaya bilməyib. Çin və yapon dilləri üzrə öz-özünə təhsil verdikdən sonra Britaniya muzeyində köməkçi kimi işləməyə və tərcüməçiliklə məşğul olmağa başlayıb.Veyli heç vaxt ştatlı universitet vəzifəsini qəbul etməyib və həyatı boyunca Asiyaya səyahət etmədən imtina edib. Yaponiyadan qonaqlar qəbul etməyi sevsə də, yaponca danışmağı öyrənməyib və müasir Yaponiya ədəbiyyatına çox az maraq göstərib.
Ay Veyvey
Ay Veyvey (çin. 艾未未; ing. Ai Weiwei; d. 28 avqust, 1957, Pekin, Çin) — Çinli müasir incəsənət rəssamı və fəal. == Həyatı == Ay Veyvey 1957-ci il avqustun 28-də Pekin şəhərində anadan olub. Rəssamın atası görkəmli Çin şairi Ay Qing, 1950-ci illərin sonuna kimi sürgündə olmuş və 1978-ci ildə reabilitasiyasına kimi çap edilməmişdir.
Azad Veys-i Sülfa (Bicar)
Azad Veys-i Sülfa (fars. آزاد ويس سفلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (15 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Azad Veys-i Ülya (Bicar)
Azad Veys-i Ülya (fars. آزاد ويس عليا‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 281 nəfər yaşayır (52 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Aşağı Veysəlli
Aşağı Veysəlli — Azərbaycan Respublikasının Füzuli rayonunun Veysəlli kənd inzibati ərazi dairəsində kənd. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Etimologiyası == Kəndin adı Qarabağda orta əsrlərdə yaşamış Otuziki tayfasının Veysəlli oymağının adındandır. == Tarixi == SSRİ dövründə kənd ərazisində "Şəfəq" kolxozu təşkil edilmişdir. Şuşa xanlığının Vərəndə ərazisinin Veysəlli obası "Kor bulaq"-ın üstündə yerləşmişdir, erməni müsalman davası başladıqda, Təxminən 1830-1840-cı illərdə Qızıl qaya ətəyinə köçən Veysəlli tayfasının bir hissəsi əvvəlki yurdlarına yox, bir az aşağı, "Qara Kəhriz"-in üstündə olan Köyək dağının ətəyinə qayıdraq məskən salmağa başlamışlar.Həmin vaxt Veysəlli camahatı köyək dağının sol hissəsində olan "Kor bulaqdErməni biçinçilərinin başlamış ixtişaşı nəticəsində, yenidən köçərək Qızıl qayanın yaxınlığına dədə-baba qış yatağına qayıtmışlar, ara sakitləşdikdən sonra təxminən 1855-ci ildə Veysəlli obasının bir qismi yenidən qayıdaraq Sultanalı bulağından aşağıda dəyirmanın aşağısı olan “Toola düzü”-ndə məskunlaşmışlar.Təxminən 1870-ci ildə yenidən Erməni Rus işğalı olmuşdur, Veysəlli obası yenə qış yatağı olan qızıl qaya ətəyinə köçmüşdür.1883-cü ilin əvvəllərində yenidən Qızıl qaya ilə köyək dağının arasında yerləşən Qara qayanın ətəyinə qayıtmışlar və burada ata yurdları olan Tikanlıq “Güney çartaz” ərazinin bir adını güney oba öz obalarına qoymuşlar, həmin dövrlərdə Veysəlli obasında su olmadığından övladı olmayan Türk əsilli bir kişi Veysəlli obaya qobu qırağı yerdə bulağ çəkdirmişdir adına isə el arasında “Qara bulaq”qoymuşlar. Veysəlli tayfasının ata baba yurdunun yaxınlığıda soltanalı bulağı və obanın qəbirstanlığı isə soltanalı bulağının üst tərəfində nəzarətsiz qalmışdır ermənilər həmin ərazini zəbt etmişlər.Veysəli obasının bir hissəsidə ağbaşlı dağının ətəyində qaya bulağın aşağısına qayıdaraq məskən salmışlar. Veysəlli obasının əsil yurdunda isə Köyək dağı ilə ağbaşlı dağı arası olan hissədə irandan gətirilmiş erməni biçinçiləri öz obalarını salaraq tikanlıq ərazini (Çartaz) adlandıraraq erməni biçinçilər məskan salmışdır obalarının birinində adını İsvahançıq (balaca isvahan) qoymuşlar. Qarabulaq dairəsinin adını dəyişərək Rus nümayəndəsi olan Karyagin qoymuşlar, beləliklə Qarabağın gözü olan qarabulaq dairəsi yaddan çıxarılmağa başlamışdır. Beləliklə 1887-ci illərdə türk obası olan Veysəlliyə erməni-rus hücumu olmuşdur və yüzlərə oba camaatı canını fəda verərək qətlə yetirilmişdir ancaq obaları Veysəllini tərk etməmişlər. Veysəlli obasında Tahirlilər tayfası,Bəyimlər tayfası, Nurular tayfası, Bağırlılar tayfası,Hüsənlilər tayfası Sadıxlılar tayfası Hümbətalılar tayfası Ələskərlilər tayfasııdan ibarət olmuşdur.
