vint

is. 1) vis \[[t]vis[/t]\] f ; tənzimləyici ~ vis de réglage ; sıxıcı ~ vis de serrage, vis d’arrêt ; sonsuz ~ vis sans fin, vis tangente ; ~i bağlamaq visser vt, serrer vt ; ~i ãmaq dévisser vt, desserrer vt

◊ onun (başında) bir vinti çatmır (dan) il a une case vide, il a une araignée dans le plafond, il est un peu toqué, il est cinglé ; ŋ) hélice f (gəmi, təyyarə vinti) ; ʃ) wint m \[[t]wint[/t]\](kart oyunu)

vineqret
vintaçan
OBASTAN VİKİ
Vint
Vint - maşınqayırmada ən geniş yayılmış bərkidici element sayılır. Vint bir tərəfdən başlığa, digər tərəfdən yivə malik gövdədən ibarətdir. Başlıqlar birləşdirilən hissələrin bir-birinə sıxılmasına və həmçinin onların açarla və ya burucu ilə bağlanmasına imkan yaradırlar. Çox istifadə olunan altı tilli, kvadrat, sferik formalı və burucu üçün yarığa malik olan başlıqlardır. Vintlər onların malik olduqları yivin profillərinə görə də təsnifatlaşdırılırlar. Xarici yivlərə malik vintlərin həndəsi parametrləri ISO 4753:1999-də verilir.
Cesse Vint
Cesse Vint (ing. Jesse Lee Vint) - ABŞ aktyorudur. == Seçilmiş filmoqrafiya == == Maraqlı faktlar == Cesse Vintin boyu 1.8 m-dir.
Vint Serf
Vint Serf (Vinton Grey "Vint" Serf; 23 iyun 1943, Nyu-Heyven[d]) – Amerikan kompüter alimi. O dünyada "İnternetin atası" adı ilə tanınır. Həmçinin Beynəlxalq Texnologiya medalı, Turing mükafatı və Prezident azadlıq mükafatı da almışdır. Vinton G. "Vint" Serf Robert Kahn ilə birlikdə internetin təməl memarı və TCP/IP protokolunun iki yaradıcısından biri olması səbəbi ilə "internetin atası" olaraq qeyd edilir. Kompüter elmləri doktoru adını almış Kerf, uzun illər Amerika Müdafiə Nazirliyində iləri tədqiqat layihələri agentliyində (internetin ilk düzəltdiyi yer) işlədikdən sonra, müxtəlif əsas vəzifələrdə olmuş şəxslərdən biridir. Hal-hazırda Google-da Prezident yardımçısı ve Şief Internet Evangelist rütbələrinə sahibdir.
Bobbi Vinton
Bobbi Vinton, əsl adı Stenli Robert Vintula (ing. Bobby Vinton, Stanley Robert Vintula Jr.; d. 16 aprel 1935) — polyak əsilli amerikalı estrada müğənnisi. 1962-1964-cü illərdə ifa etdiyi sentimental "Roses Are Red (My Love)", "Blue Velvet", "There! I’ve Said It Again" və "Mister Lonely" balladaları Billboard Hot 100-də ilk yerlərdə qərarlaşdığı vaxt şöhrət qazanmışdır. == Həyatı == Bobbi Pensilvaniya ştatında, öz kumiri olan Perri Komo ilə eyni şəhərdə dünyaya gəlmişdir. Özünün vizit kartına çevrilən "Blue Velvet" mahnısını isə Toni Bennetin repertuarından götürmüşdür. 1964-cü ildə Vintonun eyniadlı albomuna daxil olan "There! I’ve Said It Again" mahnısı, Beatles qrupunun ABŞ-dakı ilk sinqlı olan "I Want to Hold Your Hand" tərəfindən çartların ilk pilləsindən sıxışdırılıb çıxarıldı. 1962-1972-ci illərdə "Billboard" jurnalının çartlarında Vintonun 28 mahnısı yer almışdı, o cümlədən məşhur "Sealed with a Kiss".
Timoti Vinter
Timoti Vinter (16 yanvar 1996) — Yamaykalı üzgüçü. Timoti Vinter Yamaykanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Timoti Vinter birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 57.20 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
VSS Vintorez
