VİRD

is. [ ər. ] Dindarların bir savab iş kimi tez-tez söylədikləri, təkrar etdikləri dini kəlam, söz, ifadə.
Gər vəfa qıl bu Xətayi bəndənə, ya qılma, kim; Ruzü şəb verdim sənə zikrü duadır, bilmiş ol. Xətayi.
Əhli-dünyayə virdi lənətdir; Gecə-gündüz xəyalı dövlətdir. S.Ə.Şirvani.
Aç dilini, yum gözünü, zahida; Vird oxu, heç anlama mənasını. M.Ə.Sabir.

□ Vird etmək (eləmək) – bir söz və ya kəlməni tez-tez təkrar etmək, daim söyləmək, dilinin əzbəri etmək.
Məşədi Hacı əlində təsbeh dodaqları dua vird edir. C.Məmmədquluzadə.
Canamaz üstündə kəsilmiş taqəti; Vird etmək adəti. M.Müşfiq.
Bu sözləri Səfər vird eləmişdi. S.Rəhimov.

VİRANXANA
VİRTUÁL
OBASTAN VİKİ
Petro Paolo Virdis
Antonio Petro Paolo Virdis (it. Antonio Pietro Paolo Virdis; 26 iyun 1957, Sassari[d], Sardiniya) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. == Bioqrafiya == Futbolçu Sassaridə dünyaya gəlib. Hal-hazırda Milanda yaşayır, yemək və şərab satan kiçik bir "Virdisin dadı" adlı dükana sahibdir. == Karyerası == Pietro Paolo Virdis "Juvenilia Sassari" klubunun gənclər komandasında futbol oynamağa başlayıb. 1971–1973-cü illərdə burada iki il keçirəndən sonra 16 yaşında D Seriyası klubu olan "Nuoreze"yə dəvət edilir. Virdis burada bir mövsumdə meydana çıxdığı 35 oyunda 11 qol vurur. 1974-cü ildə "Kalyari" klubu tərəfindən satın alınır. Onun İtaliya çempionatında debütu 6 oktyabr 1974-cü ildə "Udineze" ilə görüşdə təsadüf edri.
Virdü-Səttar
Virdü-Səttar — Seyid Yəhya Bakuvinin əsərlərindən biri, onlar arasında xüsusi yer tutur. Xəlvətilik təriqəti mənsublarının hər gün oxuduqları bu vird ərəb dilində və olduqca səlis bir üslubdadır. Tədqiqatçılar məzmununu üç qismə ayırırlar. Birinci hissədə Allaha dua və səma edilir,ikinci bölümdə Allahın sifətləri və 99 adı xatırlanır. Üçüncü bölümdə Məhəmmədə, ilk dörd xəlifəyə, Əhli Beytə, Həmzə və Abbasa dua və salamlar edilir. Müridlərin səsli olaraq icra etdikləri bu virddən sonra gizli oxuyacaqları qısa bir dua da vardır. Övradi-Yəhya, Virdü-Səttar, Virdi-Yəhya, Virdi-Xəlvətiyyə kimi adlarla yad olunan bu əsərə dəfələrlə şərh yazılmışdır. Kitabxanalarda bir çox əlyazması olmaqla yanaşı dəfələrlə müxtəlif ölkələrdə nəşr də edilmişdir. Lakin Azərbaycanda nəşr edilməmişdir. == Əlyazma nüsxələri == Süleymaniyyə kitabxanası,Hamidiyyə,842/2 Süleymaniyyə kitabxanası,Lala İsmayıl,727/5 Süleymaniyyə kitabxanası,Lala İsmayıl,707/5 Süleymaniyyə kitabxanası,Hacı Mahmud,4123 Süleymaniyyə kitabxanası,Aşir əf.,426/20 Süleymaniyyə kitabxanası,Çələbi Abdulla,3/6 Süleymaniyyə kitabxanası,Əsəd əf.,1415/1 Süleymaniyyə kitabxanası,Əsəd əf.,1330/6 Süleymaniyyə kitabxanası,Üşşaqi-təkyə.

Значение слова в других словарях

-уч-(ий) дослужи́ть звони́ться Иу́душка набря́кивать неча́янность синдика́льный сосцо́вый суесло́вный траттори́я вигва́м двупла́нный излупи́ть разрасти́сь сбли́зить смоляно́й увари́ться охлуп limen social democracy кучевой многозначный мускульный облупливаться экспансивность