Aşıq Veysəl
Aşıq Veysəl (türk. Veysel Şatıroğlu; 25 oktyabr 1894, Sarqışla, Sivas ili – 21 mart 1973, Sarqışla, Sivas ili) — Türk xalq ozanı. Əfşar boyunun Şatırlı obasına mənsub musiqiçi. == Həyatı == Aşıq Veysəl Şatıroğlu 1894-cü ilin oktyabr ayında Sivasın Şarkışla səmtinə bağlı Sivrialan kəndində dünyaya gəlmişdir. Anası Gülizar, atası isə Əhməd adlı kəndilər idi. Veysəlin iki bacısı həmin zamanlarda ərazidə geniş yayılmış çiçək xəstəliyi səbəbindən gənc yaşda vəfat edirlər. Ailənin oğlan övladı da yeddi yaşı olarkən həmin xəstəlikdən hər iki gözünü itirir. Aşıq Veysəl uşaqlıq dövrlərinə təsadüf edən olayı bu şəkildə xatırlamışdır: Yetmiş doqquz il ömür sürən Aşıq Veysəl bu ömrünün cəmi 6–7 ilini gözlərilə işıqlı dünyaya baxa bilmişdir. Qalan ömründə Veysəl özü demişkən dünyaya qəlbinin gözü ilə baxmışdır. Onun fikrinə görə aşıq işıqlı dünyada baş verən olaylara gözlərilə deyil, könlü, ürəyi ilə baxmalıdır.
Aşıq Veysəl (film, 2001)
Aşıq Veysəl qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Abbas tərəfindən 2001-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film görkəmli türk şairi Aşıq Veysəl Əfəndi haqqındadır. == Məzmun == Film görkəmli türk şairi Aşıq Veysəl Əfəndi haqqındadır. Gözlərinin nurunu itirsə də qəlbinin nurunu itirməyərək dillər əzbəri əsərlər yaradan Aşıq Veysəlin muzeyi, doğulub boya başa çatdığı, gəzdiyi məkanlar filmdə öz əksini tapır. Aşıq Veysəl sağlığında seçilib, bu gün anılır. Özünü sözdə yox, sözü özündə yaşadıb. Məclis aşığı yox, cümhuriyyət aşiqi olub. Əyləndirməyib, əyilməyib, əl açmayıb.
Boltsano-Veyerştrass teoremi
Boltsano-Veyerştrass teoremi — klassik riyazi analizin təməl teoremlərindən biri. Teorem. Hər bir məhdud ardıcıllıq yığılan altardıcıllığa malikdir.