VSS (rusca: Винтовка Снайперская Специальная, Vintovka Snayperskaya Spetsialnaya və ya "Xüsusi Snayper Tüfəngi") və ya digər adı ilə Vintorez xüsusi məqsədli snayper tüfəngidir. 1980-ci illərin sonunda TsNIITochMash şirkəti tərəfindən konstruksiya olunmuş və Tula silah zavodu tərəfindən istehsal olunmuş bu snayper tüfəngi əsasən Xüsusi təyinatlı dəstələr üçün hazırlanmışdır. == İstifadəçiləri == Azərbaycan Ermənistan: 2014-cü ilə qədər Rusiyadan az sayda alınmışdır. Belarus: Xüsusi təyinatlılar tərəfindən istifadə olunur. Gürcüstan: Rusiya-Gürcüstan müharibəsindən əvvəl az sayda istifadə olunurdu. Qazaxıstan İordaniya: Yalnız xüsusi təyinatlılar tərəfindən istifadə olunur. Rusiya: Federal Təhlükəsizlik Xidməti tərəfindən istifadə olunur.
Vintertur
Vintertur (alm. Winterthur‎) — İsveçrənin şimal hissəsində yerləşən şəhər, dairə mərkəzi, Sürix kantonunda yerləşir. Vintertur dairəsinin bir hissəsidir. Şəhər, əhalisinin sayına görə İsveçrənin altıncı ən böyük şəhəridir, əhalisi 100.000 nəfərdən çoxdur (2008-ci ilə qədər). Yerli dialektdə sakinlər onu qısaldılmış — Vinti adlandırırlar. İsveçrədə Vinterturu "muzeylər şəhəri" adlandırırlar — şəhərdə Fotoqrafiya Muzeyi və Texnorama Muzeyi də daxil olmaqla çoxlu sayda sənət muzeyi yerləşir. Bundan əlavə, Vintertur İsveçrənin əsas sənaye mərkəzidir. 1862-ci ildə Bank in Winterthur burada yaradılmışdır. Şəhərin üstünlüklərindən biri onun nəqliyyat əlçatanlığıdır. Şəhər həm İsveçrənin, həm də qonşu ölkələrin əsas şəhərləri ilə dəmir yolu ilə bağlıdır: Almaniya, İtaliya.
Vintqanad
Vintqanad- şaqüli qalxıb-enən uçuş aparatı. Vintqanadda qaldırıcı qüvvəni kombinə edilmiş aparıcı sistem (bir və ya iki aparıcı vintdən və qanaddan ibarət) yaradır. Vintqanad vertolyotda olduğu kimi aparıcı vintlərin köməyi ilə qalxıb-enir; üfüqi istiqamətdə sürətin artırılması isə həm aparıcı vintlər, həm də hərəkətvericilər vasitəsilə əldə edilir. Hərəkətverici kimi təyyarə vintlərindən, yaxud reaktiv mühərriklərdən istifadə olunur. Vintqanad aerodinamik sükanların effektiv hərəkətə başladığı sürətə çatandan maksimal uçuş sürətinədək (500 km/saat-dan yüksək) adi təyyarə kimi uçur. Bu zaman sürətin kvadratına mütənasib artan qaldırıcı qüvvədən (qanadın) istifadə edilir ki, bu da maksimal uçuş sürətində uçuş çəkisinin 75-90 %-nə çatır. Havayaqalxma və yerəenmə rejimlərində Vintqanadın idarəetmə sistemi vertolyotda oluduğu kimi, irəli uçuş rejimində isə həm təyyarə və həm də vertolyotdakı kimidir. XX əsrin 50-ci illərinin sonunda ingilis firması "Feyri" tərəfindən bir reaktiv aparıcı vinti və iki dartıcı hava vinti olan "Rotodayn" Vintqanadı yaradıldı. Onun uçuş kütləsi 17700 kq, uçuş sürəti isə 312 km/saata qədər idi. Bu vaxt SSRİ-də iki aparıcı vinti və hər biri 4300 kv.m (5900 a.q.) gücündə iki turbovintli mühərriki olan Ka-22 Vintqanadı (N.İ.Kamovun konstruksiyası ilə) hazırlandı (uçuş kütləsi 37 m).
Vintsas Kreve
