vokal-instrumental
vokalçılıq
OBASTAN VİKİ
Vokalçı
Vokal ― bir və ya daha çox ifaçının ya instrumental müşayiət altında, ya da instrumental müşayiət olmadan həm monofonik, həm də polifonik olmaqla ərsəyə gətiriyi etdiyi ifa növü.
Əvəz Abdullayev (vokalçı)
Əvəz Baxşəli oğlu Abdullayev — Azərbaycanın xalq artisti (2012). == Həyatı == Əvəz Abdullayev 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bakı Musiqi Akademiyasını bitirmişdir. Hələ tələbə ikən Ş.Məmmədova adına Opera studiyasında solist kimi çalışmağa başlamış, sonra isə Dövlət Xor Kapellasına qəbul edilmişdir. Ə.Abdullayev 2004-cü ildən Opera va Balet Teatrında çalışır. Bariton səs tembrinə malik olan vokalçı teatrda çalışdığı müddət ərzində klassik opera tamaşalarında bir-birindən maraqlı obrazlar yaratmağa müvəffəq olmuşdur. 2005-ci ildə Ə.Abdullayev respublika üzrə keçirilən “Russkaya pesnya” müsabiqəsində 1-ci mükafatın sahibi olmuş, eyni zamanda Vokalçıların Bülbül adına 3-cü Beynəlxalq müsabiqəsinin laureatı adını qazanmışdır (IV yer). 2006-cı ildə gənc vokalçı İ.Arxipova fondunun dəvəti ilə Beynəlxalq Musiqi Xadimləri İttifaqının Moskva və Yaroslavlda təşkil etdiyi konsertlərdə ugurlu cıxış etmiş və fondun xüsusi medalına layiq görülmüşdür. Ə.Abdullayev Rusiya, Fransa, İtaliya, Almaniya, Çexiya və s. ölkələrdə çoxsaylı qastrol səfərlərində olmuşdur.
Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi
Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi - Azərbaycan professional vokal sənətinin banisi, görkəmli müğənni və pedaqoq professor Bülbülün 100 illik yubileyi ərəfəsində, xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yaradılan beynəlxalq musiqi müsabiqəsi.İlk dəfə 1997-ci ildə keçirilib. İlk dəfə keçirilməsinə baxmayaraq, müsabiqəyə fərqli ölkələrdən 60-a yaxın iştirakçı toplanıb. İlk müsabiqənin münsiflər heyətinə Beynəlxalq Musiqi Xadimləri İttifaqının Sədri, SSRİ-in Xalq artisti, professor və akademik İrina Arxipova sədrlik edib. Müsabiqənin Təşkilat Komitəsinin sədri, həmin dövrdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri olan, xalq artisti, professor Polad Bülbüloğlu olmuşdur. == Tarixi == 20 avqust 1997-ci ildə Azərbaycanın məşhur opera müğənnisi Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev sərəncam imzalayır. Sərəncama əsasən yubiley tədbirlərinin əsasənı Bülbülün adını daşıyan Beynəlxalq Müsabiqə təşkil edir və hazırlanması və keçirilməsi üçün Təşkilat Komitəsi yaradılır. Komitəyə sədr, həmin dövrdə baş nazirin müavini olan Elçin Əfəndiyev təyin edilir. Təşkilat komitəsinin üzvləri isə həmin ildə Azərbaycan Respublikasının xarici işlər naziri Həsən Həsənov, Bakı şəhər İcra hakimiyyətinin başçısı Rəfael Allahverdiyev, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Respublikasının mədəniyyət naziri Polad Bülbüloğlu, Azərbaycan Respublikasının təhsil naziri Lidiya Rəsulova, Azərbaycan Respublikasının mətbuat və informasiya naziri Sirus Təbrizli, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin sədri Nizami Xudiyev, Azərbaycan Elmlər Akademiyasının prezidenti Fərəməz Maqsudov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Tofiq Quliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli, xalq artistləri Zeynəb Xanlarova və Xuraman Qasımova təyin edilir. Azərbaycan vokal sənəti tarixində keçirilən ilk beynəlxalq müsabiqə eyni zamanda təşkilat komitəsinə dövrünün dövlət xadimləri və görkəmli nümayəndələrinin cəlb edilməsi ilə də tarixə düşür. 19 noyabr 1997-ci il tarixində ilk dəfə I Beynəlxalq müsabiqəyə start verilir və müsabiqə həmin il dekabrın 1-nə qədər davam edir.
XII ümumittifaq vokalçılar müsabiqəsi (film, 1987)
XII ümumittifaq vokalçılar müsabiqəsi filmi rejissor Miri Rzayev tərəfindən 1987-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-reportaj vokalçıların XII Ümumittifaq müsabiqəsindən danışır. == Məzmun == Film-reportaj vokalçıların XII Ümumittifaq müsabiqəsindən danışır. Müsabiqə 1987-ci ilin payızında Bakıda keçirilmişdir.
автола́вка залежа́ться лабиринтодо́нты писто́ль РПЦ тихонько аксиоло́гия го́нористый закоу́лок сейча́с шпутова́ться вот Котлин усобица babies'-breath death-cup jack plane prosoma yellowness вице-адмирал воспринимать изодраться наделение отягчающий пружина