VULKÁN₁

[ lat. ] Təpəsindəki deşikdən od, qaz püskürən konusşəkilli dağ; yanar dağ. Palçıq vulkanı. Sönmüş vulkan.
– Vulkan hadisələri dedikdə, biz yerin dərin qatlarından yanar odlu maddənin (maqmanın) yer səthinə çıxmasını nəzərdə tuturuq. M.Qaşqay.

// məc. Obrazlı təşbehlərdə.
Xilas et bu darğın qəlbi möhnətdən; Başımda sevdanın vulkanı yanar. S.Vurğun.
[Afət:] Ürək od püskürən coşqun vulkandır; Vüsala irməyib xeyli zamandır. M.Rahim.
Ürəyində vulkan kimi nifrət coşan Gülara hara getdiyini, bu axşam harada qalacağını bilmirdi. Ə.Vəliyev.

Синонимы

  • VULKAN VULKAN ..fəaliyyətdə olan ən uca vulkan Kamçatkadakı Klyuçevski sopkadır (“Fiziki coğrafiya”); YANARDAĞ Vezuvi adlı yanardağın lavası altında Qerkülaz

Этимология

  • VULKAN lat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı
VUÁL
VULKÁN₂

Значение слова в других словарях