Bugatti Veyron
Bugatti Veyron – Bugatti firmasının, Bugatti Veyron adlananVeyron 16.4 modeli. Dünyanın ən yüksək üçüncü sürətinə (1. SSC Aeron-412 km/sa, 2. 9ff 409 km/sa) çata bilən (407 km/sa.), ən çox ikinci mühərrik gücünə sahib (1001 bg) və ən bahalı (1.5 milyon Avro) ardıcıl istehsal halındakı avtomobili. Veyron, adını, Bugatti yarış pilotu və 24 saatlıq Le Mans Yarışını 1939da qazanan Pierre Veyrondan alıb. Ferdinand Porschenin nəvəsi dövrün Volkswagen Ümumi Müdiri Ferdinand Piechin 2001 Cenevre Avtomobil Sərgisində dünyanın ən sürətli, ən güclü və ən bahalı avtomobilini çıxarmaq üzrə söz verməsiylə başlayan Bugatti Veyron proyekti, 2003-cü ildə istehsala hazır hala gəldi. Eyni il, dünyanın ən çətin yarışlarından biri Laguna Secada edilən test sürüşləri əsnasında vasitənin yoldan çıxması səbəbiylə istehsalın dayandırılmasına qərar verildi. Ferdinand Piechin 2003-cü ildə təqaüdə çıxmasının ardından, yeni Müdir Köməkçisi Bernd Pischetsrieder proyektin başına Tomas Bscheri gətirdi. Bscher, təxminən bir il içində performansı bir az daha aşağı amma testlərdə aşmayan bir Bugatti Veyron inkişaf etdirdi. 2003 və 2005 model Bugatti Veyronlar 0'dan 100 kilometrə 2,5 saniyədə çıxa bilməkdədirlər.
Canq Veyvey
Canq Veyvey (d. 7 sentyabr 1990) — Çini təmsil edən su poloçusu. == Karyerası == Canq Veyvey, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Corcinyo Veynaldum
Corcinyo Qrecon Emil Veynaldum (nid. Georginio Gregion Emile Wijnaldum; 11 noyabr 1990, Rotterdam, Cənubi Hollandiya) — Seriya A təmsilçisi "Roma" klubunda yarımmüdafiəçi mövqeyində çıxış edən Niderland futbolçusu.
Dart Veyder
Ulduz müharibələri obrazı.
Daş Veysəlli
Daş Veysəlli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Daş Veysəlli oyk., mür. Cəbrayıl rayonunun Minbaşılı inzibati ərazi vahidində kənddir. Gəyan çölündədir. Oykonim daş (qayalıq, daşlıq) və Veysəlli (etnotoponim) komponentlərindən ibarət olub "daşlıq, qayalıq ərazidə olan Veysəlli kəndi" deməkdir. Oykonimin birinci komponenti kəndin relyefini təyin etməklə bərabər yaşayış məntəqəsini r-nun ərazisindəki Göyərçin Veysəlli kəndindən fərqləndirməyə də xidmət edir. == Mədəniyyəti == Qərib Ağa, Düldül pirləri bu kəndin ərazisində yerləşir. == Coğrafiyası və iqlimi == Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Minbaşılı kəndinin inzibati ərazi vahidinə daxil olan kənd Gəyan çölündə yerləşir.
Deh-i Veysağa (Qoşaçay)
Deh-i Veysağa (fars. ‎‎ده ويس اقا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 663 nəfər yaşayır (132 ailə).
Ellen van der Veyden-Bast
Ellen van der Veyden-Bast (d. 29 avqust 1971) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Ellen van der Veyden-Bast, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Fort Veyn
Fort Veyn (ing. Fort Wayne) — İndiananın ikinci böyük şəhəri, ştatın simal-şərqində yerləşir.
Fridrix Veynbrenner
Fridrix Veynbrenner (alm. Friedrich Weinbrenner‎, 1766[…], Karlsrue – 1 mart 1826[…], Karlsrue) — alman memar, klassisizmin nümayəndəsi. == Bioqrafiyası == 1788-ci ildən bəri Fridrix Veynbrenner Lozanna və Sürixdəki inşaat sahələrində usta olaraq çalışır. 1790-cı ildə Vyanada memarlıq təhsili almağa başladı. 1790–1791-ci illərdə Vyana və Drezden Akademiyalarında, 1791-92-ci illərdə Berlində; qədim sənət və ingilis paladizmini öyrənir. 1792–1797-ci illərdə İtaliyada yaşayır və təhsil alır, Roma, Pompey və Herkulanumda arxeologiya öyrənir. Almaniyaya qayıtdıqdan sonra Karlsruedə, daha sonra Strasburqda və Hannoverdə çalışdı. 1800-cü ildə nəhayət Karlsrueya qayıtdı. 1797-ci ildən bəri Veynbrenner Baden üçün inşaatın dövlət direktoru idi. 1800-cü ildən bəri, 1825-ci ildə Karlsrue Universitetinin daha sonra qurulduğu Karlsrue Politexnik Məktəbinə çevrilən dövlət tərəfindən maliyyələşdirilən bir inşaat məktəbinin rəhbəri vəzifəsində çalışdı.
