VICE-DEAN
VICE VERSA
OBASTAN VİKİ
President.az
president.az — Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Saytın hal-hazırkı versiyası 2007-ci ilin sentyabr ayında hazırlanmışdır. Sayt 1998-ci ilin may ayında qeydiyyata alınsa da, 2007-ci ilin oktyabrından etibarən KİV nümayəndələri üçün prezidentin fəaliyyəti ilə bağlı məlumatlar və fotoşəkillər, 2010-cu ilin iyul ayından etibarən isə gündəlik yenilənməklə fəaliyyət göstərir. Saytda dövlət başçısının fəaliyyətini əks etdirən materiallar, o cümlədən görüşlər, səfərlər, qəbullar, çıxışlar, mətbuat konfransları, müsahibələr, habelə göndərilmiş və qəbul edilmiş məktublar, imzalanmış fərmanlar, sərəncamlar, müraciətlər, bəyannamələr, bəyanatlar, qanunlar və digər sənədlər yerləşdirilir. Həmçinin, saytın hər bir istifadəçisi Azərbaycan Respublikasının Prezidentinə məktub göndərmək, təklif və arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə müraciət etmək imkanına malikdir.Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin mətbuat katibinin xidməti və prezident administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir. == Saytın altbölmələri == 24 oktyabr 2009-cu ildə president.az saytının məktəblilər üçün xüsusi altbölməsi fəaliyyətə başlamışdır. Həmin bölmə mektebli.president.az Arxivləşdirilib 2010-03-03 at the Wayback Machine ünvanında yerləşir. == Mobil tətbiqlər == President.az saytının iOS və Android əməliyyat sistemləri üçün mobil tətbiqləri yaradılmışdır. Bu tətbiqlər saytdakı xəbərləri birbaşa telefondan və planşetdən oxumağa imkan verir. iPhone və iPad qurğuları üçün tətbiqləri "iTunes"dan, Android əməliyyat sistemi ilə işləyən mobil telefonlar və planşet qurğuları üçün isə "Google Play"dən endirmək mümkündür.
Grand Theft Auto: Vice City
Grand Theft Auto: Vice City Rockstar North tərəfindən hazırlanaraq, Rockstar Games tərəfindən bazara çıxarılan Grand Theft Auto (GTA) seriyasının bir parçasıdır. Sony PlayStation 2 üçün 2002 tarixində bazara çıxarılan oyun, 2003-də Windows əməliyyat sistemi işlədən kompüterlər və Microsoft Xbox platformuna uyğunlaşdırılmışdır. 2004-ün yay aylarında Multi Theft Auto adlı modun MTA 0.5 versiyasına uyğunlaşdırılmışdır. 2010-da Mac OS X əməliyyat sistemi işlədən kompüterlərə uyğunlaşdırılmışdır. 2012-də iOS və Android əməliyyat sistemi işlədən cihazlara uyğunlaşdırılmışdır. Oyunun əsas qəhrəmanı Tomi Versettidir. Bir davam oyunu olaraq görülsədə oyunda danışılanlar Grand Theft Auto III-də olan əvvəlki mövzu qalmaqdadır. Oyun Mayami şəhərinin planında yaradılan “Vice City” adlı uydurma bir şəhərdə cərəyan edir.

Digər lüğətlərdə

вулканизи́рованный обезнали́читься орг... перевоплоти́ть подве́ситься правонаруши́тельский размыва́ть сопоста́вить таэквонди́ст фарао́н шелковьё бура́вить встарь дискриминацио́нный плебе́йски простре́льный пустить козла́ в огород теплоэнерге́тика задушие barchan question tag оптация понизиться пошабашить умолот