vulkanizə
vulkanlaşdırıcı
OBASTAN VİKİ
Vulkanizm
Vulkanizm — Yerin daxilində temperatur yüksək olduğu üçün süxurlar əriyib bir-birinə qarışır və maqma əmələ gətirməsi hadisəsi. Yerin daxili qatlarından yüksək təzyiq ilə odlu maqmanın Yer səthinə çıxması prosesinə vulkanizm deyilir. Maqma Yer səthinə vulkan boğazı və ya vulkan kanalı vasitəsi ilə püskürür. Vulkanın səthdə püskürdüyü yerdə əmələ gələn qıfvari çökəklik krater adlanır. Vulkanlar çox güclü olduqda onların kraterləri kiçik olur və yaxud heç olmur. Diametri 1500 metrdən artıq olan krater kaldera adlanır. Ən böyük kaldera Yaponiyadakı Aso, Flippindəki Apo vulkanlarının kalderasıdır. Yer səthinə çıxan qazları uçmuş, soyumuş maqma – lava, vulkan boğazında bərkimiş lava isə nekk adlanır. Başqa sözlə desək, müəyyən vaxtdan sonra eroziya və denudasiya nəticəsində vulkanik dağ aşınır və vulkan boğazında soyumuş lava qayalı təpə əmələ gətirir ki, buna da nekk deyilir. Məsələn, Qazax rayonundakı Göyəzən dağı.
Çat vulkanizmi
Çat vulkanizmi – püskürmə, adətən, bir sıra paralel çatlardan baş verir. Bu zaman özlülüyü az olan duru bazalt maqması püskürülür və böyük ərazini örtür. Çat vulkanizmi hər birinin qalınlığı 1 m-dən 100 m-ə, ümumi qalınlığı isə 3 km-ə çatan və bir-birinin üzərinə yatan bir neçə örtük əmələ gətirir. Yerin inkişafında, xüsusilə daha qədim dövrlərdə, çatlar boyu püskürülən lava 10 min km2-dən 1 millyon km2-dək sahəsi olan geniş əraziləri örtmüşdür (Cənubi Afrikada, triasda -> 50000 km2, Hindistanda — təbaşir və üçüncü dövrdə > 1 mln.km2, Şm. Amerikada, Kolumbiya və Sneyk rayonlarında – 400000 km2). == Həmçinin bax == Vulkan Vulkan püskürməsi == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.

Значение слова в других словарях

всколу́пывать медвежа́тушки отла́живаться проку́сываться ро́керский са́ечник толсти́ть транссексуа́льный углеводоро́д бакшто́в ли́повый цвет на́черно па́тлы прого́ркнуть сесь тай changing bag club sandwich cupping glass friar's lantern occulting prepackage rhodonite агрегат срам