VODEVİL

İnsanlar keflərini kökəldib şənlənmək üçün kifayət qədər şərab içdikdən sonra çox vaxt müğənnilik istedadları baş qaldırır və mahnı oxumaq istəyirlər. Bu vaxt səslənən mahnılar kifayət qədər gur, eyni zamanda sözlərində məna olmalıdır. Bu səbəbdən də məclisdə səsləndirilə biləcək mahnılara tələb və təklif həmişə yüksək olub.

Süfrə başında ifa edilən ən məşhur mahnıların əksəriyyətinin müəllifi fransız şairi Olivye Basselendir. Basselen XV əsrin əvvəllərində Normandiyada, Vir (Van de Vir) çayının vadisində anadan olmuşdur.

Onun ölümündən sonra mahnılarının “Van de Vir” (anadan olduğu yer) adlı toplusu çap olundu. Bundan sonra bu ad, ümumiyyətlə, bütün satirik melodiyalara şamil edildi. Sonralar isə dəyişərək “vaudeville” (vodevil) şəklini aldı.

XVIII əsrin əvvəllərində Fransa dövlət teatrının səhnəsinə dram qayıtdı. Ölkəni qastrol səfərləri ilə dolaşaraq çörəkpulu qazanan aktyorlar hansısa çərçivələrdən azad tamaşalar göstərirdilər. Bunların arasında həmçinin satirik mahnılar da var idi. Təkcə mahnılar deyil, həmçinin komik monoloq, dialoq və digər əyləncəli elementlər də “vodevil” adlandırılmağa başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

VLADLEN
VOKS-POP
OBASTAN VİKİ
Vodevil
Vodevil (fr. vaudeville) — Fransa feodalları arasındakı eybəcər şəxsləri lağa qoyan xalq satirik mahnılarının adı. XVIII əsrin birinci yarısında yarmarka tamaşaları zamanı ifa olunan nəqarətli kiçik mahnı – bəndlərə vodevil deyirmişlər. Sonralar həcmcə bir o qədər böyük olmayan və bəzən bəndləri və rəqsi də olan məzəli teatr pyeslərinə habelə birpərdəli şən komediyalara vodevil deməyə başlamışlar. XIX əsrin əvvəllərində Azərbaycan səhnəsində S.M.Qənizadə, Mirzağa Əliyev və başqalarının çoxlu vodevili tamaşaya qoyulmuşdur. == İstinadlar == == Ədəbiyyat == Бескин, Эммануил Мартынович История русского театра. — M., 1928. Бескин, Эммануил Мартынович Некрасов, Николай Алексеевич-драматург // Работник просвещения (журнал). 1921. № 12.

Digər lüğətlərdə

ва́ляный веротерпи́мость вы́цветший греме́ть колдо́бинка на мази́ наблева́ть ополя́чивать перегно́й широково́дный алте́й дебюта́нт чрезвыча́йно Днепр ящер hard-eyed hard-run persuasion placeman ratable treeline trunnion yestermorn регентство хлопчатый