VICE
VICE-CHAIRMAN
OBASTAN VİKİ
Admiral
Admiral (ərəb. əmir əl-bəhr‎ – dəniz əmiri) — hərbi dəniz donanmasında rütbə, Azərbaycan Hərbi Dəniz Qüvvələrində ən yüksək hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-polkovnik rütbəsidir. Rusiyada admiral rütbələri XVII–XVIII əsrlərdə I Pyotr tərəfindən təsis edilmişdir. 1940-cı ildən SSRİ və Rusiyada kontr-admiral, vitse-admiral, admiral, donanma admiralı rütbələri var; 1955-ci ildən Sovet İttifaqı Donanmasının admiralı rütbəsi var idi (Sovet İttifaqı Marşalı rütbəsinə uyğundur).XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə dəryabəyi (دریابیی) adlandırılmışdır.
Admiral Muskve
Admiral Dalindlela Muskve (21 avqust 1998) — hücumçu mövqeyində çıxış edən Zimbabve futbolçusu. Hazırda Çempionşip turnirində yarışan "Luton Taun" klubunun və Zimbabve milli futbol komandasının şərəfini qoruyur. == Klub karyerası == Muskve 2007-ci ildə doqquz yaşı olarkən yerli klublardan olan Lester Siti klubuna qəbul olmuşdur. 2016-cı ilin may ayında o, klubda Mövsümün Akademiya Oyunçusu seçilmişdir. Bir ay sonra Muskve klub ilə 2019-cu ilə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır.Muskve öz peşəkar karyerasında debütünü 2016-cı ilin iyul ayında mövsüm öncəsi yoldaşlıq oyununda Oksford Yunayted klubuna qarşı oyunda etmişdir. O, Şinci Okazakini əvəz etmiş və həmin görüşdə Lester Siti rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Muskve bir müddət İngiltərə milli futbol komandasının U-17 millisində çıxış etmişdir. O, milli ilə debütünü 2014-cü ildə Nordik U-17 Turnirində etmişdir. O, turnirdə 4 görüşdə iştirak etmiş və 2 qolla yadda qalmışdır.2017-ci ilin noyabr ayında Muskve Zimbabve milli futbol komandası ilə Lesoto millisinə qarşı oyunda debüt etmişdir. O, ikinci hissədə meydana daxil olmuş və millisi 1-0 hesabı ilə məğlub olmuşdur.
Admiral Nelson
Horatsio Nelson (29 sentyabr 1758[…] – 1805[…], Trafalqar burnu, Əndəlüs) — ingilis donanmaçısı, vitse-admiral (1801), vikont (1801). Əbukir dəniz döyüşü (1798) zamanı eskadraya komandanlıq edərkən fransız donanmasını darmadağın etmişdi. Trafalqar döyüşündə (1805) Nelsonun komandanlığı ilə ingilis donanması fransız-ispan donanması üzərində böyük qələbə qazanmış, bu vuruşmada Nelson ölümcül yaralanmışdı. 1806 il yanvarın 9-da Londonda dəfn olunmuşdur. Dəniz döyüşündə yeni manevr taktikasını tətbiq etmişdir. == Tərcümeyi-halı == ==== Uşaqlığı və gəncliyi ==== Horatsio Nelson keşiş oğlu idi. Ümumiyyətlə, onların bütün qohum-qardaşları kilsə xadimləri idilər. Ona görə belə ailədən dənizçi çıxması gözlənilməz idi. Lakin bu işdə sözsüz gəmi kapitanı olan dayısının mühüm rolu olmuşdu. Onun balaca Horatsioya 7 yaşında ikən itirdiyi anasının dənizçi olan ulu babalarının macəraları haqqında söhbətləri də unudulmaz təsir bağışlamışdı.
Böyük Admiral
Böyük admiral və ya flot admiralı — bəzi ölkələrdə marşalın dəniz qüvvələrindəki bərabər rütbəsi olan donanma zabitlərinin ən yüksək admiral rütbəsidir. Böyük admiral, Türkiyənin dəniz qüvvələrində ən yüksək hərbi rütbədir. NATO kodu OF-10-dur. Quru qoşunlarında onun ekvivalenti marşaldır. Bu rütbə ən yüksək hərbi rütbə olsa da, bu rütbənin digər rütbələrdən əsas fərqi onun zamanla qazanılmamasındadır. Bu rütbə qanunla müharibədə üstün faydalılığının olduğu görülən və ən azı admiral və ya dörd ulduzlu general rütbəsinə sahib olan zabitlərə Türkiyə Böyük Millət Məclisi tərəfindən verilir. == Türkiyədə böyük admiral rütbəsi == Türkiyə Respublikası tarixində böyük admiral rütbəsini hələ heç kim qazanmamışdır. 1538-ci il Preveze dəniz döyüşündə qazandığı müvəffəqiyyət səbəbiylə Osmanlı dəniz kapitanlarından böyük admiral rütbəsi, Möhtəşəm Süleyman tərəfindən Barbaros Xeyrəddin Paşaya verilmişdir.