Vintsas Kreve (litvaca — Vincas Krėvė-Mickevičius), (19 oktyabr 1882[…] – 17 iyul 1954 və ya 7 iyul 1954), Kreve onun ədəbi təxəllüsüdür, əsl soyadı — Mitskəviçyusdur. == Haqqında == V. Kreve XX əsr Litva ədəbiyyatının ən məşhur klassik yazıçılarındandır (nasir və dramaturq), eyni zamanda görkəmli ədəbiyyatşünas və dilçi alim, Kaunas və Vilnüs universitetlərinin professoru (1922–1943), həmçinin ictimai-siyasi xadim olaraq tanınıbdır. Litva Elmlər Akademiyasının ilk prezidenti olub (1941). V. Kreve Litva — Azərbaycan çoxəsrlik ədəbi-mədəni əlaqələri tarixində və ictimai-siyasi münasibətləri salnaməsində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun həyat və yaradıcılığının, elmi-pedaqoji, mədəni-maarif və ictimai-siyasi fəaliyyətinin 11 ilə yaxın dövrü (1909–1920) sıx şəkildə Azərbaycanla bağlı olubdur. O, 1908-ci ildə müqəddəs Vladimir adına Kiyev İmperator universitetini bitirdikdən sonra – 1909–1920-ci illərdə Bakı 1-ci realnı məktəbində rus dili və ədəbiyyatı müəllimi olaraq çalışıb. Bakıda gözəl pedaqoq kimi ad qazanmış V. Kreve azərbaycanlı şagirdlərinin mütərəqqi dünya görüşlərinin formalaşması, ədəbi-estetik və elmi-nəzəri baxışlarının rasional istiqamətdə inkişaf etməsi və beləliklə, yüksək səviyyəli Azərbaycan ziyalılar dəstəsinin yetişdirilməsi işinə mühüm töhfələr veribdir. Onun yetişdirmələri sırasında sonralar Azərbaycanda yazıçı, jurnalist, həkim, iqtisadçı, pedaqoq və ictimai-mədəni xadimlər kimi tanınmış Tağı Şahbazi Simurğ, Ruhulla Axundov, Abdulla Şıxlinski, Abdulla Şahbazov, Həbib Talışinski, Qulaməli Həsənov, Hadı Əliyev, Səməndər Axundov və bir sıra digər şəxslər olublar. V. Kreve realnı məktəbində o vaxt onunla birgə müəllim işləmiş klassik yazıçı Abdulla Şaiqlə (1881–1959) yaxın dostluq və yaradıcılıq əlaqələri saxlayıbdır. A. Şaiq 1957-ci ildə V. Kreve haqqında yazdığı xatirələrində minnətdarlıqla qeyd etmişdir ki, Litva yazıçısı onun "…ədəbi görüş dairəsinin genişləndirilməsində və dünya ədəbiyyatı xəzinəsini öyrənməkdə böyük əmək sərf etmiş və çox mühüm rol oynamışdır".
Vintqar dərəsi
Vintqar dərəsi — Sloveniyanın şimal-qərbində, Qoryo və Bled bələdiyyələrində, Bleddən dörd kilometr şimal-qərbdə yerləşən 1,6 kilometrlik (0,99 mil) dərədir. Radovna çayı ilə oyulmuş bu dərə, Radovna vadisinin davamıdır. Şəffaf kanyon divarlarının hündürlüyü 50 ilə 100 metr (160 ilə 330 fut), ümumi yamacı təxminən 250 m (820 fut) təşkil edir. Bu axın hovuzlar və çaylar kimi bir çox eroziv xüsusiyyətlər yaratmışdır və Sloveniyanın ən böyük şəlaləsi olan mənzərəli 13 m (43 fut) Sum şəlaləsində sona çatır. == Tarix == 1878-ci ildə Sum şəlaləsi üzərində körpü tikilmişdir. Dərənin qalan hissəsi 1891-ci ildə Qorye şəhərinin meri Yakob Žumer və dövrün görkəmli fotoqrafı Benedikt Lergetporer tərəfindən tədqiq edilmişdir.1893-cü ildə dərə böyük səylə taxta müşahidə yolları və körpülərlə təchiz edilmişdir və 26 avqust 1893-cü ildə ictimaiyyətə açılmışdır. Sonralar dərənin ən görkəmli hissəsində Zumer Qalereyaları (Žumrove galerije) adlandırılan piyada yolları[1] o vaxtdan bəri bir neçə dəfə təmir edilmişdir. Həmçinin dərənin altında su elektrik bəndi və Bohinj dəmir yolu üçün tağlı dəmir yolu körpüsü tikilib. 1904 və 1905-ci illərdə yonma daşdan tikilmiş körpü Sloveniyada bütövlükdə qorunub saxlanılan ən böyük daş tağlı dəmir yolu körpüsüdür. Onun uzunluğu 65 m (213 fut), eni 4,5 m (15 fut) və hündürlüyü 33 m (108 fut) təşkil edir.

Digər lüğətlərdə

банке́тный возмути́тельно гати́ть гря́диль заню́ханный зимосто́йкость перехлёстывание ра́знить шоферня́ закрытое мо́ре здра́вица зюйд-о́стовый неосталини́зм неправдоподо́бный Мда салтан таталуй legal reserve marriage licence meritocrat yous интимность копи погружаться юдоль