voleybolçu
volfram-kobalt
OBASTAN VİKİ
Volfram
Volfram (W) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 74-cü element.Ən yüksək ərimə temperaturuna malikdir. Söz alman mənşəlidir: Wolfram. Bu ad ilə mineral Almaniyada lap çoxdan məlum idi. Bu, dəmir-manqan qarışıq volframatdır xFeWO4 ∙ yMnWO4. Ağırlığına görə onu çox vaxt qalay filizi hesab edirdilər, amma, bu filizdən heç bir metal əridilmirdi. Mədənçilərin bu daha bir “şeytan” flizinə şübhəli münasibəti onun adında da əks olundu: Wolf almanca “canavar”. Bəs “ram” nədir? Orta əsrlər alman dilində ram - “qrum”, onda volfram - “canavar qurumu” deməkdir (volframit mineralı qara rənglidir və qara iz buraxır). Güman ki, Wolfram latınca lupus - “canavar” və spuma - “köpük” sözlərindən düzəlib. Təsadüfi deyil ki, alman geoloq və mineroloq Qeorq Aqrikola (1494-1555) bu mineralı lupi spuma - “canavar köpüyü” adlandırmamışdır (onun müasir adı volframitdir).
Stiven Volfram
Stiven Volfram (ing. Stephen Wolfram; d. 29 avqust 1959, London, İngiltərə, Böyük Britaniya) — proqramçı, riyaziyyatçı, fizik və yazıçı; O, Mathematica kompüter cəbri sistemi və WolframAlpha bilik bazası və hesablama alqoritmləri (ing. computational knowledge engine) dəstini hazırlayıb. == Həyatı == Stiven Volfram 1933-cü ildə Almaniyanın Vestfali regionundan İngiltərəyə mühacirət etmiş yəhudi ailəsində dünyaya gəlib. Onun atası, Hüqo Volfram yazıçı olub və anası Sibill Volfram, Oksford Universitetində fəlsəfə üzrə professor kimi fəaliyyət göstərib. Təhsildə inanılmaz uğurlarına görə uşaqlıqda vunderkind Stiveni "kiçik Eynşteyn" adlandırıblar. O, İton kollecində təhsil alıb. Volfram 15 yaşında olarkən elementar zərrəciklər fizikası haqqında məqaləni dərc etdirir, 17 yaşında Oksford Universitetinə daxil olur. Bir il sonra ağır kvarkların istehsalı üzrə böyük marağa səbəb olan işini nəşr etdirir.
Dəlidağ volfram təzahürü
== Aşkar edilməsi == Dəlidağda volframın varlığını 1960-cı ildə Q. Q. Əliquliyev Teymuruçandağ mis-molibden filiz yataqlarının kəşfiyyatı zamanı aşkar etmişdir. O, 1961-ci ildə müəyyən edib ki, Dəlidağ qranitoid intruzivinin şimal-şərq təmas zolaqlarının demək olar ki, bütün damarları volfram daşıyıcısıdır. == Yerləşməsi == Filiz damarlarının bir hissəsi intruziv massiv kütləsində qranosienit, sienit-diorit və kvarslı sienitlərlə qarışıq yerləşir.
Volfram (VI)xlorid
Volfram (VI) xlorid – qeyri-üzvi birləşmə, volfram və xlorid turşusunun duzudur. == Fiziki xassələri == Volfram (VI) xlorid tünd bənövşəyi kristallardı.180 °C-ə qədər olan temperaturda α-modifikasiyası sabitdir, triqonal sistem, hüceyrə parametrləri a = 0,658 nm, α = 55°-dir. Spirtlərdə, efirdə, benzolda, karbon disulfiddə, karbon tetraxloriddəhəll olunur. == Alınması == 1. Volfram və xlorun reaksiyası nəticəsində alınır: W + 3 C l 2 → 500 − 800 o C W C l 6 {\displaystyle {\mathsf {W+3Cl_{2}\ {\xrightarrow {500-800^{o}C}}\ WCl_{6}}}} 2. Tetraxlormetanın volfram(VI) oksidə təsiri nəticəsində: W O 3 + 3 C C l 4 → 450 o C , p W C l 6 + 3 C C l 2 O {\displaystyle {\mathsf {WO_{3}+3CCl_{4}\ {\xrightarrow {450^{o}C,p}}\ WCl_{6}+3CCl_{2}O}}} == Kimyəvi xassələri == 1. Qızdırıldıqda parçalanır: 2 W C l 6 → 350 o C 2 W C l 5 + C l 2 {\displaystyle {\mathsf {2WCl_{6}\ {\xrightarrow {350^{o}C}}\ 2WCl_{5}+Cl_{2}}}} 2. Su ilə reaksiyaya daxil olur: 2 W C l 6 + 3 H 2 O → W O C l 4 + W O 2 C l 2 + 6 H C l {\displaystyle {\mathsf {2WCl_{6}+3H_{2}O\ {\xrightarrow {}}\ WOCl_{4}+WO_{2}Cl_{2}+6HCl}}} W C l 6 + 3 H 2 O → W O 3 ↓ + 6 H C l {\displaystyle {\mathsf {WCl_{6}+3H_{2}O\ {\xrightarrow {}}\ WO_{3}\downarrow +6HCl}}} 3. Durulaşdırılmış qələvilərlə reaksiyaya daxil olur: W C l 6 + 8 N a O H → N a 2 W O 4 + 6 N a C l + 4 H 2 O {\displaystyle {\mathsf {WCl_{6}+8NaOH\ {\xrightarrow {}}\ Na_{2}WO_{4}+6NaCl+4H_{2}O}}} 4. Hidrogenlə reduksiya olunur: 2 W C l 6 + H 2 → 150 − 200 o C 2 W C l 5 + 2 H C l {\displaystyle {\mathsf {2WCl_{6}+H_{2}\ {\xrightarrow {150-200^{o}C}}\ 2WCl_{5}+2HCl}}} 3 W C l 6 + 2 A l → 450 o C 3 W C l 4 + 2 A l C l 3 {\displaystyle {\mathsf {3WCl_{6}+2Al\ {\xrightarrow {450^{o}C}}\ 3WCl_{4}+2AlCl_{3}}}} 5. Hidrogen floridlə reaksiyaya daxil olur: 6. Volfram(VI) oksidlə reaksiyaya daxil our: W C l 6 + 6 H F → t W F 6 + 6 H C l {\displaystyle {\mathsf {WCl_{6}+6HF\ {\xrightarrow {t}}\ WF_{6}+6HCl}}} W C l 6 + 2 W O 3 → 400 o C 3 W O 2 C l 2 {\displaystyle {\mathsf {WCl_{6}+2WO_{3}\ {\xrightarrow {400^{o}C}}\ 3WO_{2}Cl_{2}}}} 7. Üzvi volfram birləşmələrinin sintezi üçün xammal kimiistifadə olunur. Məsələn, dimetilcivə ilə reaksiyaya girərək metilpentaxlorvolfram alınır: == Tətbiqi == Volfram (VI) xlorid qeyri-metal səthlərdə örtük kimi istifadə olunur. == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
Volfram fon Rixthofen
Volfram "Ulf" Karl Lüdviq Morits Hermann Frayherr fon Rixthofen (alm. Wolfram "Ulf" Karl Ludwig Moritz Hermann Freiherr von Richthofen; 10 oktyabr 1895, Bartsdorf, Sileziya — 12 iyul 1945, Bad İşl, Avstriya) — alman hərbiçisi, aviasiya general-feldmarşalı (1943).
Volframit
Volframit — Gübnerit (MnWO4) — ferberit (Fe WO4) izomorf sırasının minerallarıdır; volframit gübneritlə ferberit arasında tərkibcə orta mövqe tutan mineral növüdür. Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – volframitin – qonuru-qara, gübneritin – sarımtıl - və qırmızımtıl-qəhvəyi, qəhvəyi-qara; Mineralın cizgisinin rəngi – volframitin – qəhvəyi-qara, gübneritin – qırmızımtıl-qəhvəyi, sarımtıl-qonur; Parıltı – yağlı, qatranı, ayrılma müstəvilərində – şüşə parıltısındın yarımmetal və metal parıltısınadək; Şəffaflıq – volframit qeyri-şəffaf, gübnerit yarımşəffaf, şəffaf; Sıxlıq – volframitin – 7,14-7,54, gübneritin– 7,14-7,25; Sərtlik – volframitin 4,0-4,5, gübneritin – 5,0-5,5; Kövrəkdir; Ayrılma – {010} üzrə mükəmməl; Bölünmə – bəzən {100} və {102} üzrə; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: prizmatik, iynəvari, qalın- və nazik lövhəvari; İkiləşmə: sadə, nisbətən az polisintetik; {100}, bəzən {001} üzrə; Mineral aqreqatları: dənəvər bütöv, lövhə formalı, vərəq - və pulcuqvari, radial-şüalı kütlələr, püruzlar, şeyelit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Qranitoidlərlə əlaqədar olan yüksək temperaturlu hidrotermal damarlar üçün səciyyəvidir. Tez-tez qreyzenlərdə qeyd edilir. Hərdənbir az miqdarda qranit peqmatitlərində, skarnlarda, alp tipli damarlarda, bəzən aşağıtemperaturlu hidrotermal yataqlarda rast gəlir. Çox vaxt səpintilərdə toplanaraq, bəzən iri yataqlar əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: kassiterit, şeyelit, sinnvaldit, topaz, beril, turmalin, flüorit, kvars, molibdenit, arsenopirit, pirit və b. Mineralın tapıldığı yerlər: Ta-yu, Kit-an, Pan-Yan (Çin); Sanq-Don (Koreya yarımadası); Akenobe (Yaponiya); Zabaykalyedə Nerçin r-nu, Uzaq Şərq (Rusiya); Qazaxıstan; Altenberq, Pextelqrün (Almaniya); Cənubi Dakota, Kolorado, Nevada ştatları (ABŞ) və b.

Digər lüğətlərdə

восемна́дцатая гиперборе́йский госслу́жащий двупо́лый кумы́ки маги́чески на́пятеро перебо́рщица размы́вка апперко́т втеса́ться голосло́вно azury cicatrices gate-keeping pocketable sewing-bee spud Tuscaloosa белесоватый довоенный наподдавать самый сгущённый удильщик