Kontr-admiral
Kontr-admiral — Azərbaycan Hərbi Dəniz Qüvvələrində ali hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-mayor rütbəsidir.
Vitse-admiral
Vitse-admiral — Azərbaycan Hərbi Dəniz Qüvvələrində ali hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-leytenant rütbəsidir.
Admiral (film, 2008)
Admiral — türk əsilli rus admiralı Aleksandr Kolçakın həyatından bəhs edən Rusiya filmi.
Admiral Kuzneçov boğazı
Admiral Kuzneçov boğazı Komandor boğazı kimidə tanınır. Sakit okeanında yerləşir, Berinqa adası ilə Mednıy adasını ayırır. Berinq dənizi ilə Sakit okeanı birləşdirir. Komondor adaları hövzəsində ən iri boğazdır. Uzunluğu 30 km, minimum eni isə 50 km təşkil edir. Ən dərin yeri 142 m-dir. Boğazın sahilləri girintili-çıxıntılıdır, sahillərində Sulkovsk, Kotenok, Krasnıy, Neproxodimiy, Sivuciy, Monatı, Elina, Perqrebnıy və başqa burunları vardır. Boğaz ərazisinə çoxlu sayda çaylar axır: Pereqrebnaya, Mayatniknaya və Ozernaya. Qərbində Pereqrebnıy, Kazarma və Ozernaya, şərqində isə Reçnaya, Bobrovaya buxtaları vardır. Adlanmasına gəldikdə isə bu ad 2004-cü ildə Sovet admiralı Nikolay Qerasimoviç Kuzneçovun şərəfinə verilmişdir.
Osman Paşa (admiral)
Osman Paşa (türk. Patrona Osman Paşa d. 1792, Rize - ö. 1860) — Türk admiral. Sinop döyüşündə Osmanlı donanmasının komandanı. Misir hərbi-dəniz məktəbinin yetirməsidir. 1825 - 1830-cu illərdə Misir Donanmasında gəmi rəisi vəzifəsini icra etmişdir. Sonradan İstanbula gələrək və Osmanlı Donanmasında xidmətə başlamışdır. Krım müharibəsi başlayanda 12 gəmidən ibarət Qara Dəniz Donanması təşkil edildi. İnceburun ilə Amasra məntəqələri arasında keşik çəkən bu donanmanın komandiri təyin edildi.
Rafiq Əsgərov (admiral)
Rafiq Əsgərov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsini ilk icra edən şəxs (1991-1993). == Hərbi xidməti == Rafiq Əsgərov 1949-cu ildə Bakıda anadan olub. Orta təhsilini bitirdikdən sonra Ali Dənizçilik Akademiyasında təhsil almışdır. Rafiq Əsgərov 1993-cü ildə müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinə təyin olunmuşdur. O, 1993-cü il ilə qədər idarə etdiyi müddətdə Hərbi Dəniz qüvvələrinin formalaşmasında müstəsna xidmətləri olmuşdur. Xüsusilə 1992-ci ildə keçmiş SSRİ-nin HDD-nin Qırmızı bayraqlı Xəzər Donanmasının Bakı və Moskva arasında bölünməsində yaxından iştirak etmişdir. 1993-cü ildə onu vəzifədə Fuad Yusifov əvəz etmişdir.
Grand Theft Auto: Vice City
Grand Theft Auto: Vice City Rockstar North tərəfindən hazırlanaraq, Rockstar Games tərəfindən bazara çıxarılan Grand Theft Auto (GTA) seriyasının bir parçasıdır. Sony PlayStation 2 üçün 2002 tarixində bazara çıxarılan oyun, 2003-də Windows əməliyyat sistemi işlədən kompüterlər və Microsoft Xbox platformuna uyğunlaşdırılmışdır. 2004-ün yay aylarında Multi Theft Auto adlı modun MTA 0.5 versiyasına uyğunlaşdırılmışdır. 2010-da Mac OS X əməliyyat sistemi işlədən kompüterlərə uyğunlaşdırılmışdır. 2012-də iOS və Android əməliyyat sistemi işlədən cihazlara uyğunlaşdırılmışdır. Oyunun əsas qəhrəmanı Tomi Versettidir. Bir davam oyunu olaraq görülsədə oyunda danışılanlar Grand Theft Auto III-də olan əvvəlki mövzu qalmaqdadır. Oyun Mayami şəhərinin planında yaradılan “Vice City” adlı uydurma bir şəhərdə cərəyan edir.
вишнёвый гешефтма́херствовать завоёвывать неврастени́чность незабу́дочка обка́тывание экзоти́чность яснови́дящий баро́н вы́долбить гаре́мный забри́ть лоб отре́чься проступи́ть руга́тель brush cut camera clicker flannelled grain-saving pan psychotogenic scene dock stylobata носогрейка окорок термограф