Fəxrəddin Veysəlli
Fəxrəddin Yadigar oğlu Veysəlli — filologiya elmləri doktoru, professor. === Həyat yolu === Azərbaycanın görkəmli dilçisi, filologiya elmləri doktoru, professor Fəxrəddin Yadigar oğlu Veysəlli 1943-cü il mayın 11-də Kürdəmir rayonunun Yenikənd kəndində ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq illəri ağır və çətin şəraitdə keçən Fəxrəddin (beşinci sinifdən onuncu sinfədək oxuduğu kənd məktəbinin bütün təmizlik işlərini, odun-ocağını, bostan və bağını, gözətçiliyini sol qıçını müharibədə itirmiş atası Yadigar kişinin əvəzinə öz üzərinə götürməli olmuşdu) həmin kənddə orta məktəbi bitirib, 1960-cı ildə M.F.Axundov adına APDİ-nin Avropa dilləri fakültəsinin alman dili şöbəsinə qəbul olunur. İnstitutu 1965-ci ildə əla qiymətlərlə bitirdiyindən doğma ali məktəbdə müəllim saxlanılır, ancaq hələ tələbə ikən təhsil aldığı institutda laborant vəzifəsində çalışmağa başlayır. Onun elmə və təhsilə olan marağını yüksək qiymətləndirən müəllimləri dosent T.R.Əhmədova və professor F.Ə.Seyidov yeni dərs ilindən onu müəllim ştatına işə götürürlər. Cəmi dörd ay işlədikdən sonra Fəxrəddin müəllim hərbi xidmətə çağırılır. Batumidə hərbi xidmətini başa vurduqdan sonra o, doğma instituta qayıdaraq müəllimlik fəaliyyətini davam etdirir. === Elmə gəlişi === Hələ tələbə ikən o, elmi-tədqiqat işlərinə olan dərin marağı ilə institut müəllimlərinin diqqətini özünə cəlb etmişdi. İnstitutun beşinci kursunda oxuyarkən o zaman ittifaqın müxtəlif bölgələrindən gənc tədqiqatçıların iştirak etdiyi Tbilisi konfransında onun "F.Şiller və Azərbaycan səhnəsi" mövzusunda alman dilində etdiyi məruzəsi konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdi. Elə həmin il institut rəhbərliyi təhsilini davam etdirmək üçün onu o zamankı ADR-ə göndərməyi qərara aldı.
German Veyl
Herman Veyl (ing. Hermann Klaus Hugo Weyl; 9 noyabr 1885[…] – 8 dekabr 1955, Sürix) — alman riyaziyyatçısı, nəzəri fiziki və filosofu. 1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə Almaniyanı tərk edərək ABŞ-də məskunlaşmış və 1951-ci ilədək Prinston Universitetində işləmişdir. Funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, qruplar nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. Həndəsənin vektor aksiomatikasını qurmuşdur. == Həyatı == == İstinadlar == == Ədəbiyyat == "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008.
