VİLDAN
VULKAN
OBASTAN VİKİ
Vilen Azatyan
Vilen Vaqarşoviç Azatyan (rus. Вилен Вагаршович Азатян; 24 mart 1931, İrəvan) — Rusiya kimyaçısı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (2000-ci ildən). O, fiziki kimya, partlayış və piroliz, bu proseslərə nəzarətin əsaslarının və üsullarının işlənib hazırlanması sahəsində mütəxəssisdir. == Həyatı == Vilen Vaqarşoviç Azatyan 25 mart 1931-ci ildə Ermənistan SSR-in İrəvan şəhərində anadan olmuşdur. O, 1954-cü ildə Moskva Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Azatyan 1978-ci ildə "Budaqlanmış zəncirli proseslərin yeni qanunauyğunluqları və nəzəriyyənin yeni aspektləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, 1982-ci ildən Rusiya Elmlər Akademiyasının Struktur Makrokinetika İnstitutunda Zəncirvari və Heterofaz prosesləri laboratoriyasının müdiridir. Azatyan 1985-ci ildə professor elmi adına layiq görülmüşdür. O, 2000-ci ildə Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Azatyan 2008-ci ildə Ermənistan Milli Elmlər Akademiyasının xarici üzvü seçilmişdir.
Vilen diyarı
Vilen və ya Vilnüs diyarı (pol. Wileńszczyzna, belar. Віленшчына, lit. Vilniaus kraštas,) — Vilnüs ilə birlikdə Litvanın şərq və cənub-şərq hissəsi, eləcə də Belarusun sərhəd bölgələri. 1920-1939-cu illərdə Polşaya məxsus idi. Bölgə əhalinin milli tərkibinin xüsusiyyətləri ilə, eləcə də siyasi və mədəni istiqamətləri ilə fərqlənir. == Tarixi == 1917-ci ilə qədər Vilen ərazisi Rusiya imperiyasının Vilen quberniyasının tərkibində idi. Quberniyanın ərazisinə Sventsian, Vilen və Troks mahalları daxil idi. Göstərilən mahalların əhalisinin yarısı belaruslar idi, litvalılar azlıq təşkil edirdi. Litvalılar əsasən Vilnüs şəhəri (o dövrün Vilna) ərazisində idi.
İl və Vilen
İl və Vilen (fr. Ille-et-Vilaine, bret. Il-ha-Gwilen) — Fransa qərbində, Bretan regionun departamentlərindən biri. Sıra nömrəsi — 35. İnzibati mərkəzi — Ren. Əhalisi — 1,015,470 nəfər (departamentlər arasında 23-cü yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 6,775 km² əhatə edir. Departamentin ərazisində Ill, Vilen, Rans, Küenon çayları axır. Departamentə 4 rayon (Ren, Fujer, Redon, Sen-Malo), 53 kanton və 352 kommuna daxildir. == Tarixi == İl və Vilen — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir.
боле́зненно ми́чманство плащ-пала́тка пост- прота́лкивание самосе́вка то́лки торцева́ть фейерве́рочный четырёхсо́тенный вы́ковка декалькома́ния дире́кторский нейдёт погнои́ть теорема application-oriented dogface exiguous face up gory jam-up medium rallyman sperling