Göyərçin Veysəlli
Göyərçin Veysəlli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Göyərçin Veysəlli oyk., mür. Cəbrayıl rayonunun Şahvəlli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Əsli Göyərcik Veysəllidir. Oykonim Göyərcik (kənd adı) və Veysəlli (etnotoponim) komponentlərindən düzəlib, "Göyərcik kəndi yaxınlığındakı Veysəlli kəndi" deməkdir. Birinci komponent eyni zamanda kəndin adını Daş Veysəlli kəndinin adından fərqləndirməyə xidmət edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Haber-Veys reaksiyası
Haber-Veys reaksiyası- H2O2 (hidrogen peroksid) və superoksidin (• O2−) OH hidroksil radikalıdır. Reaksiya oksidləşdirici olaraq qəfəsdə baş verə bilər. Dəmir ionları katalizator olaraq iştirak edir və reaksiya kifayət qədər yavaş gedir. Reaksiyanın birinci mərhələsi Fe3+ -nın reduksiya olunması ilə başlayır: Fe3+ + •O2− → Fe2+ + O2İkinci mərhələ: Fe2+ + H2O2 → Fe3+ + OH− + •OHFe katalizatoru üçün ümumi reaksiya: •O2− + H2O2 → •OH + OH− + O2Reaksiyanın adı Frits Haber və onun tələbəsi İosif Veysin şərəfinə adlandırılmışdır. == Tarix == 1931-ci ildə alman kimyaçısı və kimya üzrə Nobel mükafatçısı Frits Haber və tələbəsi İosif Veys Haber-Weiss reaksiyası adlanan zəncirvari reaksiyanı belə izah etmişlər: (1) HO• + H2O2 → H2O + O2•- + H+ (2) O2•- + H+ + H2O2 → O2 + HO• + H2OLakin 1947-ci ildə Corc superoksid və hidrogen peroksid (2) arasındakı reaksiyanın superoksid parçalanmasının sürətli reaksiyasına nisbətən əhəmiyyətsiz olduğunu göstərdi: (3) O2•- + H2O2 → OH− + HO• + O21949-cu ildə Veys bu dəlilləri qəbul etdi və Haber- Veys reaksiyası uzun müddət unuduldu. 1970-ci ildə Boşamp və Fridoviç superoksidin toksik təsirlərini izah etmək üçün unudulmuş bir reaksiyanı canlandırdılar, lakin 1970-ci illərdə aparılan laboratoriya tədqiqatları göstərdi ki, bu reaksiya üçün sürət sabitinin 1 M-1с-1 və ya daha az olması Corcun əvvəlki nəticələrini təsdiqlədi. Superoksid və hidrogen peroksid arasındakı reaksiyanın yenidən əhəmiyyətsiz olması təsdiqləndi və superoksidin toksikliyi Fentonun reaksiyasında öz əksini tapdı: (4) Fe2+ + H2O2 → Fe3+ + HO- + HO•1994-cü ildə Kan və Keşa sərbəst oksigeni almaq məqsədilə Haber- Veys reaksiyasına müraciət etdilər. Hal-hazırda superoksidin toksikliyi Fenton reaksiyası ilə izah edilir. == Mənbə == W. H. The Haber-Weiss cycle – 70 years later (неопр.) // Redox Report. — 2001.
Herman Veyl
Herman Veyl (ing. Hermann Klaus Hugo Weyl; 9 noyabr 1885[…] – 8 dekabr 1955, Sürix) — alman riyaziyyatçısı, nəzəri fiziki və filosofu. 1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə Almaniyanı tərk edərək ABŞ-də məskunlaşmış və 1951-ci ilədək Prinston Universitetində işləmişdir. Funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, qruplar nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. Həndəsənin vektor aksiomatikasını qurmuşdur. == Həyatı == == İstinadlar == == Ədəbiyyat == "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008.
Karl Veyerştrass
Karl Teodor Vilhelm Veyerştrass (alm. Karl Theodor Wilhelm Weierstraß, 31 oktyabr 1815 – 10 fevral 1897‎) — alman riyaziyyatçısı. "Müasir analizin atası" hesab olunur. Onun funksiyanın kəsilməzliyi haqda Veyerştrass teoremi vardır..
Karl Vilhelm Veyerştrass
Karl Teodor Vilhelm Veyerştrass (alm. Karl Theodor Wilhelm Weierstraß, 31 oktyabr 1815 – 10 fevral 1897‎) — alman riyaziyyatçısı. "Müasir analizin atası" hesab olunur. Onun funksiyanın kəsilməzliyi haqda Veyerştrass teoremi vardır..
жела́ть левита́ция нахва́статься опола́скиваться сотообра́зно канцерогене́з межокружно́й мистифика́торский слива́ть саурей сплетник disseisor kidney-bean tree Minot New-London nightwear purview Rosaline slide thegn Truro дожарить любопытный создаваться сочувствовать